Sonralar Pəmbək əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri
üçün
üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi
altında bölgədən qaçaraq Qars paşalığına sığınmışdılar. Onların geri qaytarılması üçün knyaz
Sisianov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət etmişdi.
2
1804-cü ilin yazında İrəvan xanlığının, ərazisindən 2 min erməni qaçaraq rusların
himayəsinə keçmiş və onlar Loru-Pəmbək bölgəsində məskunlaşdırılmışdılar.
3
Həmin il rus
qoşunları Şörəyelə daxil olur. 1805-ci il oktyabrın 20-də Şörəyel sultanı Budaqla knyaz Sisianov
Gəncədə Şörəyelin əbədi olaraq Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd imzalayırlar.
Məhz bundan sonra həmin ərazidə yaşayan türklərin qaçqınlıq dövrü başlanmışdır.
1
Акты, собранные Кавказскою археографическою комиссиею. Архив главного управлений
наместника Кавказа, I cild, Tiflis, 1866, sənəd 801. (Bundan sonra , АКАК)
2
АКАК, , II cild sənədlər 1867-1869.
3
Военная энциклопедия, СПб. 1912, səh. 587; Парсамян B.Л
.., Истори армянского народа, I kitab, İrəvan,
1972, səh.20.
Şörəyel kəndlərinin qarapapaq boyundan olan əhalisinin bir hissəsi 1807-ci il rus-türk
müharibəsi nəticəsində İrəvan xanlığının və Qars paşalığının ərazilərində sığınacaq
tapmışdılar.
Qarapapaq tayfaları fürsət tapan kimi əvvələr yaşadıqları kəndlərə hücum edib erməniləri
qovmaq istəyirdilər. 1807-ci il avqustun 26-da general Nesvetayev qraf Qudoviçə yazdığı
məktubda göstərirdi ki, qarapapaqlar Gümrü yaxınlığında yerləşən Tapanlı və Qoçqant
kəndlərinə basqın etmiş, 7 erməninin başını kəsmişlər.
1
Oktyabrın 29-da
göndərilən raporta isə
Şörəyelin yerli sakinlərindən 26 ailənin Qars paşalığına qaçdıqları qeyd edilir.
2
Şərqa Anadoluda yaşayan ermənilər İrəvan xanlığının ruslar tərəfindən işğalını
səbrsizliklə gözləyirdilər. Bayazid paşalığında yaşayan ermənilər 1806-cı ilin sentyabr ayında
Tiflisə məktub göndərmişdilər ki, rus qoşunları İrəvanı ələ keçirən kimi, 10000 erməni hər
şeylərini atıb gələcəklər. Ərzurum ermənilərindən 200 ailə rusların İrəvanı ələ keçirdiklərini
eşidib hətta yola düşüblərmiş. Onlar Qarsa çatanda bu xəbərin yalan olduğunu eşidib, orada
gözləməyə məcbur olmuşdular. Eyni zamanda həmin məktubda göstərilir ki, İrəvan
sakinlərindən (xanlığın ərazisindən) 500 tatar (azərbaycanlı) ailəsi Qarsa köçmüşdür.
3
Rus qoşunları Şörəyelə daxil olanadək sultanlığın ərazisində 170-ə yaxın kənd olmuşdur.
1805-ci ilin statistik məlumatlarına görə isə Şörəyeldə sultan Budağın itaətində cəmisi 524 ailə
yaşamışdır. Həmin ərazidə rusların istər türklərlə, istər İrəvan xanının, istərsə də İran şahının
vəliəhdi Abbas Mirzənin qoşunları ilə müharibələri nəticəsində Şörəyelin kəndlərinin əksəriyyəti
xaraba qalmış, əhalisi isə qaçqın düşmüşdür. Sonradan həmin ərazidə Türkiyədən gələn
ermənilər məskunlaşmışdılar. Sultan Budaq və kapitan Cəfər bəyin 1809-cu ilin dekabrında
general-mayor Haqverdova
1
AKAK,
III cild, sənəd 435
2
Yenə orada, sənəd 437
3
AKAK, III cild, sənəd 917
4
AKAK, IV cild, sənəd 1447
yazdıqları ərizədə göstərilirdi ki, İranla müharibə nəticəsində kəndlər dağıdılıb xaraba qalmış və
bütün Şörəyel əyalətində сəmisi 250 ev qalmışdır.
1
1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında bağlanan Gülüstan müqaviləsinə əsasən
Şəmşədil, Loru-Pəmbək və Şörəyel əyalətləri Gənсə, Qarabağ, Şəki, Şirvan, Bakı, Quba,
Dərbənd, Talış xanlıqları və Dağıstan həmişəlik Rusiyanın tərkibinə qatılır.
19-cu əsrin əvvələrində İrəvan xanlıqı 15 mahaldan - Qırxbulaq, Zəngibasar,
Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parcanis, Səədli, Talın, Seyidli-Axsaxlı,
Sərdarabad, Körpübasar, Abaran, Dərəçiçək və Göycə mahallarından ibarət idi.
2
Xanlığın mərkəzi İrəvan şəhərini 1804-1813-cü illərdə ruslar ələ
keçirmək üçün iki dəfə
сəhd göstərmişdilərsə də, buna nail omamışdılar. Gülüstan müqaviləsinin bağlanmasından
14 il sonra yenidən başlanan Rusiya-İran müharibəsi zamanı 1827-ci il iyunun 26-da ruslar
Naxçıvan şəhərini, sentyabrın 20-də Sərdarabad qalasını, oktyabrın 1-də isə İrəvan qalasını ələ
keçirmişdilər. İrəvanın ələ keçirilməsində xüsusi xidmətlərinə görə Xüsusi Qafqaz
korpusunun komandanı general İ.F.Paskeviçə “Qraf Erivanski” titulu verilmişdi.
Rus qoşunlarının İrəvan xanlığını işğal etməsində ermənilər xüsusi fəallıq göstərmişdilər.
Eçmiədzin kilsəsi, xüsusən də arxiyepiskop Nerses arxada təxribatla məşğul olur, rus qoşunlarına
silahla yardım edirdilər. Ermənilərin Abbas Mirzənin qoşununa içəridən zərbə vurmasına aid
Erməni vilayətinin rəisi A.Çavçavadze 1828-ci il mayın 21-də Paskeviçə yazmışdı: “İrəvan
əyalətinin Nurnus kənd sakini erməni Hakan Harutyunov Abbas Mirzənin ordusunda topçu kimi
xidmət edərkən, avqustun 17-də döyüş zamanı top
atəşini rus
1
АКАК, IV cild, sənəd 681.
2
Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к
Российской империи, СПб 1852, səh. 442-446.
qoşunlarına deyil, əks istiqamətə - İrəvan xanının qoşunlarına tərəf yönəltdiyi diqqəti cəlb
etmişdir. Harutyunov onun hərəkətinin diqqəti cəlb etdiyini duyan kimi döyüş meydanından
qaçmışdır. Ancaq bədbəxtlikdən Eçmiədzin monastrının yaxınlığında tutulmuşdur. İrəvan sərdarı
Hüseyn xan onun gözlərini çıxarmış, burnunu, dodaqlarını və dabanlarını kəsmişdir.”
1
Paskeviç Erməni vilayətinin idarəsinə 1828-ci il iyulun 4-də göndərdiyi məktubda
bildirmişdir ki, müharibə zamanı xanlığın ərazisində rus komandirlərinin məktubunu
gəzdirdiyinə görə Astvatsaturovanın ərini öldürmüş, rus generalı Benkendorfun dəstəsinə
bələdçilik etdiyinə görə isə Hovhannes Əsliyanın gözlərini çıxarmış, burnunu və dilini
kəsmişdilər. Arxiyepiskop Nersesin təqdimatı ilə hər üç ailəyə 10 çervon qızıl verilmiş, onların
ailəsinə 30 manat təqaüd kəsilməsi qərara alınmışdı.
2
1828-ci il yanvarın 25-də imperator buyruğu ilə arxiyepiskop Nerses İranla müharibə zamanı
göstərdiyi sədaqətə, səyinə və şücaətinə görə müqəddəs Aleksandr
Nevski ordeni ilə təltif
edilmişdi.
3
Rus ordusunun İrəvan şəhərinin ətraf bölgələrini işqal etdiyi zaman həmin ərazilərdən
müsəlman əhalisinin didərgin edilməsi haqda Paskeviç 1827-ci il iyulun 27 -də qraf Nesselorda
göndərdiyi məktubunda bildirmişdi ki, qarapapaqlardan 100 ailə və ayrımlardan 300 ailə Qarsa
qaçmışlar, qüvvətli Uluxanlı tayfasından 600 ailə Bayazidə, müsəlman cəlalı kürdləri isə Muşa
qaçmışlar. Qarapapaqlardan digər 800 ailə isə Arazı keçib Həsən xanın (İrəvan xanı Hüseyn
xanın qardaşı) dəstəsinə birləşmişlər. Onlarla birlikdə cəmədinli kürdləri (700 ailə), birukilər
(400 ailə), dovmanlılar (400 ailə), çobangərəlilər (200 ailə), zilanlı kürdləri (1000 ailə) sərhəddən
o taya - Türkiyəyə keçmişlər.
4
1
АКАК,
VII cild, sənəd 443
2
Yenə orada, sənəd 440
3
Собрание актов..., I cild 54.
4
АКАК, VII cild, sənəd 512
İrəvan xanlığının ərazisində yeni rus üsul-idarəsi tətbiq etmək üçün Paskeviçin əmri ilə
İrəvan müvvəqəti idarəsi yaradılır və yerli qoşunların komandanı, general Krasovski rəis təyin
edilir. Arxiyepiskop Nerses Aştarakesi idarənin üzvü olur. Krasovskinin Nersesə verdiyi qeyri-
məhdud səlahiyyətlər sayəsində ermənilər istədiklərinə nail olurlar. Müharibədən çıxmış əhaliyə
paylamaq üçun verilən 4500 çetvert taxılın böyük hissəsi sayca azlıq təşkil edən ermənilərə
paylanmışdı. Müsəlmanlar dövlət himayəsindən məhrum edilmişdilər. Bununla - əlaqədar
Paskeviç baş Qərargah rəisinə göndərdiyi məktubunda yazırdı: “Mən
təsəvvür etməzdim ki,
Krasovski yalnız Nersesin iradəsi ilə hərəkət edəcək, mənim ona verdiyim təlimata məhəl
qoymayıb, yenicə ələ keçirilmiş əyalətin idarə edilməsi qayğısına qalmayacaq, bütün əhalinin
dörddə üçünü təşkil edən müsəlmanlara himayədarlıq etməyəcək, lazımi vəsait ayırmayacaq.”
1