Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə152/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   148   149   150   151   152   153   154   155   ...   175

529

Zəkəriyyə - giləmeyvəli, Tekla - istiotlu, Yuhənna - alban, Habil - kampan, Məryəm - göyümtül, Rahil -

florens şərabı içdi.

Adəm çoçiyib qusdu, qabırğasından şərab axmağa başladı. Nuh yuxusunda Hamı söyürdü, Holofem

rahat-rahat xoruldayırdı, Yunis ölü kimi yatmışdı, Pyotr xoruz banınacan oyaq qaldı, İsa isə Bernardo Gui

ilə Pocettolu Bcrtrandonun qızı yandırmaq üçün sözləşdiyini eşidib, qəfil yuxudan ayıldı. Və qışqırdı:

“Ata! Əgər bacarırsansa, ata! Bu piyaləni məndən al!”. Kimi şərabı yerə tökür, kimi sonacan içir, kimi

gülməkdən ölür, kimi də ölüncəyədək gülür, kimi qabları gətirir, kimi də özgə qabından içirdi. Susanna

murdar öküz ürəyi əvəzinə gözəl, ağ bədənini heç bir zaman kelarla Salvatora təslim etməyəcəyini deyib,

fəryad qoparırdı. Pilat narahat ruh kimi yeməkxanada dolaşır, əllərini yumaq üçün hamıdan su istəyirdi;

rahib Dolçino lələkli şlyapasında ona su gətirir, sonra da gülə-gülə libasının qabağını açıb, qanlı qasığını

göstərirdi. Qabil isə Tridentli gözəl Marqaritanı qucaqlayaraq onu acıqlandırırdı. Dolçino ağlayır Yə gedib

başını Mələk papa adlandırdığı Bernardo Guinin sinəsinə qoyurdu. Ubertino ona həyat ağacı ilə, Sczcna

Mikcle isə qızıl kisəsi ilə təsəlli verirdi. Hər iki Məryəm onun yaralarına məlhəm sürtür, Adəm isə onu

təzə almadan dişləsin deyə dilə tuturdu.

Sonra Binanın qübbələri açıldı və göydən, tək bir insanın idarə etdiyi qurğuda Rocer Bekon endi. Bu

zaman Davud sitar çaldı, yeddiduvaqlı Salomcya isə rəqs etdi və hər dəfə duvağın birini atanda yeddi

surun birinə üfliriir və yeddi möhürdən birini göstərirdi, sonda yalnız günəşə bürünmüş qaldı. Hamı belə

şən monastırın olmadığını deyirdi; Berenqar hamının, - həm kişilərin, həm də qadınların paltarını qaldırdı

və hər kəsin qasığından öpdü. Rəqs başladı, İsa ustad libası geydi, Yuhənna

-

mühafizəçi, Pyotr - toratan, Nəmrud - ovçu, İuda - çuğul, Adəm - bağban, Həvva - dərzi. Qabil - quldur,



Habil - çoban, Yəqub - çapar, Zəkəriyyə - kahin, Davud - şah, Yubal - sitarçı, İoahim - balıqçı, Antiox -

aşpaz, Rcbekka - suçu, Modassadoıı

-

təlxək, Marta - xidmətçi, İrod - qudurğan, Tobiya - təbib,



Yusif - dülgər, Nuh - sərxoş, İshaq - kəndli, İov - əzabkeş, Danyal - hakim, Tamar - fahişə, Məryəm isə

xanım qiyafəsində idi və xidmətçilərdən şərab gətirmələrini tələb edirdi, çünki onun oğlu, o fərsiz, suyu

şəraba çevirmək istəmirdi.

Bax bu zaman abbat qəzəblə bağırdı, çünki belə gözəl bir şənlik düzəltməsinə baxmayaraq, heç kim

ona hədiyyə vermirdi; buna görə hamı ona ərməğan aparmaq üçün tələsdi: quzular, qoçlar, aslanlar,

dəvələr, marallar, buzovlar, günəş arabası, Müqəddəs Eobanın çənəsi, Müqəddəs Morimundun quyruğu,

Müqəddəs Arundalinin ayıb yeri, Müqəddəs Burqozinin on iki yaşlı kəllə kimi dəmir çərçivəyə salınmış

peysəri və “Süleymanın beşbucağı”nın nüsxəsi. Lakin abbat daha da qəzəblənib, belə davranmaqla onun

diqqətini yayındırmağa çalışdıqlarını, əslində sərdabənin xəzinəsini talayıb apardıqlarını, əqrəblərdən və

yeddi şurdan bəhs edən çox qiymətli kitabın oğurlandığını söyləyərək bağırmağa başladı və Fransa

kralının oxçularına, bütün şübhəlilərin üstünü axtarmağı  əmr etdi. Hamının qınayıcı baxışları altında,

oxçular Həcərin üstündə - əlvan örtük, Rahilin üstündə - qızıl möhür, Tcklanın sinəsində - gümüş güzgü,




530

Benyaminin qoltuğunun altında - içki qədəhi, Yuditin donunun altında - ipək dəsmal, Lonjinin əlində -

nizə, Avimelexin qucağında - özgə arvad tapdılar. Lakin ən dəhşətlisi, qara pişikdən də qapqara və çox

gözəl olan qızın üstündə bir qara xoruzun tapılması oldu: onu dərhal cadugər və saxta həvari qadın elan

etdilər və cəzalandırmaq üçün üstünə atıldılar. Vəftizçi İohann başını kəsdi, Habil boğazını üzdü, Adəm

qovdu, Navuxodonosor odlu əli ilə onun sinəsində bürc işarələrini cızdı, İlyas alov arabasında onu

oğurladı, Nuh suda boğdu, Lut onu duz sütuna çevirdi, Susanna şəhvətpərəstlikdə ittiham etdi, Yusif başqa

bir qadınla ona xəyanət elədi, Anania onu odlu sobaya atdı, Samson zəncirə vurdu, Paul qamçıladı, Peter

başı aşağı çarmıxa çəkdi, Stefan daşla vurdu, Lavrenti qızdırılmış dəmirin üstündə ona işgəncə verdi,

Bartolomeo onun dərisini soydu, İuda ondan çuğulluq etdi, kelar onu tonqalda yandırdı, Peter isə hər şeyi

dandı. Sonra cəsədinin üstünə cumub, nəcislərini boşaltdılar,



531

üzünə yel buraxdılar, başına siyidilər, sinəsinə qusdular, saçını yoldular, ayıb yerlərinə yandırılmış

məşəllər soxdular. Qızın bir zamanlar zərif və gözəl olan bədəni indi çürüyür, xırda hissələrə parçalanıb

yayılaraq, zirzəmidəki mücrülərə və büllur-qızıl təbərrükdanlara dolurdu. Daha doğrusu, qızın bədəni

zirzəmiyə dolmurdu, əksinə, zirzəminin parçaları burulğan kimi fırlanaraq, indi canlı maddədən deyil,

mədən maddəsindən ibarət olan cəsədə çevrilirdi; sonra yenə sovrulub dağılır, nə vaxtsa dəlicə küfrlərin

səyi ilə bir yerə toplanaraq qızın cəsədinə dönmüş cisimlər indi ayrılaraq müqəddəs zərrəciklərə çevrilirdi.

Sanki vahid və ölçüyəgəlməz cisim min illər boyunca xırda parçalara ayrılır, bu parçalar ölmüş rahiblərin

cəsəd qalıqlarının saxlandığı yerdən daha möhtəşəm, amma ondan fərqlənməyən sərdabəyə yayılır və onu

tamamilə doldururdu; və sanki yaradılışın tacı olan - insan bədəninin maddəsəl mahiyyəti öz-özünə

təsadüfi, fani, bir-biri ilə əlaqəsi olmayan çoxlu zərrəciklərə bölünür, beləcə özünə zidd olan nümunələr

artıq mükəmməl deyil, dünyəvi biçimlər təşkil edərək, yalnız ölüm və heçliyin rəmzi olan tozlara və pis

qoxulu qalıqlara çevrilirdi...

Artıq ətrafımda nə ziyafət iştirakçılarını, nə də onların gətirdikləri hədiyyələri görə bilirdim - sanki o

şənliyin bütün qonaqları indi zirzəmidə rahatlıq tapmış, hər biri öz qalıqlarının mumiyası olmuş, hər biri

özünün şəffaf rəmzinə dönmüşdü. Rahil - sümüyə, Danyal - dişə, Samson - çənə sümüyünə, İsa - tünd-

qırmızı libasın bir parçasına çevrilmişdi. Sanki təntənəli ziyafət axırda coşqun şənlikdən qızın bədəninin

parça-parça edilməsinə çevrilmişdi və mən bütün bədənlərin bu son fəlakətini, ümumi qırğını seyr

edirdim... Bədənlər yox, mən nə deyirəm? Acmış və susamış ziyafətçilərin dünyəvi və fani olan, vahid və

bütünləşmiş bədəni tək cansız cəsəd olmuş, Dolçinonun işgəncədən sonrakı bədəni kimi deşilib

yaralanmış, iyrənc və parıltılı xəzinəyə çevrilmişdi; bütün daşlaşan hissələri ilə birlikdə qarmaqlarla

gərilmiş heyvan dərisi kimi öz səthinə dartılıb çəkilmişdi. Bu bədənin eyni zamanda həm xarici, həm

daxili, mövcud olan bütün əzaları görünür, hətta üz ifadəsi də



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə