Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə156/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   152   153   154   155   156   157   158   159   ...   175

542

Sonra ayağa qalxdı və Bcnsioya yaxınlaşdı. Bensio qürurla öz yerində oturmuşdu, anıma görkəmindən

arxayınlıq hiss edilmirdi. Yerini dəyişməmişdi, kataloqa daha yaxın qoyulmuş Malaxianın masası arxasına

keçməyə cəsarət etməmişdi. Vilhelm onunla kifayət qədər sərt danışdı. Dünənki iyrənc səhnəni hələ

unutmamışdıq.

“Belə  mühüm  bir  şəxs  olsan  da,  cənab  kitabxanaçı,  ümid  edirəm  ki,  mənim  bir  sualıma  cavab

verəcəksən. Həmin gün səhər Adelmo və başqaları çətin tapmacalardan danışarkən Berenqar Afrikanın

sərhədi haqqında söz deyəndə “Kipriani ziyafətini xatırlayan olmuşdumu?”

“Hə, - Bensio dedi. - Məgər sizə deməmişdim? Simfosinin tapmacalarından söz düşməzdən əvvəl məhz

Venansio “Ziyafət” barədə nəsə danışdı, Malaxia isə hirslənərək, bunun ədəbsiz bir kitab olduğunu dedi

və onun oxunmasını abbatm qadağan etdiyini hər kəsə xatırlatdı”.

“Abbat, hə? - Vilhelm dedi. - Çox maraqlıdır. Təşəkkür edirəm, Bensio”.

“Dayanın, - Bensio dedi. - Sizinlə danışmaq istəyirəm”. Və başqalarının eşitməməsi üçün bizi öz

ardınca, mətbəxə enən nərdivanın yanına apardı. Dodaqları titrəyirdi.

“Mən qorxuram, Vilhelm, - o dedi. - Onlar Malaxianı da öldürdülər. İndi həddən artıq çox şey bilən

mənəm. Həm də italyanlar mənə nifrət edirlər. Onlar əcnəbi kitabxanaçı istəmirlər artıq. O birilərin də bu

səbəbdən öldürüldüyünü düşünürəm. Mən sizə heç zaman deməmişəm.. Amma Alinardo Malaxiaya

çoxdan nifrət edirdi, onunla köhnə haqq-hesabı vardı...”

“İllər öncə bu vəzifəni onun əlindən kimin aldığını deyə bilərsənmi?”

“Bunu bilmirəm. Onlar bu barədə həmişə üstüörtülü danışıblar. Həm do bu çoxdan olub. Yəqin ki,

artıq hamısı ölüb. Amma Alinardonun ətrafına yığılmış italyanlar həmişə Malaxia haqqında deyirdilər ki...

o bir oyuncaqdır, kimsə onu idarə edir və abbatın da bu işdə barmağı var. Mən nə etdiyimi düşünmədən,

iki düşmən dəstənin mübarizəsinə qarışdım. Bunu yalnız bu gün anlamışam. İtaliya - sui-qəsdçilər

ölkəsidir. Burada papaları zəhərləyirlər. Mənim kimi zavallı birinə nələr etməzlər... Dünən bunu

anlamırdım. Düşünürdüm ki, bütün bu çaxnaşmalar kitaba görədir. Amma bu gün hər şeyi başqa cür

görürəm və anlayıram ki, kitab - yalnız bəhanədir. Siz də gördünüz, Malaxia kitabı tapdı, amma yenə

öldürüldü. Mən istəyirəm ki... bunu etməliyəm... qaçmaq istəyirəm mən. Məsləhət verin”.

“Əvvəlcə sakitləş. Deməli, indi sənin məsləhətlərə ehtiyacın var? Amma dünən dünyanın ağası kimi

xoruzlanırdın! Abdal! Dünən mənə kömək etsəydin, biz bu son cinayətin qarşısını alardıq. Malaxianı

ölümə aparan kitabı ona sən verdin. Amma heç olmasa, mənə bunu de. Sən bu kitabı əlində tutdunmu,

açdınmı, oxudunmu? Əgər belədirsə, sən nə üçün ölmədin?” “Bilmirəm. And içirəm ki, o kitaba

toxunmamışam! Daha doğrusu, ancaq laboratoriyadan götürəndə ona toxundum... Amma açmadım,

cübbəmin altında gizlədim, sonra hücrəmə gedib, döşəyin altına qoydum. Malaxianın məni güddüyünü

bilirdim, ona görə də tez yazı zalına qaçdım. Sonra Malaxia mənə köməkçi yerini təklif edincə, onu

hücrəmə apardım və kitabı geri verdim. Vəssalam”.

“Onu açmadığını deyib yalan danışma”.




543

“Hə, gizlətməzdən qabaq açdım... Amma axtardığınız kitabın bu olub-olmadığına yalnız əmin olmaq

istəyirdim. Əvvəlcə  ərəb dilində yazılmış mətn başlayırdı, sonra güman ki, süryanicə bir yazı, sonra

latınca, daha sonra isə yunanca bir mətn...” Sanki kataloqda yazılmış işarələri yenidən gördüm. Birinci iki

başlıq “Ər” və “Sür” işarələri ilə qeyd edilmişdi. Həmin kitab! Vilhelm isə Bensionu daha da sıxışdırırdı:

“Deməli, sən kitaba toxundun, amma ölmədin. Demək, toxunmaqla ölmürlər. Yaxşı. Yunanca yazılmış

mətn haqqında nə deyə bilərsən? Ona baxdmmı?”

“Demək olar ki, yox. Lakin başlığının olmadığını görə bildim. Sanki mətnin əvvəli itirilmişdi...”

“Başlıqsız kitab...” - Vilhelm mızıldandı.



544

“İlk səhifəni oxumağa çalışdım. Lakin düzünü desəm, yunanca pis bilirəm... Daha çox vaxt lazım idi

ki... Hə, məni daha bir şey təəccübləndirdi. Həm də elə yunanca yazılmış vərəqlərə xas idi bu. Səhifələrin

hamısına baxa bilmədim. Mümkün olmadı. Vərəqlər... necə deyim... nəm çəkmişdi, bir-birinə yapışmışdı.

Bəlkə də bu, perqamentin qəribəliyindən irəli gəlirdi... Adi perqamentlərdən daha yumşaq idi. İlk səhifəsi

tamam yıpranmışdı, az qala tökülürdü... Qısası, qəribə perqament idi...” “Qəribə! Severin do məhz bu

sözdən istifadə etmişdi!” - Vilhelm dedi.

“Hə, ümumiyyətlə, perqamento oxşamırdı. Qumaşa bənzəyirdi, amma çox nazik idi”, - deyə Bensio

davam etdi.

“Charta lintea

212

 ya da pambıq perqament, - Vilhelm dedi. - Sən onu heç vaxt görməmişdin?”

“Belə bir şey eşitmişdim, amma özüm görməmişdim. Deyirlər ki, çox bahalıdır və tez zay olur. Buna

görə də ondan az istifadə edirlər. Ərəblər hazırlayır, düzdürmü?”

“İlk dəfə ərəblər icad edib. Amma indi İtaliyada da düzəldirlər Fabrianoda. Daha sonra... hə, əlbəttə,

buna şübhə yoxdur!”. Villıclmin gözləri parıldadı. “Nə maraqlı, nə gözəl bir izahdır! Afərin, Bensio! Sənə

ürəkdən təşəkkür edirəm, mənim dostum! Amma burada, kitabxanada pambıq kağıza çox az rast gəlinər,

çünki son dövrün kitabları buraya, demək olar ki, gətirilmir. Həm də onun perqament kimi uzunömürlü

olmayacağından qorxurlar. Yəqin ki, düz edirlər... Amma bəlkə do burada “bürüncdən davamlı” olmayan

belə xammal qəsdən seçilmişdir? Pambıq perqament, hə? Çox gözəl. Hələlik, Bensio. Narahat olma. Sənin

üçün təhlükə yoxdur”.

“Doğru deyirsiniz, Vilhelm? Buna əminsinizmi?”

“Əminəm. Əgər bumunu hər yerə soxmasan. Onsuz da, yetərincə ziyan vurmusan”.

Bensionu şən olmasa da, sakitləşmiş halda tərk edib, yazı zalından uzaqlaşdıq.

“Axmaq, - Vilhelm nərdivandan düşə-düşə dişlərini sıxaraq dedi. - Əgər ayağımızın altında

dolaşmasaydı, çoxdan hər şeyi aşkara çıxarmışdıq”.

Yeməkxanada abbatı gördük. Vilhelm ona yaxınlaşıb, qəbuluna gəlmək istədyini bildirdi. Bu dəfə

Abbone yan qaça bilmədi və öz evində bir neçə dəqiqədən sonra görüş təyin etdi.

212

 Kotan kağız (lat.)




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə