Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə149/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   145   146   147   148   149   150   151   152   ...   175

518

Sonra şüşə zəngin altında, mirvarilərlə bəzədilmiş qırmızı rəngli yastığın üzərində möcüzələr möcüzəsini

- Beyt-Ləhmdəki axurların yonqarlarını gördüm; sonra, İncil yazarı Müqəddəs Yuhənnanın alqırmızı

cübbəsinin bir qarış parçası, Romada həvari Pyotrun biləklərinə vurulmuş zəncirin iki halqası, Müqəddəs

Adalbertin kəllə sümüyü, Müqəddəs Stefanın qılıncı, Müqəddəs Marqaritanın çanaq sümüyü, Müqəddəs

Vitalisin barmağı, Müqəddəs Sofiyanın qabırğa sümüyü, Müqəddəs Eobanm çənəsi, Müqəddəs

Qızılkəlamm kürək sümüyünün yuxarı hissəsi, Müqəddəs İosifın nişan üzüyü, Voftizçinin dişi, Musanın

əsası, Müqəddəs Məryəmin gəlinlik paltarının çox incə hörməsindən qopmuş bir parça.

Burada təbərrük sayılmayan, amma ilahi möcüzələrin və uzaq torpaqlardakı xariqələrin dəlili olan

başqa əşyalar da vardı. Bunlar monastıra, dünyanın ən uzaq yerlərinə yollanmış rahiblər tərəfindən

gətirilmişdi: içi samanla doldurulmuş  şahmaran və doqquzbaşlı  əjdaha, təkbuynuzlunun buynuzu, bir

zahidin yumurtanın içindən çıxardığı başqa bir yumurta, yəhudiləri səhrada aclıqdan qurtaran mannadan

bir miqdar, balina dişi, hind qozu, Nuhun tufanından qabaq yaşamış bir heyvanın bel sümüyü, filin uzun

dişi, delfinin qabırğası. Sonra görkəmlərindən nə olduğunu anlaya bilmədiyim çox dəyərli başqa

təbərrüklər. Bunlardan bəziləri (qaralmış gümüşdən bilindiyi kimi) çox-çox qədim idi. Sonsuz sayda

sümük, kətan, taxta, dəmir, şüşə parçalarından ibarət sərgi. Tünd rəngli tozlarla dolu şüşələr; öyrəndiyimə

görə bunların birində Sədum şəhərinin külə dönmüş qalıqları, başqa birində Yerixon səddinin əhəng

tozları vardı.




Bunlar elə əşyalar idi ki, hətta on köhnosi üçün bir imperator on azı bir malikano vermoyo razı olardı. Bu

oşyalar yalnız onları saxlayan monastır üçün böyük bir ehtiram tominatı deyil, hom do rahiblərə sığınacaq

vermiş bu moskonin maddi fıravanlığı demək idi.

Karıxmış halda ora-bura hərlənirdim; Nikola əşyalar haqqında daha danışmırdı, lakin hər birinin

yanında asılmış kiçik lövhələr onlar haqqında izahat verirdi. Bundan istifadə edərək, indi xəzinənin

ecazkar əşyalarına sakitcə yaxınlaşıb, onlara baxa bilərdim. Bəziləri məşəllərin parlaq işığında aydın görü-

nürdü, Nikolanın xidmətçiləri çıraqları ilə birlikdə zirzəminin o biri başında olduqları zaman bəzilərinə

yarıqaranlıqda baxmağa məcbur olurdum. Mübhəm və eyni zamanda iyrənc olan, sirli və şəffaf qığırdaq

qırıntılarından çox qədim zamanlardan qaldığı məlum olan solmuş, sapları ayrılmış, indi isə köhnə,

bozarmış  əlyazmalar kimi şüşə borunun içində bükülüb qalmış libas parçalarından tilsimlənmişdim;

altlarındaki yastıqlarla, demək olar ki birləşmiş, bütünləşmiş bu xırda maddələr; bir zamanlar heyvan (hom

də  şüurlu) olan bir ömürün indi kiçik ölçülərdə, qülloli, uzun milləri olan daş kafedralların cürətli

memarlığına can verən büllur və metal qurğuların içinə həbs edilmiş müqəddəs qalıqları məni heyrətə

salmışdı; sanki bu qalıqlar da mədən maddələrinə çevrilmişdi. Demək, övliyaların və  şəhidlərin

basdırılmış bədənləri öz cismani dirilişini belə gözləyirdilər? Bu xırda qırıntılardan ilahi təzahürün parlaq

işığında bütün təbii hissiyyatları yenidən qazanaraq, Pipemin yazdığı kimi, hər cür minimas differentias



odorum

207

 tanıya biləcək orqanizmlər bərpa olunacaqdımı?

Vilhelm məni dalğınlıqdan çıxardı. Çiyinlərimə toxunub dedi: “Mən gedirəm. Yazı

zalına qalxacağam, bir şeyi aydınlaşdırmaq lazımdır”.

“Daha kitab verilmir, - dedim. - Bensioya əmr edilib ki...”

207


 Qoxuların on incə fərqlərini (lat.)


“Mən dünən oxuduğum kitablara baxacağam. Onların hamısı Vcnansionun masasının üstündə

qalmışdır. Sən istəyirsənsə, burada qal. Bu xəzinə yoxsulluq haqqında dünən eşitdiyin müzakirələrə gözəl

mənzərədir. İndi rahib qardaşlarının abbat olmaqdan ötrü bir-birilərini nə üçün boğazladıqlarmı anlayır-

san”.


“Demək, siz Nikolanın irəli sürdüyü ehtimalı qəbul edirsiniz? Cinayətlər təyinat səlahiyyəti uğrunda

gedən mübarizə ilə bağlıdıımı?”

“Axı sənə demişdim, hələlik əsassız fərziyyələrlə gözə çarpmaq istəmirəm. Nikola çox şey danışdı.

Bəziləri məni maraqlandırdı. Amma başqa bir izi də axıra qədər yoxlamalıyam. Bəlkə do eyni izi o biri

ucundan araşdıracağam... Yeri gəlmişkən, bu təborrüklərə çox da məftun olma. O xaç parçalarından başqa

kilsələrdə də çox görmüşəm. Əgər onların hamısı həqiqidirsə, onda Məsihə iki çarpaz dirək üstündə deyil,

bir meşənin üstündə işgəncə vermişlər...”

“Ustadım!” - karıxmış halda dedim.

“Bu  belədir,  Adso.  Həm  də  bundan  daha  zəngin  xəzinələr  var.  Nə  vaxtsa,  Köln  kilsəsində  Voftizçi

İohanmn on iki yaşına aid kəllə sümüyünü görmüşəm...”

“Möcüzəyə bax! - heyranlıqla dedim. Sonra şəkk edib söylədim: “Axı Vəftizçi öldürülən zaman daha

yaşlı idi!”

“O biri kəllə, yəqin ki, başqa xəzinədə olmalıdır”, - Vilhelm sakitcə cavab verdi. Onun zarafat edib-

etmədiyini heç zaman anlaya bilmədim. Mənim vətənimdə zarafat etmək istədikdə əvvəlcə nəsə deyirlər,

sonra ucadan gülməyə başlayırlar hamı bu zarafata qatılsın deyə. Vilhelm isə yalnız ciddi şeylər danı-

şarkən gülürdü. Zarafat etdiyini sandığım vaxtlarda isə tamamilə ciddi olurdu.




A L T I N C I   G Ü N

S Ə H Ə R ,



Adso “Dies irae"' dirilərkən yuxu,

ya da xəyal görür

Vilhelm Nikolaya təşəkkür edib, yazı zalına getdi. Mən də xəzinəyə yetərincə baxdığımdan, kilsəyə

qayıdıb Malaxianın ruhu üçün dua etməyə qərar verdim. Bu insan heç zaman xoşuma gəlməmişdi, ondan

həmişə qorxmuşdum; uzun müddət onu bütün cinayətlərin günahkarı hesab etdiyimi də gizləmirəm. Lakin

indi anlayırdım ki, o, gizli və təmin edilməyən ehtiraslardan əzab çəkən zavallının biri imiş; dəmir qablar

arasında saxsı qab; yöndəmsiz olduğu üçün acıqlı; danışmağa bir şeyi olmadığını dərk etdiyi üçün həmişə

susqun və çəkingən. Onun qarşısında bir utanc duyurdum və ümid edirdim ki, onun ruhunun rahatlıq

tapması üçün dua eləmək qəlbimə dolmuş günahlılıq hissini çıxaracaqdır.

Kilsə indi tutqun və göyümtül alovla işıqlandırılmışdı. Bədbəxt rahibin cəsədi katafalkın üstünə

qoyulmuşdu. Ölü duası oxuyan rahiblərin ahəngli səsləri kilsəni doldurmuşdu. Melk monastırında

mərhum rahiblər üçün oxunan ölü dualarında çox iştirak etmişdim. Orada mərasimin, şən olmasa da, hər

halda rahatlıq və aydınlıq içində keçdiyini deyə bilərəm; hamı duaların müstəcab olduğuna inanaraq, dinc

və həlim duyğulara qapılırdı. Rahiblər növbə ilə can verən adamın hücrəsinə girib, ona xoş sözlərlə təsəlli

verirdilər. Və hər kəs öz qəlbinin dərinliyində düşünürdü ki, ölənin xoş halına, zira o, ləyaqətlə yaşadığı

ömrü tamamlayıb, çox keçmədən cənnətdə sonsuz xoşbəxtlik içində mələklərin xoruna qatılacaqdır. Və

bizim rahatlığımızın

‘Qəzəb günü” - matəm duası (lat.)

522


ı


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə