Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə160/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   156   157   158   159   160   161   162   163   ...   175

554

kilsədə eşitdiyimiz tutqun eyhamlardan anladıq ki... bir sözlə, burada kitabxananın əcnəbilərə

verilməsindən narazı olan bir qrup italyan-rahib var. Onlar abbatı monastırın ənənələrindən uzaqlaşmaqda

ittiham edirlər. Anladığıma görə onlar qoca Alinardonun nüfuzuna arxayındırlar, ondan qalxan kimi

istifadə edib, ali rəhbərliyin dəyişilməsini tələb edirlər. Burada qüvvələrin necə bölündüyünü dəqiq

aydınlaşdırdığımı düşünürəm. Çünki öz monastırımda müridkən, belə söhbətlərə, mübahisələrə və sui-

qəsdlərə rast gəlmişdim. Bəlkə də abbat qorxur ki, sizin ifşalarınız onun düşmənlərinin əlinə güclü silah

verəcəkdir. Görünür, bu işə böyük ehtiyatla yanaşmaq istəyir...”

“Ola bilər. Amma o yenə də üfürülmüş şərab tuluğudur. Bir gün deşiləcəkdir”.

“Bəs mənim təxminlərim haqqında nə deyirsiniz?”

“Sonra deyərəm”.

Biz kilsənin həyətindən keçirdik. Külək getdikcə möhkəmlənir, doqquzuncu saatın az əvvəl keçməsinə

baxmayaraq, toran düşmüşdü. Gün batmağa başlayırdı. Vaxtımız çox az idi. Abbat axşam duasında

rahiblərə, Vilhelmin hamını sorğu-suala tutmağa və istədiyi yerə girib-çıxmağa daha haqqının olmadığını

mütləq söyləyəcəkdi.

“Gecdir, - Vilhelm dedi. - Vaxt yetmədikdə  ən pisi - soyuqqanlı lığı itirməkdir. Ehtiyatda sonsuz

zamanımız varmış kimi davranmalıyıq. Qarşımda duran yeganə məsələ budur: Afrikanın sərhədinə necə

girmək olar? Məhz orada bütün suallara cavab tapa bilərik. Bundan başqa, bir insanı xilas etməliyik.

Amma kimi - buna hələ qərar verməmişəm. Nəhayət, at tövlələrinin yanında nəsə baş verməlidir... Sən

oranı gözdən qaçırmamalısan... Gör necə vurnuxmadır!”

Doğrudan da, Bina ilə kilsə arasındakı meydança, həmişəkindən fərqli olaraq, adamla dolu idi. Bir az

əvvəl baş rahibin mənzilindən pilləkənlə qaça-qaça düşən mürid Binaya tərəf götürülmüşdü. Sonra Nikola

Binadan çıxdı və tələsə-tələsə yataqxanalara tərəf getdi. Səhər kilsədə gördüyümüz həmin qrup həyətin

bir küncündə toplaşmışdı. Pasifıko, Aymaro və Pyetro Alinardoya nəyisə izah edir, onu inandırmağa

çalışırdılar. Nəhayət, deyəsən, onlar qərara gəldilər. Aymaro hələ də müqavimət göstərən Alinardonun

qolundan tutub, onunla birlikdə abbatın evinə tərəf getdi. Onlar pilləkənlə qalxarkən, Nikola Xorxenin

əlindən tutaraq yataqxanadan çıxdı. Onlar da eyni istiqamətə gedirdilər. Nikola abbatm mənzilinə qalxan

pilləkəndə o iki nəfəri görüb, Xorxenin qulağına nəsə pıçıldadı. Amma qoca etiraz edib başını yellədi və

onlar gedib iclas zalının yerləşdiyi binaya girdilər.

“Abbat bütün ipləri əlinə yığmağı qərara alıb”, - Vilhelm şübhə ilə mızıldandı.

Binadan, bu zaman yazı zalında olmaları düşünülən başqa rahiblər də çıxdı. Ən axırda Bensio göründü

və əvvəlkindən daha həyəcanlı halda bizə tərəf qaçdı.

“Yazı zalında çaxnaşma var, - o dedi. - Heç kim işləmir, hamı qeybət edir... Bu nə deməkdir?”

“Bu o deməkdir ki, şübhəli görünən hər kəs öldü. Dünənə qədər hamı Berenqara əyri baxırdı; axmaq,

xain və  şəhvətpərəst Berenqara. Sonra bidətçiliyindən şübhələnilən kelara. Daha sonra heç kimin

sevmədiyi Malaxiaya. İndi kimdən ehtiyat edəcəklərini bilmirlər. Buna görə də dərhal özlərinə bir




555

düşmən, ya da qapazaltı tapmaq istəyirlər. Hamı bir-birindən şübhələnir. Bəziləri sənin kimi qorxub,

bəziləri də başqalarını qorxutmağa qərar verib. Hamınız vurnuxma içindəsiniz... Adso, at tövlələrinin

yanına tez-tez bax. Mənsə gedib bir az dincəlim”.

Əvvəllər çox təəccüblənərdim. Yalnız bir neçə saat vaxtın olduğu halda uzanıb dincəlmək - heç də

ağıllı qərar kimi görünmürdü. Lakin artıq ustadımı kifayət qədər tanıyırdım. Bədəni nə qədər süst olsa,

ağlı o qədər tez işləyirdi.



556

G Ü N B A T A N   Ç A Ğ I N D A N

A X Ş A M A   Q Ə D Ə R ,

Saallarca sürən çaşqınlıq haqqında

qısaca danışılır

Günbatan çağı ilə axşam arasındakı bir neçə saat ərzində baş verənləri xatırlamaq kifayət qədər çətindir.

Vilhelm yox idi. Mən at tövlələrinin yanında veyllənirdim, amma gözümə qeyri-adi heç nə dəymirdi.

Mehtərlər güclü küləkdən ürkmüş atları tövləyə salırdılar. Qalan hər şey sakitlik içində idi.

Kilsəyə girdim. Rahiblər artıq öz yerlərini tutmuşdular. Lakin abbat, Xorxenin yerinin boş olduğunu

gördü. O, ayinin yubadılmasına işarə etdi və Bensionu səslədi ki, Xorxenin dalınca göndərsin. Amma

Bensio da yox idi. Rahiblərdən kimsə dedi ki, Bensio bəlkə də yazı zalını gecə üçün hazırlayır. Abbat

acıqla cavab verib, Bensionun heç nə hazırlamalı olmadığını və qaydaları bilmədiyi üçün bunu

bacarmayacağını dedi. İskəndəriyyəli Aymaro yerindən qalxdı. “Zati-aliləri izin verirlərsə, mən gedib

çağırım...”

“Səndən bir şey istəyən olmadı”, - deyə abbat onun sözünü acıqla kəsdi. Aymaro yerinə qayıtdı, Tivolili

Pasifıkoya da çoxmənalı baxış göndərməyi yaddan çıxarmadı. Abbat Nikolanı çağırdı. O da yox idi.

Kimsə dedi ki, Nikola şam yeməyi üçün əlləşir. Abbat dilxorluqla əlini yellədi - yəqin ki, həyəcanını

hamıya bəlli etməkdən hirslənmişdi.

“Xorxenin dərhal buraya gəlməsini istəyirəm, - deyə bağırdı. - Axtarın onu! Get onun dalınca”, - deyə

müridlərin ustadına əmr etdi.

Kimsə ona Alinardonun da olmadığını göstərdi. “Bilirəm, - abbat cavab verdi. – O xəstədir”. Mən Sant-

Albanolu Pyetronun yanında oturmuşdum;

A L T I N C I   G Ü N



557

onun, qonşusu Nolalı Gunzoya, bir az anladığım orta italyan ləhcəsində: “İnanıram. Bu gün Abbone ilə

söhbətdən sonra yazıq qoca zorla ayağını sürüyürdü. Abbone özünü düppədüz Avinyon fahişəsi kimi

aparır!” - deyə pıçıldadığını eşitdim.

Müridlər qorxa-qorxa ətrafa baxırdı. Heç nə bilmədən və heç nə anlamadan uşaqsayağı hissiyyatları

ilə xor yerinə hakim olan təhlükəni eynilə mənim kimi sezirdilər. Uzun gözləmə dəqiqələri səssizlik və

çaşqınlıq içində keçdi. Baş rahib məzamirlərin oxunmasını buyurdu və fikirləşmədən, necə gəldi əlinə

keçən, hətta qaydalara görə axşam ayininə uyğun gəlməyən üç məzamiri seçdi. Hamı bir-birinə baxdı,

sonra astadan dua etməyə başladı. Müridlərin ustadı geri qayıtdı. Onun arxasınca gözlərini qaldırmadan

öz yerinə baxan Bensio gedirdi. Xorxc yazı zalında da, öz hücrəsində də yox idi. Abbat ayinin

başlanmasını buyurdu.

Axşam duasından sonra hamı yeməkxanaya yollanarkən Vilhelmi çağırmağa getdim. O, əynində libas,

yatağının üstündə ayaqlarını uzadaraq dərin fıkrö getmişdi. Çox gec olduğunu düşünmədiyini söylədi.

Onun yoxluğunda baş verənləri qısaca danışdım. Başını yellədi.

Yeməkxananın qapısında Nikola ilə rastlaşdıq. Son dəfə biz onu Xorxcni abbatın evinə apararkən

görmüşdük. Vilhelm ondan abbatın Xorxcni dərhal qəbul edib-etmədiyini soruşdu. Nikola “yox” deyə

cavab verdi, abbatın yanında Alinardo ilə  İskəndəriyyəli Aymaro olduğundan Xorxcnin uzun müddət

qapının qarşısında gözləməli olduğunu dedi. Sonra Xorxc içəri girib, abbatla bir müddət söhbət etdi, o

Nikola isə eşikdə gözlədi. Xorxe çıxdıqdan sonra Nikoladan onu kilsəyə ötürməsini rica etdi. Bu, axşam

duasından bir saat əvvəl idi və məbəd bu vaxtlar tamamilə boş olurdu.

Abbat bizim kelarla danışdığımızı gördü. “Vilhelm qardaş, - deyə o, söhbətə qarışdı, - təhqiqatı hələ

aparırsınız?”. Və adətən olduğu kimi, onu masasına dəvət etdi. Bcnediktin qonaqpərvərliyi hər şeydən

üstündür.



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə