Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə148/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   144   145   146   147   148   149   150   151   ...   175

515

qədər kitabı necə öyrənə bilmişdir?”

‘‘Eh, onun haqqında möcüzələr danışırlar. Guya hələ uşaqkən Tanrının lütfıino layiq görülüb və öz

vətənində, Kastiliyada hələ yetkinlik yaşma çatmazkən, ərəb və yunan alimlərinin kitablarını oxuyurmuş.

Kor olduqdan sonra da, indi belə, günlərini kitabxanada keçirir. Kataloqun bərkdən oxunmasını əmr edir,

sonra kitabları gətirdir və müridlərdən biri saatlarla ona ucadan kitab oxuyur. Xorxc yorulmaq bilmir. Hər

şeyi yaddaşına həkk edir və xatırlayır, Alinardo kimi ağlını itirməyib. Amma bütün bunları məndən nə

üçün soruşursan?”

“Malaxia ilə Berenqarın ölümündən sonra kitabxananın sirlərinə bələd olan kim qalmışdır?”

“Abbat. O, bu sirləri Bensioya aça bilər. Əgər istəyərsə”. “Bəs nə üçün istəməməlidir?”

“Çünki Bensio çox gəncdir, çünki o, köməkçi təyin edilərkən Malaxia hələ sağ idi... Kitabxanaçı ilə

kitabxana köməkçisi ayrı-ayrı şeylərdir. Ənənəyə görə kitabxanaçı sonra baş rahib olur...”

“Hə, demək belə! Kitabxanaçı olmağı arzulayanların sayı buna görə çoxdur! Deməli, bizim Abbone

də əvvəllər kitabxanaçı olmuşdur?”

“Yox. Abbone kitabxanaçı deyildi. Onu buraya mən gəlməzdən öncə təyin etmişdilər. Ondan əvvəl

Riminili Paolo abbat idi. Qəribə adam idi. Onun haqqında çox təəccüblü şeylər danışırdılar. Guya o, acgöz

oxucu imiş, kitabxananın bütün kitablarını əzbərdən bilirmiş. Lakin çox nadir rast gəlinən qüsuru vardı.

Yazmağı bacarmırmış. Onu "Abbas agraphicus ” - “Yazmaq bilməyən abbat” deyə çağırırdılar. Çox gənc

yaşlarda baş rahib seçilmişdi. Deyirlər ki, onun namizədliyini “Kvadrat doktor”, Klyunili Algirdo irəli

sürmüş və dəstəkləmişdi. Lakin bunlar köhnə söhbətlərdir, rahiblərin boşboğazlığıdır... Qısası, Paolo

abbat təyin edildi. O zaman boş qalmış kitabxanaçı yerini



516

Robcrto tutdu. Amma o, hansı xəstəliyəsə düçar olmuşdu, günügündən quruyurdu və abbatlığı idarə

etməyə gücünün çatmayacağı aydın görünürdü. Bu səbəbdən Riminili Paolo yoxa çıxınca...”

“Öldümü?”

“Yox, qeyb oldu, itkin düşdü. Bir dəfə iş üçün harasa getmişdi. Geri qayıtmadı. Bəlkə də onu quldurlar

yolda öldürmüşdü... Qısası, Paolo itkin düşüncə, Robcrto onun vəzifəsini yerinə yetirə bilmədi. Bəzi

qaranlıq hadisələr oldu. Deyirlər ki, Abbone bu bölgənin ağasının nigahdankənar doğulmuş oğludur.

Fossanova monastırında böyümüşdür. Deyirlər ki, Müqəddəs Tommaso can verərkən onun yanında

olmuşdur. O zaman gənc imiş. Müqəddəs Tommaso öldükdən sonra, onun nəhəng cəsədini qüllənin ensiz

nərdivanından düşürməyi o bacarmışdır... Pis niyyətli dillər onun ulduzunun bundan sonra doğduğunu

deyirlər. Elə, ya da belə, kitabxanaya bələd olmadan, abbat seçilmişdi. Və kimsə zənnimcə Robcrto, -

kitabxananın sirlərini ona öyrətmişdi...”

“Bəs Robcrto özü nə üçün seçilmədi?”

“Bilmirəm. Mən həmişə belə  şeyləri dərindən öyrənməməyə çalışmışam. Bizim monastırımız -

müqəddəs yerdir. Əfsus ki, baş rahib vəzifəsi ətrafında bəzən qorxunc fitnə-fəsadlar baş verir. Mən öz

şüşələrimlə və müqəddəs əmanətlərin saxlandığı mücrülərlə məşğul olmuşam və başqa işlərə

qarışmamışam. İndi abbatın Bensioya kitabxananın sirlərini öyrədib-öyrətməyəciyini nə üçün

bilmədiyimi, yəqin ki, anlayırsan. Bu, onu birbaşa öz varisi adlandırmaq olardı. Monastırı  Şimalın ən

ucqar nöqtəsindən olan barbar dilli yelbeyin gəncə etibar eləmək... O, ölkəmiz haqqında, monastırımız və

onun yerli ağalarla əlaqələri haqqında nə bilir ki...”

“Amma Malaxia da italyan deyildi. Berenqar da. Lakin kitabxananı onlara vermişdilər...”

“Qaranlıq işdir. Rahiblər öz aralarında deyinirlər ki, abbadığımız yarım əsrdir öz ənənələrini itirmişdir.

Ona görə də əlli il bundan əvvəl... bəlkə do daha çox... xatırlamıram... Alinardo



517

kitabxanaçı yeri uğrunda mübarizə aparmışdır. Burada kitabxanaçılar həmişə italyanlardan seçilirdi.

Tanrıya şükür ki, vətənimizdə qabiliyyətli insanlar kifayət qədərdir. Amma görürsənmi, nə baş verir? -

Nikola sanki ürəyindəkini demək istəmirmiş kimi duruxub qaldı. - Görürsənmi? Malaxia və Berenqarı

öldürdülər. Bəlkə də onlar abbat olmasınlar deyə öldürüldülər”.

O diksindi və sanki iyrənc fikirləri qovmaq istərcəsinə əlini üzündə gəzdirdi. Sonra xaç vurdu.

“Deməyə ehtiyac varmı? Sən özün görürsən ki, neçə illərdir, bu ölkədə utandırıcı hadisələr baş verir.

Həm monastırlarda, həm papalıq sarayında, həm də kilsələrdə belə... Hakimiyyət uğrunda döyüşlər,

kilsədən qazanc əldə etmək üçün kimisə bidətçilikdə ittiham etmək... Çirkinlik hər yanı bürüyüb. Hara

baxıramsa, sui-qəsdlor və saray intriqaları görürəm və insan nəslinə inamımı itirirəm. Bu monastır da

belə alçaqlıqlara sürüklənəcək! Bir zamanlar övliyaların məskəni olan bu yerdə qara sehrlə ovsunlanmış

gürzələr yuva salıb. Baxın, monastırımızın keçmişi budur!”

O, divar boyunca düzülmüş qiymətli əşyaları bizə göstərirdi. Xaçların və digər əşyaların yanında çox

dayanmayaraq, bizi monastırın qüruru sayılan müqəddəs təbərrüklərin saxlandığı yerə baxmağa apardı.

“Baxın, - o dedi. - Bu, Xilaskarımızın bağrını dələn mizra- qın ucudur!”. Qarşımızda büllur qapaqlı

qızıl qutu vardı, içində al-qırmızı rəngdə bir yumşaq yastıq üzərinə zamanla paslanmış, lakin yağlarla və

məlhəmlərlə yaxşıca təmizləndikdən sonra əvvəlki parlaqlığına qovuşmuş üçkünc dəmir parçası qoyul-

muşdu. Amma bu nə idi ki! Zira göy rəngli qiymətli daşlarla bəzədilmiş və ön tərəfi nazik şüşədən olan

gümüş qutuda müqəddəs yerlərə zəvvar kimi gedib Qolqof təpəsini və Məsihin qəbrini qazdıraraq,

üstündə kilsə tikdirən imperator Konstantinin anası Kraliça Helenanın bu monastıra şəxsən gətirdiyi

müqəddəs ölüm xaçının taxta parçası vardı.

Sonra Nikola bizə qeyri-adi miqdarda və möhtəşəmlikdə olduqları üçün necə təsvir edəcəyimi

bilmədiyim başqa təbərrükləri göstərdi. Saf akvamarindən hazırlanmış bir qutunun

içində müqəddəs xaçın mismarlarından biri vardı. Bir şüşə qabın içində qurudulmuş kiçik qızılgüllərdən

hazırlanmış yastığın üstünə tikanlı tacın bir parçası qoyulmuşdu. Başqa bir mücrüdə yenə qızılgül ləçəkləri

üstündə, gizli şam yeməyindən qalmış xörək dəsmalının saralmış parçası vardı. Sonra, Müqəddəs

Mattanın gümüşü hörmə kisəsi də burada idi, onun yanındakı boruşəkilli qabın içində isə zamanla aşınmış,

qızılı möhürlə damğalı, bənövşəyi rəngdə bir bafta ilə bağlanmış Müqəddəs Annanm qol sümüyü vardı.




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə