Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə22/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   18   19   20   21   22   23   24   25   ...   114

______________Milli Kitabxana_______________ 
68 
onun üçün vacib və xüsusi hadisə olub) dillənmişdi: 
“On ikinci 
gecə”ni tərcümə edin”.
58 
Yazıçı Mirzə  İbrahimov da rejissor 
Mehdinin sözünü yerə salmamışdı  və  təqribən ikicə ilə, bəlkə 
də bir az daha az zaman müddətində, dahi Şekspiri ruscadan 
azəri türkcəsinə çevirmişdi. Ancaq bunun Kirovabad teatrına 
heç bir aidiyyyatı olmayacaq. Olmayacaq?! Çünki, sən demə, 
Mehdidən fərqli olaraq, fələk bu tamaşanı Milli Teatrın tarixi 
üçün planlaşdırıbmış... 
     1941-ci  ildə Mehdi Kirovabad səhnəsində Söhbəti oynayıb 
S.Vurğunun “Xanlar” pyesi əsasında hazırlanmış eyniadlı 
tamaşada. 
     1942-ci ildə Mehdi Məmmədov quruluşçu rejissor kimi beş 
tamaşa hazırlayıb: “İntiqam”, “Vasvası xəstə” , “O olmasın, bu 
olsun”, “Od gəlini”, “Vaqif”. 1943-cü ildə isə artıq bədii rəhbər 
postunda aktiv çalışarkən cəmi iki tamaşa təhvil verib: “Nə 
yardan doyur, nə  əldən qoyur” (“Bağban iti”) və “Nizami”. 
1944-cü ildə Mehdi dörd tamaşa ilə  çıxış edib: “Toy”, 
“Partizan Kostya”, “Oqtay el oğlu”. Lakin... və bir də lakin.... 
mən monoqrafiya üzərində  işləyərkən “Ədəbiyyat” qəzetinin 
14 oktyabr 1943-cü il nömrəsində “Kirovabad Dövlət Dram 
Teatrında” başlıqlı bir məlumata rast gəldim. Orada deyilirdi: 
“1943-44-cü il mövsümü keçən ilkindən bir çox cəhətdən 
fərqlənir. Teatr bu il N.Vəzirovun “Hacı  Fərəc”, “Müsibəti-
Fəxrəddin”,  Şekspirin “On ikinci gecə”,  İbsenin “Kukla evi”, 
Mehdi Hüseynin “Nizami”, Cahanbaxşın yeni yazmış olduğu 
“Qafaqzlılar”  əsərini göstərəcəkdir”.
59
 Mehdi Məmmədovun 
yaradıcılığını  və ya Gəncə teatrının tarixini öyrənənlər bir tək 
“Nizami”dən danışıblar. Bəs digər tamaşaların aqibəti? Onlara 
kim quruluş vermişdi səhnədə? Aydındır ki, “On ikinci gecə”ni 
Gəncə teatrında gerçəkləşdirməyə Mehdinin vaxtı  və imkanı 
çatmamışdı. Bəlkə o daha başqa nələrisə hazırlamışdı 
Kirovabadda, bizim xəbərimiz yoxdur? Hər bir vəziyyətdə bu 
məlumat teatrın bədii rəhbəri kimi Mehdi Məmmədovun 
maraqlarının, repertuar siyasətinin hüdudlarını, təqribi  şəkildə 


______________Milli Kitabxana_______________ 
69 
olsa da, görükdürür. Bu anonsda bir məqam da mənim 
diqqətimi çəkdi: rejissor Mehdi Məmmədov burada 
Məmmədzadə kimi təqdim edilmişdi. Bu soyadla biz 
«Ədəbiyyat qəzeti»nin səhifələrində  hələ qarşılaşacağıq. 
Azərbaycan teatr tarixində  qəbul edilmiş  həqiqətsə budur ki, 
1945-ci ildə Mehdi Məmmədov özünün 14-cü işi, - “Qatır 
Məmməd” tamaşası, - ilə L.Beriya adına Kirovabad Dövlət 
Dram Teatrındakı rejissor karyerasına möhür vurub. C.Cəfərov 
da, İ.Rəhimli də, İ.İsrafilov da təsdiqləyirlər ki, Mehdi orada 14 
tamaşa hazırlayıb. Amma məncə daha çox: axı o öz teatr 
studiyasında da çalışırdı  və repertuardan əlavə daha hansısa 
pyeslər üzərində iş aparırdı... Amma bu haqda bir azdan...  
     Kirovabad teatrına yalnız 1957-ci ildə Cəfər Cabbarlının adı 
veriləcək və o zaman Mehdi Gəncədə artıq olmayacaq. Mehdi 
Məmmədov Gəncə teatrını tərk etməklə nə qədər düz iş gördü? 
Onun bu hərəkətinə  bəraət qazandırmaq olarmı? Onu 
bağışlamaq olarmı? Bu sualların birmənalı cavabı yoxdur. 
Lakin onlar barəsində düşünməyinə, müəyyən konseptual 
versiyalar söyləməyinə dəyər. Hərçənd bunun üçün hələ tezdir: 
monoqrafiya icazə vermir: qəhrəmanım öz xarakterini, sənət 
ömrünün  hadisələrini nəzərə alıb məsləhət görür ki, bu 
məsələni monoqrafiyanın “Olumdan teatra” bölümünü 
qurtararkən bəyan edim. 
      Mehdi  Məmmədov öz yaradıcılığının Kirovabad Dövlət 
Dram Teatrında gerçəkləşmiş  mərhələsini 
“ikinci institut 
dövrü”
60
 adlandırıb; yəni Moskva Dövlət Teatr Sənəti 
İnstitutundan sonrakı institut. Maraqlı təyindir, şübhəsiz: və bu 
təyinin niyə belə olduğunu, güman ki, mən bilirəm. Məsələ 
budur ki, rejissor məhz teatrda tamaşalar qura-qura rejissor 
olur: məhz teatrda çalışa-çalışa başa düşür ki, həqiqətdə bu 
sənət nə deməkdir, səhnə  nə deməkdir, aktyor nə deməkdir. 
Mehdi də  Gəncədə görüb ki, onun Moskvada sevə-sevə 
öyrəndikləri, gündəlik vərəqlərinə yazdıqları, məşhur 
sənətçilərdən mənimsədikləri son dərəcə önəmli olsalar da, hər 


______________Milli Kitabxana_______________ 
70 
deyəndə təcrübənin sınağından çıxmırlar, hər deyəndə adamın 
əlindən tutmurlar: çünki təcrübə  nəzəriyyədən daha geniş
rəngarəng və gözlənilməzdir. Hər rejissorun da hər tamaşa 
üçün öz individual həlli var. Yalnız istedadsızlar özgə 
tamaşalarını  və özgə fikirlərini təkrarlamaqla məşğuldurlar. 
Məramı rejissor olmaq istəyən  şəxs faktiki surətdə  həmişə öz 
teatrını yaradır: nələrisə “sındırır”, nələrinsə  əksinə gedir,  
hansısa standartları, doqmaları pozur; amma bütün ehtimalların 
fövqündə  hər halda öz teatrını yarada bilir. Mehdi Gəncədə 
bunu artıq anlamışdı. Odur ki, Mehdi Məmmədov Kirovabad 
Dövlət Dram Teatrında çalışdığı çağları öz sənətçi ömrünün 
“ikinci institut dövrü” kimi təqdim eləyir. Mehdi burada teatr 
sənətini yox, məhz teatrda işləməyi öyrəndi və bu institutun 
“dərs”ləri ömrünün sonunacan onun gərəyi oldu. 
     1941-45-ci 
illərdə Kirovabad teatrının repertuarı 
Azərbaycanın flaqman teatrının repertuarını sanki optimal 
səliqə ilə güzgüləyir: fərq, demək olar ki, minimaldır, 
əhəmiyyətsizdir. Mehdi bundan uzaqlaşmağa çalışsa da, 
bacarmır. Müharibə dövrünün öz qayda-qanunları var, axı! 
Xalq dava eləyirsə, dava xəbərlərilə yaşayırsa, dövlətə xidmət 
edən teatr bundan geri qala bilməz. Ona görə burda da “Aslan 
yatağı”, “İntiqam”, “İntizar”, “Vəfa”, “Məhəbbət” hazırlanırdı, 
orada da və Mehdi bu işə öz müdrik təmkinilə rəhbərlik edirdi. 
Hətta Mehdi Hüseynin “Nizami” pyesi də M.Əzizbəyov adına 
teatrın quruluşundan sonra Kirovabad teatrının səhnəsinə 
adlamışdı.  Şeyx Nizaminin Azərbaycanda keçirilən yubiley 
tədbirləri kontekstində bu təkrarı da normal və  təbii hesab 
etmək mümkündür. Lakin hərdən Mehdi Məmmədovun özü də 
sanki bilərəkdən bu təkrarları vurğulamaq istəyirdi və götürüb 
“Vaqif” pyesini tamaşaya qoyurdu. Ə.İskəndərovun 
Azərbaycan sovet mədəniyyətində siyasi-ideoloji, tarixi-
kulturoloji hadisəyə çevrilmiş “Vaqif” tamaşasından sonra bu 
əsərə quruluş vermək nə qədər məntiqi idi? Bu, əsl riskli aksiya 
kimi çözülmürmü? Həmin dövrdə Kirovabad teatrının 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə