Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə141/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   137   138   139   140   141   142   143   144   ...   175

487

isə - gəncliyindən bəri iştirak etmək, dəyişilmək

201

 və tövbə elmək hərisliyi idi, sonradan bu, ölüm



ehtirasına çevrildi. Bensioda isə - kitab hərisliyidir. Başqa ehtiras növləri, o cümlədən toxumunu torpağa

tökən Onanın ehtirası kimi, bu hərislik də qısır və faydasızdır, eşqlə, hətta cismani istəklə də heç bir əlaqəsi

yoxdur...”

“Bilirəm”, - bilaixtiyar dedim. Xoşbəxtlikdən Vilhelm özünü eşitməməzliyə vurdu. Amma fikrini

davam etdirərək, eyni zamanda mənə də cavab verdi: “Həqiqi eşq - sevdiyinin xoşbəxtliyini istəməkdir”.

“Bəlkə Bensio da kitablarının (artıq bu kitablar həm də onundur) qayğısına qalmağa çalışır və bunun

üçün onların tamahkar əllərdən uzaq qalmalarını lazımlı hesab edir?”

“Kitabların xoşbəxtliyi - onların oxunmasındadır. Kitab - işarələrdən ibarətdir, bu işarələr də başqa

işarələr haqqında danışır, onlar da, öz növbəsində, cisimlərdən bəhs edir. Oxuyan gözlərdən uzaq qalan

kitab - məfhumlar yaratmayan işarələr toplusudur. Deməli, həm də laldır. Yəqin ki, bu kitabxana, içində

olan kitabları qorumaq üçün doğulmuşdur. Amma indi onları basdırmaq üçün yaşayır. Bu səbəbdən də

əxlaqsızlıq ocağına çevrildi. Kelar dostlarına xəyanət etdiyini söylədi. Bensio da elə. O da xəyanət etdi.

Eh, çox ağır bir gündür, əziz Adso! Bu günlük yetər. Biz də axşam duasında iştirak edək, sonra yatmağa

gedərik”.

Mətbəxdən çıxarkən Aymaroya rast gəldik. O, Malaxianın Bensionu özünə köməkçi götürməsi

haqqında dolaşan söz-söhbətin doğru olub-olmadığını soruşdu. Biz də təsdiqləməli olduq.

“Bu Malaxia bu gün çox yaxşı işlər görməyi bacardı, - Aymaro hər zamankı kimi lovğa və istehzalı

təbəssümlə dedi. - Əgər dünyada ədalət deyilən bir şey olsaydı - İblis bu gecə onun ruhunu almağa

gələrdi”.

201


 Xristianlıqda “iştirakçılıq” və “dəyişilmək” adlı ayinlər var. Burada ikimənalı söz oyunu qurulmuşdur


488

B E Ş İ N C İ   G Ü N

A X Ş A M ,

Dəccalın gəlişi haqqında moizə oxunur və

Adso xüsusi adların mənasını anlayır

Həmin gün axşam duası qarışıqlıq içində keçdi: keların dindirilməsi hələ bitməmişdi. Hər şeylə

maraqlanan müridlər içəridə baş verənləri öyrənmək üçün ustadlarının yanından qaçıb, iclas zalının bütün

pəncərə və yarıqlarını tutmuşdular. İndi, axşam ibadətində bütün rahiblər Severinin ruhunun dinclik tap-

ması üçün yaxşıca dua etməliydilər. Abbatm rahiblərə müraciət etməsi gözlənilirdi. Onun nə deyəcəyi

hamı üçün maraqlı idi. Lakin Müqəddəs Qriqorinin nizamnamədə yer almış dini nəsihətindən, təfsirli

duadan və qaydaya görə oxunması gərəkən üç məzamirdən sonra abbat kürsüyə qalxdı - ancaq, bu gün

danışmayacağını söyləmək üçün. Bu gün monastıra çox fəlakətlər üz vermişdir, - abbat dedi, - o qədər çox

ki, mənəvi ata olaraq, hər zaman olduğu kimi öz oğullarına nəsihətamiz və qınayıcı nitqini söyləyə bilmir.

İstisnasız olaraq, hamının və hər kəsin öz qəlbinə nəzər yetirməsi və öz vicdanını özü mühakimə etməsi

anı gəlib çatmışdır. Lakin qaydaya görə birinin danışması zəruri olduğundan, abbat hesab edir ki, hamıdan

ən yaşlı olan və beləcə, ölümə hamıdan daha yaxın və şərin qüdrətini artıran dünyəvi ehtiraslara daha az

bulaşmış olan biri çıxış etməlidir. Qocalıq sırasına görə sözü Qrottaferratlı Alinardoya vermək lazım idi.

Lakin hamıya məlumdur ki, möhtərəm qardaşımızın sağlamlığı çox zəifdir. Alinardodan sonra zamanın

labüd axınının təyin etdiyi sıraya görə Xorxe gəlir. Baş rahib indi sözü ona verir.

Aymaronun və başqa italyanların oturduqları yerdən narazı uğultu eşidildi. Görünür, abbat

Alinardonun fikrini soruşmadan, moizə oxumağı Xorxeyə təklif etmişdi. Ustadım mənə pıçıldadı



489

ki, abbat nitq söyləməkdən imtina etməklə ağıllı davranmışdır, çünki nə danışırsa danışsın, - Bemardo və

digər avinyonlular diqqətlə dinləyəcək və onun sözlərini istədikləri kimi yozacaqdılar. Qoca Xorxe isə,

yəqin ki, adəti üzrə sirli kəhanətlərə baş vuracaq, buna görə də avinyonlular onun sözlərinə əhəmiyyət

verməyəcəkdi. “Amma məncə, nahaq yerə, - deyə Vilhelm əlavə etdi. - Zira Xorxenin müəyyən bir

məqsədi olmadan danışmağa razılıq verməsinə heç vaxt inanmaram; bəlkə də moizə oxumağı özü

istəmişdir”.

Bir rahibin köməyi ilə Xorxe kürsüyə çıxdı. Onun üzü kilsənin bu tərəfində yeganə işıq olan,

üçayaqlının üstündəki şamla aydınlanmışdı. Başqa işıq yox idi. Şamın alovu üzünü aydınlatsa da, iki qara

çuxuru xatırladan donuq gözlərinə çökmüş qaranlığı daha da nəzərə çarpdırırdı.

“Sevimli qardaşlarım, - deyə sözə başladı, - və monastırımızın dəyərli qonaqları, madam ki bu zavallı

qocanı dinləməyə lütf edirsiniz... Ölüm monastırımızı dörd dəfə sarsıtdı. Yaşamaqda olanların on

alçaqlarım ləkələyən keçmiş və yeni günahları xatırlamaq istəmirəm. Şübhəsiz, siz də bilirsiniz ki, bu

ölümləri - ilahi nizama sadiq qalaraq beşikdən məzara qədər günlərimizin sayını müəyyənləşdirən təbiətin

amansızlığına yazmaq olmaz. Hamınız dərd içində boğulmağınıza baxmayaraq, bəlkə də bu acı

hadisələrin ruhunuza toxunmadığım düşünürsünüz. Zira bir nəfərdən başqa sizin hamınız günahsızsınız.

Bu bir nəfər cəzalandırıldıqdan sonra isə sizə yalnız həlak olanların yasını tutmaq qalar. Tanrı

məhkəməsinin qarşısında dayanarkən, özünüzü hər hansı günahdan təmizə çıxarmaq məcburiyyətində

qalmayacaqsınız. Siz belə düşünürsünüz, axmaqlar! - dəhşətli səslə bağırdı. - Ağılsız dəlilər! Əlbəttə ki,

kim öldürmüşsə, öz günahının yükünü Tanrı dərgahına daşıyacaqdır! Amma yalnız Allahın əmrlərinə

vasitəçilik etməyə razı olduğu üçün! Bağışlanma möcüzəsi həyata keçsin deyə, kiminsə Məsihə xəyanət

etməsi lazım idi. Amma buna baxmayaraq, Məsihimiz ona xəyanət edəni lənətlədi və  əbədi təhqirə

məhkum etdi. İndi də bunun kimidir. Kimsə burada günah işlədi, ölüm və

tələfat gətirdi. Lakin Tanrı bu tələfatı istəməsə də, ən azından bizim lovğalığımızı cəzalandırmaq üçün

ona izin verdi!”

Susdu və boş gözlərini qaranlıq məclisə çevirdi, sanki nəyisə görə bilərdi, sanki dinləyicilərin

təəssüratını duymaq istəyirdi. Amma həssas eşitməsi ilə gərgin sükutdan ləzzət aldı.

“Bu icmada, - deyə davam etdi, - zəhərli təkəbbür ilanı çoxdandır ki, yuva salıb. Amma hansı təkəbbür?

Dünyadan əlaqəsi kəsilmiş bir monastırda hökmranlıq etmək təkəbbürümü? Əlbəttə ki yox. Zənginlik

təkəbbürümü? Qardaşlarım! Bildiyimiz dünyada yoxsulluq və mülkiyyətə aid ixtilaflar baş qaldırmazdan

çox-çox öncə, banimizin hələ sağ olduğu zamanlardan başlayaraq hər şeyə sahibkən belə, əslində heç nəyə

sahib deyildik. Bizim yeganə sərvətimiz - qaydalara ehtiram, ibadət və iş idi. Lakin ordenimizin

buyurduğu iş, xüsusən də bu monastırda gördüyümüz iş - əsasən, bəlkə də, tamamən - biliklərin öyrənil-

məsi və mühafizəsi idi. Mühafizəsi deyirəm, araşdırılması deyil. Zira ilahi qüdrətə malik olan bilik tamdır

və  əvvəldən mükəmməldir, öz tamlığını və mükəmməllyini hələ lap başlanğıcda - özüözünü açıqlayan



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə