Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə158/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   154   155   156   157   158   159   160   161   ...   175

548

“Hə, demək belə, - Abbone dedi. - Aydındır. Amma bu nəticəyə necə gəlib çıxdınız, bunu necə

düşündünüz?”

“Uzun hekayədir. Amma sizə onu deyə bilərəm ki, baş vermiş bütün cinayətlər bir-biri ilə əlaqəlidir

və yeganə məqsəd daşımışdır. Bu məqsəd - kiminsə aşkar etmək istəmədiyi bir şeyin hamıya

açıqlanmasının qarşısını almaqdır. Bu ana qədər kitabxananın sirləri barədə nə isə bilənlər... istər buna

hüququ olduğu üçün istərsə də gizlicə olaraq, fərqi yoxdur... bütün bu adamların hamısı ölmüşdür. Yalnız

bir nəfər istisna olmaqla. Siz”.

“Demək istəyirsiniz ki... demək istəyirsiniz ki...” - abbatın səsindən bilinirdi ki, boyun damarları

şişmişdir; nəfəsini zorla çəkirdi.

“Mənim sözlərimi yanlış anlamayın, - deyə Vilhelm cavab verdi (bəlkə də həqiqətən eyham vurmağa

çalışmışdı). - Mən yalnız onu demək istəyirəm ki, özü bilən, amma başqa heç kimsənin bilməyini

istəməyən biri var. Bilən son adam sizsiniz. Deməli, yeni qurban siz ola bilərsiniz. Əgər bu yasaq kitab

haqqında bildiyiniz hər şeyi dərhal mənə danışmasanız. Və  ən əsası... Bu monastırda yaşayanlardan

kitabxana haqqında sizin qədər kimin bildiyini söyləməsəniz. Bəlkə də daha çox! Kimdir o?”

“Bura soyuqdur, - abbat dedi. - Çıxaq”.

Dərhal qapıdan uzaqlaşıb, onları aşağı enən pilləkənin başında gözlədim. Abbat məni görüb gülümsədi.

“Bu rahibcik son günlərdə, yəqin ki, çox dəhşətli şeylər eşitmişdir! Eybi yox, oğlum. Qorxuya düşmə.

İnan, burada həqiqətdə olduğundan daha çox fitnələr uyduruldu”.

Bir əlini qaldırdı və gün işığı adsız barmağındakı ali mövqenin əlaməti olan möhtəşəm üzüyü

aydınlatdı. Üzük gözəl qaşları ilə birlikdə par-par parıldayırdı.

“Bunun haqqında nə bilirsən? - məndən soruşdu. - Bu mənim hakimiyyətimin, amma eyni zamanda,

yükümün də rəmzidir. Bu, sadəcə, bəzək deyil. Həm də mühafizə etdiyim İlahi Sözün valehedici

məcmusudur”. Barmaqları ilə daşa, daha doğrusu, insan məharətinin və təbiətin səxavətinin çələngi olan

rəngbərəng və parıltılı daşlara toxundu.



“Bu ametistdir, — o dedi. - Təvazökarlığın aynasıdır, bizə Müqəddəs Mattanın alicənablığını və

həlimliyini xatırladır; bu xalsedondur, mərhəmət nişanı, Yusifin və Müqəddəs Böyük Yakobun

mərdliyinin rəmzi; bu yaspisdir, Müqəddəs Peterin adı ilə bağlı inancın əlaməti; sardoniks şəhidliyin

işarəsidir, Müqəddəs Bartolomeonu xatırladır; yaqut, ümid və düşüncə rəmzi, Müqəddəs Andrenin və

Müqəddəs Paulun daşı; bu da bcril - din, səbir və bilik - Müqəddəs Tomasın fəzilətləri... Daşların dili nə

füsunkardır, - deyə davam etdi, mistik düşüncələrə dalaraq, - ənənəvi təfsirçilər Harunun sirdaşından və

Həvarinin kitabındakı səmavi Qüdsün təsvirindən götürdülər bu dili! Digər tərəfdən, Sionun divarlarına

Musanın qardaşının köksünü bəzəyən eyni dəyərli daşlardan döşənmişdi, yalnız karbunkul, əqiq və

damarlı əqiqdən başqa; Əski Buyruqda bunlar da göstərilir, İncildə isə xalscdon, sardoniks, xrizopraz və

giasintlə əvəz edilmişdir”.

Vilhelm ağzını açmaq istədi, amma baş rahib əlini qaldıraraq onu danışmağa qoymadı və sözünə

davam edib dedi: “Yadımdadır, bir duada bütün qiymətli daşlar Müqəddəs Məryəmin fəzilətləri ilə

əlaqələndirilib, gözəl şerlərlə təsvir edilmişdi. Nişan üzüyü, onu bəzəyən qiymətli daşların dilində təzahür

edən ali həqiqətlərin əks olunduğu rəmzi şer kimidir. Yaspis etiqadın, xalsedon məhəbbətin, zümrüd

paklığın, sardoniks bakirə həyatın qayğısızlığının, yaqut Qolqof çarmjxında qanı axan ürəyin rəmzidir;

rəngbərəng parıltılı xrizolit Məryəmin möcüzələrinin qeyri-adi müxtəlifliyini, giasint mərhəməti, ametist

mavi-çəhrayı qarışıq rəngi ilə Tanrı eşqini xatırladır... Amma üzüyün qaşında bunlardan daha az şey dilə

gətirməyən başqa daşlar da var idi; cismani və ruhi paklığı əks etdirən büllur; həlimliyin rəmzi, kəhrəba

daşına bənzəyən liquri; Müqəddəs Məryəmin tövbəkar ürəklərin dərin tellərini özünə çəkib mərhəmət

mizrabı ilə dilləndirdiyi kimi, dəmiri cəzb edən ahənrüba daşı. Gördüyünüz kimi, bütün bu daşlardan, az

miqdarda olsa da, mənim də üzüyümdə vardır”.

O, barmağındakı üzüyü oynadır və sanki məni düşünmək qabiliyyətindən məhrum etmək istərcəsinə,

parıltılı şüaları ilə

550



551

gözlərimi qamaşdırırdı. “Daşların ecazkar dili var, elə deyilmi? Başqa müqəddəslər üçün daşlar müxətlif

mənalar daşıyır. Papa III İnnokenti üçün yaqut asayiş və rifah, süleymandaşı - mərhəmət bildirir.

Müqəddəs Brunon üçün akvamarin qüsursuz çalarları ilə ilahiyyat elminin bütün incəliklərini əks etdirir.

Firuzə sevinci dilə gətirir; sardoniks serafımləri, topaz xeruvimləri cəlb edir; yaspis dövlətləri, xrizolit

mülkləri, sapfır məziyyətləri, damarlı  əqiq hakimiyyəti, beril şahlıqları, yaqut baş mələkləri, zümrüd

mələkləri əks etdirir. Qiymətli daşların dili rəngarəngdir, onların hər biri mətnin mənasından, şərhin

istiqamətindən asılı olaraq bir yox, bir neçə həqiqəti əks etdirir. Bəs şərhin istiqamətini necə seçməyi,

mətnin hansı hissəsindən doğru məna çıxarmağı kim göstərir? Cavabı bilirsən oğlum bunu sənə öyrətdilər.

Səlahiyyət sahibləri göstərir! Hakimiyyət - ən ali nüfuza, dolayısı ilə müqəddəsliyə bürünmüş ən etibarlı

təfsirçidir. Yoxsa dünyanın bizim günahkar gözlərimizə təqdim etdiyi müxtəlif əlamətləri necə şərh edə

bilərdik? Şeytanın bizə qurduğu şirnikləndirici tələlərdən necə qaçmağı haradan öyrənərdik? Yadında

saxla: daşların dilinə şeytanın sonsuz nifrəti var! Müqəddəs Hildegard da buna şahiddir! O murdar heyvan

anlayır ki, bu dildə ifadə edilmiş istənilən məlumat şərhin səviyyəsindən və istiqamətindən asılı olaraq

müxtəlif cür işıqlandırıla bilər və şeytan, əlbəttə ki, bu şərhi təhrif etməyə çalışır, çünki o məlun, daşların

şöləsində, cənnətdən qovulmazdan öncə özünün də sahib olduğu dəyərlərin parıltısını hiss edir və anlayır

ki, bu parıltı ona cəza kəsilən - həmin alovdan doğur”. Öpmək üçün üzüyü mənə uzatdı. Diz çökdüm.

Başımı sığalladı. “Buna görə də, oğlum, sənə təlqin olunan, şübhəsiz yalan və qorxunc fikirləri tezliklə

unut. Bütün rahib ordenləri arasında ən böyüyünə və ən nəcibinə daxil olmusan. Bu ordenin baş rahiblərin-

dən biri də mənəm. Sən mənim tabeçiliyimdəsən. Əmrimi dinlə. Bütün bunları unut. Qoy dodaqların

həmişəlik möhürlənsin. And iç”.

Məyus və sarsılmış halda and içməyə hazır idim. Əziz oxucu, belə olsaydı, mənim həqiqətlərlə dolu

bu hekayəmi indi



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə