______________Milli Kitabxana_______________
62
ilk rejissor debütündən yazaydılar!!! Amma 1940-cı ildə
“mövsümün rejissor debütü” nominasiyası olsaydı, yəqin ki, bu
mükafata Mehdi layiq görüləcəkdi. Səbəbi də bu ki, öz
dövrünün teatr dəbi kontekstində Mehdinin tamaşası yüksək
quruluş mədəniyyəti sərgiləmişdi və əvəzsiz Cəfərin yazdığı
kimi teatrın yaradıcılıq proqramını müəyyənləşdirən tendensiya
xarakteri daşımışdı. “Bahar” rejissor Mehdinin “ikinci institut
dövrü” üçün onun sənət manifesti kimi çözülə bilər.
Cənablar, alqışlayın, Lavrenti Beriya adına Kirovabad
Dövlət Dram Teatrına rejissor gəlib; ucaboy, zəhmli kişi gəlib:
Mehdi Məmmədov. Məhz onun gəlişindən sonra teatr elə bil
ki yaradıcılıq müstəqilliyi qazandı, özünü, özünün potensial
bədii imkanlarını dərk etdi və M.Əzizbəyov adına teatrın
imitasiyasından (təqlidindən) əl çəkdi. Mehdi, belə deyək də,
əyalət teatrına ciddi analitik çalışmaların, tamaşalara
özünəməxsus, orijinal bədii həll verməyin, yaradıcılıq
prosesində Stanislavski sistemi üzrə düzgün və məhsuldar
işləməyin zövqünü aşıladı. Onun Moskva Bədaye Akademik
Teatrında Nemiroviç-Dançenko kimi bir sənət ustadının
yanında keçdiyi təcrübə hədər getməmişdi. Mehdinin beyni
teatr bilgilərilə dolu idi və o, bu bilgiləri Gəncənin teatr əhliylə
həvəslə paylaşırdı. Mehdi “Üç bacı”nın məşqlərindən özü ilə
bərabər bir gündəlik qeyd gətirmişdi və bu qeydlərin sayəsində
bilirdi ki, pyesin, ayrı-ayrı səhnələrin, obrazların təhlilini
tamaşanın bütövlüyü ilə necə uzlaşdırmaq gərəkir. O,
Nemiroviç-Dançenkonun yanında çalışa-çalışa başa düşmüşdü
ki, “sistem” doqma deyil, nəzəri bəyanatların toplusu deyil,
pyesin bədii dünyasına, xarakterlərin insan həqiqətinə yol
tapmaq üçün vasitədir. Məhz “Üç bacı”nın məşqlərində Mehdi
anlamışdı ki, səhnədə “oynamaq” olmaz: nə sözü oynamaq
mümkündür, nə ovqatı, nə də xarakteri; o, anlamışdı ki, fiziki
hərəkətlər və səhnə davranışının ritmi gerçəkçi teatrın bədii-
estetik parametrlərində vizuallaşan obrazın məzmunu, təklif
olunan vəziyyətlərdə personajın psixolojisi
51
ilə
______________Milli Kitabxana_______________
63
konkretləşdirilir. Bunların hamısı seyrçinin qənşərində
qurulmuş səhnədə aktyorun epizod-epizod gördüyü işdən, onun
əməlindən, rolun məqsədlərinin icrasından orqanik şəkildə
zühura gəlməlidir.
Yaşama nədirsə, elə budur!!!
Səhnədə var olmaq nədirsə, elə budur!!!
“İnsan ruhunun həyatı” nədirsə, elə budur!!!
Pyesin vizual gerçəkliyində mövcudluq nədirsə, elə budur!!!
“Sistem”in realist teatr konsepsiyası nədirsə, elə budur!!!
Əgər tamaşada rejissor fikri, ideyası personajın səhnədə
səmimiyyət və təbiiliklə düzənlədiyi əməl zəncirindən
törəmirsə, yaxud onun nəticəsi olmursa, seyrçi heç nəyə
inanmır. Səhnədə aktyor özünü “zorlayıb” da heç nə yaşaya
bilməz. Yaşantılar əməl xətti üzərində tumurcuqlanan
nöqtələrdir. Mehdi istəyirdi ki, “Bahar” tamaşasında bütün bu
bacardıqlarını teatr aləminə faş eləsin, özünün sənət
məramnaməsini, iddiasını ortaya qoysun. İstəyirdi və elədi də.
