Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə139/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   135   136   137   138   139   140   141   142   ...   175

481

BEŞİNCİ GÜN

G Ü N B A T A N   Ç A Ğ I ,

Ubertino qaçmağa məcbur olur, Bensio qanunlara

əməl etməyə başlayır, Vilhelm isə o gün qarşılaşdığı

müxtəlif ehtiras növləri haqqında bəzi düşüncələrini bölüşür

İzdiham iclas zalım yavaş-yavaş tərk edərkən Mikcle özünə yol açıb Vilhelmə yaxın gəldi, elə bu

zaman Ubertino da bizə yaxınlaşdı. Dördümüz birlikdə həyətə çıxdıq. Beləcə, kilsənin həyətində çəkilmək

istəməyən, əksinə, alaqaranlıqda daha da qatılaşan dumanın içində söhbət etməyə başladılar.

“Məncə yaranmış vəziyyətin izaha ehtiyacı yoxdur, - Vilhelm dedi. - Bemardo bizi darmadağın etdi.

Bu kütbeyin dolçinianın bütün cinayətlərdə günahkar olub-olmadığını məndən soruşmayın. Məncə,

ümumiyyətlə, onun bu cinayətlərə dəxli yoxdur. Lakin ən pisi odur ki, yenə başlanğıc nöqtədəyik. Sən

İohanna Avinyonda tək lazımsan. Bugünkü görüş də bizə lazım olan təminatları vermədi. Əksinə, sənin

hər bir sözünü onların təhrif edib, başqa məna verməyi necə bacardıqlarını gördün. Məncə, bundan yalnız

bir nəticə çıxarmaq olar - Avinyona getməməlisən”.

Mikele başını yellədi. “Nə olursa olsun, getməliyəm. Təfriqəçiliyə yol açmaq istəmirəm. Vilhelm, sən,

bu gün çox aydın və birmənalı danışdın. Və nə istədiyini bildirdin. Lakin bizim nəzərdə tutduğumuz bu

deyil. Mən yaxşı dərk edirəm ki, siz imperatorluq ilahiyyatçıları Peruca Ruhani Məclisinin qərarlarını

başqa məqsədlərlə istifadə edirsiniz. Amma mənə yalnız bir şey lazımdır - papa fransiskan ordeninin

yoxsulluq əqidəsinə izin versin. Mən istəyirəm papa anlasın ki, ordeni yalnız bu əqidə ilə

möhkəmləndirərək, bütün bidətçi axınların qarşısını almaq olar. Məni nə xalq məclisi nə də, insan haqları

maraqlandırır. Mənim işim - ordenimizin müxtəlif rahib dəstələrinə bölünməsinin qarşısını almaqdır.



482

Avinyona gedəcəyəm. Əgər lazım gələrsə, İohanna da itaət edərəm. Yoxsulluqdan başqa bütün məsələ-

lərdə güzəştə gedərəm”.

Ubertino söhbətə qarışdı: “Həyatını təhlükəyə atdığını anlayırsanmı?”

“Olsun, - Mikele cavab verdi. - Bu, ruhumu təhlükəyə atmaqdan yaxşıdır”.

O, həyatını təhlükəyə atdı, həm də çox ciddi təhlükəyə... Əgər həqiqətin İohanmn tərəfində olduğunu

düşünsək (Tanrıya şükür, mən buna inanmıram), - üstəlik ruhunu da itirdi. İndi hamıya məlum olduğu

kimi, danışdığım hadisələrdən bir həftə sonra Mikele papanın yanına yollandı. Dörd ay onunla bazarlıq

edib ayağını dirədi, amma sonra, ertəsi ilin aprel ayında İohann kardinallar məclisini topladı və Mikeleni

dəli, lovğa, inadkar, zalım, küfrün tərəfdarı, kilsənin qoynunda bəslənən bir ilan deyə adlandırdı.

Diqqətəlayiqdir ki, xeyir və  şər haqqında öz nöqteyi-nəzərincə, papa tamamilə haqlı idi, çünki Mikele

dörd ay ərzində ustadımın dostu olan başqa bir Vilhelmlə, Okkamlı Vilhelmlə dostlaşmış və onun -

ustadımın Padualı Marsilio ilə bölüşdüyü və təsvir etdiyim ogünkü görüşdə açıqladığı fikirlərdən daha

sərt, amma çox da fərqlənməyən - fikirlərini mənimsəmişdi. Nə isə, bu müxaliflər Avinyonda daha yaşaya

bilməzdi və may ayının sonunda Mikele, Okkamlı Villıelm, Berqamalı Bonaqrasio, Askolili Fransisk və

Talheymli Henıi oradan qaçdılar; papanın adamları onları Nissada, Tulonda, Versalda və Eqmorda təqib

etdi, nəhayət, kardinal Pyer de Arrable onlara yetişdi; kardinal onları geri dönmək üçün dilə tutsa da,

onların müqavimətinə, papaya olan nifrətinə və təşvişinə qalib gələ bilmədi. İyun ayında Pizaya gəlib

çıxdılar, orada imperatoru əyanları tərəfindən təntənə ilə qarşılandılar və bir neçə aydan sonra Mikele

camaat qarşısında papanı lənətlədi. Əfsus, artıq gec idi. İmperatorun qüdrəti azalırdı, Avinyonda İohann

minoritlərə yeni bir rəhbər seçdirmək üçün fitnə-fəsad qarışdırırdı; nəhayət, o qalib gəldi. Mikele o gün

papanın yanına getməyə qərar verməsəydi, daha yaxşı olardı. Avinyona getməsəydi, minoritlərin

müqavimətini daha yaxından təşkil edə bilərdi, düşməndən mərhəmət gözləyə-gözləyə bu qədər qiymətli

ayları itirməzdi, ordenin içində onun mövqeləri də zəifləməzdi... Amma bəlkə də hər şeyə qadir olan

Tanrının yazısı belə imiş; on illər keçdikdən sonra kimin haqlı olduğunu da bilmirəm, bu qədər vaxtdan

sonra coşqunluq alovu da, onunla birlikdə ilahi həqiqət işığı olduğuna ruhumla inandığım şey də

sönmüşdü. İndi kim çoxdan torpağa qanşmış bir qadının gözəlliyi uğrunda döyüşmüş olan Hektorun,

yoxsa Axillesin, Aqamcmnonun, yoxsa Priamın haqlı olduğunu deyə bilər?

Amma yenə də dərdli düşüncələrə qərq oluram. Hərçənd, o kədərli söhbətin sonunu danışmaq lazımdır.

Mikele qərarını vermişdi və onu bu fikirdən daşındırmaq mümkün deyildi. Həm də daha bir məsələni

təcili həll etmək lazım idi və Vilhelm birbaşa bu məsələyə keçdi: bundan sonra Ubertino təhlükə altında

idi. Bemardonun ona ünvanladığı sözlər, papanın nifrəti, danışıqlara məcbur edə biləcək bir qüvvənin

təmsilçisi olan Mikeledən fərqli olaraq, Ubertinonun tamamilə müdafiəsiz olması və yalnız özünü təmsil

etməsi...

“İohann istəyir ki, Mikele onun sarayında, Ubertino isə cəhənnəmdə olsun. Bcmardonu az-çox

tanıyıram. Heç bir gün də keçməyəcək, sabah axşama qədər - üstəlik, duman da var - Ubertinonun cəsədi




483

tapılacaq. Qatilin kim olduğu ilə maraqlanan biri olarsa, bu monastır daha bir cinayətə  şahidlik etmək

məcburiyyətində qalacaqdır və hamıya deyəcəklər ki, bu, Remigionun qara pişiklərin yardımı ilə çağırdığı

şeytanların əməlidir. Yaxud abbadıqda gizli-gizli dolaşan bir dolçinianın fitnəsidir...” “İndi nə olsun?” -

Ubertino təlaşla soruşdu.

“İndi, - deyə Vilhelm cavab verdi, - abbatın yanma gedib ondan at, azuqə və Alpın o tərəfində yerləşən

uzaq monastırlardan birinə məktub yazmasını istəyəcəksən. Dumandan və qaranlıqdan istifadə edib dərhal

gedəcəksən”.

“Bos oxçular çıxışda keşik çəkmirlərmi?”

“Monastırın başqa çıxışları da var, abbat bilir. Qoy xidmətçilərdən biri aşağıdakı yolayrıcında səni atla

gözləsin. Səni divardakı gizli yarıqdan çıxararlar.



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə