Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə145/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   141   142   143   144   145   146   147   148   ...   175

505

Sedenınt principes Et adversus me Loquebantur, iniqui.

Persecuti sunt me.

Adjuva me, Domine,

Deus meus salvum me Fac propter magnam misericordiam tuam'

Abbatın bu ayələri, dünya şahzadələrinin elçilərinin bizimlə birlikdə son dəfə dua oxuduqları məhz bu

gecə üçün Uca Rəbbimizlə, könüllülərin Tanrısı ilə xüsusi münasibətin sayəsində, ordenimizin yüz illər

boyunca hökmdarların hücumuna qarşı necə dirəndiyini hamıya xatırlatmaqdan ötrü bilərəkdən seçdiyini

düşündüm. Doğrudan da, bu nəğmənin əvvəlinin qeyri-adi qüvvəsi vardı.

203


203

 Şahzadələr əyləşdilər, Mənə qarşı toplandılar, Haqsız niyyətə düşdülər, Mənə üsyan etdilər, Tanrım, rəhm et mənə, Rəbbim, qurtar

məni, Uca mərhəmətin eşqinə (lat.)



506

İlk Se hecası səlis və təntənəli xorla başladı, onlarca insanın bas səsi nefləri doldurdu, başımızın

üstündə dolaşdı, amma buna baxmayaraq, səslər sanki yerin ürəyindən ucalırdı. Səs kəsilmədən yüksəlib

uğuldayırdı, hətta digər səslər bu uzun və alçaq notun üstündə vokalizm və melizm zəncirləri hörməsinə

baxmayaraq, o, fasiləsiz sürdü; sanki yer təbəqəsinin fəryadı, kainatın naləsi kimi səslənən bu uğultu digər

səslər üzərində hökmran idi və o, tədricən alçalan, rəvan səsə malik qarenin “Ave Mariya”nı on iki dəfə

oxumasına qədər davam etdi. Sanki əbədi sonsuzluğun təmsili olan bu sabit ilk hecanın duaçılara verdiyi

inam sayəsində bütün qorxulardan qurtulmuşcasına qaya kimi möhkəm bas səsin üstündə, başqa səslərin

(xüsusən də müridlərin səsinin) not “hava”larının kəskin, amma getdikcə zəifləyən dirək və dişcikləri, mil

və çıxıntıları yüksəlirdi. Ürəyim klimak, yaxud porrektlərə, torkul, yaxud saliklərə' uyğun ahənglə zövqlə

çırpınarkən, bu səslər sanki duyğuların çoxluğuna tab gətirməyən ruhun (dua oxuyanların və onları

dinləyənlərin ruhlarının) hissələrə parçalanıb bu çoxsəsliliyin içində axıb-gedən sevinci, kədəri, tərifi, eşqi

daşıyan dəyişkən avaza çevrildiyini göstərirdi. Bu zaman yeraltı uğultulann amansız inadkarlığı nə qədər

şiddətlənsə də, sanki düşmənlərin, Allah bəndələrini təqib edən hakimlərin təhdidedici iştirakı naqis

qalırmış kimi, ruhumuz bu qorxunc təhlükənin gücünü hiss etmirdi. Bütün bunlar o yüksək ana qədər

davam etdi ki, bir notun Neptunsayağı nərəsi ona qarşı çıxanların şən halliluyyaları

204 205

ilə dağıldı, ya da



ən azından zəiflədi, pozuldu - və sonra mükəmməl və qüvvətli bir akkordla, sarsıdıcı bir hava ilə fəth

edildi və əriyib yox oldu.

Nəhayət, sanki keyləşmiş bir gərginliklə “Sederunt” oxunduqdan sonra, “principes” mələklərə yaraşan

bir rahatlıqla havaya ucaldı. Artıq bizə qarşı çıxan bu hakimlərin kim olduğunu

bilmək istəmirdim; onların, o əyləşmiş qorxunc kabusların kölgəsi dağılıb yox olmuşdu.

Və başqa kabusların da qeyb olduğuna inandım, zira hələ də dalğınlıq içində və duaların oxunmasına

qapılmış halda Malaxianın yerinə baxdıqda, birdən kitabxanaçmı dua edən rahiblərin arasında gördüm.

Sanki o, elə əvvəldən burada idi. Vilhelmə tərəf döndüm və onun gözlərində yüngülləşmə gördüm, eyni

şey - uzaqdan ayırd edə bildiyim qədər - abbatm baxışlarından da oxunurdu. Xorxe isə yenə əlini yanına

uzatdı və qonşusunun bədəninə toxununca, dərhal əlini geri çəkdi. Onun keçirdiyi hisslərə gəlincə,

yüngülləşmə duyub-duymadığını deyə bilmərəm.

İndi xor fərəhlə “adjuva me”

206

 oxuyurdu, aydın “a” səsi bütün kilsəni sevinclə doldurmuşdu; onun



ardınca gələn “u” isə, “sederunt”un “u”-su kimi qəmgin deyildi, əksinə müqəddəs qüvvə ilə doluydu.

Rahiblər və müridlər ayinin qaydalarına uyğun oxuyurdular: bədən dikəlmiş, çiyinlər geniş açılmış, sinə

sərbəst, baş yuxarıya istiqamətlənmiş, kitab boyun əyməyərək, səsin boğazdan sıxılmadan çıxması üçün

çənənin yaxınlığında. Lakin gecə hələ sona çatmamışdı, şeypurların müjdə səslərinin bütün kilsəyə

yayılmasına baxmayaraq, bəlkə də gerçəklik duyğusunu itirincəyədək uzadılmış notlara tamamən

204


Orta əsrlərdə istifadə olunan müsiqi işarələri

205

Halliluyya, yaxud alliluyya - xristianlıqda həmd-səna oxumaq

206

 Mənə yardım et (lat.)




507

qapılaraq və bu zaman yalnız bir hissi - özlərinin oxumağını, lay-lay çalınırmış kimi onun ahəngi ilə

başlarını sinələrinə endirib şirin-şirin mürgülədiklərini duyan nəğmə deyənlərin üstünə bəzən yuxu pərdəsi

enirdi. Bu halda həmişə ayıq olan növbətçi rahiblər əllərindəki çıraqları növbə ilə onlann üzünə

yaxınlaşdırır, ruhlarını və bədənlərini yenidən oyandırırdı.

Məhz buna görə oyandırıcılardan biri Malaxianın sanki qəfil gəlmiş mürgüyə yaxalanaraq, yuxunun

dumanlı yollarında özünü itirmiş kimi yerində qəribə  şəkildə səndirlədiyini hamıdan əvvəl gördü.

Gecəni yatmamışdısa, bu çox təbii görünürdü. Rahib çırağı Malaxianın üzünə tərəf qaldırdı. Bu zaman

mən də



508

diqqətlə baxdım. Malaxia sanki işığı hiss etmirdi. Rahib onun çiyninə toxundu. Kitabxanaçı irəliyə

doğru əyildi. Rahib onu tutmağa zorla macal tapdı, yoxsa yerə yıxılacaqdı.

Nəğmələr dondu, səslər söndü, qarışıqlıq başladı. Vilhelm cəld yerindən atıldı və Tivolili Pasifıko

ilə oyandıncınm huşsuz halda yerə uzatdıqlan Malaxiaya tərəf qaçdı.

Abbatla demək olar ki eyni vaxtda oraya çatdıq və çırağın işığında zavallının üzünü gördük.

Malaxianın xarici görkəmini təsvir etmişdim. Lakin o gecə, o işıqda onun üzü ölüm simasını almışdı.

İncəlmiş burun, çuxura düşmüş gözlər, çökək gicgahlar, büzüşərək ucları yana əyilmiş və ağarmış

qulaqlar. Üzünün dərisi sərtləşmiş, gərilmiş və qurumuşdu. Almacıq sümüklərində sarı ləkələr vardı,

yanaqları kölgələnmişdi. Gözləri hələ açıqdı. Yanmış dodaqlarının arasından zorla nəfəs alırdı. Ağzını

geniş açmışdı. Can verməkdə olan kitabxanaçımn başı üzərinə  əyilmiş Vilhelmin çiyinləri üstündən

baxınca, dişləri arasında çırpınan qaralmış dilini gördüm. Vilhelm onun çiyinlərindən tutaraq qaldırdı,

əli ilə Malaxianın üzündəki təri sildi. Kitabxanaçı kiminsə ona toxunduğunu, kiminsə varlığını hiss etdi,

baxışlarını qarşısındakı bir nöqtəyə zillədi, əlbəttə, heç nə görmədən və önündəkinin kim olduğunu

tanımadan. Titrək əllərini Vilhelmin köksünə uzatdı, onun paltarından yapışıb, özünə tərəf çəkdi. Üzünü

Vilhelmin üzünə toxundurdu, sonra var gücünü toplayıb, xırıltılı səslə dedi: “Mənə xəbərdarlıq

etmişdi... Bu doğrudur... Minlərlə əqrəbin gücü var onda...”

“Sənə kim xəbərdarlıq etmişdi? - Vilhelm daha da əyilib, soruşdu. - Kim?”

Malaxia nəsə demək istədi. Lakin bədənini qorxunc titrəmə sardı və çırpınmağa başladı. Başı arxaya

düşdü. Üzündəki bütün rənglər qaçdı, həyat əlamətləri yoxa çıxdı. O ölmüşdü.

Vilhelm ayağa qalxdı. Yanında abbatı gördü. Ona bir kəlmə də söyləmədi. Sonra abbatm arxasında

dayanmış Bemardo Guini gördü.

“Cənab Bemardo, - Vilhelm ona dedi, - madam ki qatilləri tapıb zindana atmısınız, bəs bunu kim

öldürdü?”




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə