Tarixən azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiya olunması iki
yüz illik
qaçqınlıq tariximizin ən ağrılı səhifələri araşdırılıb öyrənilməlidir. Qaçqınlıq və deportasiya
faciəmizin tarixi köklərini, ictimai-siyasi amillərini üzə çıxarıb, təbliğ etmək lazımdır.
Azərbaycanlıların dədə-baba torpaqlarından deportasiya olunması haqqında Bakıda
beynalxalq konfrans keçirilməsi tarixi torpaqlarımızın taleyinə günün tələbləri baxımından
yanaşılması, Azərbaycan diasporunun xətti ilə deportasiyaya dair sərgilər, dəyirmi masalar,
yığıncaqlar təşkil olunması olduqca vacibdir.
Bu fərmanın imkanlarından istifadə edərək Azərbaycan Respublikasından kənarda öz
tarixi torpaqlarında cəm halında yaşayan (Dərbənd, Borçalı, Güney Azərbaycan)
azərbaycanlıların sosial-mədəni həyatının öyrənilməsinə diqqət artırılmalıdır. Beynəlxalq
təşkilatlara müraciət edərək, xalqımıza qarşı edilən haqsızlıqlara hüquqi
qiymət verilməsinə nail
olmalıyıq. Bununla yanaşı, biz indiki Ermənistanda qalan bir çox tarixi abidələrimizin taleyi
haqqında da düşünməliyik.
Azərbaycanlılara qarşı törədilmiş deportasiyalar və milli münaqişələr Rusiya
imperiyasının çox məharətlə hazırladığı planların mərhələ-mərhələ həyata keçirilməsinin məntiqi
nəticəsi idi. Onun nəticələrinə elmi münasibət bildirilməli, Türkmənçay ivə Gülüstan
müqavilələrinin mahiyyəti bugünkü və gələcək nəsillərə çatdırılmalıdır. Ümumiyyətlə, biz bir
xalq kimi unutqanlıq və biganəlik hisslərini qanımızdan, canımızdan çıxartmağa çalışmalıyıq.
Adətən tarixdən ibrət götürməyən xalqların faciələri təkrarlanır.
Bəziləri üçün tez,
bəziləri üçün gec.
XIX əsrin əvvələrində Rusiyanın Zaqafqaziyanı işğalı anından etibarən indiki Ermənistan
ərazisində min illər boyu yaşamış türk boylarının (oğuz, qıpçaq) səksəkəli, qanlı-qadalı günləri
başlamışdır. İki əsrlik imperiya siyasətinin nəticəsi kimi türklərə qarşı dəfələrlə törədilən
qırğınlar, soyqırımları, deportasiyalar nəticəsində onlar həmin ərazilərdən sonuncu nəfərinədək
qovulmuşlar.
Tarix boyu özgə torpaqlarda gözü olan ermənilərin “Böyük Ermənistan” dövləti yaratmaq
kimi sərsəm ideyaları “xristian himayəçiliyi” pərdəsi altında müstəmləkəçilik siyasəti yeridən
Rusiyanın da mənafeyinə uyğun gəlmişdir. Hindistanı və Yaxın Şərqi işğal etmək arzusunda olan
Rusiya imperiyasına Türkiyə, İran və Azərbaycan sərhədləri kəsiyində özünə etibarlı dayaq
lazım idi ki, əlverişli şərait
yetişən kimi, həmin etibarlı ərazidən tramplin kimi istifadə etsin.
1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali
Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları ərazisində Erməni vilayəti təşkil edilmişdir. Cəmisi
25 min erməninin yaşadıqı həmin ərazilərə İran və Türkiyədən kütləvi surətdə ermənilər
köçürülmüşdü ki, vilayətin etnik tərkibi ermənilərin say üstünlüyü ilə nəticələnsin və bununla da
erməni vilayətinin inzibati-ərazi bölgüsü möhkəmləndirilsin.
Ermənilərin İran və Türkiyədən indiki Ermənistan ərazisinə kütləvi surətdə köçürülməsi
ilə paralel olaraq Erməni vilayətinə daxil edilən İrəvan əyalətinin Qırxbulaq, Zəngibasar,
Körpübasar,
Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçanis, Saatlı (Səədli), Talin, Seyidli-
Ağsaqqallı, Sərdarabad, Kərnibasar, Abaran, Dərəçiçək, Göycə (bir hissəsi) mahallarının,
Naxçıvan əyalətinin Əlincəçay, Məvazixatun, Xok, Naxçıvan Dərələyəz mahallarının, Ordubad
dairəsinin Ordubad, Əylis, Dəstə, Biləv və Cənnəp mahalları türklərinin əksəriyyəti əsasən
Türkiyə və İrana köçməyə məcbur olmuşlar.
Ruslardan himayə körən ermənilər silahlanaraq indiki Ermənistanın
hər yerində və
Yuxarı Qarabağda dəfələrlə basqınlar edərək silahsız və müdafiəsiz olan Azərbaycan türklərini
qırmış, əmlaklarını qarət edərək doğma yurdlarından didərgin salmışlar. Bu cür qırğınlar 1905-
1906-cı, və 1915-1920-ci illərdə daha kütləvi şəkil almış, demək olar ki, indiki Ermənistanın hər
bölgəsində türklərə qarşı soyqırım (genosid) siyasəti həyata keçirilmişdir.
1948-53-cü illərdə Harutyunov-Mikoyan-Stalin üçlüyünün həyata keçirdiyi deportasiya
aksiyasına göz yumulmuş, 150 minə yaxın Azərbaycan türkünün Ermənistanda repressiyaya
məruz qalması faktı uzun müddət gizlədilimşdir.
1988-ci ildən etibarən ermənilərin Rusiyanın hərbi potensialına və Qərbdə bəzi ermənipərəst
dövlətlərin himayəsinə arxalanaraq yenə də Qarabağda Azərbaycanlılara qarşı kütləvi surətdə
soyqırımı həyata keçirmələrinə dünya ictimaiyyəti biganə qaldığı kimi, 1988-ci ildə
Ermənistanda Azərbaycan türklərinə qarşı törədilən soyqırımdan da çoxlarınin xəbəri yoxdur.
Həmin dövrdə Ermənistanda yarayan Azərbaycan türklərinin sıxışdırılıb çıxarılması ilə
yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi paralel surətdə aparılmışdır.
Azərbaycanda yaşayan ermənilərə Dağlıq Qarabağda süni surətdə muxtariyyət
verildiyi
halda, indiki Ermənistanda yaşamış Azərbaycan türklərinin hüquqları ən kobud şəkildə
pozulmuş, layəqətləri alçaldılmış və təhqir edilmişdir. Ermənistanda həmişə antiazərbaycan
təbliqatı aparılmışdır. Milli ayrıseçkilik, şantaj, şovinizm, rasizm və anneksiya siyasəti
Ermənistanda rəsmi dövlət səviyyəsində aparıldığından, XX əsrin sonunda bir daha ermənilərin
tarixin müəyyən mərhələlərində vaxtabşırı özünü büruzə verən “paranoyya” dövru, yaxud
“erməni xəstəliyi”nin yeni təzahüru yetişmişdir.
Bu kitab yuxarıda qeyd edilən məsələləri qismən də olsa açıqlayaq və indiki Ermənistan
ərazisində yaşamış Azərbaycan turklərinin iki əsrlik faciəsini xronoloci şəkildə əks etdirmək,
Dağlıq Qarabağda və digər rayonlarda azərbaycanlıların başına
gətirilən faciələri dünya
ictimaiyyətinin üzərinə çatdırmaq məqsədinə xidmət edir.
Erməni mətbuatı, erməni tarixçiləri tarixi saxtalaşdırmaq işində mahir olduqları üçün
Ermənistanda yaşayan Azərbaycan türkləri haqqında rəsmi və statistik məlumatları mətbuat
səhifələrinə çıxarmamış, ən yaxşı halda isə təhrif edilmiş-şəkildə təqdim etmişlər.
İndiki Ermənistandan, yəni azərbaycanlıların öz tarixi torpaqlarından qaçqınlıq
tarixinə dair kitab və monoqrafiyaların yazılmasının muhüm əhəmiyyəti həm də ondadır ki, bu
əsərlər erməni siyasətbazlarının, erməni diasporunun xaricdə və keçmiş SSRİ ərazisində
Azərbaycan haqında yaymış olduqları hər cür bədnam fikirləri alt-üst edir, erməni təbliğatını,
erməni faşizminin əsl simasını açıb göstərir.
Bu istiqamətdə aparılan tədqiqatın başlıca məqsədi azərbaycanlıların keçmişdə və bu
gun erməni təcavüzu sayəsində qarşılaşdığı qaçqınlıq problemini hərtərəfli açıb göstərmək,
butun bu ağrılı-acılı məsələləri həm tarixi sübutlarla, həm də faktik materiallarla dünya
ictimaiyyətinə, beynalxalq təşkilatlara daha obyektiv şəkildə çatdırmaqdır.
Fikrimizcə, mövcud monoqrafiya ermənilərin azərbaycanlılara qarşı həyata
keçirdikləri
soyqarım siyasətinin iç üzünün açılması sahəsivdə atılan addımlardan biri kimi qiymətləndirilə
bilər.
I FƏSİL.
QƏRBİ AZƏRBAYCANA ERMƏNİLƏRİN KÜTLƏVİ
AXINI VƏ AZƏRBAYCANLILARIN İLKİN
QAÇQINLIQ DÖVRÜ (XVII-XIX ƏSRLƏR)
1. ERMƏNİLƏRİN DÖVLƏT YARATMAQ SƏYLƏRİ
İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə halında yaşayan ermənilərin öz
müstəqil dövlətlərini yaratmaq arzusuna ilkin təkan verən amillərdən ən başlıcası XVI-XVII
əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Səfəvi
hökmdarları Türkiyə ilə mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq üçün
xristian agentlərdən-erməni tacirləri və din xadimlərindən istifadə etmişdilər.
Erməni tacirləri Səfəvilər dövlətinin xarici ticarət əlaqələrinin genişlənməsində xüsusi rol
oynayırdılar. Şahlığın ərazisində olan erməni kilsələrinə xüsusi güzəştlər verilmişdi. Onlar
vergiləri yerli hakimlərə deyil, birbaşa şah xəzinəsinə verirdilər.
1