Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə125/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   121   122   123   124   125   126   127   128   ...   138

375 

tutiya  ilə  əlaqədardır.  Lakin  Ģair  ona  “nuĢ”  hissəciyini  artıraraq 

dəyiĢdirmiĢdir. 

Bir rumlu var idi olduqca insan

Natiqdi, bir neçə dildə danıĢan. 

Alimdi həm fikri, sözü qurmaqda

Mahirdi ox atıb, qılınc vurmaqda. 

Söhbəti tutini kəməndə salmıĢ, 

Özü TutiyanuĢ adını almıĢ (Ġ-77). 

Tülkü (zo.) – “Ovçu ilə tülkünün hekayəti”ndə alleqorik ob-

raz adı. 

Bir tülkü yaxınlaĢıb ələ saldı ovçunu, 

Söylədi: “Nə yaxĢı ki, bu dərd aldı ovçunu (SX-94). 

ġair “Oğru və tülkü hekayəti”ndə də Tülkü obrazı yaratmıĢdır. 

Ayıq – sayıq nəzərlə süzüb dörd yanı tülkü

Qoruyardı, güdərdi hər gün dükanı tülkü (SX-103). 

Türk  (et.)  –  Türk  xalqlarının  ümumi  adı.  “Türk”  sözünün 

leksik mənası igid, qoçaq, qüvvətli, döyüĢkən deməkdir. “Türk” 

məfhumu  Nizami  üçün  müxtəlif  müsbət  keyfiyyətlər  (ağlıq, 

gözəllik,  cəngavərlik, səxavətlilik,  əzəmət,  ürək geniĢliyi və s.) 

simvoludur. 

Tərazlıtək gözəldin, saçın həbəĢ saçıydı, 

Hüsnün türkə, ərəbə bir elin xəracıydı (SX-88). 

Burada  “türk”  dedikdə,  metonimik  Ģəkildə  bütün  türk  xalq-

ları nəzərdə tutulmuĢdur. 

Türk (məc. et.) – Xosrov Bəhram Çubinlə vuruĢa girəndə o, 

türkə bənzədilir. Burada “türk” igid, qorxmaz, cəsarətli və s. ki-

mi mənalarda iĢlənmiĢdir. 

Türk kimi bir döyüĢ baĢladı həm də 

Türk kəranayları səslənən dəmdə (Xġ-148). 



Türk,  rumlu  (qoĢa  məc.  et.)  –  Odun  Ģöləsi  türk  və  rumlu-

larla müqayisə olunur. 

Bir türkdürumluydu əsil – nəsəbi, 

Hindlilər göz nuru vermiĢ ləqəbi (YG-127). 

Birinci sətirdə  ocağın  Ģöləsi  ilə  Rum  – Kiçik  Asiyada  yaĢa-

yan al yanaqlı ağ türklər müqayisə edilir. Ġkinci sətirdə hindlilər 




376 

deyərkən  VII  əsrdə  Ġrandan  Hindistana  qaçmıĢ,  indi  də  orada 

yaĢayan  zərdüĢtilər  –  atəĢpərəstlər  nəzərdə  tutulur.  ZərdüĢtilər 

isə odu göz iĢığı kimi sevirdilər. 



Türk dili (id.) – Ən qədim dövrlərdən baĢlayaraq, əsrimizin 

30-cu  illərinə  qədər  “Azərbaycan  dili”  əvəzinə,  bu  termindən 

istifadə olunmuĢdur. Bu söz altında Azərbaycan xalqına məxsus 

olan dil nəzərdə tutulur. 

“Türk dili” geniĢ mənada bütün türk xalqlarının danıĢdığı dil 

mənasında da iĢlənir. 



Türk dili yaramaz Ģah nəslimizə, 

Əskiklik gətirər türk dili bizə (LM-47). 



Türk  nayı  (ktem.)  –  Ġskəndər  və  Dara  döyüĢçülərini  qızıĢ-

dırmaq üçün çalınan musiqi aləti. 



Türk nayı qopardı elə bir Ģivən 

Ġgidlər coĢaraq qopdu yerindən (Ġ-142). 



Türk  Ģahı  (an.)  –  Türk  Ģahının  əsl  adını  əvəz  edən  ləqəbi. 

Nizami bu adı “Çin xaqanı” adı ilə sinonim iĢlətmiĢdir. 



Türk Ģahı xaslarla yola çıxaraq, 

Getdi Ġskəndəri çağırsın qonaq (Ġ-304). 



Türklərin  xaqanı  (an.)  –  Çin  hüdudlarında  yaĢayan  türk-

lərin  xaqanının  köməkçi  adı.  Nizami  yradıcılığında  “Çin”  müa-

sir Çini yox, o dövrdə Çin ərazisində yaĢayan türklərin ərazisini 

bildirir. ġair “çinli” dedikdə də “türklər”i nəzərdə tutur. 



Türklərin xaqanı dünya Ģahından 

DaĢqın bir sevinclə oldu kamiran (Ġ-293). 

Ġskəndərlə  dostluq  əhd  –  peymanı  bağlayan  Çin  (Türk)  xa-

qanı səhərisi gün böyük bir ordu ilə Ġskəndərin hüzuruna gələn-

də o, təĢviĢə düĢür. Elə bilir ki, xaqan hiyləyə əl atmıĢdır. 

Dil açdı, türklərə eylədi qarğıĢ: 

“Fitnəsiz anadan bir türk doğmamıĢ. 

Çinlidən gözləmə çin qaĢdan baĢqa... 

Çinlidən umulmaz vəfa, etibar (Ġ-295) 

Demək ki, sizlərdə məhəbbət kindir, 



Çindəki türklərin qəlbi çin-çindir. 

 



377 

Bu çinli türklərdə olsaydı vəfa 

Donunun çinində yaĢardı dünya (Ġ-296). 

Türkünaz  (an.)  –  Birinci  iqlim  padĢahı  qızının  söylədiyi 

nağılda obraz adı. Türk və naz sözlərindən düzəlmiĢdir. 

Dedi: -bir türkəm ki, mənə tay olmaz

Nazənin bədənəm, adım Türkünaz (YG-149). 



Türkünaz,  Türkütaz  (ana.,  ep.  an.)  –  Qara  geyənlərin 

Ģahının ləqəbi. “Türkütaz” adı türk və taz (“taz”, bəlkə də, farsca 

“ərəblərə  mənsub”  mənasında  olan  “tazi”  sözüdür)  sözlərindən 

düzəlmiĢdir.  ġair  bu  adları  fonetik  cəhətdən  bir  -birinə  uyğun-

laĢdırmıĢ, həm anaforik, həm də epiforik Ģəklə salmıĢdır. 

Söylədim: - Könüllər bir olsa əgər

Qohumtək ad dəxi ada bənzəyər. 

Xeyli qəribədir, qoy deyim sənə, 



Türkütaz ləqəbi verilib mənə (YG-149 – 150). 

Türküstan  (top.)  –  Türk  dilli xalqların  yaĢadıqları  ərazinin 

ümumi  adıdır.  Eyni  zamanda  bu  ad  “Xuzistan”  toponimi  ilə 

epifora yaratmıĢdır. Türküstan sevən qəlbli insana bənzədilir. 

Nazı Türküstanın qəlbini çalmıĢ, 

ÖpüĢü Xuzistan xəracı almıĢ (Xġ-313). 

 

 



- U - 

 Ulduz,  Ay  (qoĢa  məc.  kos.)  –  Burada  “ulduz”  –  apelyativ, 

“Ay”  –  onimdir.  ġair  ġirinin  rəfiqələrini  metaforik  Ģəkildə  ul-

duza, ġirinin özünü isə Aya bənzədir. 

ġirin o qızları gördü gülərək



Ulduzlara vurdu aydan bir bəzək (Xġ-113). 

 

 



- Ü - 

Üçüncü  məzlum  (ap.)  –  “Yeddi  gözəl”  poemasında  obraz 

adı. Rastü- RövĢən tərəfindən var-yoxu əlindən alınan və haqsız 

olaraq zindana salınan məhbuslardan biri. 

Üçüncü dedi ki: “Böyük tacidar, 

Hər yana istəsən bəxtin yol açar (YG-288). 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə