Yerli müsəlmanlar arasında narazılışn artması əhalini yaşadıqları yerlərdən köçüb
sərhədin o tayına keçməyə vadar edirdi. Rusiyadan narazı əhalinin sərhədin o tayında
cəmlənməsi
Paskeviçi narahat edirdi, ona görə də o, Nersesi İrəvan müvəqqəti idarəsindəki
fəaliyyətindən uzaqlaşdırmışdı. Türkmənçay müqaviləsi imzalandıqdan sonra Paskeviç
general Krasovskini rəis vəzifəsindən azad etmiş, müsəlmanlara qarşı bəd əməllərindən əl
çəkməyən Nersesi isə Bessarabiyaya sürgün etdirmişdi.
1827-ci ilin sonu, 1828-ci ilin əvvəli rus qoşunları Cənubi Azərbaycanın Təbriz, Xoy,
Urmiya, Salmas və Ərdəbil şəhərlərini ələ keçirirlər.
1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üstündə yerləşən
Türkmənçay kəndində
bağlanan müqavilə ilə 1826-1828-ci illər Rusiya-İran müharibəsinə son qoyulur. Bu müqavilə ilə
İrəvan və Naxçıvan xanlıqları bütünlüklə Rusiyanın ərazisinə qatılır Martın 20-də I Nikolay bu
müqaviləni təsdiq edir
1
Yenə orada, sənəd 438
və ertəsi gün Erməni vilayəti yaradılması haqqında fərman verilir. Fərmanda deyilir: “İranla
bağlanmış müqaviləyə əsasən İrandan Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarını
bundan sonra “Erməni vilayəti” adlandırmağı hökm edir və öz titulumuza daxil edirik. Həmin
vilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında ali senat lazımi fərmanları öz
vaxtında alacaqdır.”
1
Erməni vilayəti İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü.
İrəvan əyalətinə keçmiş İrəvan xanlığının 15 mahalı, Naxçıvan əyalətinə 5 mahal və Ordubad
dairəsinə 5 mahal daxil idi. Vilayət idarəsinin rəisi vəzifəsinə yerli qoşunların komandanı
Aleksandr Çavçavadze təyin edilmişdi.
1829-cu ilin əvvəlində qraf Paskeviç-Erivanskinin tapşırığı ilə kollec assesoru İ.Şopen
erməni vilayətində kameral siyahıyaalma keçirmişdir. Əlyazması 20 cilddən ibarət olan bu
siyahıyaalmanın nəticələri müəllifin 1852-ci ildə nəşr edilən
Erməni vilayətinin Rusiya
imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi” əsərində verilmişdir.
İ. Şopenə görə Erməni vilayətində 752 kənd olmuşdur. Onlardan 521-i İrəvan əyalətində,
179-u Naxçıvan əyalətində, 52-si Ordubad dairəsində olmuşdur /kitabın əlavəsinə bax/.
Müharibə nəticəsində vilayətin ərazisində 359 kənd, o cümlədən 310 kənd İrəvan əyalətində, 42
kənd Naxçıvan əyalətində, 6 kənd Ordubad dairəsində xaraba qalmış, əhalisi didərgin düşmüşdü
2
/əlavəyə bax/.
Deməli, dağıldılmış, xaraba qoyulmuş kəndlərlə birlikdə Erməni vilayətində cəmisi 1111
kənd olmuşdur.
İ.Şopenin hesablanmasına görə, xanlıqların işqal edilməsinədək Erməni vilayətinin
ərazisində təxminən 23.730 ailə /İrəvan əaylətində 17.000 ailə, Naxçıvan əyalətində 4.600 ailə,
Ordubad dairəsində 2.130 ailə/ yaşamışdır ki,
1
Собрание актов..., I hissə, 1833, səh.178-179.
2
Шопен И.,
göstərilən əsəri, səh.
510
orta hesabla, hər ailədə 5 nəfər götürdükdə, bu, 118.650 nəfər təşkil edir.
1
Siyahıyaalmanın nəticələrinə görə, vilayətdə 81.749 müsəlman və 25.131 yerli erməni
qeydə alınmışdır. Bu siyahıyaalınmanın üstun cəhəti ondadır ki, ayrı-ayrı yaşayış məntəqələri
uzrə İrəvandan və Turkiyədən köçürülən erməni ailələrinin sayı və onların hansı yaşayış
məntəqəsində məskunlaşdırıldıqları göstərilmişdir.
1840-cı ildə Erməni vilayəti buraxılır. Əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-
İmeretin quberniyasının tərkibinə daxil edilir. 1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan,
Ordubad və Novo-Bayazid /Yeni Bayazid/ qəzalarından ibarət İrəvan quberniyası təşkil
edilir və
1917-ci ilə qədər bu struktur dəyişməz qalmışdır.
1
Шопен И.,
göstərilən əsəri, səh
.542
3. İRANDAN ERMƏNİLƏRİN KÖÇÜRÜLMƏSİ
1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən
İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilirdi.
Hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına,
əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan mülkünü aparmaq və satmaq üçün bir
il, daşınmaz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam
/vəkalət/ üçün 5 illik müddət müəyyən edilmişdi.
1
Lakin ermənilərin köçürülməsi üçün hazırlıq işlərinə hələ 1827-ci ilin may ayında
Paskeviçin Peterburqdan xüsusi tələbnamə əsasında ermənilər arasında nüfuza malik olan
polkovnik Lazarevi /Eqiazar Lazaryan/ öz sərəncamına götürməsi vaxtından başlanmışdı.
Oktyabrın əvvəlində artıq Lazarev Cənubi Azərbaycan erməniləri arasında
iş aparmaq üçün
ayrılan dəstənin tərkibində idi və sonralar Təbrizin komendatı təyin edilmişdi. Məhz Rusiyanın
İrandakı səfiri A.S.Qriboyedovun təşəbbüsü ilə İran ermənilərinin işğal edilmiş yeni ərazilərə
köçürülməsi məsələsi meydana çıxdıqdan sonra, Rusiya hökumətinin İranla sərhəd boyu
ərazilərə 80 min kazakın köçürülməsi layihəsi qüvvədən düşmüşdü.
2
Hələ 1827-ci ilin noyabrında Dehqarqanda keçirilən danışıqlar vaxtı Qriboyedovla
Paskeviç görüşərkən arxiyepiskop Nersesin Xoydan göndərdiyi nümayəndələri onlardan
ermənilərin köçürülməsi qayğısına qalmağı xahiş etmişdilər. Dekabr ayında Paskeviç Tiflisin
hərbi qubernatoru Sinyaginə göndərdiyi məktubda qeyd etmişdidi ki, Urmiya ətrafında
yaşayan
15 min yunan və erməni Rusiyanın əyalətlərinə köçmək istəyirlər. Sinyakin isə onların İrəvan və
Naxçıvan əyalətlərində yerləşdirilməsi fikri irəli sürmüşdü.
3
1
Azərbaycan tarixi üzrə qaynaqlar, B.1989, səh.283.
2
Ениколопов И.К., Грибоедов и Восток, İrəvan 1954, səh.129.
3
Yenə orada, səh.563.
Türkmənçay müqaviləsi imzalandıqdan dərhal sonra, fevralın 14-də Lazarev elə oradaca
Paskeviçə göndərdiyi rapotunda xatırladırdı ki, ermənilər müharibə zamanı qələbəmiz üçün
mümkün olanı etmişlər və indi evlərini qoyub Rusiya əyalətinə keçmək istəyirlər. Ermənilərin
sürətlə və rahat köçürülməsi üçün Lazarev təklif edir: 1) Köçürmə işlərinə rəhbərlik etmək üçün
ona Paskeviç kağız versin və həmin kağızda köçənlərə verilən güzəştlər göstərilsin; 2)
Köçürmə
işlərinə rəhbərlik etmək üçün erməni dilini bilən lazımi qədər ştab və ober zabitlər təyin etmək
onun ixtiyarına verilsin; 3) İqlim şəraitinə görə köçürmə işləri ləngiyə biləcək yerlərdə rus
ordusu orada gözləsin və ordu köçənləri müşaiyət etsin; 4) Kasıb köçkünlər üçün xəzinədən
vəsait ayrılsın.
1
Paskeviç bu təkliflərin yerinə yetirilməsi üçün fevralın 26-da Lazarevə və fevralın 29-da
İrəvan muvəqqəti idarəsinə xüsusi təlimat göndərir. Lazarevə verilən 19
maddəlik təlimatda
göstərilir: köçürülən xristianlardan ticarətlə məşğul olanlar şəhərlərdə yerləşdiriləcəklər ki, yenə
ticarətlə məşğul olsunlar; kəndlilərə kifayət qədər münbit torpaq ayrılacaq və onlar 6 il
müddətinə vergilərdən, üç il isə torpaq mükəlləfiyyətindən azad ediləcəklər; köçməyə hazır olan
ailələrə onlara veriləcək güzəştlər haqqında xüsusi formada vərəqlər verilməlidir; köçürülənlər
kəndlər üzrə partiyalara ayrılmalı, hər partiyada 150 -dən 300-ə qədər ailə olmalıdır;
köçürülənləri İrəvan və Naxçıvan əyalətlərinə istiqamətləndirmək lazımdır ki, həmin ərazilərdə
xristian əhalisi mümkün qədər artırılsın; hər partiyanı müşayiət etmək
üçün ermənicə bilən bir
zabit və 2-5 kazak ayrılsın; köçkün partiyaları yola çıxan kimi, dərhal İrəvan müvəqqəti
idarəsinə ailələrin sayı, onların yaşadıqları ərazinin iqlim şəraiti, məşğuliyyətləri, malik olduqları
sürülər və sərhədə yetişəcəkləri təxmini vaxt haqqında xəbər göndərmək lazımdır.
1
АКАК, VII cild, sənəd 563