Haradan
köçürül-
müşdür
Köçürülən
ailələrin
sayı
Harada məskunlaşdırılmışdır
Ərzurumdan 7288
Ərdahandan 67
1. 5000 ailə Axıskada (paşalığın ərazisində)
2. 1050 ailə Borçalı distansiyasında və Çalqa ətrafında
3. 1305 ailə Pəmbək və Şörəyel distansiyalarında
Qarsdan
2464
1. 2264 ailə Pəmbək və Şörəyel distansiyalarında
2. 200 ailə Talın mahalında
Bayaziddən 4215
Erməni vilayətində - Göycə gölü ətrafında, Baş
Abaranda
Cəmi 14044
ailə
Sənədin bu cədvələ əlavə qeydində göstərilir ki, heç də digər yerlərdəki nümayəndələrin
hamısı tam və dəqiq hesabat təqdim etmədikləri üçün
neçə nəfərin köçürüldüyü
göstərilməmişdir. Əgər bir ailədə orta hesabla altı nəfər götürülsə, nəticədə 84 mindən artıq
erməni və yunanların köçürüldüyü məlum olur.
1
Yenə orada, sənəd N 44293
2
AKAK, VII cild, sənəd 830.
Bəzi erməni tarixçiləri köçürülənlərin 90 mindən artıq
1
, bəziləri isə 100 minə yaxın olduğunu
göstərirlər .
2
Ermənilərin İrandan köçürülməsi zamanı fəallıq göstərən hərbçilər və din xadimləri
mükafatlandırıldıqları kimi, Türkiyədən köçürülmələr zamanı xidməti olanlar da
mükafatlandırılmışdılar.
Ərzurumdan ermənilərin köçürülməsi işindəki xidmətlərinə görə 1830-cu il oktyabrın 20-
də arixiyepskop Karapet 1-ci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilmişdi.
3
Sonralar
İmperator I Nikolay 1837-ci ilə Axıskaya
gedərək Karapetlə görüşmüş, həmin xidmətinə görə
ona öz minnətdarlığını bildirmişdi.
4
İmperatorun fərmanı ilə 1831-ci il aprelin 24-də Türkiyədən köçürülən ermənilərin
təsərrüfat ehtiyaclarını ödəmək üçün verildiyi vaxtdan 4 il keçəndən sonra, 6 il müddətinə faizsiz
olaraq qaytarmaq şərti ilə xəzinədən 380 min gümüş rubl ayrılmışdı.5
Ümumiyyətlə, 1828-29-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra İ.Şopenin
Erməni
vilayətində (keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində) apardığı siyahıyaalınmanın
nəticələrinə görə, vilayətin ərazisinə 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi
kürdlərinin köçürüldüyü göstərilir, Köçürülən ermənilər Qırxbulaq, Sürməli, Talın, Körpübasar,
Abaran, Dərəçiçək və Göycə mahallarının 129 kəndində yerləşdirilmişdilər.
6
İndiki Ermənistan ərazisinin Şörəel və Loru-Pəmbək bölgələri 1801-1805-ci illərdə
Gürcüstana birləşdirildiyindən Erməni vilayətinə daxil edilməmişdi. 1829-cu
ilə qədər, yəni
Rusiya-Türkiyə
1
Парсамяn В.А
., göstərilən əsəri, səh. 66.
2
Hovannesiyan R., Armenia on the Road to İnderendence, Los Angeles, 1976, cəh.9
3
Cобрание актов..., I hissə, səh.59.
4
Езов Г.А., göstərilən əsəri, сəh. CXXX1X.
5
Cобрание актов..., I hissə, səh. 304-305.
6
Шопен И., göstərilən əsəri, səh. 636-642.
müharibəsindən sonra ermənilərin rəsmi köçürülməsinə qədər Şörəyel-Pəmbək distansiyasına
1536 ailə (5425 nəfər kişi cinsi) köçürülmüşdü. Sonra isə Türkiyədən 3148 ailə (10575
nəfər kişi
cinsi) köçürülmüşdü. 1832-ci ilin sonu, 1833-cü ilin əvvəlində Türkiyədən Zalqaya köçürülən
ermənilərdən 182 ailə (674 nəfər kişi cinsi) yenidən Şörəyel-Pəmbək distansiyasına
keçürülmüşdülər. Köçürülənlərin arasında 169 yunan və 963 nəfər erməni katolikləri (frankları)
var idi.
1
Şörəyel-Pəmbək bölgəsində 100-ə yaxın kənddə Türkiyədən köçürülən ermənilər
yerləşdirilmişdilər. Şörəyel bölgəsinin (Gümrü ətrafı - indiki Axuryan rayonu) əhalisinin vaxtilə
Türkiyədən köçürülən ermənilərdən ibarət olması haqqında Z.Balayan “Ocaq” kitabında yazır:
“Demək olar ki,
bu bölgənin bütün əhalisi Qars, Van, Muş və Bidlisdən, Qərbi Ermənistanın bir
çox əyalətlərindən olan bədbəxt qaçqınlardan ibarətdir. Hesablanmışdır ki, vaxtilə Axuryan
rayonunda (keçmiş Düzkənd rayonu) Qərbi Ermənistanın 80-dən artıq yaşayış məskənindən türk
yatağanından (əyri qılıncından) xilas olan ermənilər gəlib məskunlaşmışlar”.
2
Z.Balayan bu
bölgənin əhaləsinin bütünlüklə Türkiyədən gələn ermənilərdən ibarət olmasını qeyd etməklə,
həmin ərazidə vaxtilə türklərin məskunlaşmış olduğunu bilavasitə təsdiq etmiş olur.
İndiki Ermənistan ərazisinə ermənilərin kütləvi axını 19-cu əsrin əvvəllərində baş verən
Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra da davam etmişdir. Həmin dövrdə
ermənilərlə yanaşı yezidi kürdlər də gəlib indiki Ermənistan ərazilərində yerləşmişdilər. 1834-cü
ilin məlumatına Görə İrəvan əyalətində Bayaziddən gəlmiş
1
Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфичееком и
финансовом отношениях, СПб, 1836, II hissə, səh. 302-304.
2
Балаян 3., Оcаq, İrəvan, 1984, səh. 273.
1000 nəfər (təqribən 300 ailə) yezidi kürdləri məksunlaşmışdılar.
1
Ələyəz dağının ətəyində bir sıra boşalmış türk kəndlərində də Türkiyədən
gələn yezidi
kürdləri məskunlaşmışdılar. Yezidi kürdləri 1839-cu ildə Mirək, Quruboğaz, Carcarçı,
Çobangərəkməz kəndlərində, sonralar isə Pəmbək, Qundaxsaz, Böyük Camışlı, Kiçik Camışlı və
Korbulaq kəndlərində yerləşmişdilər. Nəhayət, yezidi kürdləri 1877-ci
ildə Bağdad, Dolu-Taxt
və Kiçik Cəngi kəndlərində gəlib yerləşmişdilər.
2
Sonralar Ermənistanın rəsmi dairələri
tərəfindən adları dəyişdirilən, lakin əsasən bu kəndləri əhatə edən Arağats rayonu təşkil
edilmişdir.
Türkiyədən köçürülən yunanlar isə əsasən Şörəyel-Pəmbək distansiyasının Alakilsə,
Bayandur, Sisimədən kəndlərində və Gümrüdə yerləşdirilmişdilər.
Sonralar yunanlar
Ermənistanda tamamilə assimilyasiyaya uğrayaraq tədricən erməniləşmişlər.
* * *
Ümumiyyətlə, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə
müharibələrindən sonra Erməni vilayətinə (İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə) İran və
Türkiyədən 57266 nəfər erməni (10631 ailə) köçürülmüşdü. Köçürülmələrdən əvvəl həmin
ərazidə cəmisi 25131 nəfər (4428 ailə) erməni yaşamışdır. Müharibələrin nəticəsində İrəvan və
Naxçıvan xanlıqlarının ərazisindən türklərin xeyli hissəsi qaçqın düşmüş, orada yalnız 81749
nəfər (17078 ailə) müsəlman qalmışdı. Köçürmələrdən sonra isə ermənilər 82397 nəfər (15059
ailə) təşkil etmiş, nəticədə müsəlmanları sayca üstələmişdilər.
3
1
Обозрение Российских владений за Кавказом, СПб, 1836, IV hиссə,сəh. 270.
2
Материалы для изучения экономического быта государственных крестьян Закавказского края,
Tiflis, 1885, I cild, I buraxılış, səh. 4.
3
Шопен И.,
göstərilən əsəri
, səh. 642.
Lakin hələ 19-cu əsrin əvvəlində Rusiyanın müəyyən dairələri
rus ordusunun Zaqafqaziyada
işğal etdiyi ərazilərdə erməniləri deyil, məhz rus koloniyalarının-kazakların, malakanların,
duxoborların və s. yerləşdirilməsinə üstünlük verirdilər. Bu məqsədlə bir neçə layihə
hazırlanmışdısa da, sonralar icrası təxirə salınmışdı. N.N.Şavrov Rusiyanın Zaqafqaziyadakı