ELMİ REDAKTOR : professor TEYMUR ƏHMƏDLİ
Vaqif ARZUMANLI, Nazim MUSTAFA. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım.
Qaçqınlıq. - Bakı: “Qartal”, 1998. - 280 s.
Azərbaycan xalqı təxminən 200 ildir ki, öz tarixi-etnik torpaqlarından didərgin salınır.
Düşünülmüş və planlı şəkildə həyata keçirilən bu məkrli siyasət kütləvi deportasiya və soyqırımı
ilə müşaiyət olunmuşdur. Nəticədə minlərlə, milyonlarla soydaşımız tarixi torpaqlarından
qovulmuşlar.
Təəssüf ki, uzun müddət taleyüklü bu məsələlərə biganə qalınmış, laqeyd
münasibət göstərilmişdir. Son dövrdə baş verən ictimai-siyasi hadisələrlə əlaqədar xalqımıza
qarşı törədilən cinayətlərin öyrənilməsinə imkan və şərait yaranmışdır. Bu mənada mövcud
monoqrafiya tariximizin bir sıra qaranlıq səhifələrinin öyrənilib üzə çıxarılmasında atılan ilk
addımlardan hesab oluna bilər.
A 4702080105 Sifarişli - 98
044
©
“Q a r t a l” nəşriyyatı - 1 9 9 8
ÖN SÖZ
Qan yaddaşımızın ən ağrılı-acılı səhifələrindən olan deportasiya, soyqırım və qaçqınlıq
bəlaları xalqımızın taleyinə çox baha başa gəlib.
Nə yaxşı ki, nəhayət, uzun illər susduqdan (özumüzdən asılı olan və asılı olmayan
səbəblər ucbatından) sonra öz dədə-baba, etnik torpaqlarından
qovulmuş həmvətənlərimizin
çəkdiyi əzab-əziyyətlərin dilə gətirilməsi, öyrənilməsi, bütün bunlar barədə dünya ictimaiyyətinə
məlumat verilməsi üçün yeni imkanlar açıldı.
Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə
azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası
haqqında” və 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları çox
qiymətli və tarixi addımdır.
Bu fərmanlarda çox haqlı olaraq
göstərilir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara
qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində
xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ
gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan
adlandırılan ərazidən - min illər boyu öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq
kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni
abidə və
yaşayış məskəni dağıdılıb viran edilmişdir.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart
tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu
qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR
ərazisindəki dədə-baba yurdlarından kütləvi və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq
normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repreesiya
qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır şəraitinə,
kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu
işdə erməni şovinist dairələri və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrki
Azərbaycan rəhbərliyinin öz xalqının
taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən
cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az olmamışdır.
Təəssüf ki, 1948-1953-cü illərdə azərbacanlıların Ermənistan SSR ərazisindən
deportasiya olunması faktı ötən əlli il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-
siyasi qiymət verilməmişdi.
Ermənistan deyilən qurumun tarixi torpaqlarımız hesabına qurulduğunu vaxtilə
qaldırsaydıq dünya ictimaiyyəti həqiqəti bilərdi. Heç Dağlıq Qarabağ hadisələri də baş verməzdi.
1992-ci ilin fevral ayında Milli Münasibətlər İnstitutu fəaliyyətə başlayanda institutuda
xüsusi bir şöbə - “Qaçqınlıq tarixi” şöbəsi yaradıldı. Bu şöbənin tədqiqat
sahəsi təkcə sonuncu
1988-1989-cu illər deportasiyasının öyrənilməsi ilə deyil, eyni zamanda ermənilərin İrandan və
Türkiyədən tarixi Azərbaycan torpaqlarına köçürülməsinin və erməni təcavüzünün tədqiqi ilə
bağlıdır. Yaxşı olar ki, xalqımızın deportasiya tarixinin öyrənilməsi ilə bağlı respublikamızda
əlaqədar elmi strukturlar, institutlar, təşkilatlar özləri işçi qrupları, qurumlar yaratsınlar.Əgər biz
tarixi həqiqətlərə söykənərək obyektiv fakt və sübutlarla son 200 ildə Qafqazda ermənilərlə bağlı
bütün qurumların əzəli və tarixi Azərbaycan torpaqları üzərində yaradılışını dünya
ictimaiyyətinə lazımi səviyyədə çatdıra bilsək,
nəinki DQ probleminin, eləcə də Ermənistan-
Azərbaycan münaqişələrinin bütün köklərinin, təzahürlərinin həlli üçün yeni üfüqlər açar, yeni
imkanlar əldə edə bilərik.
Hələ 1995-ci ildə, Milli Münasibətlər İnstitutu Azərbaycan Respublikası Prezident
Aparatı ilə birlikdə qaçqınlıq tarixi ilə bağlı elmi-nəzəri konfrans keçirmişdir. Xalqmızın
qaçqınlıq və deportasiya tarixi ilə bağlı vaxtaşırı məruzələr etmişik, “Qaçqınlıq tarixi” şöbəsinin
xətti ilə elmi-monoqrafik əsərlər və sənədlər toplusu hazırlamışıq. Bu mövzuda institutun
əməkdaşları respublikamızda, xarici mətbuat orqanlarında xüsusi məqalələr çap etdirmişlər.
Qaçqınlıq və deportasiya ilə bağlı 1992-ci ildən etibarən “Elturan” (“Milli məsələlər”) jurnalında
institutun əməkdaşları silsilə yazılarla çıxış edib, təkliflərini bildirmişlər.