Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə224/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   220   221   222   223   224   225   226   227   ...   234

684

ziy yətinin  yüngül ləşdirilməsi  üçün  narkotiklərin  təyin  edil mə-

si nə ehtiyac yaranır.

Diareya bir çox aylar ərzində davam edərək bədən çəkisinin 

xeyli azalmasına, dərin qida pozğunluqlarına, asteniyaya, nadir 

hal larda zəifliyin yaranmasına gətirib çıxarır. Xəstəlik üçün dia-

reyanın kimyəvi preparatlara və möhkəmləndirici vasitələrə m ü-

a licə olunmaması səciy yəvidir.

Xəstələrdə  T-hüceyrə  immunitetinin  azalması  kriptospo ri di-

oz un generalizasiyasına gətirib çıxarır, nəticədə parazit bəl ğəm-

 də, mədə möhtəviyyatında, öd kisəsində aşkar edilir.

Kriptosporidiozun diaqnostikasının aparıcı metodu törə di-

cinin mikroskopik yolla aşkarlanması sayılır. Bu məqsədlə xəs-

tə  lərin  rənglənmiş  nəcis  yaxmaları  müayinə  edilir.  Yaxmanın 

Sil-Nilsen  üsulu  ilə  karbol-fuksinlə  boyanması  zamanı  krip tos-

po  ridiyaların  oosistaları  parlaq-qırmızı  rəngin  müxtəlif  çalarla-

rına boyanır və diametri 5 mkm-ə qədər çatan dairəvi törəmələr 

şək  linə düşürlər. Bəzi oosistaların içərisində uzunsov sporo zoit-

lər aşkar olunur.

Kriptosporidiozlu xəstələrin hospitalizasiyası inva ziyanın g ə-

lə  cəkdə yayılmasının qarşısını almaq məqsədilə onları ayrı-ayrı 

bokslara yerləşdirməklə həyata keçirilir.

Müalicəsi  əsasən  su-duz  balansını  tənzimləmək  üçün  duz 

məh    lullarının (trisol, asesol, xlosol, kvartasol) yeridilməsi ilə apa -

rılır. İİV-infeksiyalı xəstələrdə invaziyanın uzunmüddətli və ağır 

gedişatında  aminturşuları,  lipid  və  karbohidrat  preparatları  ilə 

p a renteral  qidalandırmanı  həyata  keçirmək,  plazma  və  digər 

qan  ə vəzedicilər köçürmək lazımdır. Ağrı sindromunda spaz mo-

litiklər və opium preparatları yeridilir. Askorbin turşusunun, ana-

bolik v a si  tələrin təyin edilməsi məqsədəuyğundur.

Kriptosporidozla  xəstələrin  spesifik  müalicəsi  effektiv  etiot-

rop preparatların yoxluğu üzündən böyük çətinliklər törədir. Ədə -

biy yat məlumatları preparatın sutkalıq dozası 3-4 həftə ə r zində 

3-4qr təşkil etdiyi halda rovamitsinin (spiramitsinin) ef fek tiv li-

yi ni sübut edir.

Furazolidonla (peroral 100-300 mq olmaqla sutkada 4 dəfə), 

metronidazolla (750 mq-dan peroral və ya venadaxili sut kada 3 



685

də fə) və ya tetrasiklinlə (0,5 q-dan sutkada 4 dəfə peroral) müa-

li cədən  sonra  bir  sıra  xəstələrin  vəziyyətinin  əhəmiyyətli  dərə-

cə də yax şılaşması müşahidə olunur. Qeyd etmək lazımdır ki, hər 

han  sı dərman terapiyası aparılmayan di gər xəstələrdə də vəziy-

yət yaxşılaşmışdır. Digər bağırsaq koksi doz larının və tokso plaz-

mo zun müalicəsi zamanı müvəffəqiyyətlə istifadə olunan bir çox 

pre paratlar,  məsələn,  sulfanilamidlər,  piri metamin,  pentamidin, 

xinokrin, hətta yüksək dozalarda kripto sporidlərlə xəstələrin v ə-

ziy  yətini yaxşı laş dırmamışdır. İnəklərin immun ağız südü ilə xəs  -

t ə lərin müvəffəqiyyətli müalicəsi haqqında olan məlumatlar diq-

qəti cəlb edir.

Onu da nəzərə alaq ki, qazanılmış və ya anadangəlmə immun 

çatışmazlığı olmayan xəstələrdə kriptosoridoz çox zaman spon-

tan sağalma ilə başa çatır. Belə hallarda, adətən, pəhriz terapiyası 

aparmaq  və  qoruyucu  oral  rehidratasiyanı  (standart  qlüko za-

duzlu  bikarbonat  məhlulu  ilə)  həyata  keçirmək  kifayətdir. Ağır 

hallarda su-elektrolit tarazlığın bərpasına yönəl dilmiş patogene-

tik terapiya həlledici əhəmiyyət daşıyır.

Profilaktik tədbirlər invaziyanın fekal-oral yoluxma mexa-

nizmi  nəzərə  alınmaqla  əllərin  səylə  yuyulmasını,  xüsusən  də 

hey     vanlarla  təmasdan  sonra,  yalnız  qaynadılmış  suyun  və  ter-

miki emaldan keçirilmiş qidanın istifadəsini nəzərdə tutur.



İzosporoz

İzosporoz – Isospora cinsinin nümayəndələri tərəfindən törə-

dilən koksidiozdur. İzosporoz insanda nisbətən az, əsasən tropik 

və subtropik iqlimli ölkələrdə təsadüf olunur.

İzosporlar mürəkkəb inkişaf tsikli keçir. Yalnız insanın nazik 

bağır saqlarının epitel hüceyrələrində parazitlik edirlər. Bu z a man 

orada rəngsiz, şəffaf, bir tərəfdən sıxılmış oosistaların y a ran   ması 

baş verir. İnsanın nəcisində yalnız cinsi çoxalma nəti cə sin də ə m ə-

lə gələn oosistaların koksidiyaları aşkar edilir. Cinsi ç o xal ma dan 

əvvəl qeyri-cinsi çoxalma – şizoqoniya baş verir, bu zaman on -

la rın  hər  ikisi  nazik  bağırsağın  epitel  qişasında  h ü ceyrədaxili 

inkişaf  edir.  Əgər  qeyri-cinsi  fərdlər  –  merozoitlər  və  ya  cinsi 



686

for malar – qametlər bağırsağın epitel qişasının dağılmış hücey rə-

lərindən çıxaraq hər hansı səbəbdən yeni hüceyrələrə daxil ola bil-

mir və bağırsaq möhtəviyyatında qalırsa, onda tez lik lə məhv olur 

və parçalanırlar, ona görə də nəcisdə onları aşkar etmək müm kün 

deyildir.



Xəstəliyin klinik əlamətləri şizoqoniya və qametoqoniya döv-

ründə maksimal təzahür edir. Oosistaların xaric edilmə dövrünün 

əv  vəlinə  qədər  bu  əlamətlər  yox  olur. Ona görə də Patoloji n ə-

cisdə  oosistalar  çox  nadir  hallarda  aşkar  edilir,  formalaşmış  n ə-

cis də isə onları, adətən, heç axtarmırlar. Bunun nəticəsində izos -

poroz  diaqnozu  az-az,  özü  də  bu  xəstəliyin  yayılma  səviy yəsinə 

nis bətən xeyli az təyin edilir. Bundan başqa, laborator diaqnosti-

kanın qoyulması zamanı çətinliklər ona görə yaranır ki, digər i b-

tidailərin oosistalarına nisbətən bu patolo giyada oosistalar çox az 

miqdarda xaric edilir.



İnvaziya mənbəyi insan və iribuynuzlu qaramaldır. Yolux ma 

amilləri  içərisində  koksidiyaların  sistaları  olan  nəcislə  çirk lən-

miş qida, su, çirkli əllər və əşyalar əsas sayılır.

İzosporların inkişaf tsikli sahiblərin dəyişdirilməsi ilə bağ-

lıdır. Şizoqoniya iribuynuzlu qaramalın və çox güman ki, do nuz-

ların  əzələlərində  baş  verir.  Bu  heyvanların  əti  ilə  insan  or qa-

nizminə düşən sistalar cinsi prosesə – sporoqoniyaya başlanğıc 

verir ki, o da nazik bağırsağın epitel qişasında həyata keçir. İ n-

san  da  həmçinin  invaziya  mənbəyi  ola  bilər.  Koksidiyaların 

oo sistaları digər ibtidailərə nisbətən xeyli az miqdarda ifraz edi-

lir, ancaq yüksək virulentliyi ilə fərqlənir.



Klinika. İnkubasiya dövrü 6-9 günə bərabərdir, bundan sonra 

kəskin enterokolit sindromu baş verir ki, o da xəstələrin bir qis-

mində qızdırma və ümumi toksikozun digər simptomları ilə m ü-

şa yiət olunur.



Xəstəliyin davametmə müddəti 2 həftədən 6 həftəyə qə dər-

dir. Zəiflik, baş ağrısı, iştahanın azalması, əzginlik, subfebril qız-

dırma  qeyd  edilir.  Bağırsağın  selikli  qişasının  zədələnməsi  bol 

selik  ifrazı  ilə  bərabər,  sulu  diareyanın  baş  verməsinə  gətirib 

çıxarır ki, onda bəzən qan qarışığı da görünür. Xəstələri ürək bu-

lan ma, köp və qarında qurultu, duru nəcis narahat edir. Nəcis pis 




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə