Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə157/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   153   154   155   156   157   158   159   160   ...   175

545

ALTINCI GÜN

İ K İ N D İ   V A X T I ,

Abbat Vilhelmi dinləmək istəmir, bahalı daş-cjaşlann

dili haqqında danışmağı üstün tutur və monastırda

baş vermiş qəmli hadisələrlə bağlı təhqiqatın

dayandırılmasını tələb edir

Baş rahibin mənzili iclas zalının üstündə yerləşirdi, bizi qəbul etdiyi geniş və təmtəraqlı otağın

pəncərəsindən bu aydın, amma küləkli havada monastır kilsəsinin damı üzərindən Binanın nəhəng

cizgiləri görünürdü. Abbat pəncərənin qarşısında dayanıb, onu seyr edirdi; içəri girdiyimiz zaman vüqarla

başını tərpədib, onu göstərdi.

“Gözəl qaladır, - dedi, - quruluşu qızıl qaydaya tabe olan nisbətdədir, tağların biçimini də üstələyir.

Üç mərtəbədən ibarətdir, çünki üç - müqəddəs Üçlüyün sayıdır, İbrahimi ziyarət edən mələklərin sayıdır,

Yunusun böyük bir balığın qarnında keçirdiyi günlərin sayıdır; İsa və Lazar öz məzarlarında üç gün

qaldılar. Məsih öz Səmavi Atasına üç dəfə yalvardı ki, acı qədəhi onun dodaqlarından uzaqlaşdırsın; üç

dəfə həvarilərlə birlikdə dua etdi. Peter ona üç dəfə xəyanət elədi, dirilişdən sonra tərəfdarlarının gözünə

üç dəfə göründü. İlahiyyat fəzilətləri üçdür, müqəddəs dillər də üçdür, ruhun üç şöbəsi var. Şüurlu

məxluqlar üç növdür: mələklər, insanlar və şeytanlar. Səsin tərkibi üçdür: avaz, ucalıq və ahəng. Bəşər

tarixi üç dövrə bölünür: qanundan əvvəl, qanun dövrü və qanundan sonrakı dövr.

“Mistik uyğunluqların heyrətamiz toplusu”, - deyə Vilhelm razılaşdı.

“Amma dördkünc biçimlər də, - abbat sözünə davam etdi, - spiritual örnəklərlə zəngindir. Əsas

fəzilətlərin sayı dörddür, il dörd fəsildən ibarətdir, dörd təbii maddə var; isti, soyuq, rütubət və quruluq

dördlükdə mövcuddur; sonra doğuluş, böyümə, yetkinlik və qocalıq; dörd növ heyvan vardır - səmada,

yerdə,



546

havada və suda yaşayan heyvanlar; göy qurşağının əsas rəngləri - dörddür; üç yüz altmış altı günlük uzun

il dörd ildən bir olur”.

“Hə, əlbəttə, - Vilhelm cavab verdi, - üçlə dördün cəmi isə yeddi edir, rəqəmlərin ən sirlisi; üçün dördə

hasili on iki edər - həvarilərin sayı; on ikini on ikiyə vuranda yüz qırx dörd edir seçilmişlərin sayı”.

Rəqəmlərin mistik aləminə dair bu son bilik nümayişinə abbatın əlavə edəcəyi başqa heç nə yox idi.

Beləcə, Vilhelm mövzunu açmağa yaxşı imkan qazandı.

“Son günlərin sizə məlum hadisələri haqqında danışmaq istəyirəm. Mən uzun müddət onların haqqında

düşündüm”, - o dedi.

Üzü pəncərəyə tərəf dayanmış abbat dönüb Vilhelmə baxdı. Baxışları sərt idi. “Mən deyərdim ki, lazım

olduğundan da uzun. Bunu gizləmirəm, Vilhelm qardaş, sizdən çox şey gözləyirdik. Sizin gəlişinizdən altı

gün keçmişdir. Bu altı gün ərzində, Adelmodan başqa, dörd rahib də öldü. İkisi də inkvizisiya tərəfindən

həbs edildi. Əlbəttə ki, onlar haqlı olaraq həbs edildilər, amma inkvizitor üstü açılmamış cinayətlərlə

şəxsən özü məşğul olmasaydı, bu rüsvayçılığın qarşısını ala bilərdik. Son olaraq, mənim vasitəçi kimi

çıxış etdiyim mühüm görüş məhz bu çirkin hadisələr üzündən açınacaqlı nəticələr verdi... Razılaşın ki,

sizdən Adelmonun ölümü ilə bağlı təhqiqat aparmağınızı rica etdiyim zaman daha uğurlu nəticələrə ümid

etməyə əsasım vardı...”

Vilhelm günahkarcasına susmuşdu. Əlbəttə, abbat haqlı idi. Hekayəmin əvvəlində ustadımın

mülahizələrinin çevikliyi, insanları heyrətləndirməyi xoşladığını göstərmişdim. Onun qürurunun bu haqlı

ittihamlarla necə yaralandığını təsəvvür etmək olardı.

“Siz haqlısınız, - o cavab verdi. - Mənə göstərilən etimadı doğrultmadım. Lakin zati-aliləri, bunun

səbəbini izah etmək istərdim. Cinayətlərin heç biri rahiblər arasındakı düşmənçiliklə, ya da qisasçılıqla

bağlı deyil. Monastırınızın keçmiş tarixindən qaynaqlanan səbəblər üzündən bu cinayətlər baş verir...”

Abbat səbirsizliklə Vilhelmin sözünü kəsdi. “Nə demək istəyirsiniz? Mən də bilirəm ki, cinayətlərin

səbəbini zavallı keların



547

tarixçəsində axtarmaq lazım deyil. Keların bəd əməlləri başqa əxlaqsızlıqlarla üst-üstə düşdü, hansı ki,

bunlardan müəyyən dərəcədə məlumatım var. Lakin əfsus, bu barədə danışmağa haqqım yoxdur... Mən

ümid edirdim ki, siz öz ağlınızla bunları aşkara çıxaracaq və özünüz deyəcəksiniz...”

“Zati-aliləri günah etiraf etmə zamanı əldə edilmiş məlumatları nəzərdə tutur?” Abbat üzünü çevirdi.

Vilhelm sözünə davam etdi: “Conab-əqdəslori mənim zati-alinizdən öyrənmədən, Berenqarla Adelmo və

Berenqarla Malaxia arasında yasaq münasibətlər olduğunu bilib-bilmədiyimi öyrənmək istəyirlərsə, bəli,

monastırda hamı bilir bunu”.

Abbat hirsindən qızardı. “Belə  şeylərin mürid yanında müzakirə olunmasını məsuliyyətsizlik hesab

edirəm. Həm də indi, görüş bitdikdən sonra, məncə, sizin mirzəyə ehtiyacınız yoxdur. Sən çıx, oğlum”, -

amiranə səslə dedi. Utandırılmış halda otağı tərk etdim. Amma çox maraqlandığım üçün qapını azca aralı

qoyub, arxasında gizləndim və söhbətin davamına qulaq verdim.

Vilhelm yenidən sözünə davam etdi. “Bu əxlaqsız münasibətlər olsa da belə, onların qətllərlə, demək

olar ki, əlaqəsi yoxdur. Burada səbəb başqadır və güman edirəm ki, siz bunu bilirsiniz. Bütün qətllər

Afrikanın sərhədində illərdir saxlanılan bir kitabı  ələ keçirməkdən ötrü törədilmişdir, indi bu kitab

Malaxianın səyləri ilə yerinə qoyulub. Buna baxmayaraq, siz də gördünüz ki, cinayətlər bitmədi”.

Uzun səssizlik çökdü. Sonra abbatın səsi eşidildi. Gözlənilməz sözlərdən sarsılmış bir adamın xırıltılı

səsi. “Bu mümkün deyil. Siz... Siz Afrikanın sərhədi haqqında necə öyrənə bildiniz? Yoxsa qoyduğum

qadağanı pozub, kitabxanaya girmisiniz?”

Vilhelmin etiraf etməsi lazım idi. Amma o zaman abbatın qəzəbi sərhəd tanımazdı. Fəqət Vilhelm də

yalan danışmaq istəmirdi. Ona görə də suala sualla cavab verib vəziyyətdən çıxdı. “Zati-aliləri ilk

görüşümüzdə Kəhəri heç görmədən dəqiq təsvir edə bilən mənim kimi bir adamın, girişi qadağan olunmuş

yerlər haqqında çətinlik çəkmədən fikir yürüdəcəyini deməmişdimi?”



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə