Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə155/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   151   152   153   154   155   156   157   158   ...   175

538

onda daha çox mənalar görürəm. Özüm üçün sənin üçün deyil. Fərziyyələrimi möhkəmləndirmək üçün

sənin yuxularından faydalandığıma görə məni bağışla. Bilirəm ki, bu yaxşı deyil, amma nə etmək olar...

Deyəsən, sənin yuxudakı ruhun, mənim ayıqkən altı gündə ayırd edə bilmədiyim şeyləri anlaya

bilmişdir...”

“Doğrudanmı?”

“Doğrudan. Ya da belə deyil. Sənin yuxun, ilk növbədə, ona görə mənalıdır ki, fərziyyələrimdən birini

təsdiqləyir. Amma mənə çox kömək etdin. Sağ ol”.

“Necə kömək etdim? Mənim yuxumda nə var? Başqa yuxular kimi o da cəfəngiyatdır!”

“Burada ikinci bir məna var, başqa yuxularda və xəyallarda olduğu kimi. Onu istiarə, ya da təşbeh kimi

oxumaq lazımdır”.

“Müqəddəs Yazılar kimi?”

“Hə, yuxu - müqəddəs yazıdır. Bir çox müqəddəs yazı da - yuxudan başqa bir şey deyil”.



539

A L T I N C I   G Ü N

G Ü N O R T A ,

Kitabxananın tarixi araşdırılır və sirli kitab haqqında

bəzi məlumatlar əldə edilir

Vilhelm yazı zalından bir az əvvəl düşdüyünə baxmayaraq, məni yenə oraya apardı. Bensiodan

kataloqu istədi və tələsə-tələsə onu vərəqlədi. “Buralarda olmalıdır, - deyə mızıldandı. - Bir saat əvvəl

görmüşdüm...” Nəhayət, lazımi səhifəni tapdı. “Budur, - dedi. - oxu bu yazını”.

Bir təsnifat altında (“Afrikanın sərhədi!”) dörd başlıq vardı. Bu, bir neçə mətndən ibarət olan vahid

cilddən söhbət getdiyini göstərirdi. Oxudum:



“I. Ər. bəzi axmaqların söhbəti haqqında.

II.

Sür. Misir kimyagər.kitabı.

III.

Karfagen yepiskopu mömin Kiprianinin ziyafəti haqqında magistr Alkofribasın dedikləri.

IV.

Bakirəliyin pozulması və rüsvayçı eşq haqqında başlıqsız kitab”.

“Nə olsun?” - deyə soruşdum.

“Axtardığımız kitab budur, - Vilhelm pıçıldadı. - Bax buna görə gördüyün yuxu mənim mülahizələrimi

təsdiqləyir. Doğrudan da, - o, həm sonrakı, həm də əvvəlki səhifələri vərəqləməyə davam edərək dedi, -

doğrudan da, bu, çoxdan bəri düşündüyüm kitabların siyahısıdır. Bax, hamısı bir yerdə. İndi biz bəzi

şeyləri hesablayarıq. Lövhə yanındadırmı? Əla. Bir az hesabat aparmalıyıq. Alinardonun dünən

dediklərini yaxşı xatırlamağa çalış. Bu gün Nikojadan eşitdiklərimizi də... Hər şeydən əvvəl, biz öyrəndik

ki, Nikola təxminən otuz il öncə buraya gəlmişdir. Bu zaman Abbone artıq abbat təyin edilmişdi. Ona

qədər Riminili Paolo abbat imiş. Doğrudurmu? Fərz edək ki, Abbone təxminən 1290-ci ildə baş rahib

vəzifəsinə təyin edilib, bir il tez, bir il gec - bunun əhəmiyyəti yoxdur. Belə. Nikola bizə dedi ki, monastıra

gəldiyi zaman Bobbiolu Robcrto kitabxanaçı imiş. Yazdıqmı? Yazdıq. Sonra Robcrto ölür. Və yerinə

Malaxia keçir. Deyək ki, bu əsrin əvvəlində. Yaz. Amma Nikolanın gəlməsindən əvvəlki dövrdə Riminili

Paolo kitabxanaçı olub. Nə zamandan bəri bu vəzifədə imiş? Bilmirik. Əlbəttə, monastırın tarixçəsi

haqqında yazılmış qeydlərə baxa bilərik, amma bunlar, yəqin ki, abbatdadır. Bu anda ona müraciət etmək

istəmirəm.  Tutaq  ki,  Paolo  altmış  il  əvvəl  kitabxanaçı  seçilmişdir.  Yaz.  Onda  bəs  nə  üçün  Alinardo

təxminən əlli il bundan əvvəl ona verilməli olan kitabxanaçılıq yerinə başqa birinin təyin edilməsindən

ötrü şikayətlənir? Kimi nəzərdə tutur? Riminili Paolonu?”

“Ya da Bobbiolu Robertonu!” - dedim.

“Bəlkə də. Amma indi bu kataloqa baxaq. Malaxianın ilk gündə bizə dediyi kimi, kitablar buraya



540

daxilolma  sırasına  görə  siyahıya  alınır.  Bəs  onları  kim  qeyd  edir?  Əlbəttə  ki,  kitabxanaçı.  Deməli,  bu

vərəqlərdəki yazı xətlərinin dəyişilməsinə görə, kitabxanaçıların sırasını qura bilərik. İndi axırdan

başlayaraq kataloqa baxaq. Sonuncu xətt - açıq-aşkar Malaxianındır, görürsən, qotik üslubdadır. Bu xətlə

yalnız bir neçə səhifə yazılmışdır. Son otuz ildə monastıra çox kitab gətirilməmişdir! Ondan sonra titrək

əllə yazılmış vərəqlər gəlir, zənnimcə bu, zəif və xəstə olan Bobbiolu Robcrtonun xəttidir. Bu vərəqlər də

çox deyil. Yəqin ki, Robcrto bu vəzifədə çox az müddət qalmışdır. Növbəti vərəqlərdə nə görürük?

Tamamilə başqa, düzgün, inamlı xətlə yazılmış sətirlər, yeni kitabların adları yazılmış neçə-neçə səhifə

sənə göstərdiyim o dörd mətndən ibarət cild də buradadı, - doğrudan da, qiyməti yoxdur! Riminili Paolo

gör nə qədər çalışmışdır! Nikolanın dediyi kimi, onun çox gənc yaşlarda abbat olduğunu nəzər alsaq,

heyrətamiz dərəcədə çox çalışmışdır. Amma tutaq ki, bu gənc və acgöz qiraətçi cəmi bir neçə il ərzində

monastırı kitablarla zənginləşdirmişdir... Lakin bizə deyilmədimi, qəribə  şikəstliyindən, ya da

xəstəliyindən ötrü yazmağı bacarmadığı üçün onu “Yazmaq bilməyən abbat”



adlandırırdılar? Demək, o yazmamışdır. Bəs bu xətt kimindir? Məncə onun köməkçisinin. Amma

yalnız bir halda. Əgər bu köməkçi sonradan kitabxanaçı vəzifəsinə təyin edilmişsə. Yalnız bu halda o, öz

xətti ilə kataloqu doldurmağa davam edə bilər. Və yalnız belə olduqda bu qədər çox səhifənin nə üçiin

eyni bir xətlə yazıldığını izah etmək mümkündür. Bu isə onu göstərir ki, təxminən əlli il əvvəl, Paolodan

sonra, Robertoya qədər daha bir kitabxanaçı olmuşdur. Bax Alinardonun müəmmalı rəqibi də odur.

Alinardo daha yaşlı olduğu üçün Paolodan sonra seçiləcəyini umurdu. Amma onun yerinə bu sirli

kitabxanaçını təyin etmişdilər. Sonra sirli kitabxanaçı harasa yoxa çıxır. Və necə olursa, Alinardonun və

başqa rahiblərin gözlədiklərinin əksinə olaraq, Malaxia kitabxanaçı təyin edilir”.

“Amma bu mühakimələrin doğru olduğunu nə üçün düşünürsünüz? Bu xəttin naməlum kitabxanaçıya

aid olduğunu qəbul etsək belə, əvvəlki vərəqlərdə olan başlıqlar Paolo tərəfindən nə üçün yazıla

bilməzdi?”

“Çünki bu dövrə aid olan kitablar arasında buyruqlar və fərmanlar da yer alır, bunların isə dəqiq

tarixləri var. Demək istəyirəm ki, əgər siyahıda VII Bonifasionun 1296-cı il tarixli Firma cautela bullasını

görsən - şübhəsiz ki, görəcəksən - bu mətnin monastıra göstərilmiş tarixdən əvvəl gətirilmədiyini öy-

rənəcəksən, çox gec gətirilmədiyini də düşünə bilərsən. Deməli, mənim əlimdə illərin axışım ölçən, verst

daşlarına

211

 bənzər bir şey var, bunlara söykənərək, Riminili Paolonun 1265-ci ildə kitabxanaçı, 1275-ci



ildə isə abbat təyin olunduğunu ehtimal etsək, onun xəttinin, ya da Bobbiolu Roberto olmayan birinin

xəttinin 1265-ci ildən 1285-ci ilə qədər davam etdiyini görəcəyik, yəni arada on illik bir boşluq

mövcuddur”.

Ustadım, doğrudan da, ağıllı adam idi.

“Bundan hansı nəticələr çıxarmaq lazımdır?” - deyə soruşdum.

“Heç bir, - cavab verdi, - bunlar yalnız fərziyyələrdir”.

211

 Məsafəni ölçmək üçün hər verstdon sonra yerə basdırılmış sütunlar



541


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə