Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə144/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   140   141   142   143   144   145   146   147   ...   175

499

gedin...” Tanrı belə söyləyəcəkdir. Və onlar... bəlkə biz də əbədi əzaba məhkum olacağıq. Ata, Oğul və

Müqəddəs Ruh adına!”

“Amin!” - hamı bir ağızdan dedi.

Rahiblər bir-birinin ardınca, bir kəlmə belə kəsmədən, öz hücrələrinə getdilər. Bir-biriləri ilə danışmaq

istəməyən minoritlər və papa elçiləri də dağılışdılar. Hər kəs təkliyə çəkilib dincəlməyə can atırdı. Ürəyim

qüssədən ağırlaşmışdı.

“Yatmaq lazımdır, Adso, yatmaq, - Vilhelm müsafırxananın pilləkənlərini qalxaraq dedi. - Gəzmək

üçün əlverişsiz gecədir. Bemardonun ağlına hər şey gələ bilər. Birdən dünyanın sonunu yaxınlaşdırmaq

istəyər və bizim sümüklərimizdən başlamaq qərarına gələr... Gecəyarısı duasına mütləq hazır olmalıyıq,

çünki Mikele və başqa minoritlər duadan sonra dərhal gedəcəklər”.

“Bəs Bernardo... və məhkumlar?” - cılız səslə soruşdum.

“Bemardonun burada bir işi qalmayıb. O, Mikeledən əvvəl Avinyona getmək istəyəcək və çalışacaqdır

ki, onun gəlişindən dərhal sonra keların - bir minorit, kafir və qatil kimi mühakimə olunmasını təşkil etsin.

Remigionun yandırılacağı tonqal Mikele ilə papanın ilk görüşünü aydınladan bayram məşəli olacaqdır”.

“Bəs Salvator nə olacaq... sonra qız?”

“Salvatoru kelarla birlikdə aparacaqlar. Yəqin ki, mühakimə zamanı şahid kimi dindiriləcək. Bəlkə bu

xidmətinə görə Bernardo onun canını bağışlayar. Bəlkə də qaçmasına imkan verib, o anda öldürər. Kim

bilir. Bəlkə, doğrudan da, sərbəst buraxar. Salvator kimilər Bemardo kimiləri çox az maraqlandırır. Hər

şey ola bilər. Bəlkə də Salvator qalan ömrünü Lanqedok meşələrində başkəsən kimi yaşayacaq...”

“Bəs qız?”

“Sənə demişdim. O artıq yanıq ətdir. Amma o, daha öncə yandırılacaq: yolda, sahildəki katar

kəndlərinin birində ibrət olsun deyə. Eşitdim ki, Bemardo silahdaşı Jak Fumye ilə görüşəcək... Bu adı

unutma, hələlik o, albigensləri

202

 yandırmaqla



Albigenslər - Cənubi Fransada XII-XV əsrlərdə bidətçi manixeyçilik hərəkatının iştirakçıları. Onların təliminin əsasında dualizm

dururdu. Yəni ayrı-ayrılıqda Xeyir Allahı və  Şər Tanrısının mövcudluğu qəbul edilirdi. Kökləri VII əsrə gedib çıxan bu məzhəb

erməni pavlikianları, bolqar boqomilləri vasitəsi ilə  İtaliyaya yayıldı. Burada onların tərəfdarlarına patarenlor deyilirdi. Fransada

onları katarlar adlandırırdılar. XII əsrdən başlayaraq onlara albigenslər deyildi. Bu dini icmaların hamısında yoxsulluq, zahidük təbliğ

edilirdi. Onların dini nəzəriyyələri həvarilik məzhəbinin doktrinasına bənzəsə də, həvarilik tərəfdarları dualizmi təbliğ etmirdilər.

Albigens bidəti ilə mübarizə inkvizisiyanın (dominikanlar, ffansiskanlar) əsas vəzifəsi idi




500

məşğuldur, amma daha yüksək hədəfləri var. Belə bir görüşdə qəşəng cadugərin yandırılması lap yerinə

düşdü. Bu, onların hər ikisinin hörmət və şöhrətini artıracaq”.

“Onları xilas etmək üçün bir şey etmək olmazmı? - deyə qışqırdım. - Abbat işə qarışa bilər?”

“Kimin üçün? Qatil olduğunu etiraf edən kelar üçün? Bu miskin Salvator üçün? Yoxsa sən qızı

düşünürsən?”

“Düşünsəm nə olar? - var gücümü toplayıb dedim. - Vicdanla desək, üçünün arasında həqiqətən

günahsız olan tək odur. Axı siz də bilirsiniz ki, o, cadugər deyil!”

“Düşünürsən ki, bütün bu hadisələrdən sonra abbat nüfuzunun olan-qalanını da zərbə altına qoyacaq?

Həm də bir cadugərdən ötrü?”

“Amma Ubertinonun qaçmasının məsuliyyətini öz üzərinə götürdü!”

“Ubertino onun rahiblərindən biri idi və heç bir şeydə günahlandırılmamışdı. Həm də sən nə

çərənləyirsən? Ubertino mühüm şəxsiyyətdir. Bemardo onu ancaq gizlicə aradan götürə bilər”.

“Demək, kelar haqlı imiş: avam insanlar həmişə hər kəs üçün əvəz ödəyər, hətta sözdə onları müdafiə

edənlər üçün də, hətta tövbə haqqında boşboğazlıqları ilə avamlan üsyana qaldıran Ubertino və Mikele

kimi insanlar üçün də!” - Özümü tamam itirmişdim, artıq dərk etmirdim ki, qız - Ubertinonun ovsunları

ilə karıxmış zavallı yarıqardaş deyil. Lakin o, kəndli idi və ona aid olmayan oyunlann əvəzini ödəyirdi.



501

“Doğrudur, - Vilhelm qəmli-qəmli cavab verdi. - Əgər sən həqiqətən ədalət axtarırsansa... Sənə təsəlli

verə bilərəm. Şübhəsiz, elə bir gün gələcəkdir ki, böyük itlər, papa ilə imperator sülh istəyəcək, onların

xidmətində bir-birilə boğuşan bütün kiçik köpəkləri əzib-tapdalayacaqlar. O zaman həm Mikele ilə, həm

də Ubertino ilə indi o gözəl qızla necə davranırlarsa, elə davranacaqlar”.

Bunları deməklə Vilhelmin gələcəkdən xəbər verdiyini, daha doğrusu, təbii məntiq qaydalanna

əsaslanaraq fılosofluq etdiyini indi anlayıram. Lakin o zaman nə onun kəhanətləri, nə də mülahizələri

mənə təsəlli verirdi. Mən öz günahımı dərk etdiyim üçün dərd içində boğulurdum, zira qız, birlikdə

işlədiyimiz günahdan təmizlənmək üçün tonqalda yandırılacaqdı.

Bütün abır-həyamı itirib, hönkürtü ilə ağladım və hücrəmə qaçdım, bütün gecə saman döşəkçəni

dişləyib, aciz-aciz inildədim, zira tale mənə Melkdə, öz yurdumda yaşıdlanmia birlikdə oxuduğumuz

cəngavərlər haqqında dastanlardakı kimi - sevgilimin adını xatırlayaraq, ağlayıb şikayət etməyə də izin

vermədi.

Ömrümün yeganə dünyəvi eşqinin adını bilmirdim - heç zaman da bilmədim.




504

A L T I N C I   G Ü N

G E C Ə   Y A R I S I ,

Şahzadələr əyləşirlər, Malaxia isə yerə yıxılır

Biz gecəyarısı duasına getdik. Gecənin son saatlannda, yaxınlaşan yeni günün doğmasına az qalmış

hava hələ dumanlı idi. Kilsənin həyətindən keçərkən rütubətin sümüklərimə qədər işlədiyini hiss etdim.

Narahat yuxularım məni belə cəzalandırırdı! Kilsə soyuq da olsa, onun tirləri altında pis havadan qo-

runaraq başqa insanların bədənlərindən və qızğın dualardan yayılan istilik içində diz çöküb rahat nəfəs

aldım.


Məzamirlərin oxunmasına təzəcə başlanmışdı ki, Vilhelm qarşımızdakı sırada, Xorxe ilə Tivolili

Pasifıko arasında olan boş yeri mənə göstərdi. Bu, daim korun yanında oturan Malaxianın yeri idi. Onun

yoxluğuna diqqət yetirən yalnız biz deyildik. Bir yandan bu boş oturacağın pis əlamət olduğunu, şübhəsiz,

artıq çox yaxşı bilən abbatın narahat baxışları da oraya dikilmişdi. Digər yandan qoca Xorxenin də böyük

həyəcan içində olduğunu gördüm. Ağ, sönük gözləri ucbatından daim ifadəsiz görünən üzünün dörddə

üçü kölgədə qalmışdı. Lakin əlləri əsəbiliyini və həyəcanını aşkar edirdi. Bir neçə dəfə  əlini yanına,

qonşusunun yerinə uzadıb çəkdi oranın boş olub-olmadığını yoxladı. Öz hərəkətini müntəzəm fasilələrlə

bir neçə dəfə təkrarladı, sanki yerində olmayan adamın hər an gələ biləcəyinə ümid edirdi. Lakin həm də

onun heç zaman gəlməyəcəyindən qorxurdu.

“Kitabxanaçı haradadır?” - pıçıldayaraq, Vilhelmdən soruşdum.

“Malaxia, - deyə ustadım cavab verdi, - kitabı yanında saxlayan yeganə adamdır. Əgər əvvəlki qətlləri

o etməmişdirsə, kitabda gizlənmiş təhlükələrdən xəbərsiz ola bilər...”

Deyiləsi başqa söz yox idi. Yalnız gözləmək qalırdı. Və biz hamımız gözlədik: Vilhelmlə mən,

gözlərini boş oturacağa dikmiş abbat, dayanmadan əlləri ilə qaranlıq boşluğu yoxlayan Xorxe.

Ayin başa çatdıqdan sonra, abbat rahib və müridlərə milad bayramına hazırlaşmaq lazım olduğunu

xatırlatdı. Buna görə də adətən olduğu kimi, milad bayramına aid məzamirlərin oxunmasını daha da

yaxşılaşdırmaq üçün mədhiyyələrə qədər qalan müddət onların birlikdə söylənməsinə həsr ediləcəkdi.

Amma demək lazımdır ki, bu dindarlar ailəsi, onsuz da, ibadət zamanı tək bir vücuda, tək bir səsə çevrilirdi

və çox uzun illərdən bəri hamılıqla oxunan dualar nəticəsində nəğmələri vahid ruhda oxuyan birlik

yaranmışdı.

Abbat başladı. “Sederunt” oxudular:



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə