Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru


İxtilaflı söz danışan ağız düşmənin ruporudur!



Yüklə 0,68 Mb.
səhifə7/23
tarix17.09.2017
ölçüsü0,68 Mb.
#568
1   2   3   4   5   6   7   8   9   10   ...   23

İxtilaflı söz danışan ağız düşmənin ruporudur!


Ayətullah Xamenei: Quran tilavəti müqəddimədir, məqsəd deyil!

Bismillahir-Rəhmanir-Rəhim...

Bütün əziz qardaş və bacılara xoşgəldin deyirəm. Qarilər, hafizlər, Quran əhli, Quranla ünsiyyətdə olanlar Quran ayələrini tilavət edəndə həqiqətən Quran ətri həyat fəzasını bürüyür. Mən bu gözəl mərasimi təşkil edən, onu ərsəyə gətirənlərə təşəkkür edirəm. Möhtərəm qarilərə, bu gün proqramı icra edənlərə təşəkkürümü bildirirəm.

Ümir edirik ki, Allah bizi Quran əhli qərar versin. Quran əhli olmaq lazımdır. Quran tilavəti müqəddimədir, məqsəd deyil. Məqsəd Quran əxlaqı ilə tərbiyələnməkdir. Peyğəmbərin (s) möhtərəm zövcələrindən nəql olunub ki, Həzrətin (s) əxlaqı barədə deyiblər: Kanə xulquhul-quran... Peyğəmbərin (s) əxlaqı Quran idi... (Nəhcül-bəlağənin şərhi, c.6, səh. 320) Yəni Peyğəmbər (s) mücəssəm, təcəssüm etmiş Quran idi. Rəftarımız, əxlaqımız, şəxsi səciyyələrimiz Qurana uyğun olsun. Bu lazımdır. Tilavət bu yolun müqəddiməsidir. Təkcə bu da deyil. Qurana uyğun fərdi formalaşmadan əlavə, cəmiyyətimiz, həyat fəzamız da quransayağı olmalıdır.

Yol verməyin ki, cahiliyyət özünü cəmiyyətimizə, həyatımıza qəbul etdirsin. Hansı ki bu iş baş verib. Bu gün İslam dünyası cahil rejimlərin təzyiqi altında əzab çəkir. Bu gün İslam dünyası zəiflik, yoxsulluq, ixtilaf, daxili müharibələr yaşayır, onun böyük daxili mənbələri, enerjiləri öz əleyhinə işləyir. Bütün bunları İslam dünyasına zorla qəbul etdiriblər. Quran bizi bu təzyiqlərdən xilas etmək istəyir. Buna müvəffəq olmalıyıq. Quranı öyrənək, Quranla ünsiyyət quraq, Quran qarşısında təslim olaq, Qurandakı məqsədlərə doğru hərəkət üçün əzm və iradə göstərək. Bu halda bacararıq. Əgər bir addım irəli getsək, Allah-Taala bizə ikiqat güc verər. Bu gün müsəlman xalqların dərk etməli olduğu məsələ budur. Bunu dərk etməlidirlər. Bir addım atıb, sınayaq.

Biz bunu yaşadıq. Biz İran xalqı bunu təcrübədən keçirdik. İslam düşmənləri və Quran düşmənləri qarşısında təslim olmadıq, müqavimət göstərdik. Allah bizə güc verdi. Müqavimət göstərdikcə gücümüz artdı, imkanlarımız artdı, gələcəyə ümidimiz artdı. Bu, İslam dünyasına əlac nüsxəsidir. İslam düşmənlərinin İslam ümməti arasında həmişə, bu gün də izlədiyi məsələlərdən biri ixtilaf, qarşıdurma yaratmaqdır. Bunun qarşısını almaq lazımdır. İxtilaf yaradan söz danışan hər ağız düşmənin ruporudur. Özü bilsə də, bilməsə də, bu belədir. Diqqətli olaq ki, ağızlarımız İslam və Quran düşmənlərinin ruporu olmasın, ixtilaf havası çalmasın. Dini ixtilaf, şiə-sünni ixtilafı, ərəb-əcəm ixtilafı, ölkələrarası ixtilaf, millət-tayfa ixtilafları, millətçilik təəssübləri müsəlman cəmiyyətində şölələndirilən ixtilaflardır. Onların qarşısında dayanmaq lazımdır.

Bəli, bu sözləri danışmaq asandır. Onlara əməl etmək çətindir. Amma əməl üçün yol var, yol açıqdır. Əsas amil bizim əzm və iradəmizidr. Qərara gələk. Bəsirət və əzm iki əsas amildir. Əvvəla, bəsirətimiz olsun, dostu-düşməni tanıyaq. Bu gün elə İslam ölkələri var ki, onların məsullarının bəsirətində xəta var. Dostu düşməndən seçə bilmirlər. Düşməni dost sayırlar, dostu düşmən. Beləcə, insan zərbə alır. Belə bir ölkə, belə bir baxışla zərbəyə məruz qalır. Bəsirət lazımdır. Qul hazihi səbili ədu iləllahi əla bəsirətin ənə və mənittəbəəni... De: Bu mənim yolumdur. Mən və mənə tabe olan möminlər açıq-aşkar bir dəlillə Allaha çağırırıq... (Yusuf, 108) Əgər bəsirət olsa, insan yolu düzgün tanıyar. O zaman əzm və iradə göstərsə yolu asanlıqla keçər. İlahi nüsrət budur. İn tənsurullahə yənsurkum... Bundan aydın necə demək olar?! İn tənsurullahə yənsurkum və yusəbbit əqdaməkum... Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər. (Muhəmməd, 7) Allahın nüsrəti budur. Allahın yolunu tanımaq, tapmaq, izləmək, düşmənin fitnə, hiylə və zoruna təslim olmamaq! Quran biz belə təmin edir.

Bizim illik Quran toplantımız həmd olsun Allaha müvəffəq toplantıdır. Quran tədricən cəmiyyətimizdə öz yeni həyatını tapır. Quranı sevənlər, Quranla ünsiyyətə qatılanlar, Quranla mənus olanlar həmd olsun Allaha cəmiyyətimizdə artmaqdadır. Bizim Quranın hifzi, tilavəti üzərində israrımıza irad tutmasınlar ki, bunlar əsas deyil. Biz də bilirik ki, əsas deyil, vasitədir. Bu vasitələrsiz Qurana yaxınlaşmaq olmaz. Quran maarifi ilə tanış olmayan, Quran ayələrini düşünməyən, Quranla ünsiyyətdə olmayan insan Quranla hərəkət etmək istədiyi cəmiyyətə necə yol göstərə bilər?! Ziyalılarımız, gənclərimiz Quranla tanış olmalı, ünsiyyəti gücləndirməlidirlər. Düşüncəyə Quran maarifi süzüldükdə düşüncədən bayıra çıxan da o olacaq. Zehn Quran maarifi ilə zənginləşdikdə insanın dilində, əməlində, qərarlarında, rəftarlarında özünü göstərəcək. Bu bizim izləyəcəyimiz məqsəddir. Ölkə məsulları Qurana ciddi yanaşsınlar. Bu məsələni kiçik məsələ hesab etməsinlər. Quran öyrənmək, Quran tilavəti, Quranla ünsiyyət yolunda olan siz əziz gənclər bu yolu ciddi şəkildə izləyin. Quran bizim üçün gələcəyi işıqlandırır. Quran bizə doğru yolu, sirati-mustəqimi göstərir, bizi xoşbəxt edir.

Dedik ki, bu gün İslam dünyasının zəiflikləri çoxdur. Amma xoşbəxtlikdən İslam cəmiyyətində İslam və Qurana doğru hərəkət başlayıb. Məntəqə ölkələrində yaşanan İslam Oyanışı səhnədən çıxası deyil. Bu oyanış davam edəcək, inşaallah öz təsirlərini göstərəcək. İslam Oyanışı bir həqiqətdir. Bu həqiqət inşaallah hər gün daha artıq özünü göstərəcək. Bəli, alimlərin ikiqat artıq vəzifəsi var. Ziyalıların, yazıçıların, tələbələrin, araşdırmaçıların, o cümlədən xalqın sevdiyi siz qarilərin vəzifəsi ikiqat ağırlaşıb. Quranın sizi müjdələdiyi yola xalqı ümidvar edə bilməlisiniz.

İnşaallah, Allah-Taala sizi müvəffəq etsin, sizi öz yardımlarından bəhrələndirsin. İnşaallah, müsəlman dövlətləri, müsəlman rəhbərlər sözdə yox, əməldə bir dədər Qurana yaxınlaşsınlar. İnşaallah, İslam dünyası öz xoşbəxt gələcəyini Quran sayəsində əldə etsin.

Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.

May, 2015



Cənab Rəhbər Ayətullah Xameneinin İmam Hüseyn (ə) adına Zabitlər və Keşikçilərin Təlimi Universitetində bəyanatı

Cənab Rəhbər: Mən icazə vermərəm!

Bismillahir-Rəhmanir-Rəhim...

Siz əziz gənclərə, İran xalqının gözünün nuru olan əziz övladlarına təbrik deyirəm. Həm müqəddəs keşikçilik məsuliyyətini qəbul edənlərə, həm rütbə alanlara, həm də bu iftixarlı mərhələyə qədəm qoyanları salamlayıram. Bu yaradıcı, gözəl, mənalı səhnələrə görə təşəkkür edirəm. Düzülüşlər və proqramlar həm gözəl idi, həm də dərin məzmuna malik və yeni idi. Həyatın bütün sahələrində, elmdə, müdiriyyətdə, həyat tərzinin təkmilləşdirilməsində, inqilabi dəyərlərin qorunmasında bu bir neçə nöqtəyə diqqət zəruri, həm də mümkündür. Bütün işlərdə həm yenilikçilik və ixtiraçılığa, həm gözəllik və mənaya diqqət yetirmək lazımdır. Məmləkətin mühüm məsələlərində, eləcə də həyatın bütün sferalarında səthi işlərdən çəkinmək lazımdır. Dərin, mənalı, davamlı işlərə diqqət yetirilməlidir.

Allaha şükür edirəm ki, bu şəcəreyi-təyyibə (pak ağac), yəni İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) güc, inkişaf, düşüncə və əməl yetkinliyi baxımından hazırkı mərhələyə çatıb. Həmd olsun Allaha ki, hər gün irəli gedirsiniz, hər gün zahir və batini kamilləşdirirsiniz. Bu universitet özü İslam İnqilabı Keşikçiləri Korpusunun irəliyə doğru hərəkətinin göstəricilərindəndir. Əziz gənclər, mənim əziz övladlarım! Diqqət yetirin ki, sizin universitetin Xurrəmşəhrin fəthi, Fəthül-mubin əməliyyatı, Fav əməliyyatı, Kərbəla-5 əməliyyatı kimi keçmişi var. Bugünkü inkişaflar üçün həmin mücahidələr, həmin fədakarlıqlar, cəbhələrdə sizdən əvvəlkilər, sələfləriniz vasitəsilə şölələnən, gözləri qamaşdıran nur zəmin olub. Bu nur ölkəni hərəkətə gətirir, İran İslam Cümhuriyyətinin həyat fəzasını, bu məmləkətin əziz xalqını məqsədlərə, amallara uyğunlaşdırır.

Bu gün böyük İslam İnqilabının davamı, bayrağı sizin əlinizdədir. Hansı bayraq? Yəni İslam sivilizasiyası bayrağı. Bu bayraq bəşəriyyətin səadəti üçün yol açır. Bunu hamınız bilin, İslam sivilizasiyası bütün insanlar və bəşəriyyət üçün yol açır. Bu baxış bugünkü gənclərin ixtiyarındadır. Bu yeni, təlaşlı, cazibəli baxış Böyük İmamın rəhbərliyi altında İslam İnqilabı ərsəyə gətirib. Onu bu millətin ixtiyarına verib. Bu düşüncəli, oyaq, qədirbilən xalq onu alıb və qənimət sayıb. Bu günə qədər onun keşiyində dayanılıb. İran xalqının fədakarlığının mühüm təzahürlərindən biri Müqəddəs Müdafiə idi. Bu fədakarlıq bu gün həmin bayrağı ucaya qaldırıb.

Bu bayraq, bu sivilizasiya qarşısında dünyanın müasir cahiliyyət sivilizasiyası dayanıb. İslam baxışı ədalət tərəfdarıdır, bəşəriyyətin azadlığına tərəfdardır. Bu baxış imperializm və istismar zəminələrinin aradan qalxmasına tərəfdardır, bütün dünya da istibdadın məhv olması tərəfdarıdır. Yəni dünyada iki cinah, əzən və əzilən cəbhə olmasın. İslam nizamının baxışı budur. Sizin əlinizdə olan bayraq bu bayraqdır. Qarşıda isə, əks cəbhədə isə zalım, zor deyən, təkəbbürlü, eqoist bir baxış dayanır. O, dünyanın inhisarçı, müstəbid, böyük kapitala arxalanan qüvvələrinin baxışıdır. Həmişə olublar, bu gün də mövcuddurlar. Keçmişdə açıq və utanmadan öz mahiyyətlərini göstərirdilər. Bu gün müxtəlif örtüklər altında, gözəl sözlərlə, məsələn, insan haqları, amansızlığa son kimi şüarlarla, münafiqcəsinə, riyakarlıqla işlərini irəli aparırlar. Amma millətlərin iti gözü bunu seçir. Bu iki baxışı, bu iki yanaşmanı bir-birindən ayıra bilirlər. Bu iki diskurs barışası deyil. Onlar yaxınlaşmayacaq, barışa bilməyəcək. Onlardan biri məzlumlara, dünya xalqlarına zülm-sitəm diskursudur. Digəri məzlumların zalımlar qarşısında müdafiəsi diskursu. Bunlar nec barışa bilər?! Bunlar necə yaxınlaşa bilər?! Bu gün dünya hər şeyi görür, hər şeyi anlayır. Düşmənlərimiz öz təbliğatlarında İslam Cümhuriyyətini təcrid olmuş, güşənişin kimi göstərməyə çalışırlar. Amma İslam Cümhuriyyəti təcrid olmayıb. İslam Cümhuriyyəti yarandığı zamandan bu günə qədər dünya xalqlarının qəlbində özünə yer edir. Bəli, harada təbliğat, ağı qara göstərməyə təlaş varsa həqiqət pərdələnir. Amma bu işi qısa müddət görmək olar. Baxın görün İran İslam İnqilabından bu günə qədər başqa ölkələrə səfərə gedən prezidentlərimizi xalqlar necə qarşılayıb? İnsanlar öz rəftar və danışıqlarında heyrətlərini gizlətməyiblər. Bu bir dövrə aid deyil. İnqilabın əvvəlindən bu günə qədər belə olub. Şimali Afrika, Qərbi Asiya, Şərqi Asiya, bütün bu məntəqələrə gedən prezidentlərimiz orada xalqla görüşmək istəyib. Həmin məmləkətin xalqı öz sevincini bildirib. Bu gün bütün dünyada belədir. Qərblilərin adını Yaxın Şərq qoymaq istədiyi Qərbi Asiya ölkələrində də görüşlər belə olub. Hətta Avropa ölkələrinə qonşu olkələrdə də eyni münasibət müşahidə edilib.

Bu gün sizin adınız, İran xalqının adı dünyada, millətlər arasında dünyanın azad insanları arasında uca və iftixarlı addır. Bəs dövlət arasında necə? Dövlətlər arasında da belədir. Dövlətlər də insanlardan təşkil olunur. Kimin ki qəlbi zülmətə dönməyib, kimlər ki azğın nəfs istəklərinə qərq olmayıb, kimlər ki imperializmə nökərçiliyi qəlbən qəbul etməyib, etiraf edir ki, İran xalqı əzəmətlidir, onun əzəmətli nizamı bu xalqı bu sayaq irəli apara bilib.

Ölkəmizdə təşkil olunan tədbirlərdə, istər İslam konfransında, istər bloklara qoşulmayanların toplantılarında ölkə başçılarının əksəriyyəti bir araya gəlib, öz məhəbbətlərini bildiriblər. Deyillər ki, İran bir güşəyə çəkilib. İranın təcrid olduğunu deyirlər. O şəxslər təcrid olub ki, yalnız güc, pul, dollarla qəlbləri ələ ala bilirlər. Onların bəyanatlarında, müraciətlərində, əməllərində dünya üçün cazibədar heç nə yoxdur. Əzizlərim, ey İran xalqının əziz övladları! Bu iftixarlı bayraq sizin əlinizdədir. Bu universitetdə, ölkənin bütün nöqtələrində gənclərimiz imanla hərəkətdədirlər.

Biz İslam, İslam nizamı, inqilabi hərəkat, inqilabi baxış, inqilabi ideallar vasitəsilə əldə etdiyimiz izzəti, ucalığı əldən verməyəcəyik. Bu gün düşmənlər nigarandırlar. Hər gün İran İslam Cümhuriyyəti qarşısında bir problem yaradırlar. Biz qorxmuruq, biz çəkinmirik. Əgər biz hərəkətsiz bir vücud olsaydıq bizə qarşı belə təlaş göstərməzdilər. Biz hərəkətdəyik, biz diriyik, biz inkişaf edirik, biz fəalıq, buna görə də qarşımızda problemlər yaradılmasını gözləyin. Allah-Taalanın qüdrəti, Ona təvəkküllə, ilahi vədlərə etimadla, özünəinamla bu problemlərdən ötüb-keçəcəyik. Düşmənlərimiz düzgün dərk etməyiblər, İran xalqını düzgün tanımayıblar, İslam Cümhuriyyətinin məsulları ilə lazımınca tanış deyillər. Buna görə zorakı sözlər danışırlar. Elə bu nüvə müzakirələrində zor göstərirlər. Aydın olur ki, bu milləti tanımayıblar. Bizim dövləti tanımayıblar. Bizim dövlət təslim olmayacaq. Dövlətimiz bu millətdəndir. Bu millət arasından çıxmış dövlətdir. Həmin ideallarla irəli gedib, həmin ideallarla inkişaf ediblər. Dünyada bu düşmən qarşısında hansı dövlət, hansı millət, hansı məsul geri çəkilibsə düşmən irəli gəlib. Onlar daha artıq tələb ediblər. Onların dünya xalqlarına münasibətdə istismar və əsarətdən başqa istəyi yoxdur. Bacardıqları qədər irəli gəlirlər. Onların qarşısında əzm və iradə, təvəkkül, milli iqtidardan möhkəm divar çəkmək lazımdır.

Müzakirələrdə yeni sözlər danışırlar. Biz dedik ki, heç bir hərbi obiektimizə biganələrin müfəttişini buraxmayacağıq. Deyirlər ki, biz sizin alimlərinizlə söhbət etməliyik. Əslində onları sorğuya çəkmək istəyirlər. Biz yol vermərik ki, bizim nüvə alimlərimizə, istənilən mühüm ixtisas üzrə alimlərimizə qarşı zərrəcə alçaldıcı hərəkət edilsin. Mən icazə vermərəm ki, biganələr bizim alimlərimizi, İran xalqının layiqli və əziz övladlarını sorğuya çəksinlər. Bu layiqli övladlar elmi bu səviyyəyə çatdırıb. Dünyada heç bir ağıllı insan, heç bir dövlət buna icazə verməz. Hamı öz alimlərini gizlədir. Onların adlarının açıqlanmasına yol vermir. Həyasız düşmən istəyir ki, biz yolu açaq, gəlib bizim alimlərlə söhbət etsinlər, müzakirə aparsınlar. Nə barədə? Ölkədə ümumi elmi inkişaf barədə. Şübhəsiz, belə bir işə yol verilməyəcək. Bunu həm düşmənlər, həm də İslam Cümhuriyyətinin qərarını gözləyənlər yaxşı bilsinlər.

Əziz məsullarımız bu meydanda şücaətlə hərəkət edirlər. Bilsinlər ki, həyasız düşmənlə yeganə rəftar üsulu qətiyyət və güzəştə getməməkdir. Onlar müzakirələrdə İran xalqının istəklərini, bu xalqın əzəmətini göstərməlidirlər. Hər birimiz, hansı məsuliyyətdə kim varsa, İslam İnqilabının bərəkəti sayəsində həmin məsuliyyətə çata bilib. Siz bir gənc tələbə olaraq böyük arzularla yaşayırsınız. Məsullar müxtəlif sahələrdə uca məqsədlərə çatmaq üçün çalışırlar, xidmət göstərirlər. Hamımız xidmətçiyik. Bu həqir hamınızın xidmətçisiyəm. Zor deyən düşmən qarşısında, həyasız düşmən qarşısında, düşmənin yersiz istəkləri qarşısında, düşmənin fitnəkarlıqları qarşısında var gücümüzlə möhkəm dayanmaq hamımızın vəzifəsidir.

Mənə xəbər çatıb ki, düşmənlərimiz Fars körfəzi ölkələrinin bəzi ağılsız başçıları ilə - hamısını nəzərdə tutmuram - birlikdə təmsili (uzaqdan idarə edilən) müharibələri İran sərhədlərinə doğru çəkmək istəyirlər. İslam İnqilabı Keşikçiləri, milli təhlükəsizliyi qoruyan bütün insanlar müxtəlif təşkilatlar da oyaqdırlar, diqqətlidirlər. Yaxşı bilsinlər ki, əgər bir şeytənət baş versə, İran İslam Cümhuriyyətinin reaksiyası çox sərt olacaq. Bu aydın bir yoldur. Bu açıq və geniş bir yoldur. İran xalqının qarşısında bu açıq bir üfüqdür. İran xalqı böyük ümidlə həmd olsun Allaha ki, bu yolu gedir. Əlbəttə ki, böyük məqsədlərə doğru hərəkət zamanı yorğunluqlar, xərclər və problemlər də var. Tarixdə problemlərdən yorulmayan, dizə çökməyən, düşmən qarşısında əyilməyənlər ləyaqətli insanlar, ləyaqət ordeni almış xalqlardır. Onlar bütün təcavüzlər, sözdə, işdə təcavüzlər qarşısında öz əzm və iradələrindən möhkəm divar çəkiblər. İstər meydan müharibələrində, istər informasiya müharibəsində təcavüzkara müqavimət göstəriblər. İran xalqı bu xalqlardandır. 35 ildir ki, İran xalqı bu yolda hərəkət edir. Bu gün siz əziz gənclər bu səhnənin növrəstə bəhrələrisiniz. İnşaallah, bu ağır yükü siz və ölkə boyu işə məşğul olan, təhsil alan gənclər çiyninə götürsün. İnşallah, bu əmanəti bizdən, əvvəlki nəsillərdən daha üstün şəkildə irəli aparın, Allah qarşısında, ilahi dərgahda əziz şəhidlərin gözünü işıqlandırın.

Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd hörmətinə, bizim dəyərli şəhidlərimizin pak ruhuna, Böyük İmamın pak ruhuna öz rəhmət və bərəkətini nazil et!

Pərvərdigara! Bu gənc qəlblərə, bu pak insanlara öz rəhmət və bərəkətini nazil et!

Pərvərdigara! Şəban ayı və qarşıdakı ramazan ayında bu gənclərə öz tövfiqini əta et, onlara özünə yaxınlığı lütf buyur.

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

May, 2015

Cənab Rəhbərin Besət bəyanatı


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə