Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   2   3   4   5   6   7   8   9   10   ...   43

16 

 

general  Uolker  tamamilə  başqa  problemlərlə  -  Britaniya  minadaşıyan  gəmisində 



Ağaronyanın  erməni  nümayəndəliyinin  digər  üzvlərinin  Paris  sülh  konfransına 

göndərilməsilə məşğul idi. 

Çox  maraqlıdır  ki,  yerli  inzibati  dairələrə,  əsasən  Britaniya  hərbi 

hökümətinə  loyal  münasibət bəsləyən məmurları şəxsən  Uolker özü təyin edirdi. 

Məsələn,  o  günlərdə  Kabuletiyə  sahə  rəisi  vəzifəsinə  o,  rus  məmurunu  təyin 

etmişdi.  Lakin  buranın  əhalisi  onu  qəbul  etmədi.  Onda  Uolker  özü  ora  getdi  və 

əhalini əmin etdi ki, bir həftədən sonra bu rəisə köməkçi seçməyə icazə verəcəkdir. 

Eyni  vaxtda  ingilislər  Kabuletiyə  kiçik  bir  dəstə  göndərdilər.  Uolkerin 

ermənipərəst  əhval-ruhiyyəsini  nəzərə  alsaq  görərik  ki,  o,  tutulmuş  ərazilərdə 

“status  geo”  nun  saxlanmasına  aid  hər  hansı  bir  ciddi  məsələnin  həll  edilməsi 

arzusundan çox uzaq idi. 

1919-cu  il  yanvarın  14-də,  türk  qoşunlarının  tamamilə  çıxarılmasına  iki 

gün  qalmış  Qarsda  təntənəli  sürətdə  parlament  açıldı.  On  illər  ərzində  üstündən 

sükutla keçilmiş bu hadisə xalqa çatdırılmalı, Azərbaycan və türk xalqalrında milli 

qürur hissi doğurmalıdır. Azərbaycan parlamentinin açılışında (7 dekabr 1918-ci il) 

bir aydan azca artıq bir vaxt keçdikdən sonra Şərqdə ikinci demokratik parlament 

yarandı;  türk  milləti  demokratik  idarə  formasına,  Qərbi  Avropa  demokratiyası 

ideyalarına olan sədaqətini dünyaya nümayiş etdirdi. 

Respublika  parlamenti  64  nəfərdən,  o  cümlədən  60  müsəlmandan,  3 

yunan  və  bir  malakandan  ibarət  idi.  Parlamentin  sədri  ixtisasca  həkim  olan  Əsəd 

bəy Hacıyev seçilmişdi. 

1919-cu  ilin  təkcə  yanvar  ayında  respublika  müvəqqəti  hökümətinin 

başçısı  ADR  hökümətinə  bir  neçə  dəfə  müraciət  edərək:  Cənub-Qərbi  Qafqaz 

Respublikasının  yaranması,  parlamentin  açılışı,  bütün  hakimiyyətin  müvəqqəti 

hökümətin  əlində  cəmlənməsi,  Gürcüstan  Respublikasının  Ərdahan  dairəsi  və 

Axalsıx qəzasını öz hakimiyyəti altına almaq cəhdi, “Qarsı ələ keçirtməyə çalışan” 

erməni silahlı bandalarının  hücumları haqqında məlumat vermişdi. 

Yanvarın  16-da  türk  hərbi  qarnizonu  Qars  vilayətinin  hüdudlarından 

tamamilə  çıxarılmalı  idi.  Teleqramda  deyilirdi:  “Vilayətdə  hökümət  yerli  milli 

komitə tərəfindən təşkil edilir”. Daha sonra qeyd edilirdi ki, “türk qoşunları çıxdığı 

üçün  Qars  vilayətini  ermənilərin,  Ərdəhan  tərəfdən  isə  gürcülərin  ələ  keçirə 

biləcəklərini  nəzərə  alaraq,  oraya  dərhal  qubernator  təyin  etmək  lazımdır  ki,  yerli 

əhali və orada olan hərbi qüvvələrin köməyi ilə o, ( Milli Komitə nəzərdə tutulur – 

A.  H.)  vilayətin  işğal  edilməsinin  qarşısını  alsın.  Bundan  əlavə  “Bakıdakı  ingilis 

nümayəndəsilə  danışıqlara  başlayın,  Batum  vilayətinə  münasibətdə  olduğu  kimi, 

konfrans məsələsi həll edilənə qədər müttəfiq qoşunlar tərəfindən Azərbaycanın bir 

hissəsi  kimi  Qars  vilayətini  tutmağı  xahiş  edin”

16

.  Qaraqaşovu  “Qarsın 



                                                           

16

 Azərbaycan Respublikası MDƏYTA, f. 970, siy. 1, iş 27, v.2; SPİH MDA, f.. 277, siy. 2, iş 18, v.6 – 



6 arx. 


17 

 

qubernatoru, o günlərdə Bakıya yola düşən Muskiyevi onun köməkçisi ( müavini )  



təyin etmək nəzərdə tutulurdu. 

Bizə  elə  gəlir  ki,  teleqramın  mətnindən  gətirilən  bu  hissə  mühüm  tarixi 

əhəmiyyətə  malikdir.  ADR  və  Cənub-Qərbi  Qafqaz  Respublikasının  qarşılıqlı 

münasibətlərinin  xarakterini  göstərən  xronologiyaya  görə  birinci    olan  bu  sənəd  

Zaqafqaziyanın    cənub-qərbində  yenicə  elan  edilmiş  respublikaya  münasibətdə 

Azərbaycanın siyasətində iki çaları göstərir: 

1.  Hətta  şifrələnmiş  sənəddə  belə  “respublika”    sözü  işlədilmir,  hələ 

Rusiya imperiyası dövründə işlədilən köhnə inzibati – “Qars vilayəti” ifadəsindən 

istifadə  edilirdi.  Görünür,  bu  əbəs  yerə  edilmirdi.  Respublika  heç  kim  tərəfindən 

tanınmamışdı  və  onun  adının  çəkilməsi  ADR-in  faktiki  olaraq    Cənub  -  Qərbi 

Zaqafqaziyanın  tanınması  fikrinə  meyl  etməsi  demək  idi.  Bu  isə  ermənilər, 

həmçinin  Gürcüstan  Respublikası  və  Britaniya  komandanlığı  ilə  gərgin  olan 

münasibətləri daha da korlaya bilərdi. 

2.  Lap  əvvəldən  Azərbaycan  demokratiyasının  nümayəndələri  Qarsın, 

yəni  respublikanın  bir  hissəsinin  əhalisini  müdafiə  etməyə  hazır  olduqlarını 

bildirmişdilər, hətta bunun üçün Britaniya komandanlığından vilayətə ADR-in bir 

hissəsi kimi baxılmasını xahiş etmək nəzərdə tutulurdu. Şübhəsiz ki, bu cür addımı 

atmaq  bir arzudan – müsəlman əhalinin ermənilər tərəfindən qırılmasından, ərazini 

isə daşnak dövləti tərəfindən zəbt olunmaqdan xilas etmək arzusundan irəli gəlirdi. 

Bununla  yanaşı  regionun  inzibati-siyasi  vəziyyəti  qəza  kimi  təsəvvür  olunurdu, 

yəni o, yüksək statusu olan demokratik özünüidarə ola bilərdi ki, bu da gələcəkdə 

qədim türk ərazisinin Türkiyəyə  qaytarılmasına maneçilik törətməzdi. 

Bir  neçə  vaxtdan  sonra  (1919-cu  il  yanvarın  8-dən  tez  olmayaraq) 

respublika XİN Paris sülh konfransındakı nümayəndəliyinə sərəncam göndərdi. Bu 

sərəncamda  hökümət  A.  A.  Topçubaşovdan  xahiş  edirdi  ki,  Qafqaz  xalqlarının 

taleyi  tam  həll  edilənə  qədər  İrəvan  quberniyasının  müsəlman  bölgələrində, 

həmçinin Batum, Qars vilayətlərində və Axalsıx qəzasında mənafeləri müdafiə və 

fiziki  məhvolmadan  və  ərazi  “status  geo”  nu  xilas  etmək  üçün  dərhal  və 

geçikmədən müttəfiq dövlətlərin  nümayəndələri qarşısında zəruri addəmlar atsın

17



Türk ordusunun geri çəkilməsindən istifadə edən erməni hərbi hissələri və 

silahlı quldur dəstələrinin  dərhal müsəlman torpaqlarını tutması haqqında hər gün 

yeni-yeni  faktlar  məlum  olurdu.  XİN  sərəncam  verirdi:  “Böyük  Avropa 

dövlətlərinin    Konstantinopolda  və  Parisdəki  nümayəndələri  qarşısında  təcili 

sürətdə  vəsatət  qaldırmaq  lazımdır  ki,  nəticədə  də  onlar  Qafqazdakı  Müttəfiqlər 

komandanlığına konfransda məsələ həll olunana qədər “status geo” nu qorumaq və 

yerli  əhalinin  həyat  və  şərəfini  hər  cür  cinayətkar  qəsddən  müdafiə  etmək  üçün 

göstərilən vilayətlərə müttəfiq dəstələri göndərmək haqqında göstəriş versinlər”

18

 . 


                                                           

17

 Azərbaycan Respublikası SPİH MDA, f. 277, siy, 2, iş 22, v. 40. 



18

 Yenə orada, v. 40. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə