Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə146/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   142   143   144   145   146   147   148   149   ...   175

509

“Bunu məndən soruşmayın, - Bernardo cavab verdi. - Mən demədim ki, bu monastıra sığınmış bütün

cinayətkarları  ədalətə təslim etmişəm. Əlimdən gəlsəydi, əlbəttə ki, onların hamısını həvəslə zindana

atardım... - və baxışları ilə Vilhelmi süzdü. - İndi o biri cinayətkarların taleyini abbatın sərtliyinə... ya da,

daha doğrusu, onun yersiz mərhəmətinə həvalə etməyə məcburuq”. Bunlara dinməzcə qulaq asan abbat

sapsarı saraldı. Bernardo çıxıb getdi.

Bu zaman inilti səsləri, boğuq hıçqırıqlar eşidildi. Xorxe idi. Dizi üstəydi, yerindən qalxmamışdı.

Bir rahib, yəqin ki, baş verənləri ona danışaraq, kor qocaya kömək edirdi.

“Bu, heç zaman bitməyəcək... - Xorxe qınq səslə dedi. - Ey Tanrım, rəhm et, günahlarımızı bağışla!”

Vilhelm bir anlığa yenə də cəsədin üstünə əyildi. Biləyindən tutub, meyitin əlini yuxarı qaldırdı. Sağ

əlinin ilk üç barmağının ucları qaralmışdı.



510

A L T I N C I   G Ü N

A L A Q A R A N L I Q ,

Yeni kelar təyin edilir, amma yeni

kitabxanaçı seçilmir

Mədhiyyələrin zamanı gəlmişdimi? Yoxsa hadisə bundan əvvəl, ya da sonra baş vermişdi? Bu andan

başlayaraq vaxt hissiyyatını itirdim. Bəlkə də saatlar keçmişdi, bəlkə də yox. Hər necə olsa, bu vaxt

ərzində Malaxianın cəsədi kilsədəki xərəyin üstünə uzadıldı, rahiblər isə onun ətrafında yarımdairə

şəklində düzüldülər. Abbat dəfn mərasiminə aid tapşırıqlar verirdi. Onun Bensionu və Morimundlu

Nikolanı yanına çağırdığını eşitdim. Bir gündən də az vaxt içində monastırın həm kelardan, həm də

kitabxanaçıdan məhrum olduğunu söylədi. “Sən, - deyə, Nikolaya tərəf döndü, - Remigionun vəzifəsini

icra edəcəksən. Monastırımızda kimin nə iş gördüyünü yaxşı bilirsən. Dəmirçixanada öz yerinə birini

təyin et. Özün isə bugünkü yemək üçün zəruri olan işlərlə məşğul ol. Mətbəxdə və yeməkxanada lazımi

əmrləri ver. İbadətlərdən azad edirəm səni. Get”. Sonra Bensioya dedi: “Dünəndən Malaxianın köməkçisi

təyin edilmisən. Yazı zalını açdır və kitabxanaya heç kimin özbaşına girməməsinə nəzarət et”. Bcnsio

çəkinə-çəkinə kitabxananın sirlərinə hələ bələd olmadığını söylədi. Abbat sərt baxışlarla onu süzdü. “Sənə

kim demişdir ki, onlara bələd olacaqsan! Sənin vəzifən - işlərin dayanmamasına nəzarət etməkdir, həlak

olmuş qardaşlarımızın ruhu naminə... və gələcəkdə öləcək digər qardaşlarımız üçün. Qoy hər bir rahib

yalnız ona verilmiş kitabla məşğul olsun. Kimə lazımdırsa, kataloqa baxa bilər. Bundan artıq heç nə

etməsinlər. Axşam duasından azad edilirsən, bu zaman Binanı içəridən kilidləyəcəksən”.

“Bəs oradan necə çıxacağam?” - Bensio soruşdu.

“Hə, düzdür. Axşam yeməyindən sonra qapıları özüm kilidləyərəm. Get”.

Onlarla danışmaq istəyən Vilhelmdən uzaqlaşaraq çıxıb getdilər. Xor yerində çox az adam qalmışdı:

Alinardo, Tivolili Pasifıko, İskəndəriyyəli Aymaro və San-Albanolu Pyetro. Aymaro yenə gülümsəyirdi.

“Tanrıya şükr edək, - o dedi. - Bu alman öləndən sonra, ondan daha da barbar bir kitabxanaçı təyin

ediləcəyi təhlükəsi vardı”.

“Sizcə indi kimi təyin edəcəklər?” - Vilhelm soruşdu.

San-Albanolu Pyetro müəmmal-müəmmalı gülümsədi: “Bu son günlər baş verənlərdən sonra məsələ

artıq kitabxanaçı deyil, abbatdır...”.

“Sus”, - Pasifıko onun sözünü kəsdi. Bu zaman Alinardo həmişə olduğu kimi dalğın baxışlarla dedi:

“Onlar yeni bir haqsızlıq edəcəklər... Mənim zamanımda olduğu kimi... Onlara mane olmaq lazımdır...”

“Kimlərə?” - Vilhelm soruşdu. Tivolili Pasifıko gizlicə onun qolundan tutub, qocadan uzaqlaşdırdı və




511

qapıya tərəf apardı.

“Eh, bu Alinardo... sən də bilirsən ki, biz onu çox sevirik. O, bizim üçün qədimliyi, ənənəni,

monastırımızın yaxşı dövrlərini təmsil edir... Lakin bəzən nə dediyini özü də bilmir. Yeni kitabxanaçının

təyinatı hamımızı çox maraqlandırır. Layiqli, yetkin, müdrik bir insan tapmaq lazımdır... Vəssalam”.

“Yunan dilini bilməlidirmi?” - Vilhelm soruşdu.

“Ərəbcəni də həmçinin. Qayda belədir. İş bunu tələb edir. Amma bizim içimizdə belə məziyyətləri

olan rahiblər çoxdur. Günahkar bəndəniz mən, sonra Pyetro, sonra Aymaro...”

“Bensio da yunan dilini bilir”.

“Bensio çox gəncdir. Dünən axşam Malaxianın nə üçün onu özünə köməkçi götürdüyünü bilmirəm,

amma...”

“Adelmo yunan dilini bilirdimi?”

“Yox, deyəsən. Yox, yox, qətiyyən bilmirdi, bir kəlmə də bilmirdi”.

“Amma Venansio yunan dilini bilirdi. Berenqar da. Gözəl. Təşəkkür edirəm”




512

Biz çıxdıq və qəlyanaltı etmək üçün mətbəxə yollandıq.

“Kimin yunanca bildiyini nə üçün öyrənmək istəyirdiniz?” - deyə maraqlandım.

“Çünki barmaqlarında qara ləkələrlə ölənlərin hamısı yunan dilini bilirdi. Məntiqi olaraq belə nəticə

çıxır ki, növbəti ölü də yunan dilini bilənlərdən olacaqdır. Mən də daxil olmaqla. Sən təhlükədən uzaqsan”.

“Malaxianın son sözləri haqqında nə düşünürsünüz?”

“Sən də eşitdin. Əqrəblər. Beşinci sur xəbər verir ki, başqa şeylərin arasında əqrəblər kimi sanca bilən,

neştərli çəyirtkələr peyda olacaq və insanlara əzab verəcək. Bunu bilirsən. Malaxia demək istəyirdi ki,

kimsə bunu əvvəlcədən ona söyləmişdir”.

“Altıncı sur, - dedim, - aslan başlı, ağzından alov, tüstü və kükürd püskürən atlann görünəcəyini xəbər

verir, onların üstündə alov, sünbülçiçəyi və kükürd rəngli zirehlər geyinmiş süvarilər olacaq”.

“Bu lap ağ oldu. Amma... Növbəti cinayət at tövlələrinin yaxınlığında baş verə bilər. Oraya nəzarət

etmək lazımdır... Belə. Sonra yeddinci surun səsi eşidiləcək. Demək, növbədə daha iki qurban var. Ən

ağlabatan namizədlər kimlərdir? Əgər əvvəl olduğu kimi qətlin məqsədi - Afrikanın sərhədi olacaqsa,

deməli, bu sirri bilənlərin hamısı təhlükədədir. Bildiyimə görə belə insanların arasında yalnız abbat sağ

qalmışdır... Amma əlbəttə ki, bu zaman ərzində məqsəd dəyişilə bilər. İndicə eşitdiyimiz kimi, - sən də

eşitdin, elə deyilmi - baş rahibin dəyişdirilməsi üçün qəsd hazırlanır. Alinardo “onlar” dedi. Cəm halda...”

“Abbatı xəbərdar etmək lazımdır”, - dedim.

“Nə haqqında? Onu öldürəcəkləri haqqındamı? Əlimizdə inandırıcı sübutlar yoxdur. Qatilin də mənim

kimi düşündüyünü ehtimal edirəm. Amma birdən tamam başqa məntiqlə hərəkət edirsə? Və hər şeydən

əvvəl... cinayətkar bir nəfər deyilsə?”

“Necə yəni?”

“Bunu tam əminliklə deyə bilmərəm. Amma sənə öyrətmişdim ki, mümkün olan bütün tərtibləri və

bütün nizamsızlıqları həmişə yoxlamaq lazımdır”.




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə