Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə225/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   221   222   223   224   225   226   227   228   ...   234

687

q o xulu, bol, sulu, nadir hallarda çox az, qanla qarışıq ola bilər. 

Seliyin  aşkar  edilməsi  də  səciyyəvidir.  İzosporozun  kəskin, 

şiddətli  başlancığı,  bədən  hərarətinin  38,5-39,5

0

C-yə  qədər  art-



ması ilə inkişaf edən ağır gedişli halları təsvir olunmuşdur. Nəcis 

tezləşmişdir,  köpüklüdür,  selik,  irin,  qan  qarışığı  vardır,  kəskin 

nəzərə çarpan intoksikasiya səciyyəvidir. İzosporozun belə ge di-

şa tı İİV-infeksiya ilə və ya digər mənşəli immundefisitli xəstələr 

üçün xarakterdir.

Laborator diaqnostika. Nəcisdə xarakterik oosistaların a ş-

kar  lanmasına əsaslanmışdır. Onlar nəcisdə klinik simpto mati ka -

nın  inkişaf  etməsindən  çox  gec  (adətən,  yoluxmadan  2-4  həftə 

sonra) əmələ gəlirlər. Oosistaların xaric olunmasının davametmə 

müddəti 7 gündən 50 günə qədər dəyişir. Nəcisdə oosistalar az 

miq darda,  bir  qayda  olaraq,  enterokolit  simptomları  söndükdən 

sonra  əmələ  gəlir.  İzosporozun  simptomsuz  gedişində  diaq nos-

tika yalnız xəstənin nəcisində xarakterik oosistaların aşkarlan ma-

sına əsaslanmışdır.

Oosistaların aşkarlanması üçün Fyuleborn üzrə flotasiya m e-

todu tətbiq edilir. Nəcis qarışığının duruldulması 40 dəqiqə çəkir, 

çünki duz məhlulunda uzun müddət saxlanması oosista ların d e-

formasiyasına  gətirib  çıxarır,  bu  isə  onların  tanınmasını  çətin-

ləşdirir.  Təzə  nəcisdə  koksidiyaların  növünün  təyin  edilməsi 

həmçinin  onunla  çətinləşir  ki,  oosistalar,  adətən,  inkişaf  etmə-

miş, sporsuz vəziyyətdə xaric olunurlar. Belə hallarda nəcisin ü z-

ə rinə 2%-li kalium xromat və ya 0,5%-li xrom turşusu tökülməli 

və otaq temperaturunda saxlanmalıdır. Bu məhlullar nəcisdə bak-

teriyaların  və  protozoy  ibtidailərin  çoxalmasının  qarşısını  alır, 

lakin oosistaların inkişafına maneçilik törətmir. Onların tam i n ki-

şafı isə bağırsaqdan xaric edildikdən sonra 1-4 sutka ərzində başa 

çatır. Bundan sonra koksidiyanın növü asanlıqla təyin edilə bilər.

İzosporların oosistaları işığı zəif sındırır, şəffafdır, ona görə 

də onları zəif işıqda tapmaq və öyrənmək lazımdır.




688

İnfuzorlar sinfi

Balantidiaz

Xronik invazion xəstəlik olub, yoğun bağırsağın zədələnməsi 

ilə müşayiət olunur və dizenteriyayabənzər sindromla müşayiət 

olunur.


Törədici. İnfuzorlar sinfindən olan Balantidiumcoli-dir. P a-

ra zit vegetativ və sista formasında mövcuddur. Vegetativ for ma 

– çox iri hüceyrədir (50-80 mkm), xaricdən kirpikciklərlə ö r tül-

müşdür  ki,  onlar  da  parazitin  maye  mühitdə  sürətlə  yerdə yiş-

məsini təmin edir. Balantidiyalar qida hissəciklərini: bak te  riyalar, 

göbələklər, eritrositlər, leykositlər və s. udmaqla qida lanır. Balan-

tidiyalar  həm  qeyri-cinsi  (eninə  bölünmə),  həm  də  cinsi  yolla 

( k on yuqasiya) bölünür. Sistaların diametri 50 mkm-ə çatır. O n-

lar, bir qayda olaraq, donuzların bağırsağında və nadir hallarda – 

insanda  parazitlik  edərkən  əmələ  gəlir.  Parazitin  vegetativ  for-

maları otaq temperaturunda 2-3 gün ərzində həyat qabiliyyətini 

saxlayır. Donuzların nəcisində sistalar bir neçə həftə ərzində sağ 

qalırlar.  Qurudulma  həm  vegetativ  formalara,  həm  də  sistalara 

ö l dürücü təsir göstərir. 



İnvaziya mənbəyi. Əsas invaziya mənbəyi donuzlardır, o n-

la rın arasında yüksək yoluxma (40-50%) qeyd edilir, bəzi təsər-

rüfatlarda isə heyvanların hamısı başdan-başa xəstələnir. G  ü   man 

edilir ki, insan da invaziya mənbəyi ola bilər. Bunu do  nuz larla 

yoluxmanın mümkün olmadığı ərazilərdə insanlar ara sında xəs-

tə liyin geniş yayılması sübut edir. Törədicilər həm çinin siçovul 

və itlərdə aşkar edilir, lakin bu məlumatlar elə m ü hüm rol oyna-

mır.


İnvaziya  mənbəyinin  yoluxduruculuq  dövrü.  Heyvanlar 

b a lan tidiyaları uzun müddət xaric edirlər. İnsanlar törədicini b a-

ğırsaq əlamətlərinin bütün dövrü ərzində xaric edə bilərlər. 

Yoluxma mexanizmi və yolları. İnsanın yoluxma mexanizmi 

fekal-oraldır. Bu, balantidiya sistalarının insanların və ya d o nuz-

ların  nəcisi  ilə  çirklənmiş  su,  tərəvəz,  meyvələr,  hazır  q i danın 

udulması zamanı baş verir. Çirkli əllər də müəyyən rol oynayır, 




689

xüsusən də donuzçuluq təsərrüfatlarında işləyən və ya şəxsi t ə-

sə rrüfatda  donuzlara  qulluq  edən  şəxslərdə  mühüm  əhəmiyyət 

kəsb edir. Milçəklər də epidemioloji rol daşıyır. 



Həssaslıq və immunitet. İnsanlar balantidiaza qarşı kifayət 

d ə rəcədə təbii rezistentliyə malikdir. Lakin balantidiazla yolux-

ma ya  qədər  ağır  xəstəlik  keçirmiş  şəxslərdə  invaziyanın  gedişi 

letal nəticələnə bilər. 



Epidemik prosesin təzahürləri. Balantidiaza sporadik hallar 

və ya kiçik alovlanmalar şəklində, demək olar ki, dünyanın bir 

çox  ölkələrində  rast  gəlir.  Balantidiaza  daha  çox  tək-tək  xəs tə-

lənmələr şəklində təsadüf olunur, lakin qrupşəkilli xəstəliklər də 

baş verə bilər. Balantidiaz daha çox kənd yerlərində, donuzlara 

qulluq göstərən insanlar arasında qeyd edilir. İnkubasiya dövrü 

tam müəyyən olunmamışdır, güman ki, bir neçə gündür.

Əsas klinik əlamətlər. Balantidiazın kəskin forması normal 

tem peraturda  baş  verir. Tezləşmiş,  selik  və  irinlə  birlikdə  duru 

nə cis, yoğun bağırsaq boyunca ağrılar qeyd olunur. Mədə şirə-

sinin turşuluğu kəskin azalır. Rektoromanoskopiya zamanı hipe-

remiya,  selikli  qişanın  şişkinliyi  və  xırda  xoralar  aşkar  edilir. 

Kəskin balantidiazın davametmə müddəti 1-2 aydan uzun sürmür. 

Balantidiazın müalicəsi aparılmadıqda uzunmüddətli, xronik resi-

divləşən gedişə malik olur. Hazırkı dövrdə müasir diaqnostika ilə 

bağlı olaraq və səmərəli müalicə vasitələrinin i  ş  lə dilməsi nəti cə-

sin də letallıq kəskin aşağı düşmüşdür. Müalicə amöbiazda olduğu 

kimidir. 

Laborator diaqnostika. İnvaziyanın laborator diaqnostikası 

nəcisdə parazitin vegetativ formalarının və sistaların tapılmasına 

əsaslanmışdır. Təzə nəcisdən fizioloji məhlulda hazırlanmış nativ 

yaxmalar müayinə edilir. Bağırsaqdan balantidiyaların döv ri ş ə-

kil də azad edildiyini nəzərə alaraq müayinələri bir neçə dəfə tək-

rarlamaq lazımdır.



Profilaktik tədbirlər. Donuzların və insanların nəcisi ilə x a-

ri ci mühitin çirklənməsinin qarşısını alan tədbirlər həyata k e çi-

rilir. Ayaqyoluların və donuzxanaların tikilməsi və istismarında 

sanitar-gigiyenik qaydalara riayət edilməlidir. Balantidiazla xəs-

tə lərin vaxtında aşkarlanması və müalicəsinə böyük diqqət ayrıl-



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə