hadisələrdən, şəxsiyyətlərin alçaldılmasından, kütləvi və ədəbsiz pantomimlərdən
216
, uyğunsıızluqdan, ən
dəyərsiz şeylərin seçilməsindən necə doğduğunu göstərəcəyik. Sonra nitqlərdə gülünclüyün ikimənalı
sözlərdən, yəni müxtəlif əşyalar üçün oxşar sözlər və oxşar əşyalar üçün müxtəlif sözlərin istifadə
edilməsindən, pəltəklik və dolaşıqlıqdan, söz oyunlarından, qı- saltmalardan, tələffüz xətalarından və
kobud sözlərdən necə yarandığını göstərəcəyik...”
Vilhelm çətinliklə tərcümə edir, uyğun sözləri axtarır, tez-tez dayanırdı. Tərcümə etdikcə sanki tapmağı
gözlədiyi şeylərə rast gəlirmiş kimi gülümsəyirdi. İlk səhifəni sona qədər tərcümə etdi, sonra sanki
marağını itirib susdu və sonrakı vərəqləri tez- tez çevirməyə başladı. Lakin bir neçə səhifədən sonra kitabı
vərəqləməyin çətin olduğunu gördü. Kitabın yuxarı və sağ kənarları boyunca səhifələr bir-birinə
yapışmışdı. Nəmdən çürüyən kitablar çox vaxt belə olur. Onları vərəqləmək mümkün deyil.' Kağızlar bir-
birindən ayrılmır və yapışqan kütləyə çevrilir. Xorxe çevrilən vərəqlərin xışıltısının kəsildiyini hiss etdi
və yenə Vilhelmi həvəsləndirib dedi:
“Nə oldu, davam elə! Oxu, vərəqlə! Kitab sənindir, son onu qazandın!”
Vilhelm cavabında qəhqəhə çəkib güldü. Baş verənlərdən olduqca əylənirmiş kimi görünürdü. “Mənim
haqqımda yüksək fikirdə deyilsən, Xorxe! Amma deyirdin ki, məni son dərəcə ağıllı hesab edirsən. Sən
görmürsən - amma əlimdə əlcək var. Barmaqlarım da örtülüdür. Vərəqləri bir-birindən ayıra bilmirəm.
Əlcəkləri çıxarıb çılpaq əllə, barmağımı dilimlə isladaraq vərəqləməyə davam etməliyəm, bu səhər yazı
zalında etdiyim kimi - bunun sayəsində, qəflətən ağlıma gəlmiş parlaq fikirdən bu sirri də aça bildim.
Düşünürdün ki, zəhər barmaqlarımdan dilimə keçənə qədər vərəqləməyə davam edəcəyəm. İllər öncə
Severinin laboratoriyasından oğurladığın zəhərdən danışıram. Bəlkə do hələ o zaman, yazı zalında
kiminsə Afrikanın sərhədinə
216
Mimika və hərəkətlərlə ifa olunan teatr tamaşası
574
575
yaxud Aristotelin itmiş əsərinə, ya da hər ikisinə yersiz maraq göstərdiyini eşidib narahat olmuşdun.
Zəhəri uzun müddət saxladın. Lazım olduqda istifadə etməyi gözlədin. Yalnız bir neçə gün əvvəl bu
təhlükəni hiss edib, zəhərə əl atdın. Bir tərəfdən Venansio kitabın mövzusuna həddən çox yaxınlaşmışdı.
Digər tərəfdən, Berenqar şöhrətpərəsti iyindən Adelmonun qarşısında lovğalandığından, sirr saxlamağı və
özünü təmkinli aparmağı bacarmadı. Bu zaman yuxarıya qalxıb, kitaba zəhər sürtdün. Həm də düz
vaxtında. Çünki çox keçmədən, elə həmin gecə, Venansio buraya girib, kitabı tapdı və onu aparıb səbir-
sizliklə, demək olar ki, cismani acgözlüklə vərəqləməyə başladı. Bir qədər sonra özünü pis hiss etdi və
kömək axtarmaq üçün mətbəxə qaçdı. Elə orada da öldü. Səhv etmirəm ki?”
“Yox, davam elə”.
“Dalısı çox sadə. Berenqar Venansionun cəsədini mətbəxdə tapır və araşdırma aparılacağından qorxur.
Çünki hər necə olsa, Venansio gecə Binaya Berenqarın daha öncə boşboğazlıq edib, sirri Adelmoya
açması sayəsində girə bilmişdi. İndi nəsə etmək lazım idi. Amma nə edəcəyini bilmirdi. Cəsədi çiyninə
qoyur və onu gətirib, donuz qanı ilə dolu çəlləyin içinə atır, ümid edir ki, hamı onun boğulduğunu
düşünəcək”.
“Bəs belə olduğunu haradan bilirsən?”
“Sən haradan bilirsənsə, mən də elə. Bcıcnqarm hücrəsində qanlı qətfənin tapıldığı zaman sənin necə
davrandığım gördüm. Cəsədi qan çəlləyinə atdıqdan sonra o, əllərini chtiyatsızca bu qətfəyə silmişdi.
Amma o özü do qeyb olmuşdu. Və yalnız kitabla birlikdə itkin düşə bilərdi, çünki onun məzmunu artıq
Berenqarı da maraqlandırırdı. Buna görə də sən onun tezliklə tapılacağını gözləyirdin, qana bulaşmış halda
yox, zəhərlənmiş olaraq. Sonrası daha da sadədir. Kitab Severinin əlinə düşür, çünki Berenqar ölümündən
qabaq onu gözdən uzaq bir yerdə oxuya bilməsi üçün xəstəxanaya gətirmişdi. Malaxia sənin təhrikinlə
gedib Severini öldürür. Amma özü də ölür, çünki onu qatil edən bu kitabda nəyin qadağan olunduğunu
öyrənmək
576
istədiyindən cildi açıb vərəqləyir. Budur, hər cəsəd üçün bir izah. Amma axmaqlıq...”
“Kimdir axmaq?”
“Mən. Alinardonun bircə sözü ucbatından, cinayətlər silsiləsinin İncildəki yeddi surun ahənginə uyğun
baş verdiyinə inanmışdım. Adelmo üçün - fırtına; amma onun ölümü intihar idi. Venansio üçün - qan;
amma buna, Berenqarın qəribə fikri səbəb olmuşdu. Berenqar üçün - su; bu isə tamamilə təsadüf idi.
Severin üçün - göy üzünün üçdə biri... Amma sadəcə, Malaxianın əlinə keçən ən ağır əşya səmavi kürə
idi. Nəhayət, Malaxia və əqrəblər... Kitabın minlərlə əqrəb gücündə olduğunu ona nə üçün demişdin?”
“Qəsdən. Sənə görə. Alinardo İncilə aid düşüncələrini mənə də demişdi. Sonra rahiblərin birindən guya
sənin də bu fikirlərə inandığını eşitdim. Və bu ölümlər zəncirinin ilahi nizam tərəfindən müəyyən
edildiyinə, mənimsə cavabdehlik daşımadığıma inandım. Malaxiaya xəbərdarlıq edib dedim ki, əgər o da
bu kitabla maraqlansa, ilahi nizama uyğun olaraq öləcəkdir. Elə də oldu”.
“Demək, belə... Cinayətkann hərəkətlərini izah etmək üçün saxta ehtimal uydurdun, cinayətkar da bu
yanlış ehtimala uyğun davrandı. Amma eyni zamanda, məni sənin izinə salan da bu yanlış ehtimal oldu.
Bizim zamanımızda hamı Yuhənnanın İncilinə aludə olub. Lakin məncə sən, onu başqalarına nisbətən,
daha çox düşünürsən. Və yalnız Dəccal haqqındakı fikirlərin ucbatından deyil. Həm də ona görə ki, sən
dünyada ən gözəl İncillər yaradan bir ölkədə doğulmusan. Əvvəlcə rahiblərin birindən İncilin ən gözəl
nüsxələrinin bu kitabxanaya sənin gətirdiyini eşitdim. Sonra Alinardo kitab dalınca Silosa göndərilmiş
sirli düşməni haqqında danışdı. Düşməninin “vaxtından əvvəl qaranlıqlar ölkəsinə getdiyini” söylədi.
Etiraf edim ki, onun sözləri məni çaşdırdı. Düşünmək olardı ki, bu düşmən artıq ölmüşdür. Amma
Alinardo sənin korluğuna eyham edirdi! Silos Burqosun yaxınlığında yerləşir. Bu gün səhər kataloqda
çoxlu sayda ispanca İncillərin siyahısına rast gəldim. Bu İncillər
Dostları ilə paylaş: |