Noyabrın 18-də hərbi nazir Çernışev
Paskeviçə cavab göndərir ki, imperator onun
təklifini bəyənmişdir. Bundan sonra Paskeviç dərhal əməli fəaliyyətə keçir. O, dekabrın 3-də
Gürcüstan mülki qubernatoruna məktub yazaraq göstərir ki, artıq Türkiyə paşalıqlarında yaşayan
xristianların Gürcüstana və Rusiyaya mənsub vilayətlərə köçmək istəyən və bunun üçün maddi
yardım tələb etməyən ailələrinə yola düşmək üçün bilet /vəsiqə/ verməyi yerli qoşun
rəislərinə icazə vermişəm. Bundan istifadə edən bir çox ailələr dərhal yola düşürlər.
Qars və
onunətrafından köçənlər onların yaşadıqları ərazilərin iqlim şəraitinə uyğun olan Ələyəz
/Alagöz/ ətrafındakı boşalmış kəndlərdə məskunlaşdırılmışdılar. General Pankratyev Paskeviçə
xəbər verir ki, Loru dərəsində yerləşmək üçün 95 ailəyə bilet /vəsiqə/ vermişdir. General mayor
Bereman həmçinin Qarsdan çıxıb Gümrüyə yola düşən 400 ailəyə bilet verdiyini bildirmişdi.
Paskeviç köçürmə işlərinə və köçürülən ailələrin məskunlaşdırılması işinə rəhbərlik etmək üçün
xüsusi komitə təsis etmişdi. Komitənin fəaliyyəti
1
AKAK,
VII cild, sənəd 818.
2
Yenə orada, sənəd 820.
üçün 12 maddəlik ümumi qaydalar müəyyən etmişdi.
1
Bu qaydalar aşağıdakılardan ibarət idi:
1. Köçürülənlər Rusiyanın ərazisinə daxil olan kimi onların qayğısı üçün bütün
sərəncamları köçkünlər komitəsi verəcəkdir.
2. Köçürülmə prosesi sona yetənədək, köçürülənlərin hamısı yaşayış yerlərində
məskunlaşdırılanadək, kəndlərdə köçkünlərin təsərrüfat qayğıları həll edilənədək komitə öz
fəaliyyətini davam etdirməlidir. Bundan sonra Baş komandanlıq hesaba verib
fəaliyyətini dayandırmalıdır.
3. Komitə dərhal Kürcüstanda və digər əyalətlərdə boş dövlət torpaqları haqqında
məlumat toplamalıdır.
4. Bütün köçkünlər üç zümrəyə ayrılmalıdırlar: 1)tacirlər və alverçilər, 2) sənətkarlar
və istehsalın hər hansı növündən baş çıxaranlar, 3) əkinçilər və yaxud kəndlilər.
Köçkünlərin
məskunlaşdırılması zamanı tacirləri və sənətkarların şəhərlərə və bu işlə məşğul olmağa imkan
olan yerlərdə, kəndliləri isə kəndlərdə yerləşdirmək, bu zaman iqlim şəraitini və əvvəlcə
məskunlaşdıqları səviyyəni nəzərə almaq lazımdır. Yeltzavetopolda /Gəncə/, digər şəhər və
əyalətlərdə boş dövlət evləri vardır, ona görə də sənətkarları ,
və tacirləri həmin yerlərdə
yerləşdirməyi komitə nəzərdə tutmalıdır.
5. Köçkünlər Komitəsi Türkiyə ərazisində köçürülənlərin siyahısını hərbçilərdən tələb
edən zaman onların haradan köçürüldükləri, hansı işlə məşğul olmaları haqqında məlumat
verməyi tələb etməlidir.
6. Komitə çalışmalıdır ki, köçürülən kəndlər bütövlüklə, bu mümkün olmazsa,
qonşuluqda yerləşdirilsinlər.
7. Komitə köçürülənləri lazımi qədər torpaqla təmin etməlidir /hər kənddə ailələrin, hər
ailədə nəfərlərin sayına mütənasib olaraq/.
8. Köçürülənlər bütünlüklə dövlət torpaqlarında, əgər
kifayət etməsə, kilsə və mülkədar
torpaqlarında yerləşdirməlidirlər.
1
Yenə orada.
9. Köçürülənlər 6 il müddətinə verkilərdən, 3 il müddətinə torpaq
mükəlləfiyyətindən azad edilməlidirlər.
10. Yeni köçürülən xristian kəndlərini müsəlman kəndləri ilə qarışdırmamaq
onlardan ibarət ayrıca mahallar və dairələr təşkil etmək lazımdır.
11. Köçürülənləri məskunlaşdırmaq üçün yer seçərkən rahatlığı, gözəlliyi və yaxşı suyu
olmasının qayğısına qalmaq lazımdır.
12. Köçürülən hər bir ailəyə orta hesabla 25 rubl gümüş pul həcmində köməklik
göstərilməlidir.
Köçkünlərin məskunlaşdırılması zamanı bu təlimata ciddi əməl edilmişdi. İstər indiki
Ermənistan və Gürcüstana, istərsə də Azərbaycanın Gəncəbasar
və Qarabağ əyalətlərinə
köçürülən ermənilər yığcam halda, təbii gözəlliyi, yaxşı iqlimi, saf suyu olan dağətəyi rayonlarda
və şəhərlərdə yerləşdirilmişdilər.
1830-cu il yanvarın 22-də Paskeviçin Çernışeva göndərdiyi məlumatında göstərilirdi ki,
Qars və ətrafından keçən 2500 ailə onun sərəncamı ilə yaşadıqları yerin iqlim şəraitinə uyqun
olaraq Ələyəz yaxınlığında /Pəmbək dietansiyasında/ boşalmış kəndlərdə yerləşdirilmişlər.
1
Türkiyə hökuməti onun ərazisində pərakəndə halda yaşayan ermənilərin ruslar tərəfindən
köçürülüb sərhəd boyu ərazilərdə yığcam halda yerləşdirilməsindən ehtiyat edirdi. Ona görə də
bu köçürmənin qarşısını almaq məqsədilə rusların gəlişi zamanı ermənilərin
türklərə etdiyi
xəyanəti, törətdikləri vəhşilikləri baqışlamaq, onlardan haqq-hesab çəkməmək qərarını verərək,
fevralın 17-də yerlərdəki ermənilərə “Əfvnamə”lər göndərirlər. Lakin Ərzurum ermənilərinin
“qarabaşı” /katolikosu/ bu “Əfvnamə”lərə rəşən, etdikləri cinayətlərin ağırlığını dərk edərək,
ruslar geri çəkiləndən sonra onlarla haqq-hesab çəkiləcəyinə əmin
1
Yenə orada, sənəd 821.
olduğu üçün köçmək niyyətində olduqlarını bildirmişdi.
1
Ermənilərin keçürülməsinin qarşısını almaq məqsədilə Türkiyə tərəfi işqala məruz qalan,
lakin Ədirnə müqaviləsinin şərtlərinə əsasən boşaldılmalı olan Ərzurum, Qars, Bayazid, Ələşkird
və s. yerlərə açıq və ya gizli şəkildə öz nümayəndələrini göndərmişdi. Ərzurum ermənilərinin
köç işlərinə maneçilik göstərildiyi, onların əmlak və torpaqlarının satılmasına türklərin əngəl
törətdikləri haqda işğal edilmiş ərazilərdə köçürülmə işlərinə rəhbərlik edən general Pankratyev
Paskeviçə şikayət məktubu göndərmişdi.
2
Köçürülən ermənilərin qoyub getdikləri əmlak və ərazilərin satılması məsələsini həll
etmək üçün Paskeviç mayor Vannikovu Ərzuruma nümayəndə kimi göndərmişdi. Lakin
ermənilərin sahib olduqları kəndlərin əksəriyyəti bir qədər əvvəl, yəni müharibə zamanı
təhlükəsiz yerlərə köçməyə məcbur olan və ermənilərin satış yolu ilə aldıqları müsəlman
kəndlərindən ibarət idi. Təkcə Qare bölgəsində bu yollarla ermənilər 80 kəndə bütünlüklə, 15
kəndin isə yarısına yiyələnmişdilər.
Digər tərəfdən, Rusiyanın işğal etdiyi ərazilərdən /əsasən
Axılkələk və Axıska bölgələrindən/ Türkiyəyə qaçan türklərin qoyub getdikləri əmlak və
torpaqların satışı müqabilində vəsaitin onlara çatmaması Rusiya tərəfini maraqlandırmırdı. Ona
görə də onlar daşınmaz əmlaklarını, mülklərini və torpaqlarını qoyub gedirdilər.
Ədirnə müqaviləsində köçürülmə işləri üçün nəzərdə tutulan 18 aylıq müddətin başa
çatmasının yaxınlaşmasını və bu işin lənkidiyini görən Paskeviç 1829-cu il fevralın 29-da
Ərzurum və Qars valilərinə rus və türk dillərində məktub göndərərək bildirir ki, Türkiyədən
köçürülən katolik ermənilərin təmsilçiləri arximandrit Tatosu, Müğdisi Karapeti və Ağaçan
Karapetyanı, frankların
1
Kemal Beydilli, göstərilən araşdırması, səh.386.
2
Yenə orada, səh. 387.
təmsilçiləri
Ter-hovanes Matevosovu, Ağacan Osipovu və Hakop Hanakovu Ərzuruma
göndərmişdir ki, ermənilərin qoyub gəldikləri əmlakların, taxıl sahələrinin və s. satışını təşkil
etsinlər.
1
Müqavilədə göstərilən müddətin başa çatması ərəfəsində, yəni 1831-ci il aprelin 3-nə
qədər tərtib edilən sənəddə Türkiyədən köçürülən erməni ailələrinin təxmini sayı və
məskunlaşdırıldıqları ərazilərin adları göstərilmişdir.
2
Həmin sənədi təqdim edirik: