hadisələr nəticəsində həlak olmuşlar (Əlavəyə bax). Həmin siyahıya əsasən 52 nəfər aldığı
xəsarət
nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş,
15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər
həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər
intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik
cərəyanı ilə, bir nəfəri suda boğüb vldürmüşdülər, 6
nəfər itgin düşmüş, 20 nəfər xəstəxanadan
yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak olmuşlar.
1990-cı ilin avqustun 9-da Azərbaycan Respublikası Ali Soveti SSRİ Prokurorluğuna 05-
1-208 nömrəli məktubla müraciət edərək Ermənistanda milli münaqişələr zəminində həlak olmuş
azərbaycanlılar haqqında məlumat verməyi xahiş etmişdi. SSRİ Baş Prokurorunun müavini
V.İ.Kvartsovun 4 oktyabr 1990-cı il 15-1502-90 nömrəli cavab məktubunda deyilir: “Sizin
məktubunuzla əlaqədar olaraq bildirirəm ki, 1988-1989-cu illərdə Ermənistan SSR-də milli
zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi qaldırılmışdır, onlardan 283-ü istintaq
aidiyyati üzrə Azərbaycana göndərilmişdir. Eyni zamanda Azərbaycan SSR-dən Ermənistana
təhqiqat üçün 138
cinayət işi daxil olmuşdur, 1989-cu il dekabrın 31-nə olan məlumata görə
Ermənistanın hüqut-mühafizə orqanlarının icraatında olan bu qəbildən 530 cinayət işindən 200 iş
üzrə cinayət açılmamış və istintaq dayandırılmışdır.
1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan ərazisində milli münasibətlərin
kəskinləşməsi üzündən bir sıra rayonlarda qarət, yanğın və ictimai qayda-qanununa zidd olan
digər hallarla müşaiyət olunan kütləvi iğtişaşlar baş vermişdir... Bu hərəkətlər nəticəsində 21
nəfər öldürülmüş (20 azərbaycanlı və bir erməni), 4 nəfər sonradan ölümlə nəticələnmiş ağır
bədən xəsarəti almışdır. Qətl hadissəsi üzrə 8 cinayət işi və zərərçəkənlərin ölümü ilə
nəticələnmiş ağır bədən xəsarəti üzrə dörd işin istintaqı başa çatdırılaraq məhkəməyə
göndərilmişdir. Əliyevlər barəsindəki cinayət işinə bəraət qazandırıcı əsaslar üzrə xitam
verilmişdir, belə ki, istintaq
bu qənaətə gəlmişdir ki, onun Mirzoyanı öldurməsi son zəruri
müdafiə həddindən baş vermişdir.
Bu qəbildən məhkəməyə göndərilən üç qətl və ağır bədən xəsarəti yetirilməsi uzrə iki
cinayət işi üzrə günahkarlar müxtəlif müddətlərdə azadlıqdan məhrum edilmişlər. Bir neçə
cinayət işi əlavə istintaqa qaytarılmışdır.
Ermənistan Prokuroruna tapşırılmışdır ki, bu işlər üzrə aparılan istintaqın tamlığını və
obyektivliyini yoxlasın, onun başa çatdırılması üçün tədbirlər görsün. Günahkarların
müəyyənləşdirilməsi üzündən istintaqın xitam verilmiş işləri araşdırmaq və istintaqı təzələmək
məsələsinin mümkünlüyünü öyrənmək tapşırığı da verilmişdir. Ermənistan məhkəmələrinə milli
nifaq zəminində baş vermiş 91 müttəhim barəsində cəmisi 53 cinayət işi göndərilmişdir. 48 iş
üzrə 82 nəfər mühakimə olunmuş, onlardan 30 nəfər müxtəlif müddətdə azadlıqdan məhrum
edilmişdir.
SSRİ Prokurorluqu cinayətlərin açılmasına nəzarət edir və zəruri kömək göstərir.”
1
V.İ.Kvartsovun bu cavabı ilə əlaqədar təkcə onu qeyd edirik ki, əgər Ermənistanın hüquq-
mühafizə orqanlarının icraatında olan 530 cinayət işindən 200 iş üzrə cinayət açılmamış və
istintaq dayandırılmışdırsa, keçmiş SSRİ Prokurorluğunun bu işə necə kömək etdiyini və hansı
nəzarəti qoyduğunu izah etməyə ehtiyac qalmır.
Məhz hüquq-mühafizə orqanlarının nəzarətsizliyi, onların
erməni millətçilərinin
separatçı hərəkətlərinə vaxtında və qanuni qiymət vermədiklərinin nəticəsində 200 mindən artıq
azərbaycanlılar əsrlər boyu yaşadıqları əzəli torpaqlarından iki həftə ərzində vəhşicəsinə
qovuldular. Keçmiş İttifaq orqanları azərbaycanlıların Ermənistandan deportasiyasına seyirci
münasibət göstərdi. Demək olar ki, bütün
1
Həsənli H., “Faciələrin xronikası yaradılmalıdır”məqaləsi, “Vətən səsi” qəzeti,
1 avqust 1991-ci il.
azərbaycanlılar Ermənistandan qovulduqdan sonra, yəni 1988-ci il dekabrın 6-da Sov. İKP MK
və SSRİ Nazirlər Soveti “Vətəndaşların daimi yaşayış yerləri məcburi tərk etməsində
Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin
yolverilməz hərəkətləri haqqında” qərar qəbul etmişdi.
SSRİ Nazirlər Soveti sədrinin o zamankı müavini B.Şerbinanın rəhbərliyi ilə hər üç
Zaqafqaziya respublikalarının nazirlər sovetlərinin sədrləri və İttifaqın müvafiq nazirliklərinin
rəhbər işçiləri da daxil olmaqla xüsusi komissiya yaradılmışdı. Bu komissiya qaçqınların
təhlükəsiz köçürülməsi və yerləşdirilməsi məsələləri ilə məşqul olmalı idi. Əslində isə
Ermənistandan azərbaycanlılar faktiki olaraq təmizləndikdən və dekabrın 7-də orada
baş verən
zəlzələdən sonra bu komissiya da heç bir iş görmədən öz işini başa vurmuşdu.
Zəlzələnin vurduqu ziyanları aradan qaldırmaq, iqtisadiyyatı bərpa etmək üçün
Ermənistana xeyli miqdarda işçi qüvvəsi lazım idi. Məhz bu məqsədlə də 1989-cu il yanvarın 4-
də Ermənistan rəhbərliyinin “xahişi” ilə Azərbaycan rəhbərliyi hər iki respublikanın KP MK-
larının, Ali Soveti Rəyasət heyətlərinin və Nazirlər Sovetlərinin adından daimi yaşayış yerlərinə
qayıtmaları üçün qaçqınlara müraciət etmişdi.
Azərbaycandan Ermənistana köçən ermənilər isə dünyanın hər tərəfindən Ermənistana
köməyə gəldikləri vaxtda kütləvi surətdə Azərbaycana geri qayıtmaqa baişamışdılar. Dekabrın
16-da SİTA məlumat verirdi: “Azərbaycan SSRİ-in partiya, sovet və digər orqanlarının səyi ilə
əvvəllər Azərbaycanı tərk etmiş erməni millətindən olan şəxslər geri qayıtmağa başlamışlar.
Dekabrın 2-dən 15-dək Ermənistandan daimi yaşayış yerlərinə (yəni Azərbaycana) 2300
nəfərdən artıq erməni qayıtmışdır, o cümlədən Bakıya 1100 nəfər, Şamaxıya 315 nəfər,
Zaqatalaya 110, Şamxora 54 nəfər. Qayıdan kimi onlar öz əmək kollektivlərində işə başlayırlar.”
Ermənistan rəhbərliyi özünü “sığorta” edərək azərbaycanlıların Ermənistana qayıtmasına
təminat verilməsi illüziyası yaratmaq məqsədilə 15 dekabr 1988-ci ildə Sov. İKP MK və SSRİ
Nazirlər Sovetinin 6 dekabr tarixli yuxarıda adı çəkilən qərarının yerinə yetirilməsinin gedişini
müzakirə edərək 13 rəhbər işçini partiya sıralarından kənar etmiş (daha dəqiq desək, bir
vəzifədən başqa vəzifəyə dəyişdirmişdi), 68 nəfərə partiya tənbehi vermişdi. Büro həmçinin
Quqark rayon partiya komitəsinin birinci katibi L.Bağdasaryanı və icraiyyə komitəsinin sədri
S.Kazaryanı işdən azad etməklə kifayətlənmiş, Stepanavan və İcevan rayonlarının
birinci
katibləri Y.Cşmartyan və C.Ananyana isə ciddi töhmət vermiş, adları çəkilən rayonlardan əlavə
Yeğeqnadzor, Krasnoselo, Ararat, Masis, Amasiya, Noyemberyan rayonlarında vətəndaşların
hüquqlarının pozulması, şantaj və kütləvi iqtişaşlara yol verildiyini qeyd etmişdi. Ermənistan
Prokurorluğu isə Sevan, Kalinino və Abovyan rayon prokurorlarını işdən azad etmişdi.
Ermənistanda zəlzələ baş verməsəydi şübhəsiz ki, heç bu cür başdansovdu cəza
tədbirlərinə də əl atılmayacaqdı. Çünki Ermənistanda heyvandarlıq və tərəvəz məhsullarının
əksər hissəsini azərbaycanlılar istehsal edirdilər. Mənzillərini dəyişdirmək yolu ilə
Azərbaycandan gələn ermənilər isə əsasən şəhər mühitində yaşadıqlarından, qaçqın kimi
Ermənistanda qeydə alınır, humanitar yardım alaraq dərhal Rusiyanın şəhərlərinə üz tutur, orada
da qaçqın kimi yenidən qeydə alınaraq bir daha yardım alır və digər
güzəştlərdən istifadə
edirdilər.
Ermənistanda baş verən dəhşətli zəlzələdən sonra bütün inciklikləri, Azərbaycan xalqına
edilən zülm və haqsızlıqları bir kənara qoyaraq zəlzələ zonasına istər maddi-texniki, istərsə də
işçi qüvvəsi ilə kömək göstərib uçqunlar altında inildəyən ermənilərin xilasına birinci yetişən
Azərbaycan rəhbərliyi oldu. Daha fikirləşmədilər ki, xilas etdikləri erməni özünə gələn kimi,
əlinə silah göturüb, yenə də Azərbaycan xalqının qəsdinə duracaq,
Azərbaycanla sərhəd
rayonların ərazisindən, yaxud DQMV-in erməni kəndlərindən dinc azərbaycanlılara atəş
açacaqdır.
Mayasına, iliyinədək millətçilik azarına tutulan ermənilər isə “Qarabağ” komitəsi başda
olmaqla Leninakan (Gümrü) və Spitakda minlərlə erməninin uçqunlar altında qalıb inləməsini,
kömək ummasını veclərinə almayıb zəlzələ zonasına gəlmiş M.Qorbaçovdan Qarabağ
probleminin onların xeyirinə həll etməsini tələb etmişdilər.
Azərbaycan hökumətinin ona pənah gətirmiş 200 minə yaxın qaçqının dərd sərini bir
kənara qoyub karvan-karvan Ermənistana göndərdiyi hər cür ləvazimat, pal-paltar, dava-dərman
dolu yük maşınları İcevandan geri qaytarıldı. Noyabrın 11-də Respublika hərbi Komissarlığının