Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə18/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   14   15   16   17   18   19   20   21   ...   114

______________Milli Kitabxana_______________ 
56 
kimdir. Bu haqda heç kim heç bir məlumat vermir. Sən demə
Əziz Rza Təhmasibin qaynıdır, yəni Gülsüm xanımın doğma 
qardaşıdır. Mümkün ki, Təhmasib kimi məşhur bir səhnə 
xadimi ilə qohum olduqdan sonra Əziz aktyorluq sevdasına 
düşüb və Rza Təhmasib onu öz çalışdığı teatrın yardımçı 
heyətinə  işə düzəldib. 1931-ci ildə isə  məhz  Əziz öz dostu, 
teatr həvəskarı Mehdini Rza Təhmasibin yanına gətirib və 
ondan Mehdini də teatra götürməyi xahiş eləyib. Deməli, Rza 
Təhmasib Mehdini 1931-ci ildən  Əzizin dostu kimi tanıyıb, 
daha öz assistenti kimi yox. Bu məktubun məzmunundan həm 
də o görünür ki, Mehdi Təhmasiblərin evinə gəlib-gedən adam 
olub.  Əks təqdirdə, o, cürət eləyib Gülsüm xanıma salam 
göndərməzdi, Teymuru Rza müəllimə tapşırmazdı  və öz 
növbəsində Rza Təhmasib də Mehdiyə münasibətdə bu qədər 
qayğıkeş olmazdı. Fələk nə qəribə oyunlar oynayır insanlarla... 
Qəsdən bunu belə düşünə bilməzsən...  Əvvəlcədən bunu belə 
təxmin edə bilməzsən... Bütün görüşlərin stalkeri Odur!.. Kimi 
nə vaxt, harada, necə  və kiminlə qarşılaşdırmağı tanrı 
planlaşdırır... və... reallaşdırır... bir tale xətti kimi... 
     Çox  çəkmir ki, Mehdi Rza Təhmasibə daha bir məktub 
ünvanlayır. Bu üçüncü məktubun yalnız 3-cü və 4-cü 
səhifələrini tarix qoruyub saxlaya bilib. Məktubun konkret nə 
vaxt yazıldığı da məlum deyil. Ancaq məzmundan və Mehdi 
Məmmədovun həyat faktlarından belə aydınlaşır ki, bu məktub 
da haradasa 1939-cu ilin sonlarında, böyük ehtimalla, 40-cı 
illərin  əvvəllərində yazılıb. Bu məktub mənim üçün elə 
məsələləri açıqladı ki... Amma, gəlin tələsməyək, öncə 
məktubu nəzərdən keçirək. Oxucuya yalnız  əsli rus dilində 
yazılmış sənədin 3-cü və 4-cü səhifələrini mənim tərcüməmdə 
oxumaq nəsib olur:
  
                RZA TƏHMASİBƏ MƏKTUB
 
     “Əgər qismət olarsa, 10-15 il rus səhnəsində  işləyərəm. Sonra da 
baxarıq. Sağ qalaram, gələrəm doğma teatra. Fikirləşirəm ki, mən 
onda teatra daha çox fayda gətirrəm. Bu, mənim xəyalımdır. Elə də ola 
bilər ki, Bakıda 15 ildən sonra da mənə heç bundan yaxşı münasibət 


______________Milli Kitabxana_______________ 
57 
bəsləməsinlər. Ola bilsin ki, məni heç qəbul eləməsinlər. Hər  şey 
mümkündür. Mümkündür ki, institutdan sonra teatrda işləmək üçün 
tamam köməksiz və yararsız olum. Lakin mənim ürəyimdə balaca bir 
ümidim var ki, mən özümü gələcək işim barəsində düşünmək və xəyala 
dalmaqda haqlı hesab edirəm. Odur ki, mən düşündüm və  qərara 
aldım ki, rus səhnəsində çalışım.  İş yerim dəqiq məlum deyil. Əgər 
Moskvada qalmaq nəsib olmasa, Moskva yaxınlığındakı  hər hansı bir 
şəhərə gedəcəyəm. Hələliyə Voronej vilayət teatrının adını çəkirlər.  
     Bax,  məni narahat edən elə bu fikirlərlə Sizinlə bölüşmək istədim. 
Çox  şad olardım, bu barədə Sizin rəyinizi öyrənsəydim. Amma mən 
əvvəlcədən bilirəm ki, əksər hallarda cavab yazmağa Sizin vaxtınız 
olmur. Ona görə  də  əgər cavab yazmaq əziyyətdirsə, özünüzü çətinə 
salmayın: mən vərdiş elədiyim üçün inciməyəcəyəm. 
     Qardaşım Teymur yazıb ki, Sizin diqqətinizdən və iltifatınızdan razı 
qalıb. Bunun üçün Sizə  təşəkkür etməyə bilmirəm. Mən onu çox 
sevirəm.  Əgər o, Sizdə pis təəssürat oyatmayıbsa, xahiş edirəm, öz 
qayğınızı və yardımınızı ondan əsirgəməyin. 
                                 
             Sizə dərin hörmət bəsləyən Mehdi.”
48 
 
       Məktubda tarix yoxdur. Amma məzmundan aydın görünür 
ki, Mehdi hələ diplom tamaşası ilə, öz konkret təyinatı ilə bağlı 
dəqiq heç nə bilmir. Dövlət Teatr Sənəti  İnstitutunu 
bitirməyinə isə lap az vaxt qalır. Təbii ki, Mehdi həyəcanlıdır, 
incikdir, küskündür: çünki özünü dayaqsız, arxasız sayır. Axı 
faktiki olaraq teatr ondan imtina edib. O bunu gizlətməyə 
çalışsa da, təhkiyəsi hər şeyi həməncə büruzə verir. Bəlli olur 
ki, Mehdi məktub yazıb cavab almamağa vərdiş eləyib. Birinci 
məktubunda da təqribən o bunu deyirdi. Mehdinin son dərəcə 
lütfkar və yaxşı adam olduğu məktublarındakı üzrxahlıqdan 
bəlli. Heç bir günahı olmadan üzr istəmək də bir üstinsan 
əlaməti. Amma bununla belə sonuncu məktub göstərir ki,  
həmin çağlarda Mehdiyə qarşı bir laqeydlik hökm sürüb. Yəqin 
Rza Təhmasib də onun məktubuna bir qədər soyuq yanaşıb. Və 
belə bir durumda Mehdi qərara gəlib ki, Moskvada qalsın; və 
bu fikir də, qərib eldə yaşamağın sıxıntısı ilə birgə, ona elə təsir 
eləyib ki, Mehdi içini danışmağa adam axtarıb. Təhkiyənin 


______________Milli Kitabxana_______________ 
58 
ruhu etibarı ilə bu, Mehdidən Rzaya yox, əslində Mehdidən 
Mehdiyə ünvanlanmış məktubdur. 
     Ancaq vəziyyət necə dəyişirsə, yel hayandan əsirsə, Mehdi 
Məmmədov 1940-cı ilin qışında, daha doğrusu, dekabrın 8-də 
“Bahar” adlı diplom tamaşasını  təhvil verir. Bəs Moskva, bəs 
Voronej? Görünür, işlər qaydasına düşən kimi, vətənə 
dönməyin yolu tapılan kimi Mehdi Moskvanı da, Voroneji də 
öz xəyallarından çıxarıb kənara tullayıb və birbaşa üz qoyub 
Kirovabada, yəni Yelizavetpol quberniyasına, yəni qədim 
Gəncəyə. Bunu ona görə sadaladım ki, hərdən Gəncə, hərdən 
Kirovabad, hərdən də Yelizavetpol quberniyası yazanda oxucu 
şaşırmasın, bilsin ki, söhbət eyni bir qədim Azərbaycan 
şəhərindən gedir.  Mehdi Məmmədov xüsusi əmrlə aprelin 18-
də Kirovabad teatrında “Bahar” tamaşasının rejissoru təyin 
edilib, 1940-ci il sentyabrın 1-dən isə ştata götürülüb. 1941-ci 
ilin fevralında işdən çıxıb, Moskvaya yollanıb, təhsilini bitirib, 
diplomunu alıb, təzədən Gəncəyə qayıdıb və 18 avqust 
tarixindən quruluşçu rejissor vəzifəsini  ştat cədvəli üzrə icra 
etməyə başlayıb.  Hər halda Mehdinin şəxsi vərəqində yazılıb 
ki, o, 1941-45-ci illər intervalında Gəncədə çalışıb. Bunun 
məsələyə birbaşa dəxli yoxdur və yalnız söhbətin çərçivəsi 
üçündür. Ona görə Sizə xatırladıram Mehdinin Rza Təhmasibə 
“12 dekabr 1939-cu il” tarixli məktubunu, sayca ikinci olanını. 
Deyirdi ki, pyes-filan yoxdur, bir pul göndəriblər, vəssalam: 
axırıncı “ultimatum”a da cavab yazıblar ki, işdən azad 
edilirsən. Yadınıza düşdümü?  İndi mənə qulaq asın. “Bahar” 
kimin pyesidir? Məmmədhüseyn Təhmasibin. Dəyərli 
folklorşünas alimdir, ziyalı birisidir və qüdrətli Rza 
Təhmasibin doğmaca qardaşıdır. Tarixi faktların bu düzülüşünə 
baxıb da mən belə bir qənaətə gəlirəm ki, Mehdinin Kirovabad 
teatrosunda diplom tamaşası hazırlamağa rüsxət almasının 
başlıca səbəbkarı  məhz Rza Təhmasibdir. Mənim belə 
fikirləşməyimin bir neçə izahı var. Birincisi budur ki, “Bahar” 
pyesi Bakıda respublikanın bir nömrəli teatrında rejissor 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə