______________Milli Kitabxana_______________
74
qorxudan, təlaşdan gedib “ov”, “yev” yazdırırdı ki, onu
sürüyüb təhlükəsizlik orqanlarının kandarından içəri
salmasınlar. Düzü, Azərbaycan teatrşünaslığında Mehdi
Məmmədovun indiyə qədər mövcud portretlərinin heç birində
onun milli ideologiya adamı olduğundan, milli məsələlərə qarşı
həssaslığından danışılmayıb. Sovet dönəmində hansı teatrşünas
bunu dilinə gətirib deyə bilərdi? Heç Mehdinin özü də
istəməzdi ki, onu toplum içrə bu aspektdən tanıtsınlar.. Nə isə...
hələlik bu sırada mən birinciyəm.
O da mümkün ki, bu hissi Mehdiyə əslən Azərbaycanın
Naxçıvan bölgəsindən olan Təhmasiblər aşılamışdılar:
folklorşünas Məmmmədhüseyn və teatr professoru Rza. Bu da
təsadüfi deyildi: intellektual elita bir yerə toplaşırdı.
M.Təhmasibin “Aslan yatağı”na Kirovabad teatrı da müraciət
eləmişdi, təbii ki, Mehdinin rəhbərliyi altında. R.Təhmasib isə
Rəsul Rzanın “Vəfa” pyesinə quruluş verməkdən ötrü Gəncəyə
rəsmi dəvət almışdı, təbii ki, şəxsən Mehdinin özündən.
Göründüyü kimi Mehdi Məmmədovla Rza Təhmasib
münasibətləri getdikcə alyans xarakteri alırdı və bu alyansın
birləşdirici ideoloji məqamlarından biri də milli ruha bağlılıq,
milli təəssübkeşlik, vətənpərvərlik idi.
Yəqin ki, “Od gəlini” (1942), “Vaqif” (1942), “Nizami”
(1943) kimi pyeslərə Gəncə teatrının səhnəsində Mehdinin
quruluş vermək istəyini elə bu məqam (repertuar siyasətinin
motivasiyalarından biri) şərtləndirirdi. “Od gəlini” faciəsinin
Azərbaycan dramaturgiyasında ən güclü pyeslərdən biri kimi
tanınmasına baxmayaraq onun səhnəmizdə bir elə də uğurlu
taleyi olmayıb (bunu mənim müəllimim teatrşünas Mahmud
Allahverdiyev də deyərdi). Mehdinin quruluşu da yalnız onun
bioqrafiyasının faktı kimi, yaradıcı enerjisinin bir təzahürü
kimi diqqəti çəkir. Əvvəla, Cəfər Cəfərovun yazdıqlarına
istinadən, onu deyim ki, Mehdi Biləgənli Elxanı (tarixi
şəxsiyyət, nümunəvi iradə, dözüm və qüdrət sahibi Babəkin
prototipi) dünya dramaturgiyasının Prometey və Faust kimi
______________Milli Kitabxana_______________
75
qəhrəmanları ilə bərabər tutmuşdu. Hesab eləyirəm ki, bu
müqayisə Mehdinin Azərbaycan xalqını dünyanın qədim
xalqları ilə eyni bir sırada görmək istəyini sərgiləyirdi. Hərçənd
bədii obraz kimi Biləgənli Elxan Prometey və Faustdan qat-qat
dinamikdir, aktivdir, əsl döyüşçüdür, azadlıq uğrunda, sevgisi
uğrunda, bərabərlik və ədalət uğrunda mübarizdir, daha
iztirablar və ya şübhələr içində çabalayan birisi deyil. Əslində,
Prometey və Faust daha çox filosofdurlar, nəinki əməl adamı.
Elxan isə qızğın bir qafqazlıdır: hazırdır ki, hər məqamda
qılıncını sıyırıb ərdəmli bir igid kimi meydana atılsın. Onda
belə çıxır ki, Elxanı Rrometey, Faust cərgəsinə qoşmaqla
Mehdi Cabbarlının qəhrəmanını filosof kimi yozmağa
meyllənirdi. İkincisi: Mehdi Məmmədov Elxana xalq
qəhrəmanı qismində yanaşırdı və bu yanaşma yönü tamaşaya
bir dastançılıq ruhu, bir xalq rəvayəti ruhu gətirirdi. Üçüncüsü:
rejissor pyesin patetik dilindən, yüksək danışıq pafosundan
çıxış edərək öz tamaşasını bir şeiriyyət ahənginə kökləmişdi.
“Od gəlini” faciəsinin verdiyi bədii imkanlara söykənərək
Mehdi Məmmədov öz tamaşasını yaraşıqlı formalar tamaşasına
çevirmişdi. Rejissor səhnəyə xor çıxarmıışdı və bacarıqla
ondan faydalanmışdı. Əgər Elxan Prometey və Faustla bir
cərgədə dayanırsa, niyə antik yunan xoru 1942-ci ilin Gəncə
versiyasında hadisələrin inkişafına müdaxilə etməsin, müəyyən
fikirlərin daşıyıcısına çevrilməsin? Dünya teatr mədəniyyətində
xor fikrin, ideyanın, ovqatın son dərəcə ifadəli təcəssümü
vasitələrindən biri olub həmişə. Mehdini də xor yaman bərk
ilgiləndirirdi. Vaxt gələcək və “Canlı meyit”də, “Xəyyam”da,
“Dəli yığıncağı”nda, “İblis”də Mehdi yenidən xordan və xor
elementlərindən faydalanacaq. “Od gəlini” tamaşasının
strukturunda Mehdi Məmmədov pantomimaya da məqam
ayırmışdı, rəqs səhnələrindən də istifadə eləmişdi. O, hələ ilk
səhnə təcrübələrindən forma kamilliyinə, forma bitkinliyinə
xüsusi əhəmiyyət verən bir rejissor idi. Mehdi fikirləşirdi ki,
sovet mədəniyyətində formalizmə və naturalizmə qarşı hücum
______________Milli Kitabxana_______________
76
başlananda sənət aləmində bir çoxları forma amilinə qarşı
tamamilə laqeydləşdilər: nəticədə, forma bir məna daşıyıcısı
kimi, estetik zövq bildiricisi kimi urvatdan düşdü. Mehdi
Məmmədov isə bu dalğanın şüarlarına uymadı, tamaşanın
bütövlüyü naminə formaları estetik harmoniya vəziyyətinə
gətirənə qədər cilaladı, dəqiqləşdirdi; dəqiqləşdirdi, cilaladı:
səhnə realizmiylə səhnə şərtiliyini bir zəncirin müxtəlif
həlqələri şəklində yanaşı görükdürdü. Amma bununla belə
Mehdiyə görə bu şərtilik elementləri, şərtilik təzahürləri
tamaşanın doğruçuluğunu, onun yaşantılar həqiqətini kölgə
altına almamalıydı. C.Cəfərov yazır ki, Mehdi “Od gəlini”
pyesindən heç nəyi ixtisara salmamışdı və 18 şəklin hamısını
səhnələmişdi
64
, üslubca bütöv bir tamaşa yaratmışdı; elə bir
tamaşa yaratmışdı ki, burada romantik pafos, patetik vüsət,
hadisənin əfsanə qayəsi gerçəkçi psixoloji ovqata, davranış
səmimiyyətinə köklənirdi. Kirovabad teatrının “Od gəlini”
tamaşası haqqında nə demək mümkün idisə, onu Cəfər
Cəfərovun mətnindən “dartıb” çıxartdım; amma tamaşanın
ruhsal dünyasını oxucuya duydura bildimmi? Bəlkə bu
məqamda Mehdinin Cabbarlı dramaturgiyası ilə bağlı
yazdıqlarını sitatlaşdırsam, tamaşanın emosional dünyasının
konturlarını daha yaxşı cızaram:
“Bu qəhrəman mübarizə ruhu,
əzəməti və mətanəti, sonsuz fədakarlığı ilə Prometeyi xatırladır.
Müəllif Elxan-Babəkin obrazı ilə azadlıq yolunda şəhid olanlara,
monumental bir abidə, gələcək nəsil üçünsə bir mübarizlik və
fədakarlıq rəmzi yaratmışdır”.
65
Qədim yunan dramaturgiyası -
Prometey - Biləgənli Elxan - monumental bir abidə... bu kodlar
vasitəsilə tamaşanın emosional dünyasına desant çıxartmaq
mümkündür, tamaşanın plastik rəsmini görmək mümkündür.
Mehdinin rejissurasında Səməd Vurğunun “Vaqif” dramı
1942-ci ildə, yəqin ki, uğursuz alınıb; səslənməyib. Nədən mən
bunu belə deyirəm? Əlbəttə ki, informasiya kasadlığına əsasən.
Elə götürək Cəfər Cəfərovu: o, bu tamaşa ilə bağlı heç bir
cümlə də yazmayıb öz monoqrafiyasında. Deməli, onun
diqqətini heç nə ilə çəkməyib Gəncə teatrının “Vaqif”i.
Dostları ilə paylaş: |