Rus qoşunlarının müqaviləyə əsasən geri çəkilmə prosesi martın 8-dən
etibarən Marağadan
başlandığı üçün, ilk növbədə orada yaşayan erməniləri köçürmək nəzərdə tutulmuşdu. Qarabağa
yaxın ərazidə yerləşən Üzümçü kəndinin və ətraf kəndlərin ermənilərini Qarabağda yerləşdirmək
qərara alınmışdı.
Kasıb ailələrə kömək üçün xəzinədən 25 min manat gümüş pul ayrılmışdı. Lazarevin və
ona təhkim edilən erməni zabitlərinin vəzifəsi köçürülənlərin sərhədə çadırılması ilə bitmiş hesab
edilirdi. Bundan sonra işlərə rəhbərlik İrəvan müvəqqəti idarəsi yanında yaradılan Komitəyə
həvalə edilirdi. Komitə köçkün partiyalarını sərhəddə qarşılamaq üçün heyət göndərməli idi.
Həmin heyət onları yeni yaşayış məntəqəsinədək müşayiət edirdi. Qarabağ üzrə bu vəzifə
gömrük hərbi-dairəsinin rəisi, knyaz Abxazova həvalə edilmişdi.
1
Paskeviç İrəvan müvəqqəti idarəsinə verdiyi 16 maddəlik təlimatında
göstərirdi ki,
Komitə köçürülən ailələrin sayına uyğun torpaq sahəsi ayırmalı və onların nəzərdə tutulan
yerlərdə məskunlaşmasına rəhbərlik etməlidir. Komitə çalışmalıdır ki, köçürülən kəndlər əvvəlki
ərazilərdəki kimi ayrıca və qonşuluqda yerləşdirilsinlər. Dağlıq şəraitində yaşamışlar dağlıq
yerdə, düzənlikdə yaşayanlar isə düzənlikdə yerləşdirilməlidir ki, onlar mümkün qədər xəstəlik
və ölümdən xilas olsunlar, onların adət-ənənələrinin və təsərrüfat vərdişlərinin saxlanmasına
şərait yaransın. Müsəlmanların yaşadıqları kəndlərdə xristianların yerləşdirilməsindən uzaq
qaçmaq, xristianlardan ibarət ayrıca dairə və mahallar təşkil etmək lazımdır. Müsəlman /xristian/
kəndlərinin əhatəsində yaşayan xristianları /müsəlmanları/ öz dindaşlarının yanına
köçürmək
lazımdır. Köçürülənlər mülkədar torpaqlarında deyil, dövlət torpaqlarında yerləşdirilməlidirlər.
1
Глинка Н.С.,
Описания переселения
армян Азербайджанских в пределы России, М.1831,
səh.98-107.
Yeni məhsul götürənədək ilkin taxıl səpini üçün köçürülənlərə bərabər miqdarda borc verməli,
təsərrüfatın dirçəldilməsi üçün götürülən borc faizsiz olaraq, dörd ildən sonra altı il müddətinə
ödənilməlidir. Məskunlaşdırmaq üçün yer seçərkən sağlamlıq üçün şərait və yaxşı suyun olması
nəzərə alınmalıdır. Hər bir ailənin yerləşdirilməsi haqqında xüsusi formada hesabat və çəkilən
ümumi xərclərin hesabatı müəyyən edilməlidir.
1
Lakin sonralar hər iki təlimatın tələbləri bir çox hallarda pozulmuşdu. Lazarev və onun
yerlərə göndərdiyi nümayəndələri Türkmənçay müqaviləsini və onlara verilən təlimatı pozaraq
erməniləri
könüllü deyil, zorakılıqla köçürməyə cəhd göstərirdilər. Bununla əlaqədar Abbas
Mirzə iki dəfə polkovnik Lazarevə müraciət edir ki, onun itaətində olan zabitlərin erməniləri
zorla köçürməsi hallarına son qoysun və Türkmənçay müqaviləsinin şərtlərinə əməl etsin.
Salmas monastrının yepiskopu İzraeli ermənilərin zorla köçürülməsinə maneçilik törətdiyi üçün
arxiepiskop Nerses qraf Paskeviçə müraciət edərək xahiş edir ki, Xoydakı yerli komendata
göstəriş versin ki, İzraelini bu işdən çəkindirin və cəzalandırmaq
üçün onu Eçmiədzinə
göndərin.
2
Eyni zamanda Abbas Mirzə də Rusiya ilə İranın yeni sərhədləri boyunca ermənilərin
kütləvi surətdə yerləşdirilməsindən ehtiyat edirdi. Ona görə də ermənilərin kütləvi surətdə
köçürülməsinə maneçilik göstərməyə çalışırdı. Bunun üçün onun nümayəndələri yerlərdə olur,
erməniləri dilə tutur və əgər köçməzlərsə, onları 6 il müddətində verkilərdən azad etməyi vəd
edirdilər.
3
Köçürmə işlərinin ləngidiyini və maneçilik göstərildiyini görən Lazarev 1828-ci il martın
30-da xristianlara müraciət edir. O, müraciətin əvvəlində bəzi bədxahların yalan məlumatlar
yayaraq
1
Развитие Еревана после присоединения Восточной Армении к России. Сборник документов, İrəvan 1978,
səh.189-191
2
AKAK,
VII cild, sənəd 568.
3
AKAK, VII cild, sənəd 586.
köçmək istəyənləri qorxuya saldıqlarını qeyd etməklə bərabər, Rusiyanın onlara vəd etdiyi
güzəştləri sadalayır. O, yazırdı: “Rusiyada siz Əlahəzrətin digər təbəələri kimi, bərabər hüquqlu
olduğunuzu görəcək, bütün əziyyətləri unudacaqsınız, orada siz xristianların məskunlaşdırıldığı
yeni vətən əldə edəcəksiniz və müqəddəs dininizin alçaldılmasını bir da iş görməyəcəksiniz.
İranın müxtəlif əyalətlərinə səpələnmiş xristianların bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin!
Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, o zaman sizin köçməyiniz çətinləşəcək
və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa
zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik olaraq.”
1
Lazarevin müraciətinin ermənicə mətni İranda yaşayan ermənilər arasında yayılmışdı.
1828-ci il martın 9-da Lazarev Xoydan Paskeviçə yazdıqı rapotunda
göstərmişdi ki, artıq
4500 ailə köçürülərək Araz çayının o tərəfinə gətirilmişdir.
2
Mayın 27-də göndərdiyi raportunda
isə təxminən 500 ailə müsəlman kürdlərinin Kürdüstandan İrəvan əyalətinə köçmək niyyətində
olduqlarını bildirmişdi.
Lakin fevralın 29-da Lazarevə köndərilən məktubla müsəlmanların köçürülməsinə imkan
verməmək taqaşırılmışdı.
3
Köçürülənlərin mülkədar torpaqlarında yerləşdirilməsi haqqında Paskeviçin verdiyi
təlimatın əksinə olaraq ermənilərin böyük hissəsi həmin torpaqlarda yerləşdirilmişdi. Müəllifi
Qriboyedov olduğu ehtimal edilən “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında
qeydlər”
də göstərilir ki, ermənilərin mülkədar torpaqlarında yerləşdirilməsi bir yana,
müsəlmanların yerini dar eləmələrinə baxmayaraq, üstəlik, onlara güzəştlər verilir. Halbuki,
ziyan çəkən tərəf müsəlmanlardır. Əslində buranın
1
Глинка Н.С.
göstərilən əsəri, səh. 111.
2
AKAK, VII cild, sənəd 592.
3
Yenə orada, sənəd 598.
müsəlmanlarını köçkün hesab etmək lazımdır. Çunki müharibə zamanı sərdar onları döyüş
meydanından köçürmüşdür və ən kasıb vəziyyətdə yaşayırdılar. Ermənilər köçürülən zaman
müsəlman ailələrinin əksəriyyəti yaylaqda olmuşdular və gəlmələrin onların evlərində
yerləşdiklərindən xəbərləri yox idi.
1
1828-ci il oktyabrın 1-də Qriboyedov Paskeviçə göndərdiyi
məktubunda göstərir ki,
Naxçıvan əyalətində ermənilərin köçürülməsi nəticəsində qarışıqlıq və sıxıntı yaranmışdır.
Tatarların narazılığının ən yüksək həddə çatdığı göstərilir. Yaranan narazılığın əsaslı olmasını
göstərmək üçün köçürülən ermənilərin yerləşdirilməsi cədvəli verilmişdir.
2
yerli
yerli
köçürü-
erməni- müsəlman- lən
lər lar erməni
NEHRƏM
- 193
93
QARAXANBƏYLİ
- 81
26
TUMBUL 9
62
12
YARINCA 13
48
14
KÜLTƏPƏ
-
113
37
QAZANÇI 10
58
-
BƏNƏNYAR
- 72
12
ƏRƏZİN
- 61
7
GÜZNÜT
- 75
19
NAXÇIVAN ŞƏH. 114
392
285
Ümumiyyətlə,
Naxçıvan əyalətində 290
1632
943