Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə153/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   149   150   151   152   153   154   155   156   ...   175

532

hiss olunurdu. Dərinin bütün qırışları, büküşlori və yaraları, məxməri qatları, qasığının, qarnının meşə

kimi sıx tükləri, Dəməşq ipəyi kimi xışıldayan köksü; dırnaqları, pəncələrinin altındakı bərk çıxıntılar;

kirpiklərinin uzunluğu, gözlərinin sulu həlməşiyi, dodaqlarının ləti, bel tirinin nazikliyi, sümüklərinin

düzülüşü - bütün bunlar gözlər önündə qumsal toza çevrilsə də, ilkin cizgilərini itirməmiş, əzaların bir-

birinə uyğun yerləşməsi pozulmamışdı: əzik-üzük corablar kimi süst və boşalmış ayaqlar, kənara qoyulub

sərilmiş qırmızı keşiş cübbəsi kimi göy damarlı  ətlər, qıvrılmış bağırsaqların düzgün yumağı, selikli

suvağın altından közərən ürək daşı, həmaildəki mirvarilər kimi düzülmüş seçmə, sədəf dişlər, qırmızı-göy

rəngli asma bəzək kimi yellənən dil, şamlar kimi dümdüz sıralanmış barmaqlar, xalça kimi açılmış qarının

ipliklərinin düyünləndiyi göbək... Hər tərəfdən, zirzəminin hər divarından indi tobərrükdanlara və

mücrülərə yığılmış, amma buna baxmayaraq, öz ucsuz-bucaqsız məntiqsizliyi ilə bütünləşmiş bu

makrobədən mənə gülür, göz eləyir, pıçıldayır və məni yanına, yəni ölümə çağırırdı; bu, axşam yeməyində

yeyib-içən və sırtıqca atılıb-düşən həmin bədən idi, amma indi, kar və kor ölümün toxunulmazlığı içində

sanki hərəkətsiz idi. Ubertino qolumdan tutub elə sıxdı ki, dırnaqları ətimə batdı və dedi: “İndi görürsən,

hamısı eynidir! Bir az əvvəl öz çılğınlığından qürrələnən və öz oyunlarından həzz alan şey - indi

cəzalandırılmış və mükafatlandırılmış halda, ehtirasların məngənəsindən qurtularaq səbatlılıq içində

donub-qalmış, onu saxlayan və paklaşdıran, çürüməkdən xilas etmək üçün çürüməyə məruz qoyan əbədi

soyuğa məhkum olunmuşdur, zira onsuz da toz olanı heç bir qüvvə toza çevirə bilməz, ölüm - bizim üçün

dincəlməkdir, bütün işlərimizin sonudur”.

Bu zaman iblis kimi ağzından od çıxan Salvator qəflətən zirzəmiyə girib bağırdı: “Axmaq! Görmürsən

ki bu heyvan, İovun kitabındakı böyük liotardır? Nədən qorxursan, mənim mehriban ağam? Bu da sənə

qızardılmış pendir!”. Sonra birdən qırmızımtıl şəfəqlər bütün zirzəmini aydınlatdı və yenə mətbəx kimi

göründü, amma bura mətbəxdən daha çox, nəhəng bir



533

qarının sürüşkən və yapışqan içalatına bənzəyirdi; ortasında qarğa kimi qapqara, nəhəng qəfəsə

zəncirlənmiş minəlli, ətrafında kim varsa, yaxalamaq üçün əllərini uzadan iyrənc bir heyvan oturmuşdu;

susuzluğunu yatırmaq üçün üzüm salxımını sıxan kəndli kimi, o da tuta bildiyi hər kəsi elə möhkəm, elə

amansızlıqla sıxırdı ki, onların əlləri, ayaqları sınır, beyinləri əzilib dağılırdı. Onları ləzzətlə yedikdən

sonra kükürddən daha üfunətli və iyrənc bir qoxu ilə gəyirib, alov püskürürdü. Amma - nə ağlasığmaz

müəmma! - bu səhnədən qətiyyən qorxmurdum və birdən bu “mehriban iblis”ə (onun haqqında belə dü-

şünürdüm) rahatlıqla baxa bildiyimi fərq etdim, çünki o, başqa biri deyil, Salvator idi; zira ölümlü insan

bədəni haqqında onun əzabları və puçluğu haqqında, indi hər şeyi bilirdim - və artıq heç nədən

qorxmurdum. Doğrudan da, çox tezliklə indi mənə xoş və hətta rahat görünən o alovlu işıqda şam

yeməyindəki bütün qonaqları yenidən gördüm; onlar yenə öz cismani örtüklərini qazanmışdılar və hər

şeyin yenidən başladığını söyləyərək, nəğmə oxuyurdular, gənc qız da aralarında idi gözəl və sağlam

olaraq və mənə deyirdi: “Bütün bunlar heç nədir, heç nə, görəcəksən, tezliklə qayıdacağam və əvvəlkindən

daha gözəl olacağam, yanlız bir dəqiqəliyə izin ver, gedim tonqalda yanım, sonra bax burada görüşərik!”.

Və Tanrı, məni bağışla, öz ağuşunu mənə göstərdi, ona sarı getdim və gözəl bir dərəyə düşdüm; qızıl

dövrün bərəkətli vadisinə bənzəyirdi, şehli, meyvələrlə, bulaqlarla, qızardılmış pendirlər yetişən ağaclarla

dolu. Orada olan hər kəs gözəl bayrama görə abbatı tərifləyir, öz sevgilərini və ehtiramlarını göstərmək

üçün onu yumruqlayaraq, təpikləyərək, libasını cıraraq və yerə yıxıb, gündəyməzini çubuqlayaraq

minnətdarlıq edirdi. O isə gülməkdən uğunur və qıdıqlamasınlar deyə onlara yalvarırdı. Sonra burun

deşiklərindən kükürd dumanları çıxan atlara minmiş yoxsul həyat rahibləri göründü; hər birinin

kəmərindən qızıl dolu kisələr asılmışdı, onlar bu qızılların köməyi ilə canavarları quzulara, quzuları isə

canavarlara çevirirdilər və Tanrının ağlasığmaz qüdrətinə mədhiyyələr oxuyan xalq məclisinin dəstəyi ilə

bu canavarlara



tac qoyub, imperator elan edirdilər. «Ul cachinnis dissolvalur, torquealur rictibus!»

209

 - deyə İsa tikanlı

tacını ataraq ucadan səsləndi. Papa İohann içəri girib, bu qarışıqlığa görə hamını məzəmmətlədi və dedi:

“Bu gedişlə işlər necə qurtaracaq, bilmirəm!”. Lakin hamı onu lağa qoyub güldü və abbatın başçılığı

altında donuzlarla birlikdə meşəyə yerdombalanı axtarmağa getdi. Mən də onlarla getmək istədim, amma

tindən çıxan Vilhelmi gördüm. Labirintdən gəlirdi. Əlində onu sürətlə şimala doğru çəkən ahənrüba vardı.

“Məni atıb getməyin, ustadım, - deyə qışqırdım. - Afrikanın sərhədində nə olduğunu mən də görmək

istəyirəm!”

“Artıq sən gördün!” - Vilhelmin cavabı uzaqlardan eşidildi. Və mən kilsənin qübbəsi altında cənazə

duasının son sözləri səslənərkən oyandım:

“Qorxu dolu, ağlar gün

Küllərdən doğacaq,

Günahkarlar məhkum olacaq.

Onları əfv et, Tanrım!

Ey Həzrəti-İsa,

Onlara dinclik nəsib et ”/

Bu sübut edirdi ki, gördüyüm xəyal bütün xəyallar kimi qısa da olsa, bir “amin” boyunca sürməsə də,

hər halda “Dies irae” oxunana qədər keçib-getmişdi.

209


 Gülüşlərdən partlayın, qəhqəhələrdən qıc olun! (lat.)

534



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə