Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə140/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   136   137   138   139   140   141   142   143   ...   175

484

Bundan sonra yalnız kiçik bir mcşəcikdən keçmək qalır. Bemardo çaldığı qələbənin sərxoşluğundan

ayılmadan, dərhal hərəkət etməlisən. Mənsə başqa bir işlə məşğul olmalıyam. İki vəzifəm vardı, birincisi

iflasa uğradı, heç olmasa, ikincisi uğurlu olsun. Bir adama yetişib, bir kitabı ələ keçirmək istəyirəm. Əgər

hər şey yolunda getsə, səni axtarmağa başlayanda buradan çox uzaqda olacaqsan. İndi isə  əlvida”. O,

qollarını açdı. Ubertino mütəəssir halda ona bərk-bərk sarıldı. “Əlvida, Vilhelm. Sən dəli və qudurğan bir

ingilissən, amma geniş ürəyin var. Görüşəcəyikmi?”

“Görüşəcəyik, - deyə Vilhelm cavab verdi. - Allah qismət edərsə”.

Amma Allah qismət eləmədi. Daha əvvəl dediyim kimi, Ubertino iki il sonra naməlum şəxsin əli ilə

öldürüldü. Çətin, dəyişkən dövrdə coşqun və  əyilməz mübarizin həyatı belə tamamlandı. Bəlkə o,

doğrudan da, övliya deyildi: amma ümid etmək istəyirəm ki, özünün övliya olduğuna duyduğu pak bir

inamı Tanrı mükafatlandıracaqdır. Qocaldıqca və özümü Tanrının ixtiyarına daha çox təslim etdikcə, dərk

etməyə can atan ağıla və fəaliyyət göstərmək istəyən iradəyə daha az dəyər verirəm və yeganə xilas yolu

kimi, səbirlə gözləyən və gərəksiz suallar verməyən inama daha çox baş əyirəm. Şübhəsiz ki, Ubertinonun

çarmıxa çəkilmiş Həzrəti-İsanın qanma və çəkdiyi əzablara böyük inamı vardı.

Bəlkə də bütün bunlar hələ o zaman ağlıma gəlmişdi? Bəlkə sirli qoca mənim fikirlərimi oxuya

bilmişdi? Bəlkə də gələcəkdə məhz belə düşünəcəyimi təxmin etmişdi? Mehribanlıqla gülümsəyib məni

bağrına basdı, lakin əvvəlki günlərdə bəzən olduğu kimi hərarətlə deyil. Baba nəvəni necə qucaqlayırsa,

o də məni elə qucaqladı, mən də oxşar həyəcanla ona sarıldım. Vidalaşma bitdi. O, Mikele ilə birlikdə

abbatı axtarmağa getdi.

“İndi nə edəcəyik?” - Vilhelmdən soruşdum.

“Cinayətlərimizlə məşğul olacağıq”.

“Ustad, - dedim, - bu gün bütün xristianlığın taleyini sarsıdan hadisələr baş verdi və bizə verilən

tapşırıq iflasa uğradı.




485

Lakin görürəm ki siz, papa və imperator arasında gedən mübarizədən daha çox, bu müəmma ilə

maraqlanırsınız”.

“Dəlilər və uşaqlar həmişə həqiqəti deyərlər, Adso. Görünür, imperator müşaviri kimi dostum

Marsilio məndən daha yaxşıdır, amma inkvizitor kimi əksinə, mən ondan yaxşıyam. Tanrı bağışlasın

məni, hətta Bemardo Guidən də yaxşıyam. Bemar- donu günahkarların tapılması deyil, müttəhimin

yandırılması maraqlandırır. Mənsə ondan fərqli olaraq, ən dolaşıq düyünü açmaqdan böyük zövq alıram.

Bəlkə də bunun səbəbi ondadır ki, mən bir filosof olaraq dünyanın bir nizamı olmasından şübhələnməyə

başlarkən, varlığın ən kiçik sərhədləri daxilində nizam deyilsə də, ən azından səbəb və nəticələr

zəncirinin mövcud olduğunu sübut etməkdən çox sevinirəm. Bundan başqa, yəqin ki, daha bir səbəb var:

bu hadisənin içində Iohannla Lü- doviqin savaşına nisbətən, daha böyük və daha qorxunc şeylər cərəyan

edir...”


“Lakin burada söhbət pozğun rahiblər arasında olan oğurluqdan və nifaqdan gedir!” - deyə şübhə

içində qışqırdım.

“Bunlar hamısı qadağan olunmuş bir kitab üzündəndir, Adso, qadağan olunmuş bir kitab üzündən”, -

deyə Vilhelm cavab verdi.

Rahiblər artıq axşam yeməyinə gedirdilər. Yeməyin ortasında Sezena Mikele də gəldi və yanımızda

oturub, Ubertinonun monastırdan getdiyini xəbər verdi. Nəhayət, Vilhelm rahat nəfəs ala bildi.

Yeməyi bitirincə Bemardo ilə söhbət edən abbatın yanında yubanmaq istəmədik və tez Bensionu

yaxaladıq. O, əyri-əyri gülümsəyərək bizi salamladı və qapıya doğru getdi. Lakin Vilhelm onu saxladı

və bizimlə mətbəxin bir küncünə çəkilməyə məcbur etdi.

“Bensio, - Vilhelm ona dedi. - Kitab haradadır?”

“Hansı kitab?”

“Bensio, ikimiz də axmaq deyilik. Bu gün səhər Severinin laboratoriyasında axtardığımız kitabdan

danışıram, mənim bilmədiyim, amma sənin dərhal tanıdığın və dərhal da götürməyə getdiyin kitabdan”.



486

“Onu mənim götürdüyümü haradan bilirsiniz?”

“Bilirəm. Son də bilirsən. Haradadır?”

“Deyə bilmərəm”.

“Bensio, əgər deməsən, hər şeyi abbata danışaram”.

“Məhz elə abbatın əmrinə əsasən deyə bilmərəm, - Bensio itaətkar görkəmlə cavab verdi. - Bu gün,

bizim görüşümüzdən sonra, bilməyiniz gərəkən bir hadisə oldu. Bercnqarın ölümündən sonra kitabxana

köməkçisinin yeri boş qalmışdı. Bu gün Malaxia bu vəzifəni tutmamı mənə təklif etdi. İndicə, yarım saat

əvvəl abbat bunu təsdiqlədi. Ümid edirəm ki, sabah səhərdən etibarən kitabxananın sirlərini mənə də

öyrədəcəklər. Mən, doğrudan da, o kitabı götürdüm və ona baxmadan belə hücrəmdə saman döşəyin

altında gizlədim, çünki Malaxianın məni izlədiyini bilirdim. Çox keçmədi ki, Malaxia mənə bayaq

dediyim təklifi etdi. O zaman bir kitabxana köməkçisi kimi hərəkət etdim: kitabı ona verdim”.

Artıq özümü saxlaya bilmədim və söhbətə qarışdım:

“Vay səni, Bensio, axı sən dünən... Axı siz dünən öyrənmək eşqi ilə yandığınızı, kitabxanada heç bir

şeyin gizli qalmasını istəmədiyinizi və elm adamının bilməyə haqqı olduğunu söyləyirdiniz..”

Bensio qızarmışdı və cavab vermirdi. Lakin Vilhelm məni saxladı:

“Adso,  bir  neçə  saat  əvvəl  Bensio  əks  düşərgəyə  keçdi.  İndi  o,  əvvəl  açmaq  istədiyi  sirləri  özü

mühafizə edir. Onları mühafizə edərkən, oxumağa da vaxtı çox olacaq...”

“Bəs qalanlar? - dedim. - Axı Bensio hamının adından danışırdı!”

“Dünən”, - deyə Vilhelm cavab verdi. Və Bensionu tərəddüd içində buraxıb, məni özü ilə sürükləyib

apardı.

“Bensio, - sonralar Vilhelm mənə dedi, - qurbandır. Bcrenqarın da, keların da ehtirasından fərqli olan



bir ehtirasın qurbamdır. Başqa elm adamları kimi o da öyrənmək ehtirası ilə alışıb-yanır. Sırf bilmək üçün

öyrənmək. Biliyin hər hansı hissəsindən xəbərsiz idisə, məhz bu hissəsini öyrənməyə can atır. İndi,

nəhayət ki, onu əldə edib. Malaxia onun necə adam olduğunu bilirdi, kitabı geri qaytarmaq və Bensionu

susmağa məcbur etmək üçün on düzgün yolu seçdi. Başqalarına açıqlamaq hüququna sahib olmadan, belə

bir bilik ehtiyatını mühafizə etməyin onun üçün nə faydası olduğunu soruşacaqsan. Mənim ehtiras

haqqında danışmağımın səbəbi də budur. Rocer Bekonda belə ehtiras yoxdur. O, elmi Allah bəndələrinin

ixtiyarına verməklə onları daha xoşbəxt etmək üçün çalışırdı. Deməli o, sırf öyrənmək xatirinə bilik

dalınca qaçmırdı. Bensioda isə yalnız doymaq bilməyən maraq və təkəbbürlü ağıl var. O hərisdir. O, bir

rahib kimi dolayı yolla baş qaldırmış öz cismani istəklərinin şəklini dəyişdirmək və onları sakitləşdirmək

üçün yaxşı üsul tapmışdır. Başqalarını din, ya da küfr uğrunda mübarizə aparmağa sövq edən də ehtirasdır.

Görürsən, ehtiraslar yalnız cismani ehtiraslardan ibarət deyildir. Bcmardo Gui də hərisdir. Onunku - təhrif

edilmiş və iyrənc hala salınmış cəzalandırmaq və bağışlamaq hərisliyidir ki, bunu da hakimiyyət hərisliyi

ilə eyniləşdirmişdir. Müqəddəs, amma artıq Romalı olmayan papamızınkı - zənginlik ehtirasıdır. Kelarınkı



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə