Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə143/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   139   140   141   142   143   144   145   146   ...   175

494

“Bax bir an gələcəkdir ki, məhz bu anda, - Xorxe birdən gurladı, - Dəccal öz günahkar üzünü

göstərəcək, - Rəbbimizin meymunu olmaq istəyən Dəccal. O zaman (indi o zamandır) yer üzündən bütün

şahlıqlar silinəcək, aclıq və suzusluq hökm sürəcək, məhsul qıt olacaq, qış çox sərt keçəcək. O dövrün

uşaqlarının (indi o dövrdür) təsərrüfatlarını idarə edəcək və azuqələrini toplayıb etibarlı yerdə saxlayacaq

adamları olmayacaqdır; onlar bazarlara sıxışıb alverlə məşğul olacaqlar. O zaman həyatda olmayanların,

ya da sağ qalıb yaşamağı bacaranların xoş halına! O zaman günahın insanı, zülmün oğlu, övliyaları inkar

edib öyünən düşmən bütün dünyanı günaha və xətaya sürükləmək və möminlərə hökm etmək üçün öz

saxta məziyyətlərini işə salıb, tər tökəcəkdir. Suriya süqut edəcək və oğullarına yas tutacaq. Kilikiya, onu

mühakimə etmək üçün çağırılan o kimsə gələnə qədər başını qoruya biləcək. Babilin qızı öz möhtəşəm

taxtından qalxıb, acı dolu piyaləni içəcək. Kappadokiya, Likiya və Likaoniya boyun əyəcək, çünki

haqsızlıqlarının yol açdığı tələfat içində böyük insan kütlələri məhv olacaq. Hər yandan işğalçı barbar

dəstələri və döyüş arabaları keçib gedəcək. Ermənistanda, Pontda və Bitiniyada oğlan uşaqları qılıncdan

keçiriləcək, qızlar əsir ediləcək, qardaşlar və bacılar cinsi əlaqəyə girib günaha batacaqlar. Qüdrəti ilə

öyünən Pisidiya yerlə bir olacaq, Finikiya qılıncla ortadan bölünəcək. Yəhudiyyə napak olduğu üçün

matəm libasına bürünüb lənət gününə hazırlanacaq. Hər yan nifrət və ümidsizlik içində boğulacaq, Dəccal

qərb ölkələrini özünə tabe edəcək və nəqliyyat yollarını xaraba qoyacaq; əlində qılınc və od olacaq; kini

alova çevriləcək, hər yeri qəzəblə yandırıb-yaxacaq; gücünü küfrdən alacaq, əli ilə - xəyanətə

sürükləyəcək; sağ əli - ölüm, sol əli - qaranlıq gətirəcək. Onu fərqləndirən əlamətlər bunlardır: başı alov,

sağ gözü qanla dolu, sol gözü - pişikdəki kimi yaşıl, iki göz bəbəyi var, qaşları ağ, alt dodağı sallaq,

biləkləri zəif, ayaqlan nəhəng, baş barmağı yastı və uzun!”

“Öz portretinə bənzəyir” - Vilhelm qulağıma pıçıldadı. Tamamilə yersiz atmaca idi, amma o an

ustadıma minnətdarlıq duydum, çünki saçlarım biz-biz olmağa başlamışdı. Özümü gülməkdən zorla

saxladım, yanaqlarım şişdi, bir-birinə sıxılmış dodaqlarımın arasından fitə bənzər bir səs çıxdı. Nə qədər

çalışsam da, bu səs - qoca korun sözlərini dinləyən sükutda



495

açıq-aşkar eşidildi, lakin xoşbəxtlikdən hamı kiminsə öskürdüyünü, ya ağladığım, ya da inildədiyini sandı;

belə düşünmək üçün əsas da vardı.

“Bu, elə bir zaman olacaqdır ki, - Xorxe sözünə davam etdi, - hər yanda hərc-mərclik hökm sürəcək,

oğullar ata-analarına əl qaldıracaq, arvadlar ərlərinə qəsd edəcək, ərlər arvadlarını məhkəməyə verəcək,

ağalar nökərlərə amansız olacaq, nökərlər ağalanna itaət etməyəcəklər; qocalara hörmət qalmayacaq, cahil

gənclər hakimiyyət istəyəcək, çalışmaq - faydasız və zəhlətökən işə çevriləcək, hər yerdə günahın, pisliyin

və əxlaqa zidd davranışların şəninə mahnılar qoşulacaq. Sonra da zorlamalar, xəyanətlər, saxta andlar,

təbiət əleyhinə cinayətlər çirkli dalğa kimi dünyanı basacaq; bədxahlıq və falçılıq, mövhumat və kəhanət

yer üzünü bürüyəcək; göy üzündə uçan cisimlər peyda olacaq və mömin xristianlar arasında yalançı

peyğəmbərlər, saxta həvarilər, rüşvət yeyənlər, yaltaqlar, cadugərlər, zalımlar, tamahkarlar, andpozanlar

və müftəxorlar artıb-çoxalacaq; çobanlar canavarlara çevriləcək, ruhanilər yalan danışacaq, zahidlər

dünya mah arzulayacaq, yoxsullar ağalarının yardımına getməyəcək, hökmdarlar rəhmsiz olacaq, adillər

ədalətsizliyi təsdiq edəcəklər. Bütün şəhərlər zəlzələlərdən sarsılacaq, hər yerdə vəba küləyi əsəcək,

fırtınalar torpağı alt-üst edəcək, əkinlər zay olacaq, dənizlər qara şirələr püskürəcək, ayda yeni möcüzələr

görünəcək, ulduzlar dövrəsini dəyişəcək, səmada başqa, naməlum ulduzlar dolaşacaq, yayda qar yağacaq,

qışda dözülməz istilər olacaq; sonun vaxtı gələcək və vaxtın sonu... Birinci gün səhər çağı göy qübbəsində

böyük və güclü səs yüksələcək, şimaldan tünd-qırmızı rəngdə bulud gələcək. Onun ardınca ildırım və

şimşək çaxacaq, yer üzünə qan yağışı yağacaq. İkinci gün yer yerindən oynayacaq və səma qapılarından

böyük bir yanğının tüstüsü keçəcək. Üçüncü gün, yer üzünün bütün uçurumları kainatın dörd tərəfindən

gurultu ilə çökəcək. Və göy qübbəsinin qapısı açılacaq, hava tüstü sütunları ilə dolacaq və onuncu saata

qədər üfunətli kükürd qoxusu hər yanı bürüyəcək. Dördüncü gün sübh çağı uçurumlar su ilə dolacaq və

partlayışlar olacaq, bütün binalar uçacaq.



Beşinci gün işıq yoxa çıxacaq, günəşin hərəkəti dayanacaq və axşamadək yer üzünü qaranlıq bürüyəcək,

ay və ulduzlar fəaliyyətdən düşəcək. Altıncı gün dördüncü saatda göy qübbəsi şərqdən qərbə doğru

yarılacaq və mələklər səmadakı yarıqlardan yer üzünə baxacaq, bu zaman yer üzündə olanlar səmadan

baxan mələkləri görə biləcək. Sonra bütün insanlar ədalət mələklərinin baxışından qaçmaq üçün dağlarda

gizlənəcək. Yeddinci gün isə Məsih atasının işığında zühur edəcək. O zaman yaxşıların məhkəməsi

qurulacaq, onların cisimləri və ruhları əbədi səadətə qovuşacaq. Amma bu axşam düşünməniz lazım olan

bu deyil, məğrur qardaşlarım! Səkkizinci günün sübh şəfəqini günahkarlar görə bilməyəcəklər; şərqdən,

səmanın ortasından şirin və zərif bir səs yüksələcək, bütün mələklərin hakimi olan o Mələk görünəcək və

bütün mələklər onunla birlikdə bulud qatannın içində sevinclə irəliləyəcək və havada işıqdan da asan

süzəcəklər, - mömin seçilmişləri xilas etmək üçün - və birlikdə şənlik edəcəklər, zira bu dünyanın məhvi

tamamlanmış olacaq. Amma bu axşam içimizə təkəbbür dolmuş bizlər bununla təsəlli tapmamalıyıq!

Yaxşı olar ki, Tanrının nicata layiq olmayanları qovmaq üçün deyəcəyi sözləri düşünək: “Qopun məndən,

siz lənətlənmişlər, şeytanın və onun vəzirlərinin sizin üçün hazırladıqları əbədi atəşə girin! Siz bu atəşi

özünüz qazandınız, indi də dadma baxın! Məndən uzaqlaşın, cəhənnəm əzabına, heç sönməyən alova

düşün! Sizi mən yaratdım, siz isə başqasının ardınca getdiniz, başqa bir ağaya xidmət etdiniz, indi onun

yanına gedib zülmətdə yaşayın, diş qıcırtıları bitməyən o ilanla birlikdə! Sizə qulaq verdim ki, İncili-Şərifi

dinləyəsiniz, amma siz bütpərəstlərin sözlərinə qulaq asdınız! Sizə ağız verdim ki, Uca Tanrını mədh

edəsiniz, amma siz onu şüəranın naqqallığı, boşboğazlann tapmacaları üçün istifadə etdiniz! Mənim

göndərdiyim buyruqların işığını görəsiniz deyə göz verdim sizə, amma ondan qaranlığa baxmaq üçün

istifadə etdiniz! Mən insanpərvər, ədalətli hakiməm! Hər kəsə layiq olanı verirəm. Sizə rəhm etmək

istəyirəm, amma çıraqlarınızda yağ tapa bilmirəm. Sizinlə mərhəmətli olmaq istəyirəm, amma çıraqlarınız

his bağlamışdır. Dəf olub

498



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə