Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə154/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   150   151   152   153   154   155   156   157   ...   175

535

A L T I N C I   G Ü N

G Ü N O R T A Y A   D O Ğ R U ,

Vilhelm A dsomın yuxusunu yozur

Çətinliklə özümə gəldim və həyətə çıxdım. Əsas darvazanın yanında bir neçə nəfər dayanmışdı. Bunlar

monastırdan ayrılmaqda olan fransiskanlar və onlarla vidalaşan Vilhem idi.

Xoş arzulara, qardaşca qucaqlaşmalara mən də qoşuldum. Sonra Vilhelmdən o birilərin məhkumlarla

birlikdə nə zaman gedəcəklərini soruşdum. Onların yarım saat əvvəl, biz xəzinədə olarkən getdiklərini

söylədi. “Bəlkə do mən xəyal görərkən”, - deyə düşündüm.

Bir an donub-qaldım. Sonra özümü ələ aldım. Belə daha yaxşıdır. Onların necə aparılmasına baxa

bilməzdim. Bədbəxt qiyamçı-keların, Salvatorun və əlbəttə ki, qızın. Baxmaq və onları daha heç zaman

görməyəcəyimi düşünmək... Həm də gördüyüm xəyal hələ yaxamı buraxmamışdı və bütün hisslərim

keyimiş kimi idi.

Minoritlərin arabası monastırın qapısına doğru irəlilərkən, Vilhelmlə mən kilsənin qarşısında dayanıb,

gözlərimizlə onu yola salırdıq. Ayrı səbəblərdən olsa da, hər ikimiz məyus idik. Sonra mən qeyri-adi

yuxumu ustadıma danışmağı qərara aldım. Gördüyüm xəyalın dəhşətli rəngarəngliyinə və rabitəsizliyinə

baxmayaraq, hər şeyi xırda təfərrüatlarına qədər və çox aydın xatırlayırdım: surətlər, hərəkətlər, sözlər

tək-tək yadımda idi. Beləcə, heç bir şeyi ötürmədən danışdım, çünki məlumdur: yuxular - çox vaxt mühüm

şeylər saxlayan sirli məktublar kimidir, müdriklər onları yazılı sənəd kimi oxuya bilirlər.

Vilhelm susaraq məni dinlədi. Sonra soruşdu: “Nə gördüyünü bilirsənmi?”

“Sizə danışdıqlarımı...” - karıxmış halda cavab verdim.

“Bunu anladım. Amma mənə danışdıqlarının böyük bir hissəsinin daha əvvəl yazılı şəkildə mövcud

olduğunu dərk edirsənmi?




536

Son günlərdə gördüyün hadisələri və adamları sənə məlum olan başqa bir vaqcənin içinə yerləşdirdin,

bunu sən haradasa oxumusan, ya da kimdənsə eşitmisən, məktəbdə, bəlkə də monastırda. Xatırlamağa

çalış. “Kipriani ziyafəti”dir bu”.

Bir an sarsıntı içində donub-qaldım. Sonra xatırladım. Hə, əlbəttə! Əsərin adını, doğrudan da,

unutmuşdum. Amma hansı yetkin rahib, ya da usanmaq bilməyən gənc mürid, Pasxa bayramlarının zəngin

ənənələrinə və ioca monachorıım

210

 -a daxil olan və nəsrlə, ya da nəzmlə nağıl edilən bu hekayəyə, heç

olmasa, bircə dəfə gülməmişdir, ya da gülümsəməmişdir? Ustadlar arasında ən sərt olanlar onu yasaqlasa

da, yamanlasa da, elə bir monastır yoxdur ki, orada rahiblər bu hekayəni, əlbəttə, mütləq əlavələr və

düzəlişlər edərək bir-birinin qulağına pıçıldamasınlar, ya da təlxəklik pərdəsi altında əxlaq dərsləri

gizlədiyini sanaraq ehtiramla onun üzünü köçürməsinlər; bəzi ustadlar, əksinə, onun oxunmasını və

yayılmasını təşviq etmişdir, çünki onlara görə gənclər bu əyləncəli hekayənin vasitəsi ilə müqəddəs tarixin

hadisələrini daha asanlıqla öyrənib, yaddaşlarına həkk edə bilərlər. “Ziyafəf’in papa VIII İohanna “Gülənə

gülmək istəyirəm, Papa İohann! Sən də qəbul et! Və istəyirsənsə, sən də özünə gül!” sözləri ilə həsr

edilmiş nəzmlə xülasəsi də yazılmışdı. Deyirlər ki, kral Keçəl Karlın özü də şam yeməyində möhtərəm

qonaqlarını  əyləndirmək üçün “Ziyafət”in mətnini dəyişdirərək, müqəddəs məzhəkə  şəklində səhnəyə

qoydurmuşdu:



"Gülməkdən yerə yıxıldı Qauderik Zəkəriyyəyə heyrətləndilər,

Döşəyində uzanıb Anastasio Dərs öyrədir... ”

Dostlarımla “Ziyafət”in parçalarını  əzbərdən söylorkən, ustadlarım dəfələrlə məni cəzalandırmışdı.

Yadımdadır, Melkdə

210


 Rahiblərin əyləncələrinə (lat.)


537

qoca bir rahib deyirdi ki, Kipriani kimi möhtərəm insan müqəddəs şəhiddən çox bir bütpərəstə, ya da

təlxəyə yaraşan, belə ədəbsiz bir şey, Müqəddəs Kəlamın belə batil və kafırcəsinə təqlidini yaza bilməzdi...

İllər ötdükcə bu gənclik zarafatlarını unutmuşdum. Amma nccə olmuşdu ki, “Kipriani ziyafəti” həmin gün

yuxumda belə heyrətamiz canlılıqla yenidən üzə çıxmışdı? Mən həmişə yuxuların - ilahi məktublar, ya da

olsa-olsa, yuxuya gedən yaddaşın gün boyunca baş verən hadisələrlə bağlı cəfəng sayıqlaması olduğunu

düşünmüşdüm. İndi anlayırdım ki, kitabları da yuxuda görmək olar. Demək, yuxuların da yuxuda

görülməsi mümkündür.

“Sənin yuxundan mümkün olan hər şeyi çıxarmaq üçün Artcmidor olmaq istəyərdim, - Vilhelm dedi.

- Amma mənə elə gəlir ki, Artemidorun elminə sahib olmadan da nə baş verdiyini anlamaq asandır. Zavallı

övladım, son günlərdə sanki həyatın əsas qanun və qaydalarının pozulduğu hadisələr yaşadın. Sən daim

bunlar haqqında düşündün və başqa məqsədlərlə də olsa, dünyanı kəllə-mayallaq göstərən bir məzhəkə

haqqında xatirələr beynində canlanmağa başladı. Bunlara ən yeni təəssüratlarını, ümidsizliklərini,

qorxularını qatdın. Adelmonun haşiyə naxışlarından ayrılaraq, dünyanı baş-ayaq göstərən, amma buna

baxmayaraq, “Kipriani ziyafəti”ndo olduğu kimi, hər kəsin gerçəklikdə nə etmişsə, yenə onu etdiyi bir

şənliyə həyat verdin. Nəhayət, hansı dünyanın baş-ayaq olduğunu yuxuda özündən soruşdun. Hansı dünya

çevrilmişdir, hansı dünyada işlər tərsinə gedir? Sonun yuxun artıq haranın yuxan, haranın aşağı, ölümün

və həyatın harada olduğunu göstərə bilmirdi. Gördüyün yuxu sənə öyrədilən bütün ehkamları inkar

edirdi”.

“Bu mən deyildim, - deyə ləyaqətlə söylədim, - yuxum idi. Deməli, yuxular - ilahi məktub yox, şeytani

yalandır? Heç bir həqiqət daşımır?”

“Bilmirəm, Adso, - Vilhelm cavab verdi. - Əlimizdə o qədər həqiqət var ki, bir gün kimsə yuxularda

da həqiqət axtarmağa başlarsa, dəccalın zamanının, doğrudan da, gəlib çatdığını deyəcəyəm. Amma yenə

də sənin yuxun haqqında daha çox düşündükcə,




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə