Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə150/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   146   147   148   149   150   151   152   153   ...   175

523

bir hissəsi, dindarca həsədimizin rayihəsi ölənə keçirdi və o, dinclik içində canını tapşırırdı.

Son günlərdə meydana gələn ölümlər nə qədər fərqli idi! Nəhayət, Afrikanın sərhədinin şeytani

əqrəblərinin qurbanının necə öldüyünü yaxından gördüm. Şübhəsiz ki, Venansio və Berenqar da belə

ölmüşdü, su ilə xilas olmağa çalışaraq, üzləri Malaxianın üzü kimi ağrıdan büzüşmüş halda...

Kilsənin arxa qismində, soyuqdan qurtulmaq üçün, dizlərimi qatlayıb oturdum. Tədricən bədənimi

istilik bürüdü və dua edən rahiblərə qoşularaq, dodaqlarımı tərpətdim. Nə söylədiyimi dərk etmədən

onların sözlərini təkrarlayırdım. Başım gicəllənir, gözlərim qapanırdı. Uzun zaman keçdi. Çox güman ki,

ən azı üç-dörd dəfə mürgüləyib-oyandım. Nəhayət, xor “Dies irae” söyləməyə başladı. Dua mənə

bihuşdan kimi təsir etdi, mürgü yuxuya, daha doğrusu, yuxuya deyil, qarabasmaya çevrildi. Huşsuz halda

kilsənin soyuq döşəməsində, hələ ana bətnindən çıxmamış rüşeym kimi büzüşüb qaldım. Ruhi məstlik

içində bizim dünyamıza aid olmayan bir yerə hicrət edərək, qarabasma gördüm. Ya da röya. Buna nə ad

verməyi özüm də bilmirəm.

Dar bir keçidin içində olan dolama nərdivanla aşağı düşürdüm. Sanki xəzinənin yerləşdiyi sərdabəyə

enirdim. Nəhayət, çox aşağıda çıxış qapısı açıldıqda, özümü daha böyük, monastırın mətbəxindən daha

geniş bir zalda gördüm. Bəli, bura mətbəx idi, amma burada yalnız sobalar və qab-qacaq deyil, dəmirçi

körükləri və çəkiclər do vardı. Sanki Nikolamn şəyirdləri də buraya köçmüşdü. Sobaların alovundan və

əridilən dəmirlərdən hava od tutub-yanırdı; qaynayan qazanlardan buxar qalxır, qaynar səthin üstü

pıqqıldayan böyük və yumru qovuqlarla dolur, sonra bu qovuqlar boğuq səslə partlayırdı. Aşpazlar əllərin-

də  şiş, ora-bura vurnuxur, orada olan müridlər isə közərdilmiş dəmirlərin üstünə düzülən toyuqları və

başqa kiçik quşları götürmək üçün bacardıqları qədər yuxarı tullanırdı. İki addımlıqda dəmirçilər

çəkiclərini elə qüvvətlə döyəcləyirdilər ki, havanın özü kar olurdu və zindanlardan qopan qığılcım

buludları iki sobadan yüksələn qığılcımlara qarışırdı.



524

Harada olduğumu anlamırdım: cəhənnəmdə, yoxsa Salvatorun təsəvvürlərinə görə hər yandan şirələrin

axdığı, qızardılmış kükülərin oynadığı cənnətdə idimmi? Lakin harada olduğumu düşünməyə vaxt yox

idi, çünki yöndəmsiz adamlar, haradan çıxdıqları bəlli olmayan yekəbaş şişmanlar sürüsü üstümə gəlib,

məni yeməkxanaya apardılar və qapıdan zorla içəri soxdular.

Hər şey bayram havasında qurulmuşdu. Divarlardan nəhəng xalçalar və örtüklər asılmışdı; amma

bunları bəzəyən rəsmlər, adətən, ixlaskarlıq aşılayan, ya da şahların şücaətini şöhrətləndirən rəsmlər

deyildi, daha çox Adelmonun haşiyə naxışlarını xatırladırdı. Həm də onun rəsmlərindən qorxunc olanlar

yox, on giilmoliləri seçilmişdi; bolluq ağacının ətrafında atılıb-düşən dovşanlar, çayın axını boyunca üzən

və sudan birbaşa tavaların içinə atılan balıqlar, aşpaz-yepiskoplar kimi geyinmiş meymunlar, buxar

püskürən qazanların ətrafında rəqs edən şişman eybəcərlər.

Masanın başında tünd-qırmızı rəngdə naxışlı cübbəsi ilə bayram qılığına bürünən abbat oturmuşdu.

Görkəmindən hökmranlıq yağırdı. Onun yanında Xorxe əlindəki nəhəng piyalədən şərab içir, kelar isə,

Bcmardo Guinin libasında, əqrəb biçimli bir kitabdan övliyaların həyatını və İncildən parçalar oxuyurdu.

Lakin bütün bunlarda Məsihin Həvari ilə zarafatlaşaraq onu daş adlandırması və düzənlikdə diyirlənən bu

həyasız daşın üzərində öz kilsəsini qurmağa məcbur olacağı haqqında danışılırdı. Ya da Tanrının

Yerusəlimin dalını çılpaqlaşdırmaq istədiyini söyləyərək, Bibliyanı təfsir edən Müqəddəs İeronimin

sözləri eşidilirdi. Və kelarm oxuduğu hər cümlədə Xorxe qəhqəhə çəkərək, yumruğunu masaya vurur və

bağırırdı: “Bundan sonra abbat - sən olacaqsan, Tanrının içalatına and içirəm!”. Eynən belə deyirdi,

Rəbbim məni bağışlasın.

Abbatın təntənəli işarəsindən sonra qapılar açıldı və qızlar dəstə ilə içəri girdi. Qeyri-adi libaslar

geymiş gözəllər təmtəraqlı cərgə ilə içəriyə süzdülər. Əvvəlcə mənə elə gəldi ki, onların başında anam

dayanmışdı. Lakin sonra yanıldığımı gördüm; çünki şübhəsiz, qarşımdakı döyüşə hazırlaşmış nizami

ordu kimi qorxunc olan qız idi. Ancaq başında iki sıra boyaz incidən düzəlmiş tac vardı, daha iki sııa inci

üzünün hər iki yanından aşağı süzülərək, sinəsindəki iki inci şəlaləsinə birləşirdi; hər incidən gavalı

böyüklüyündə almaz asılmışdı. Bundan başqa, qızın hər iki qulağından mavi incilərdən bir silsilə asıl-

mışdı; bu silsilələr onun Livan qülləsi kimi hündür və ağ boynunda həmail kimi birləşirdi. Bürüncəyi

tünd-qırmızı rəngdə idi, əlində almaz naxışlı qızıl piyalə vardı; içində Scvcrindən oğurlanmış öldürücü

mayenin olduğunu - bilmirəm, hansı möcüzənin köməyi ilə - anladım. Şəfəq kimi gözəl olan bu xanımın

yanında başqa qəşəng qadınlar vardı. Onlardan birincisi, üzərinə buğda dənəcikləri səpilmiş ikiqat qızıl

bafta ilə bəzədilən tünd rəngli donun üstündən naxışlı ağ bürüncək geymişdi; ikincisi, üzərinə yaşıl rəngli

çiçəklər səpilmiş və qəhvəyi rəngli labirintlər biçimində iki böyük dördbucaq parçadan tikilmiş solğun-

çəhrayı rəngli libasın üstündən sarı Dəməşq qumaşından bir bürüncək geymişdi; üçüncüsü, kiçik qırmızı

heyvanlardan toxunmuş zümrüd libasın üstündən qırmızı bürüncək atmış, əlində isə qızılı naxışları olan

şal tutmuşdu; o biri qızların libasını xatırlamıram, çünki mənim gözlərimdə qəflətən bakirə Məryəmə

bənzəyən bu qızın yanındakı qadınların kim olduğunu anlamağa çalışırdım. Sonra o qadınların hər birinin




525

kim olduğunu, necə oldusa, dərk edə bildim. Sanki onlar əllərində, ya da ağızlarında adlarının yazıldığı

lövhə tutmuşdular. Nədənsə onların Ruf, Sara, Susanna və İncildən tanıdığımız digər qadınlar olduğunu

anladım.


Bu zaman abbat bağırdı: “İçəri girin, fahişə balaları!” Və yeməkxanaya dərhal tanıdığım övliyalar

soxuldu. Bəziləri sadə, bəziləri də təmtəraqlı libaslar geymişdi. Bu dəstənin başında taxtda əyləşmiş biri

vardı; Məsih idi bu, amma eyni zamanda həm də Adəm idi; tünd-qırmızı rəngli bürüncəyini çiyinlərində,

yaqut və incilərdən düzəldilmiş ağ-qırmızı rəngli böyük bir həmail saxlayırdı. Başındakı tac, o qızın tacına

bənzəyirdi, əlində donuz qanı ilə dolu böyük bir piyalə tutmuşdu. Onun əhatəsində hamısını yaxşı

tanıdığım (haqlarında danışacağam) başqa




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə