müstəmləkəçilik siyasəti haqqında yazır: “Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada
rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq... 1826-28-ci illər
müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu
ilədək Zaqafqaziyaya
40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları Yelizavetpol (Kəncə) və İrəvan
quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi.
Onları həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axılkələk qəzalarında yerləşdirdik,
onların yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət torpağı ayrılmış, 2 milyon rubldan
artıq məbləğdə müsəlmanlardan xüsusi mülkiyyət torpaqları satın alınmışdı. Yelizavetpol
quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ, Xanlar və Şəmkir rayonları nəzərdə tutulur -
müəlliflər) və Göycə gölünün sahili həmin ermənilərlə məskunlaşdırılmışdı. Nəzərə almaq
lazımdır ki, 124 min rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər
də çox
olmuşdur və ümumiyyətlə, köçənlərin sayı 200 min nəfərdən xeyli artıqdır.
1
Ermənilərin indiki Ermənistan ərazisinə axını 1877-1878-ci illər Rusiya-Türkiyə
müharibəsindən sonra bir daha güclənmişdi. 90-cı illərdə Türkiyədə baş verən erməni üsyanları
nəticəsində 400 minə yaxın erməni yenə də Qafqaza köçüb gəlmişdi.
N.Şarov qeyd edir ki, 20-ci əsrin əvvəlində Zaqafqaziyada yaşayan 1300000 ermənidən
bir milyonu
1
Шавров Н.Н., Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам,
СПб, 1911, səh. 63.
yerli əhali deyil, rusların vasitəsilə məskunlaşdırılmışdı.
1
Daha
sonralar, Sovet hakimiyyəti illərində xarici ölkələrdə yaşayan 100 mindən artıq
erməni Ermənistana köçüb gəlmişdi.
Bütün qeyd edilənlərdən o nəticəyə gəlmək olar ki, indiki Ermənistanda yaşayan
ermənilərin sələflərinin demək olar ki, hamısı vaxtilə Cənubi Azərbaycandan və sonralar
Turkiyədən, son dövrlərdə isə xarici ölkələrdən əsasən Suriyadan, Yunanıstandan, Livandan,
Bolqarıstandan, Rumıniyadan köçüb gələnlərdən ibarətdir.
1
Yenə orada, səh. 64
II FƏSİL.
XX ƏSRİN ƏVVƏLƏRİNDƏ ERMƏNİLƏRİN
TÖRƏTDİYİ QIRĞINLAR.
1. 1905-1906-cı İLLƏR QIRĞINLARI
20-ci əsrin əvvələrində Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində Azərbaycan
türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin 19-cu əsrin sonunda Şərqi Anadoluda
əldə etdikləri təcrübəyə əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra
Avropa dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan “erməni məsələsi” sonralar Şərqi
Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün
bir vasitəyə çevrilmişdi. Bu muxtariyyətin əldə edilməsi üçün əvvəlcə Şərqi Anadolu
vilayətlərində, yəni ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları vilayətlərdə ermənilərin say
üstünlüyünə nail olmaq lazım gəlirdi. Lakin ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları
vilayətlərin heç birində say etibarı ilə üstünlük onların tərəfində deyildi. Bunu ermənilərin
qəyyumu kimi çıxış edən Fransanın Xarici İşlər Nazirliyi 1897-ci ildə yaydığı sənəddə də etiraf
etmişdi.
1
Həmin illərdə İngiltərə və Fransanın yardımı ilə Türkiyədə erməni üsyanı təbliqatı
aparılırdı. Bu işə rəhbərliyi “Daşnaksutyun” və “Hncak” siyasi təşkilatları öz üzərlərinə
götürmüşdülər. Ermənilər kütləvi iqtişaşlar törətmək məqsədilə türklərə və kürdlərə hücumlar
edirdilər ki, qırğınlar baş versin və sonradan da Avropanın kütləvi
informasiya vasitələri ilə
türklərin erməniləri soyqırıma məruz qoyduqlarını dünyaya car çəkə bilsinlər.
Ermənilərin Türkiyədə 1894-1896-cı illərdə törətdikləri iğtişaşlar Sultan Əbdülhəmid
tərəfindən yatırıldı. həmin iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti isə
1
Величко В.Л., Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904, səh.96.
Qafqazın müxtəlif regionlarına köçmüşdülər.
1
Rus müəllifi N.Şavrovun göstərdiyinə
görə, 1896-cı ildə Zaqafqaziyada 900000, 1908-ci ildə 1301000 erməni yaşamışdır. Deməli,
təkcə bu dövrdə Zaqafqaziyaya 400000 erməni gəlib yerləşmişdi.
2
1908-ci ildə Rusiya Daxili
İşlər Nazirliyi polis departamentinin sənədlərində göstərilirdi ki, “Türkiyədəki məlum
hadisələrdən sonra Zaqafqaziyaya yarım milyon erməni gəlmişdir. Bu ermənilər dərhal öz qara
əməllərini göstərdilər”.
3
Bundan sonra indiki Ermənistan ərazisində “Daşnaksutyun” partiyasının
sıraları daha da artmış, Qafqazda antitürk təbliğatı xeyli güclənmişdi. “Novaya vremya”
qəzetinin İrəvan üzrə müxbiri Qriqoryevin
verdiyi məlumata görə, törədilən cinayətlərin 80 faizi
Türkiyədən gəlmiş ermənilərin, muzdlu qatillərin payına düşürdü.
4
Maraqlıdır ki, hələ Türkiyədə erməni iğtişaşları başlamazdan xeyli əvvəl,
“Daşnaksutyun” partiyasının qeydə alınmasından cəmisi bir neçə ay sonra, yəni 1891-ci ilin
yanvarında Bakıda Tağıyev teatrında Safrazyanın 4 şəkilli pyesi tamaşaya qoyulmuş, tamaşanın
1-ci şəklində erməni qadınına işgəncə verən türk təsvir edilmiş, 2-ci şəkildə həmin qadının öz
azadlığı uğrunda
mübarizəsi, 3-cü şəkildə türkü məhv edən həmin qadın, 4-cü şəkildə isə gənc
erməni qızı timsalında azadlığa çıxmış Ermənistan təsvir edilmişdi. Həmin tamaşaya görə,
pyesin müəllifi Safrazyan Bakının makleri adına layiq görülmüşdü. Bu məlumat Qafqaz
canişinliyinin
1
”Армянский геносид” Миф и реальность. Справочник фактов и документов, B.1992,
səh.204; Hüseyn Baykara., Azərbaycan istiqlal mübarizəsi tarixi, Bakı, 1992, səh.119-120.
2
Шавров Н.Н., Новая угроза русскому делу в Закафказъе: предстоящая распродажа
Мугани инародцам, С.Петербург, 1911, səh.64.
3
Дашнаки (из материалов депармента полиции), B.1990, səh.8. Rusiya Federasiyası Dövlət
Arxivi, f.102, siyahı 253, Saxlanma vahidi 285, v.1-18.
4
Величко В.Л., göstərilən əsəri, səh.137.
7 fevral 1891-ci ildə Bakı qubernatoruna gendərdiyi məktubundan götürülmüşdür.
1
Göründüyü
kimi, 19-cu əsrin sonunda “Daşnaksutyun” partiyasının antitürk təbliğat maşını təkcə İrəvan və
Tiflisdə deyil, hətta Bakıda belə, var gücü ilə işə salınmışdı.
XX əsrin əvvəllərində erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və
mənəvi qida mənbəyi rolunu erməni kilsəsi məharətlə oynayırdı. 1903-cü ildə kilsə torpaqlarının
Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan
qanun kilsənin
maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə zərbə vurduğu üçün erməni terrorizminin
genişlənməsinə, antitürk, antimüsəlman əhval-ruhiyyəsinin qızışmasına səbəb olmuşdu. Erməni
kilsəsi İrəvan və Eçmiədzində bu qanun əleyhinə qiyamlar təşkil etmişdi. Həmin il avqustun 29-
da Gəncədə, sentyabrın 2-də Qarsda və Bakıda, sentyabrın 12-də Şuşada, oktyabrın 14-də
Tiflisdə ermənilər iğtişaşlar və terror törətmişdilər. 1905-ci ildə Rusiyanın özündə baş
verən iğtişaşlar, çarizmə qarşı narazılıq dalğasının güclənməsi
Zaqavqaziyada güclü əks-səda
doğururdu. Bu qarışıqlıqdan ermənilər məharətlə istifadə edirlər. Rusiyanın hakim şovinist
dairələri də zərbəni özlərindən yayındırmaq üçün ermənilərin antitürk, antimüsəlman
kampaniyasını qızışdırırdılar. Qafqaz canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst
məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci ildə Bakıda, İrəvanda, Naxçıvanda,