Gəncə teatrı öz mövcudluq tarixində heç vədə Mehdi
Məmmədovun bu teatrda işlədiyi zamanda olduğu qədər
respublika ictimaiyyətinə maraqlı olmayıb. Məsələ bu ki,
Mehdi Məmmədov rejissor vəzifəsinə keçdiyi gündən Gəncə
teatrının “sənət dünyası”nı söküb yenidən yığmağa başlamışdı.
O, teatrda kök salmış “göstərmə məktəbi”nin “fəsad”larını
qismən aradan götürdü, aktyor ştamplarına qarşı ciddi rejissor
təpkisi göstərdi, yaradıcılıq prosesini pyesin “əməl təhlili”
metodu üzərində qurdu, epizodik obrazların səhnə təcəssümünə
diqqəti artırdı, “rolun böyüyü, kiçiyi olmur” prinsipini öz
gündəlik təcrübəsində gerçəkləşdirdi və bir gün gördü ki,
teatrın kollektivi o, danışanda dərin sükuta qərq olur. Beləliklə,
Mehdi Sovet Hökumətinin L.Beriya adına Kirovabad Dövlət
Dram Teatrında əsl nüfuz sahibinə, sənət avtoritetinə çevrildi
və 1942-ci ilin 1 sentyabrında teatrın divarından əmr asıldı ki,
bəs Mehdi Məmmədov kollektivə bədii rəhbər təyin edilib.
______________Milli Kitabxana_______________
64
İnqilab Kərimov 1974-cü ildə yazırdı ki, “iki il sıravi
rejissor işlədikdən sonra”
52
... Ədilə Əliyeva 1969-cu ildə
yazırdı ki, “il yarıma yaxın bir müddət ərzində”
53
sıravi rejissor
kimi çalışdıqdan sonra... Mehdinin sosial statusunu artırıblar.
Maraq etməyin: hər ikisi düz yazıb, baxır kim nəyi haradan
hesablayır. Faktlar ortalıqdadır: yuvarlaq da götürmək olar,
təhsilə ayrılmış vaxtı iki ildən çıxmaq da olar... Nə dəyişəcək
ki?.. Amma bu xırda məsələ mənim diqqətimdən kənar qalarsa,
qüsurum sayılar: deyərlər ki, yəqin mənbələri qədərincə yaxşı
araşdırmayıb...
Teatrın baş rejissoru (artıq 1942-ci ildə teatrlarda belə bir
ştat yox idi), daha doğrusu, bədii rəhbəri təyin edilən Mehdi
fəaliyyətinin hüdudlarını bir az da genişləndirir: tamaşalar
hazırlamaqla bərabər “teatr tarixinə, aktyor sənətinə və səhnə
danışığına aid məruzələr oxuyur”,
54
kollektivin müəyyən bir
amal ətrafında birləşməsinə, yalnız sənət idealları ilə
yaşamasına çalışır. Məhz teatrın işinə bu cür konseptual
yanaşma tərzi ona gətirib çıxarır ki, Mehdi 1943-cü ildə teatrın
nəzdində fəaliyyəti üç ilə proqramlaşdırılmış bir studiya
açdırır. Bu studiya eksperiment yox, tədris səciyyəsi daşıyırdı,
peşəkar vərdişlərin cilalanmasına, sənətçilərin dünya və teatr
qavrayışının formalaşmasına, müasirliyin teatra gətirilməsi
ideyasına xidmət eləyirdi. 1977-ci ildə yazdığı “Teatr
düşüncələri” adlı məqalələr toplusunda Mehdi Məmmədov
Gəncə teatrının 30-cu illərin sonu 40-cı illərin əvvəlləri üçün
xarakterik vəziyyətini retrospektiv şəkildə belə xatırlayacaq:
“Həmin illərdə Kirovabad Dövlət Dram Teatrının qarşısında iki
böyük və mühüm vəzifə dururdu: 1) aktyor kollektivini
mütəşəkkil və sabit hala gətirmək; teatrı öz yaradıcılıq
ənənələrinə uyğun olan, ideya və bədiilik tələblərinə cavab verən
orijinal repertuar xəttini bərpa etmək”.
55
1943-cü ildə də Mehdi
Məmmədov elə bunu demişdi: vəzifələri iki istiqamətdə
qruplaşdırmışdı. Birinci vəzifələr kompleksinin yerinə
yetirildiyini söyləmişdi: qeyd etmişdi ki,
“Kirovabadda
professional teatrın təməli qoyulmuş, burada əsasən gənclərdən
Dostları ilə paylaş: |