538
onda daha çox mənalar görürəm. Özüm üçün sənin üçün deyil. Fərziyyələrimi möhkəmləndirmək üçün
sənin yuxularından faydalandığıma görə məni bağışla. Bilirəm ki, bu yaxşı deyil, amma nə etmək olar...
Deyəsən, sənin yuxudakı ruhun, mənim ayıqkən altı gündə ayırd edə bilmədiyim şeyləri anlaya
bilmişdir...”
“Doğrudanmı?”
“Doğrudan. Ya da belə deyil. Sənin yuxun, ilk növbədə, ona görə mənalıdır ki, fərziyyələrimdən birini
təsdiqləyir. Amma mənə çox kömək etdin. Sağ ol”.
“Necə kömək etdim? Mənim yuxumda nə var? Başqa yuxular kimi o da cəfəngiyatdır!”
“Burada ikinci bir məna var, başqa yuxularda və xəyallarda olduğu kimi. Onu istiarə, ya da təşbeh kimi
oxumaq lazımdır”.
“Müqəddəs Yazılar kimi?”
“Hə, yuxu - müqəddəs yazıdır. Bir çox müqəddəs yazı da - yuxudan başqa bir şey deyil”.
539
A L T I N C I G Ü N
G Ü N O R T A ,
Kitabxananın tarixi araşdırılır və sirli kitab haqqında
bəzi məlumatlar əldə edilir
Vilhelm yazı zalından bir az əvvəl düşdüyünə baxmayaraq, məni yenə oraya apardı. Bensiodan
kataloqu istədi və tələsə-tələsə onu vərəqlədi. “Buralarda olmalıdır, - deyə mızıldandı. - Bir saat əvvəl
görmüşdüm...” Nəhayət, lazımi səhifəni tapdı. “Budur, - dedi. - oxu bu yazını”.
Bir təsnifat altında (“Afrikanın sərhədi!”) dörd başlıq vardı. Bu, bir neçə mətndən ibarət olan vahid
cilddən söhbət getdiyini göstərirdi. Oxudum:
“I. Ər. bəzi axmaqların söhbəti haqqında.
II.
Sür. Misir kimyagər.kitabı.
III.
Karfagen yepiskopu mömin Kiprianinin ziyafəti haqqında magistr Alkofribasın dedikləri.
IV.
Bakirəliyin pozulması və rüsvayçı eşq haqqında başlıqsız kitab”.
“Nə olsun?” - deyə soruşdum.
“Axtardığımız kitab budur, - Vilhelm pıçıldadı. - Bax buna görə gördüyün yuxu mənim mülahizələrimi
təsdiqləyir. Doğrudan da, - o, həm sonrakı, həm də əvvəlki səhifələri vərəqləməyə davam edərək dedi, -
doğrudan da, bu, çoxdan bəri düşündüyüm kitabların siyahısıdır. Bax, hamısı bir yerdə. İndi biz bəzi
şeyləri hesablayarıq. Lövhə yanındadırmı? Əla. Bir az hesabat aparmalıyıq. Alinardonun dünən
dediklərini yaxşı xatırlamağa çalış. Bu gün Nikojadan eşitdiklərimizi də... Hər şeydən əvvəl, biz öyrəndik
ki, Nikola təxminən otuz il öncə buraya gəlmişdir. Bu zaman Abbone artıq abbat təyin edilmişdi. Ona
qədər Riminili Paolo abbat imiş. Doğrudurmu? Fərz edək ki, Abbone təxminən 1290-ci ildə baş rahib
vəzifəsinə təyin edilib, bir il tez, bir il gec - bunun əhəmiyyəti yoxdur. Belə. Nikola bizə dedi ki, monastıra
gəldiyi zaman Bobbiolu Robcrto kitabxanaçı imiş. Yazdıqmı? Yazdıq. Sonra Robcrto ölür. Və yerinə
Malaxia keçir. Deyək ki, bu əsrin əvvəlində. Yaz. Amma Nikolanın gəlməsindən əvvəlki dövrdə Riminili
Paolo kitabxanaçı olub. Nə zamandan bəri bu vəzifədə imiş? Bilmirik. Əlbəttə, monastırın tarixçəsi
haqqında yazılmış qeydlərə baxa bilərik, amma bunlar, yəqin ki, abbatdadır. Bu anda ona müraciət etmək
istəmirəm. Tutaq ki, Paolo altmış il əvvəl kitabxanaçı seçilmişdir. Yaz. Onda bəs nə üçün Alinardo
təxminən əlli il bundan əvvəl ona verilməli olan kitabxanaçılıq yerinə başqa birinin təyin edilməsindən
ötrü şikayətlənir? Kimi nəzərdə tutur? Riminili Paolonu?”
“Ya da Bobbiolu Robertonu!” - dedim.
“Bəlkə də. Amma indi bu kataloqa baxaq. Malaxianın ilk gündə bizə dediyi kimi, kitablar buraya
540
daxilolma sırasına görə siyahıya alınır. Bəs onları kim qeyd edir? Əlbəttə ki, kitabxanaçı. Deməli, bu
vərəqlərdəki yazı xətlərinin dəyişilməsinə görə, kitabxanaçıların sırasını qura bilərik. İndi axırdan
başlayaraq kataloqa baxaq. Sonuncu xətt - açıq-aşkar Malaxianındır, görürsən, qotik üslubdadır. Bu xətlə
yalnız bir neçə səhifə yazılmışdır. Son otuz ildə monastıra çox kitab gətirilməmişdir! Ondan sonra titrək
əllə yazılmış vərəqlər gəlir, zənnimcə bu, zəif və xəstə olan Bobbiolu Robcrtonun xəttidir. Bu vərəqlər də
çox deyil. Yəqin ki, Robcrto bu vəzifədə çox az müddət qalmışdır. Növbəti vərəqlərdə nə görürük?
Tamamilə başqa, düzgün, inamlı xətlə yazılmış sətirlər, yeni kitabların adları yazılmış neçə-neçə səhifə
sənə göstərdiyim o dörd mətndən ibarət cild də buradadı, - doğrudan da, qiyməti yoxdur! Riminili Paolo
gör nə qədər çalışmışdır! Nikolanın dediyi kimi, onun çox gənc yaşlarda abbat olduğunu nəzər alsaq,
heyrətamiz dərəcədə çox çalışmışdır. Amma tutaq ki, bu gənc və acgöz qiraətçi cəmi bir neçə il ərzində
monastırı kitablarla zənginləşdirmişdir... Lakin bizə deyilmədimi, qəribə şikəstliyindən, ya da
xəstəliyindən ötrü yazmağı bacarmadığı üçün onu “Yazmaq bilməyən abbat”
adlandırırdılar? Demək, o yazmamışdır. Bəs bu xətt kimindir? Məncə onun köməkçisinin. Amma
yalnız bir halda. Əgər bu köməkçi sonradan kitabxanaçı vəzifəsinə təyin edilmişsə. Yalnız bu halda o, öz
xətti ilə kataloqu doldurmağa davam edə bilər. Və yalnız belə olduqda bu qədər çox səhifənin nə üçiin
eyni bir xətlə yazıldığını izah etmək mümkündür. Bu isə onu göstərir ki, təxminən əlli il əvvəl, Paolodan
sonra, Robertoya qədər daha bir kitabxanaçı olmuşdur. Bax Alinardonun müəmmalı rəqibi də odur.
Alinardo daha yaşlı olduğu üçün Paolodan sonra seçiləcəyini umurdu. Amma onun yerinə bu sirli
kitabxanaçını təyin etmişdilər. Sonra sirli kitabxanaçı harasa yoxa çıxır. Və necə olursa, Alinardonun və
başqa rahiblərin gözlədiklərinin əksinə olaraq, Malaxia kitabxanaçı təyin edilir”.
“Amma bu mühakimələrin doğru olduğunu nə üçün düşünürsünüz? Bu xəttin naməlum kitabxanaçıya
aid olduğunu qəbul etsək belə, əvvəlki vərəqlərdə olan başlıqlar Paolo tərəfindən nə üçün yazıla
bilməzdi?”
“Çünki bu dövrə aid olan kitablar arasında buyruqlar və fərmanlar da yer alır, bunların isə dəqiq
tarixləri var. Demək istəyirəm ki, əgər siyahıda VII Bonifasionun 1296-cı il tarixli Firma cautela bullasını
görsən - şübhəsiz ki, görəcəksən - bu mətnin monastıra göstərilmiş tarixdən əvvəl gətirilmədiyini öy-
rənəcəksən, çox gec gətirilmədiyini də düşünə bilərsən. Deməli, mənim əlimdə illərin axışım ölçən, verst
daşlarına
211
bənzər bir şey var, bunlara söykənərək, Riminili Paolonun 1265-ci ildə kitabxanaçı, 1275-ci
ildə isə abbat təyin olunduğunu ehtimal etsək, onun xəttinin, ya da Bobbiolu Roberto olmayan birinin
xəttinin 1265-ci ildən 1285-ci ilə qədər davam etdiyini görəcəyik, yəni arada on illik bir boşluq
mövcuddur”.
Ustadım, doğrudan da, ağıllı adam idi.
“Bundan hansı nəticələr çıxarmaq lazımdır?” - deyə soruşdum.
“Heç bir, - cavab verdi, - bunlar yalnız fərziyyələrdir”.
211
Məsafəni ölçmək üçün hər verstdon sonra yerə basdırılmış sütunlar
541
Dostları ilə paylaş: |