561
mən necə axmağam!”. Ovcunun içi ilə alnına möhkəm bir şapalaq endirdi; elə vurdu ki, şaqqıltı eşidildi,
canı ağrıdı deyə düşündüm. “Oğlum! Bu gün ikinci dəfədir ki, sənin ağzından həqiqət car çəkir! Əvvəlcə
yuxuda, indi isə ayıqkən! Qaç, öz hücrənə qaç, çırağı götür, daha doğrusu, bizdə olan çıraqların ikisini də
götür. Amma heç kimin gözünə görünmə. Və tez qayıt. Səni kilsədə gözləyəcəyəm. IIcç bir sual vermə!
Qaç! Cəld ol!”
Mən heç nə soruşmadan qaçdım. Çıraqları yatağımın altında gizlətmişdim, hər ikisi yağla dolu idi.
Bunu əvvəlcədən ehtiyat üçün etmişdim. Cübbəmin içində çaxmaq daşı da saxlayırdım. Dəyərli əşyalarımı
götürüb kilsəyə doğru qaçdım.
Vilhelm üçayağın altında durub, Vcnansionun perqamentə yazılmış qeydlərini oxuyurdu.
“Adso, - deyə sevinə-sevinə məni çağırdı. - “Dördün birincisi və yeddincisi” birinci və yeddinci dörd
demək deyil, “dörd”, yəni “quatuor” sözünün birinci və yeddinci hərfləridir!”
Dərhal anlamadım, amma tezliklə nədən söhbət getdiyini bildim. “Super thronos viginli quatuor! Yazı!
Müqəddəs İncilin ayələri! Güzgünün üstündəki sözlər!”
“Qaçaq, - Vilhelm tələsdirdi, - Bəlkə hələ onu xilas edə bilərik!”
“Kimi?” - deyə soruşdum. Amma Vilhelm kəllələrin yanında idi, nəyi isə fırladır, barmaqlarını
kəllələrin göz dəliklərinə soxaraq, sümük məzarlığının girişini açırdı.
“Qurtulmağa layiq olmayan birini”, - o, qaça-qaça cavab verdi. Biz yeraltı dəhlizlə qaçırdıq, işıq
addımlarımızın ahəngi ilə titrəyirdi; mətbəxə açılan qapıya gəlib çıxdıq.
Mən artıq demişdim ki, dəhlizin sonunda mətbəxə açılan taxta qapı vardı, buradan girincə sobanın
arxasına, yazı zalına qalxan dolama pilləkənin aşağısına çıxırdın. Bu qapını açdığımız anda, birdən sol
tərofımizdəki divarın içindən gələn boğuq taqqıltılar eşitdik. Bu səslər qapının yanındakı divarın də-
rinliyindən, kəllələrlə sümüklərin toplandığı oyuqların qurtar-
562
dığı yerdən gəlirdi. Axırıncı oyuğun yerində böyük və dördktinc qalın daşlardan hörülmüş kor divar vardı;
onun ortasına üstündə bəzi hərflər oyulmuş köhnə bir lövhə suvanmışdı. Zərbələr sanki bu lövhənin
arxasından, yaxud daha yuxarıdan: ya divardan, -ya da tavandan gəlirdi.
Belə bir hadisə başımıza ilk gecə gəlsəydi, mən, əlbəttə ki, ölü rahibləri düşünüb qorxardım. Lakin indi
yaşayan rahiblərdən pis şeylər gözləməyə vərdiş etmişdim. “Bu, kim ola bilər?” - deyə pıçıldadım.
Vilhelm qapını açdı və biz çörək bişirilən sobanın arxasına çıxdıq. Zərbələr dolama pilləkənin
yanındakı divar boyunca eşidilirdi. Sanki kimsə bu qalın divarın içinə gömülərək, onu yumruqlayırdı.
“Kimsə içəri salınıb qapadılmışdır, - Vilhelm dedi. - Mən həmişə düşünürdüm ki, Binada bu qədər gizli
keçidlər vardırsa, Afrikanın sərhədinə də başqa bir giriş mütləq olmalıdır... Şübhəsiz belədir. Sümük
məzarlığından mətbəxə keçməzdən öncə bir divar var; bu divarın bir hissəsi sökülür, oradan içəri girib,
bu pilləkənlə paralel başqa gizli bir nərdivanla birbaşa qapalı otağa çıxmaq mümkündür”.
“İndi orada kim var?”
“İkinci adam. Birinci Afrikanın sərhədindədir. İkinci onun yanına çıxmaq istəmişdir. Lakin yuxarıdakı
adam hər iki girişi açıb-qapayan qurğunu bağlamışdır. Beləcə, onun yanına qalxmaq istəyən adam tələyə
düşmüşdür. Onun orada qalıb çırpınmağı təəccüblü deyil, çünki bu dar yerdə hava çox azdır”.
“Axı bu kimdir? Onu xilas etmək lazımdır!”
“Kim olduğunu tezliklə öyrənəcəyik. Amma onu xilas etməyə gəlincə, bunun üçün qurğunu yuxarıdan
açmaq lazımdır, çünki şifrəni bilmədiyimizə görə aşağıdan bunu bacarmayacağıq. Qaçdıq!”
Və biz qaça-qaça yazı zalına, oradan da labiıintə qalxdıq və tez bir zamanda cənub qülləsinə gəlib
çıxdıq. Ən azı iki dəfə sürətimi yavaşıtmalı oldum, çünki o gecə külək elə boık əsir, elə qəzəblə yarıqlardan
içəri girirdi ki, buz kimi hava bütün otaq və
563
dəhlizlərdə vıyıldayır, masanın üstündəki vərəqləri xışıldadırdı, buna görə do, sönməsin deyə alovu əlimlə
qoruyur, lazım olduqda addımlarımı ləngidirdim.
Amma yenə do cənub qülləsinə, güzgülü otağa tez gəlib çıxdıq. Bu gün biz onun eybəcər kabuslara
oxşayan təsvirlərindən qorxmurduq. Çırağı qaldırıb, çərçivənin üstündəki yazıları aydınlatdıq: Super
thronos viginti quatuor. Sirr artıq tapılmışdı. Quatuor sözündə yeddi hərf var. Q və r hərfinin üstünə
basmaq lazım idi. Həyəcandan özümü itirib, bunu özüm etməyə tələsdim. Çırağı cəld otağın ortasındakı
masanın üstünə qoydum, amma əl hərəkətimi nizamlaya bilmədiyim üçün çırağın alovu masanın
üstündəki kitabın cildini yaladı.
“Diqqətli ol, axmaq!” - Vilhelm alovu üfləyib söndürərək qışqırdı. - Kitabxananı yandırmaqmı
istəyirsən?”
Üzr istəyib, çırağı yenidən yandırmaq üçün çaxmaqdaşını çıxardım. “Vaxt itirmək lazım deyil, - deyə
Vilhelm məni saxladı. - Mənimki də bəsdir. Götür onu, işıq sal, hərflər çox hündürdədir. Sənin əlin çatmaz.
Tez ol”.
“Birdən içəridəki silahlıdırsa?” - Vilhelm ucaboylu olduğu halda barmaqlarının ucunda qalxıb, İncil
ayələrinə zorla toxunaraq, barmaqlarını o uğursuz hərflərin üstündə gəzdirdiyi zaman dedim.
“Çırağı qaldır, lənət şeytana, həm də qorxma. Allah bizim tərəfimizdədir!” - deyə qırıq-qırıq cavab
verdi. Nəhayət, barmaqlarını quatuor-un ç-sma toxundura bildi. Mən bir az aralıda dayandığım üçün onun
nə etdiyini daha yaxşı görə bilirdim. Artıq demişdim ki, labirintdəki yazıların hərfləri divarlara ya
oyularaq, ya da yapışdırılaraq yazılmışdı. Amma quatuor sözünün hərflərinin dəmir qəliblərə tökülmüş
rənglərlə yazıldığı aydın görünürdü. Bu dəmir hərflərin arxasına isə divarda gizlədilmiş qeyri-adi qurğu
bərkidilmişdi. Q hərfinin üstünə basılınca, şaqqıltı ilə divardan irəli çıxdı, Vilhelm r hərfinin üstünə bas-
dığı zaman da eyni şey oldu. Güzgünün çərçivəsi irəliyə doğru çıxdı, güzgü özü isə çərçivədən ayrılıb
arxada qaldı. Güzgü - sola doğru açılan bir qapıydı. Vilhelm əlini güzgünün sağ kə-
Dostları ilə paylaş: |