______________Milli Kitabxana_______________
71
repertuarında “Fərhad və Şirin” də vardı, “Otello” da. Yarış?
Rəqabət və ya respublikanın bir nömrəli teatrına meydan
oxumaq meyli? Həm hə, həm yox. Həqiqət budur ki,
Azərbaycanda bütün teatrlar, o cümlədən Gəncə teatrı da
“əzizbəyovçular”a bənzəmək istəyirdilər, onların oynadıqları
tamaşaları oynamaq istəyirdilər, onlar kimi oynamaq
istəyirdilər. Mehdi Məmmədov isə öz şəxsiyyət tipinə, öz
sənətkar tipinə görə bundan çox-çox uzaq birisi idi. Lakin
repertuarların təkrarlanmasını, Mehdi iradəsindən kənarda, bir
problem də mütləqləşdirirdi: müasir Azərbaycan yazarlarının
yeni pyesləri çətinliklə meydana gəlirdi, sosial sifariş xarakteri
daşıyırdı və bir səhnə materialı kimi sənətşünaslıq
mövqeyindən, əksərən, zəif hesab edilirdi.. Dramaturji təklif
çağdaş yazarlar tərəfindən çoxçeşidli olmadığından teatrlar bir-
birini əlacsız təkrarlamaq məcburiyyətində qalırdılar. Amma
buna baxmayaraq Mehdi hər tamaşasında çalışırdı ki, orijinal
olsun, yeni olsun və heç kimə bənzəməsin. Əlbəttə ki, əgər
repertuar siyasəti və tamaşaya qoyulacaq pyes buna imkan
verirdisə... Düzdür, bu məsələyə Yaşar Qarayev vaxtilə
məndən bir qədər fərqli münasibət bəsləyib və bu münasibət
sovet ideologiyasının kontekstində tam başa düşüləsidir: “Od
gəlini” və “Vaqif”, “Nizami” və “Toy” - o dövrki teatr
həyatımızın bu ən yaxşı nailiyyətləri də Kirovabad səhnəsində
yenidən təvəllüd tapdı (yəni doğuldu - A.T.). Bu tanış siyahı ilk
baxışda gənc rejissorun seçdiyi repertuarın orijinallığı xeyrinə
səslənməyə bilərdi. Lakin məsələ də onda idi ki, orijinallığa və
fərdiliyə o, mətnin yox, bədii şərhin, səhnə təfsirinin təzə-
tərliyi ilə nail olurdu. Bədii-fəlsəfi mütaliə tərzi, romantik vüsət
və qanad bu tamaşaların ifadə etdiyi estetik göstəriciləri
fərqləndirir və hər cür təkrarı, təqlid ünsürünü rədd edirdi”.
61
Yaşar Qarayev burada ya unudurdu, ya da açıq yaza bilmirdi
ki, azad repertuar siyasəti aparılmayanda, peşəkar
dramaturqların və səhnə üçün yararlı mətnlərin sayı defisit
həddə çatanda teatr yalnız “portfelinə” düşənlərdən
______________Milli Kitabxana_______________
72
faydalanmaq məcburiyyətində qalır. Bir azərbaycanlı
məsəlində deyildiyi kimi... “Allahın olanından”. Ona görə də
Mehdi Məmmədov əlacsızlıqdan bu repertuarla işləyirdi və
haradasa siyasi-ideoloji, kulturoloji sifarişə işləyirdi: dövlətin,
partiyanın tapşırığını yerinə yetirirdi. Bunun başqa cürəsi ola
bilməzdi.
Odur ki, Mirzə İbrahimovun “Madrid”indən sonra Mehdinin
“qəbulu”na konveyer növbəsində olduğu kimi Zeynal Xəlil
“yazılır” öz “İntiqam” pyesilə birgə. Artıq 1942-ci ildir. Bu
pyes sovet ideoloji konveyerindən çıxmış mənzum bir dramdır.
Əgər “Madrid”də söhbət ispan xalqının azadlıq mübarizəsindən
gedirdisə, “İntiqam”da Ukrayna partizanlarından, onların
cərgəsində döyüşən azərbaycanlı qəhrəman Qoşqardan
danışılırdı. Məsələ aydındır, şərhə ehtiyac yoxdur: “İntiqam”
tamaşası tənqiddə, teatr tarixində
62
“Madrid”in daha bəsit
invariantı kimi nəzərdən keçirilir. Mehdi Məmmədov
“İntiqam”dan sonra bir də 1944-cü ildə qayıdır müharibə
mövzusuna: qısa zaman məsafəsində “Partizan Kostya”
(Nadejda Filippova) və “İntizar” (Mehdi Hüseynlə İlyas
Əfəndiyev) pyeslərinin oyun variantını səhnə məkanında
yaradır. Ömrünün sonuna kimi müharibə, savaş mövzusu,
tarixi-sosial kataklizmlər mövzusu, kritik situasiyalarda insan
mövzusu Mehdini düşündürəcək: mən elə hesab edirəm ki,
onun “Uzaq sahillərdə”, “İnsan”, “İblis” tamaşaları “Madrid”lə,
“İntiqam”la, “Partizan Kostya” ilə, “İntizar”la bir xətt boyunca
düzülüb, “baxışıb” “insan və iblis”, “barış və savaş”, “xeyir və
şər” mövzusunun refleksiyasına çevriləcək və müharibə
illərinin Mehdi şəxsiyyətinə təsirinin davamı kimi
qavranılacaq.
Mən şəxsən “İntizar” pyesinin Mehdi rejissurasında səhnə
təcəssümünü təsəvvürümdə canlandıra bilmədim. Nədən ki, hər
yerdə Mehdi Hüseynin və İlyas Əfəndiyevin yazdıqları əsərin
süjeti danışılır. Süjet də ən qısa versiyada budur ki, bir
azərbaycanlı rəssam davaya gedir, gözlərini itirib pessimist bir
______________Milli Kitabxana_______________
73
ruhda geri qayıdır; ancaq sevgi onu yenidən aktiv həyat
mövqeyinə qaytarır. “H” imzası ilə çıxış eləyən birisi (yəqin ki,
bu adam tənqidçi V.Hacıoğludur) “Kirovabad bolşeviki” adlı
bir qəzetdə süjeti müfəssəl danışıb obrazlar və ifaçılar ətrafında
gəzişdikdən sonra yazırdı: “İstedadlı və qabiliyyətli sənətkar
olan hörmətli rejissorumuz M.Məmmədzadə və rəssam
S.Hacıyev “İntizar”a gözəl bir quruluş vermişlər. Onlar ikinci
və altıncı şəkilləri xüsusən məharətlə yaratmışlar”.
63
Razılaşaq
ki, bu tövr informasiyalarla tamaşanı, hətta aktyorlara
ünvanlanmış tənqidi qeydlərin tutarlı olmasına baxmayaraq,
bərpa etmək mümkünsüzdür. Bununla belə bir fakt
danılmazdır: Gəncə camaatı bu tamaşanı səmimicəsinə
qarşılayıb və tənqid onu teatrın uğurlu işlərindən biri sayıb.
Düzdür, “İntizar”ı restavrasiya etmək nəsib olmadı mənə:
amma bu tamaşanın işığı ilə gedib Mehdi portretinin elə bir
cizgisini aşkarladım ki, bu insanı mənə tamam başqa bir
rakursdan tanıtdı. Müasir teatrşünaslığın ölü gülləri xatırladan
bəzəkli sözləri, plastik kütlə kimi süni, soyuq ifadələri, standart
fikirləri və ucuz priyomları “pəncərə”sində yaratdığı Mehdi
obrazı bu köhnə “Kirovabad bolşeviki”ndə dərc olunmuş
məqalədə birdən-birə qəribə tərzdə “dirilir” və çağdaş düşüncə
üçün maraqlı olur: cənab tənqidçi “H” mənim monoqrafiyamda
zəmanənin qəhrəmanı statusunda təqdim edilən ünlü rejissorun
soyadını “Məmmədzadə” kimi yazır. Deməli, o dövrdə Mehdi
Məmmədov tamaşaların proqram və afişalarında öz soyadının
“ov” sonluğunu “zadə” sonluğu ilə dəyişdiribmiş və Gəncədə
Məmmədzadə kimi tanınırmış: əks təqdirdə qəzetçi “H” bunu
özündən uydura bilməzdi ki? Hər halda 37-ci illərin aktual
olduğu, rus şovinizminin gücləndiyi, toplumda aclıq və qan
kabuslarının dolaşdığı, insanların cəbhə xəbərləri qarşısında
nəfəslərini içlərinə çəkib “quruduqları” bir vaxtda qapalı sovet
cəmiyyətində belə addım atmaq hər kişinin işi deyildi:
adamdan cəsarət, inam və öz millətinə qarşı sonsuz sevgi tələb
edirdi. Çünki bu çağlarda camaat soyadının sonluğuna
Dostları ilə paylaş: |