Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə147/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   143   144   145   146   147   148   149   150   ...   175

513

S Ü B H   Ç A Ğ I ,



Nikola qonaqlara yeraltı xəzinəni göstərərək,

müxtəlif şeylərdən danışır

Morimundlu Nikola yeni kelar vəzifəsində aşpazlara buyruqlar verir, onlar da müxtəlif mətbəx işləri

haqqında onu məlumatlandırırdılar. Vilhelm onunla danışmaq istəyirdi, amma Nikola bir neçə dəqiqə

gözləməyimizi rica etdi. Sonra xəzinənin yerləşdiyi sərdabəyə enib, zər-zibalı cübbələrin təmizlənməsinə

özü nəzarət edəcəyini söylədi. Bu, onun keçmiş vəzifələrindən biridir və indi də buna cavabdehlik daşıyır.

Orada daha sərbəst olacaq və söhbət etməyə vaxt tapacaqdır.

Doğrudan da, bir az sonra onunla gəlməyimizi təklif etdi. Kilsəyə girdik, böyük mehrabın arxasından

keçdik (bu zaman rahiblər neflərin birində katafalk qoymuşdular və Malaxianın cəsədi yanında növbə

çəkməyə hazırlaşırdılar). Nikolanın ardınca kiçik nərdivanla aşağı endik və qalın, kobud daşdan olan

sütunların saxladığı çox alçaq tavanlı zala düşdük. Bura monastırın varidatı saxlanılan zirzəmi idi. Abbatm

qısqanclıqla qoruduğu, yalnız fövqəladə hallarda və çox mühüm qonaqlar üçün açılmasına izin verdiyi

xəzinə burada yerləşirdi.

Hər tərəfdə müxtəlif ölçüdə sandıqçalar qoyulmuşdu. Onların içində Nikolanın iki etibarlı

köməkçisinin yandırdığı məşəllərin işığında valehedici gözəllikdə olan əşyalar bərq vururdu. Qızılı

cübbələr, daş-qaşla bəzədilmiş saf qızıldan olan taclar, üstündə savatlanmış gümüşdən, ya da fil dişindən

heykəlciklər olan əlvan metallardan hazırlanmış mücrülər. Nikola ixlaskarlıqla bizə qızıl iplərlə bir-

birindən ayrılmış və qiymətli daşlarla bərkidilmiş bərabər ölçülü bölmələrdən rəngarəng birlik əmələ

gətirən ecazkar gözəllikdə minalı lövhəciklərdən ibarət hörgüsü olan bir Incil qabı göstərdi. Gümüşdən

qabartma naxışlarla işlənmiş, İsanın qəbirdən dirilişini çevrələyən qızıl və lyapis-lazurdan düzəldilmiş

ikisütunlu kiçik və çox gözəl sovməəni göstərdi; yuxarısında on iki almazla bəzədilmiş qızıl xaç vardı,

bütün bunlar da damarlı əqiq üzərində işlənmişdi. Kiçik altlığında əqiq və yaqutdan çıxıntılar vardı. Sonra

Məsihin həyatından beş səhnəni göstərən, beş hissəyə ayrılmış, qızıl və fil sümüyündən olan qatlama rəsm

gördüm; ortasında almazabənzər şüşələrlə zərli gümüşdən hazırlanmış mistik quzu vardı: bu, mum bəyazı

zəmin üzərində yeganə rəngli təsvir idi. Bunları bizə göstərərkən Nikolanın üzü heyranlıqla işıqlanmışdı.

Hərəkətlərindən məğrurluq yağırdı. Vilhelm gördüyü əşyaları təriflədi, sonra Nikoladan Malaxianın necə

insan olduğunu soruşdu.

“Qəribə sualdır, - Nikola dedi. - Axı onu sən də tanıyırdın”.

“Hə, amma kifayət qədər deyil. Onun nə düşündüyünü heç cür anlaya bilmədim... həm də... - Bir az

duruxdu. Yəqin ki, az öncə ölmüş biri haqqında danışmağa vicdanı yol vermirdi. - Hansı fikirlərini

gizləyib-gizləmədiyini də”.




514

Nikola barmağını isladıb, yaxşı təmizlənməmiş büllurun üstündə gəzdirdi. Sonra Vilhelmin gözlərinə

baxmaqdan çəkinərək təbəssümlə dedi: “Görürsən, sual verməyinə ehtiyac yoxdur. Doğrudur, bəzilərinə

görə Malaxia qaşqabaqlı və düşüncəli görünürdü. Əslində isə o çox sadəlövh bir insan idi. Alinardo onun

hətta axmaq olduğunu deyirdi”.

“Alinardo keçmişdə baş vermiş hadisələr üzündən ondan incik idi. Onu kitabxanaçı olmağa

qoymadıqlarına görə”.

“Hə, mən də bunu eşitmişəm. Amma çox köhnə əhvalatdır. Əlli il. Bəlkə də çox. Mən buraya gələn

zaman Bobbiolu Roberto kitabxanaçı idi, yaşlı rahiblər narazı idilər və Alinardoya haqsızlıq edildiyini

deyirdilər. Amma məsələni dərinləşdirmədim. Çünki ordenin ağsaqqallarına hörmətsizlik etmək istə-

mədim. Həm də dedi-qoduları şişirtmək istəmirdim. Robertonun bir köməkçisi vardı, o da tezliklə öldü və

onun yerinə Malaxia təyin edildi. O zaman hələ çox gənc idi. Rahiblərin çoxu narazı idi. Buna layiq

olmadığını, yunanca və ərəbcəni bildiyini desə də, yalan danışdığını deyirdilər. Bu dillərdə yazılmış əl-

yazmaların üzünü köçürərkən, onların nə olduğunu anlamadan, sanki bacarıqlı bir meymun kimi gözəl

xətlə onların surətini çıxardığını söyləyirdilər. Guya kitabxanaçı daha savadlı bir insan olmalıdır. O

zamanlar hələ sağlam və güclü olan Alinardo bu təyinatla bağlı acı sözlər dedi. Malaxianın bu vəzifəyə

yalnız onun qatı düşmənindən ötrü gətirildiyinə eyham vurdu. Lakin onun kimə işarə etdiyini anlamadım.

Bildiyimin hamısı budur. Malaxianın kitabxananı zəncirə bağlanmış it kimi qoruduğunu, amma nəyin

keşiyini çəkdiyini bilmədiyini tez-tez deyirdilər. Digər tərəfdən Berenqar haqqında da, Malaxia onu özünə

köməkçi götürən kimi dedi-qodular yayıldı. Onun öz ustadından daha bacarıqlı olmadığını, adi bir fitnəkar

olduğunu deyirdilər... Bundan başqa... bu şayiələri, yəqin ki, sən də eşitmisən... onunla Malaxia arasında

qəribə münasibətin olduğunu danışırdılar. Amma bunlar keçmişdə qalıb. Sonra, yəqin, sən özün də bilir-

sən ki, Berenqarla Adelmonun münasibətləri haqqında dedi-qodular yayıldı. Gənc mirzələr deyirdilər ki,

guya Malaxia gizli qısqanclıqdan əzab çəkir. Bundan başqa, Malaxia ilə Xorxe arasındakı münasibətlər

haqqında da şayiələr gəzdi. Yox, yox, o mənada yox! Qətiyyən elə fikirləşmə! Heç kim heç zaman

Xorxenin paklığına şübhə etməmişdir! Söhbət başqa şeydən gedir. Malaxia kitabxanaçı olduqdan sonra

ənənəyə görə tövbə etmək üçün abbatın yanına getməli idi; qalan rahiblər Xorxenin, ya da Alinardonun

yanına gedib, tövbə edərlər. Lakin qoca indi ağlını, demək olar ki, itirib.. Hə. Hamı bilirdi ki, buna bax-

mayaraq, Malaxia Xorxe ilə məsləhətləşməyə üstünlük verir və tez-tez onunla görüşürdü. Sanki

Malaxianın ruhuna abbat istiqamət verir, bədənini, hərəkətlərini, işlərini isə Xorxe idarə edirdi. Digər

tərəfdən, yəqin ki, sən də bilirsən... bəlkə də dəfələrlə müşahidə etmisən... Unudulmuş və qədim kitablar

haqqında məlumat almaq istəyən hər kəs Malaxiaya deyil, Xorxcyo müraciət edirdi. Kataloqları Malaxia

saxlayır və kitabxanaya o çıxırdı, amma hər başlığın nə məna verdiyini Xorxe bilirdi...” “Bos Xorxe

kitabxanaya nə üçün bu qədər yaxşı bələddir?”

“Alinardonu saymasaq, rahiblərin on yaşlısı odur. Yeniyetmə vaxtlarından buradadır. İndi soksəndən

yuxarı yaşı var. Qırx yaşından bəri kor olduğunu deyirlər... bəlkə ondan da əvvəl...” ‘‘Kor olana kimi bu




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə