______________Milli Kitabxana_______________
77
Halbuki C.Cəfərov kimi bir teatrşünas üçün Ə.İskəndərovun
“Vaqif” (1938) tamaşası ilə Mehdinin qurduğu “Vaqif”i
(1942) analitik təhlil müstəvisinə çəkmək əla bir peşəkarlıq
şansı. Cəfər bu haqda heç vaxt danışmayacaq; susacaq.
Mehdinin özü də bu tamaşanı heç vədə xatırlamayacaq. Həmin
dövrün mətbuatında da əməlli bir yazı-filan dərc olunmayacaq.
Ona görə də mən düşünürəm ki, Mehdinin tamaşası Ədilin
tamaşası ilə müqayisəyə tablamayıb və teatr ictimaiyyətinin
diqqətini özünə çəkməyib. Və bunda Mehdinin özünün heç
zərrə qədər də günahı yoxdu. Sadəcə, bütün Azərbaycan bilirdi
ki, heç yerdə Ələskər Ələkbərovun Vaqifi kimi Vaqif, Sidqi
Ruhullanın Qacarı kimi Qacar olmayacaq. Möhsün Sənaninin
Eldarı kimi Eldar haradan tapılacaqdı? Bunu bircə teatr işçiləri
heç cürə anlaya bilmirdilər: Azərbaycanda elə bir teatr
qalmamışdı ki, “Vaqif” pyesini öz repertuarına salmasın. Çünki
hər teatrda aktyorların bir qismi istəyirdi və ya xəyalından
keçirirdi Vaqifi oynasın səhnədə, o biri qismi də Qacarı. Artıq
Ə.İskəndərovun rejissurasında Ə.Ələkbərov və Sidqi Ruhulla
tandemində gerçəkləşən “hökmdar - şair” oyunundan
Azərbaycanda mif yaratmışdılar və bu mif tarix və zaman
fövqünə yüksəlmişdi. Bu mif ola-ola camaat ayrı bir “Vaqif”i
qəbul etməyəcəkdi: çünki bu oyunda onlar Ə.Ələkbərovun
ifasında şair Vaqifi bütləşdirmişdilər, tamaşanı əlçatmaz
yüksək bir hücrəyə qoymuşdular. Ona görə də bu pyesin
Kirovabad teatrının repertuarına daxil edilməsi və Mehdi
Məmmədovun ona quruluş verməsi taktiki səhv idi və aydın
məsələdir ki, Mehdiyə uğur gətirməyəcəkdi. Görünür, elə belə
də olmuşdu ki, bu tamaşa haqqında teatr ictimaiyyəti ağzına su
alıb oturmuşdu: heç kim heç nə yazmamışdı. Təsadüfi deyildi
ki, Mehdi öz naturası, xarakteri etibarı ilə Vaqif obrazına daha
yaxın ola-ola səhnəyə “dağlar pələngi” Eldarın rolunda
çıxmışdı. Halbuki aktyor Mehdidə üsyankar, qaçaq, coşqun
Eldarın təbiətindən əsər-əlamət yox idi.
______________Milli Kitabxana_______________
78
Lakin bu vəziyyət “Nizami”də təkrarlanmadı. Halbuki onu
da tamaşaya əvvəlcə “əzizbəyovçular”ın lideri Ə.İskəndərov
hazırlamışdı və memar Əbdək rolunu Sidqiyə tapşırmışdı,
teatra sanki “Vaqif”in uğurunu bir daha yaşatmağa çalışmışdı:
fiqurları, konteksti dəyişmişdi, konsepsiyanı olduğu kimi
saxlamışdı. Odur ki, Azərbaycan Dövlət Akademik Dram
Teatrının “Nizami”si “Vaqif”in davamı, onun yeni invariantı
kimi qavranılmışdı. Busa Mehdi Məmmədova imkan vermişdi
ki, öz “Nizami”siylə “Vaqif”in əvəzini çıxsın, revanş götürsün.
Elə ona görə də rejissor Mehdi dramaturq Mehdidən pyesin
ilkin müəllif variantını istəmişdi. Çünki kompozisiya etibarı ilə
bu nüsxə “əzizbəyovçular”ın tamaşa əsası kimi götürdükləri
mətndən fərqlənirdi. Təbii ki, burada məsələ təkcə
kompozisiya ilə bitib tükənmirdi. Mehdi bu dəfə çalışırdı ki,
Gəncə teatrında üslubca tamam başqa bir tamaşa qursun. Ədil
İskəndərovun quruluşunda Mehdi Hüseynin “Nizami” dramı
tarixi-xronikal epopeya kimi gətirilmişdi səhnəyə və bu tarixi-
xronikal epopeyada məişət doğruçuluğuna geniş yer verilmişdi.
Mehdi Məmmədov isə Nizaminin ruh dünyasını, şeir
dünyasını, onun ideyalar aləmini Kirovabad teatrının
səhnəsində gerçəkləşdirməyə can atmışdı. Rejissor Mehdi üçün
pyesin Nizamidən savayı bir qəhrəmanı da vardı: Gəncə şəhəri.
Mehdinin vətənpərvərliyi, millət sevgisi burada daha aydın
təzahür eləyirdi. Pyesin hadisələri XII yüzil Gəncəsində
yaşanırdı və səhnədə oyun məkanı kimi göstərilən qədim şəhəri
heç kim Kirovabad adlandıra bilməzdi. Bu, Mehdinin qüruru
idi, iftixarı idi: heç olmasa səhnədə Gəncəyə dönmək,
Nizaminin şəhərilə nəfəs almaq, reallığın sosial-ideoloji
qorxuları, təpkiləri altında öz içində gizlin saxladığın bir
emosiya ilə səhnədə azad yaşamaq, “Gəncə” deyib nəşələnmək.
Ol zəmanədə heç kim Kirovabad küçəsinə çıxıb qışqıra
bilməzdi ki, “bura mənim Gəncəmdir!”. Onu həməncə tutub
türməyə basardılar, ya da dəlixanada çürüdərdilər. Azərbaycan
ziyalılarının 70 il səhnəni sevməsi, səhnəni sadəcə səhnə
______________Milli Kitabxana_______________
79
olmaqdan daha artıq dəyərləndirməsi heç də əbəs deyildi.
Mehdi də əlinə düşdüyü şansdan maksimal yararlanmışdı,
özünün millət sevgisini vətənpərvərlik ideyalarına bürüyüb
teatrda gerçəkləşdirmişdi. Bunları deyərkən mən Cəfər
Cəfərovun mətnindən bəhrələnmişəm. Əsl teatrşünas yazanda
elə yazar ki, onun yazdıqları və yazdıqlarının konteksti o biri
teatrşünas tərəfindən oxunub mənalandırıla bilsin. Mən bunu
bacardım: çünki Cəfər Cəfərov böyük teatrşünas olub. Rejissor
Mehdi üçün Nizaminin Gəncəsi şairlər, alimlər, rəssamlar
şəhəri idi, məna, ideya, əqidə kabuslarının dolaşdığı Orta əsrlər
şəhəri idi. Mehdi tamaşasının hadisələr dramatizmini də
Gəncənin atmosferində şair Nizamiylə şair Munisin qarşılarşıb
toqquşan intellektual enerjisi, fikirlərinin, mübahisələrinin,
mühakimələrinin təzadları müəyyənləşdirirdi: onlar olum və
ölüm marşrutunda məna soraqlaya-soraqlaya yüyürən insan
haqqında düşünürdülər.
Pyesə bu yanaşma yönünü, əlbəttə ki, tarixi gerçəkliklər, və
bir də rejissor Mehdinin öz millətinə qarşı olan sonsuz sayğısı
diktə eləmişdi. Amma məsələ təkcə bununla qapanmırdı.
Burada, səbəbini heç vaxt öyrənə bilməyəcəyimiz, niyəsini
cavablaya bilməyəcəyimiz bir mistika da vardı. Mehdi, sadəcə,
Kirovabad teatrına gəlməmişdi: o, Ədil İskəndərovun doğma
şəhərinə gəlmişdi; o, Barat Şəkinskayanın şəhərinə gəlmişdi.
Qəribədir, deyilmi? Fələk çox gözəl bilir, kimi nə vaxt, harada
və necə görüşdürmək lazımdır. Gəncə Mehdinin həyat
marşrutunun ən önəmli dayanacağı, tale şəhəri olmuşdu. Çünki
Barat Şəkinskayasız, çətin ki, Mehdini kimsə Bakıya dəvət
eləyəydi. Mənim gümanım var ki, “Nizami” tamaşasının
konsepsiyasında Gəncə şəhərinin özünün potensial qəhrəman
kimi götürülməsi rejissorun şüuraltı yaşantılarının
obrazlaşmasını işarələyirdi: doğrudan da, həyat və sənət
arasında sərhədlər şəffafdır.
Odur ki, rejissor sanki konflikti virtuallaşdırırdı, konflikti
düşüncələrdə görürdü: Mehdini dramın lirik-romantik ovqatı
Dostları ilə paylaş: |