Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə223/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   219   220   221   222   223   224   225   226   ...   234

681

Profilaktik tədbirlər. Əsas şəxsi və ictimai gigiyena qayda-

larına əməl etməkdir. Evdə it və pişik saxladıqda gigiyenik rejim 

cid di gözlənilməli, xəstə izolyasiya və ya hospitalizasiya olunma-

lıdır. Ət və süd məhsullarını termiki işləmədən keçirməlidir. Xəs-

tə şəxslər aşkar edildikdə müalicə olunmalıdırlar. Sanitar-ma arif-

lən dirici tədbirləri aparılmalıdır. Xəstəliyin spesifik profilaktikası 

yoxdur.

Əksepidemik  tədbirlər.  Xəstələr  müalicəyə  cəlb  olunmalı-

dır.  Həmçinin  toksoplazmozun  fəallaşması  qeyd  edilən  hamilə 

q a  dın lar  da  müalicə  olunmalıdır.  Xəstələnmiş  azqiymətli  hey-

vanlar məhv edilməlidir. Xəstə heyvanlar saxlanan təsərrü fat lar-

 da ümumi zootexniki qaydalar gözlənilməli, deratizasiya apa rıl  -

malıdır.


Kriptosporidioz

Cryptosporidium cinsindən olan koksidiyalar ilk dəfə 1907-

ci  ildə  laboratoriya  siçanının  mədəsinin  selikli  qişasında  aşkar 

edil mişdir. Hazırda 20 sahib orqanizmdə parazitlik edən kripto-

spo ridiyaların  15-dən  artıq  növü  məlumdur.  Onlar  müxtəlif  s a-

hiblərdə  –  balıqlar,  quşlar,  suda-quruda  yaşayanlar,  sürünənlər, 

mə məlilərdə tapılmışdır.

İnsanda ilk kriptosporidioz hadisəsi 1976-cı ildə təsvir olun-

muşdur. Kriptosporidiya ağır formada kəskin enterokolitdən əziy-

yət  çəkən  3  yaşında  olan  qızda  rektal  biopsiya  zamanı  alınmış 

mate rialda  aşkar  edilmişdir.  Son  illər  uşaqlarda  qastro ente rit lər 

və  enterokolitlər  zamanı,  həmçinin  baytarlıq  işçilərində  və  iri-

buynuzlu qaramalın daşınması və satışında iştirak edən şəxs lə rin 

sənəti xarakterli yoluxmalarının baş verməsində kriptosporidiya-

ların etioloji əhəmiyyəti müəyyən edilmişdir.

Müasir dövrdə QİÇS zamanı opportunist infeksiya kimi krip-

tosporidiozun iştirakı təyin edilmişdir. Əgər immuncavabdeh sis -

temin normal funksional fəallığı olan şəxslərdə kriptosporidiya-

larla  invaziyalaşma  əksər  hallarda  əlverişli  başa  çatırsa,  onda 

İİV- infek si yalı xəstələrdə kriptosporidiyalarla şərtlənən opportu-

nist infeksiya çox vaxt vəbayabənzər xarakter alır ki, o da qeyri-




682

qənaətbəxş  proq nozla  qurtarır.  QİÇS-lə  xəstələrdə  kriptospori-

dioz  mədə-bağırsaq  yolunun  patologiya sının  səbəbləri  arasında 

aparıcı yer tutur.

Kriptosporidiyaların  oosistalarını  insan  qida  və  su  ilə  udur. 

Nazik bağırsağın proksimal şöbələrində sistaların dağılması z a-

ma nı onlardan sporozoitlər azad olur ki, onlar da bağırsağın epi-

tel hüceyrələrinə yapışırlar. Parazitin özünəməxsus lokalizasiyası 

vardır: o, hüceyrənin sitoplazmasına daxil olmayaraq ekstrasitop-

lazmatik parazit formalı hüceyrə qovuğunda yerləşir. Burada t ö-

rə  dicinin inkişaf tsikli başa çatır, nəticədə cinsi hüceyrələr forma-

laşır  ki,  onlar  da  ziqotanın  yaranmasına  başlanğıc  verir.  Z i qota 

qişa ilə örtülür və oosistaya çevrilir. Parazitin bütün inkişaf pro-

sesi, yəni oosistanın sahib orqanizminə düşməsindən yeni nəsil 

oosistanın  xaric  edilməsinə  qədər  olan  proses  insanda  5  günə 

yaxın  davam  edir.  Çox  zaman  nazik  qişalı  oosista  bağırsaqdan 

xaric edilmir və autoinvaziya törədə bilir ki, o da kriptosporidio-

zun xronik gedişatını şərtləndirir.

Beləliklə,  kriptosporidiyalarla  invaziyalaşma  cavan  yaşlı  ev 

hey vanları: buzovlar, çoşqalar, cücələr arasında geniş yayılmış-

dır. İnvaziya mənbəyi kimi ehtimal olunan heyvanlara balıqların 

2, sürünənlərin 3, quşların – 7, məməlilərin – 31 növü, həmçinin 

insan daxildir. İnsanların yoluxması alimentar yolla (süd, ət məh-

sulları), oosistalarla çirklənmiş əllər, su vasitəsilə baş verir. Həm-

çinin bazarlarda satılan tərəvəzlərin də kriptosporidiyaların oo s is-

taları ilə xeyli dərəcədə çirklənməsi aşkar olunmuşdur.

İnsandan insana yoluxma yolu da mümkündür. Burada simp-

tomsuz parazitgəzdirmə vacib rol oynaya bilər, belə ki, oosistalar 

diareya qurtardıqdan sonra nəcisdə 2 həftə ərzində saxlana bilər. 

Xəstələnmənin 80%-dən çoxunu sporadik hallar təşkil edir. L a-

kin qapalı kollektivlərdə uşaqlar arasında alovlanmalar, hospital 

infeksiyaları, su alovlanmaları da müşahidə olunmuşdur. Su y o-

lux ma yolu aparıcıdır. Xəstəliyin mövsümi yüksəlişi ayırd edilir 

ki, o da ən çox isti, rütubətli aylar dövründə qeydə alınır. Törə-

dici  xarici  mühitdə çox  davamlıdır və  geniş  istifadə  edilən d e-

zin fektantların çoxuna qarşı rezistentdir. Kişilər qadınlara nis bə-

tən  daha  çox  yoluxurlar.  Azərbaycanda  diareyalı  uşaqlarda 



683

kr i  p   tosporidiozun xüsusi çəkisi 17%, praktik sağlamlarda – 0,8%, 

tez-tez xəstələnənlərdə – 13,6% təşkil edir.

Yoluxma və xəstələnməyə görə risk qrupuna kiçik yaşlı uşaq-

lar,  baytarlar,  kənd  təsərrüfatı  işçiləri,  İİV-infeksiyalı  şəxs lər, 

laborantlar,  xroniki  somatik  xəstəlikləri  olan  ahıl  yaşlı  şəxs lər 

daxildir. Xəstəlik əvvəllər ev heyvanları arasında və peşəsi ilə ə la  -

qədar  heyvanlarla  bağlı  olan  şəxslərdə  (baytarlar,  sallaqxana 

işçiləri) diareya kimi təsvir edilmişdir. Erkən yaşlı uşaqlarda kəs-

kin diareya hallarının strukturunda kriptosporidioz 4-10% təşkil 

edir.

QİÇS zamanı kriptosporidiyalar enterositlərin ağır degene rativ 



dəyişikliklərini törədir. Bağırsaqda sorma prosesi və fermentativ 

fəallıq pozulur, malabsorbsiya sindromu inkişaf edir, pro fuz dia-

reya yaranır. Kriptosporidiozun başlıca simptomu – sulu diareya-

dır.  İnvaziyanın  təsiri  altında  xəstənin  orqanizmində  laktazanın 

defisiti əmələ gəlir. Bağırsaqda disaxaridlərin yağlı turşulara q ə-

dər bakterial fermentasiyası baş verir ki, bu da əlavə ola raq s u yun 

bağırsaq boşluğuna çıxmasını şərtləndirir. İnkuba siya döv rü 3 gün-

dən 8 günə qədər davam edir.

Normal immun statusda klinik simptomatikada diareya üstün-

lük təşkil edir. Nəcis suludur, boldur, tezləşmişdir, nəcis küt lələri 

sorulmayan  maddələrin  bakterial  fermentasiyası  nəti cə sin də  pis 

qoxuya malikdir. Xəstələri ürəkbulanma, əzginlik, ümu mi zəiflik, 

qarında  spazm  xarakterli  ağrılar  narahat  edir.  Palpasiya  zamanı 

göbəkyanı sahənin ağrılı olması, qarında köp nəzərə çarpır. Müva-

fiq  müalicə  (duz  məhlulları,  pəhriz)  zamanı  kriptosporidioz  5-6 

gün ərzində əlverişli sonluqla nəticələnir. Diaqnoz yalnız labora-

toriya məlumatları (nəcisdə oosistaların aşkarlanması) n ə zə rə alın-

maqla qoyula bilər.

İİV-infeksiyalı  xəstələrdə  kriptosporidioz  öz-özünə  sağalma 

mey li olmadan ağır keçir və uzun müddət sürür, bəzən bir çox il lər 

ərzində, hətta qeyri-qənaətbəxş nəticəyə qədər davam edir. Bu z a-

man  intensiv  sulu  diareya  əmələ  gəlir,  bu  halda  tezləşmiş  sulu 

nəcislə mayenin itirilməsi sutkada 8-15 litrə çata bilər ki, n ə ti   cədə 

xəs təlik  vəbaya  bənzəyir.  Xəstələrin  bir  qismində  bağır saq  b o-

yunca intensiv ağrı əmələ gəlir, o, çox əzab verir və xəs tənin v ə-



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə