Noyabrın 2-də Sovet hökuməti “Rusiya xalqlarının hüququ Deklarasiyası”nı qəbul
edərək bütün
xalqlara öz müqəddaratını təyin etmək hüququ verir. Həmçinin millətlərin işləri üzrə Xalq
Komissarlığı və onun nəzdində erməni məsələsi üzrə komissarlıq yaradılmışdı. Bu komissarlıq
1917-ci ilin sonundan 1921-ci ilin əvvəlinədək fəaliyyət göstərmişdi. Dekabrın 16-da Rusiya
Xalq Komissarları Soveti S.Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi.
Yuxarıda qeyd etdiyimiz kimi, Sovet hökuməti sülh haqqında dekret qəbul etməsinə
baxmayaraq, dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmişdi. Bu dekret
1
Fahrettin Erdoğan, Turk Ellerində Hatırralarım, İstanbul, 1954,səh. 126.
2
Fahrettin
Erdoğan göstərilən əsəri, səh. 133.
“Qərbi Ermənistan” dövləti yaratmaq üçün ermənilərin iştahını artırmışdı.
1918-ci ilin yanvarında Sovet Rusiyası hökuməti “Erməni qaçqınlarına təcili gemək
göstərilməsi haqqında” erməni məsələləri üzrə komissarlığın bəyanatını müzakirə edərək qərara
alır ki, bu məqsədlə təmannasız olaraq 6.194.784 rubl vəsait ayırsın. Eyni zamanda bütün inqilab
komitələrinə, digər yerli orqanlarına erməni könüllü dəstələri təşkil edərək, onları silahlandırıb
məneəsiz surətdə Ermənistana göndərmək haqqında təlimat göndərmişdi.
1
İstər çar Rusiyası, istərsə də Sovet Rusiyası erməni könüllü dəstələrinin təşkili və onların
maliyyələşdirilməsini öz üzərinə götürmüşdü.
Yuxarıda qeyd etdiyimiz kimi, erməni könüllü dəstələri İrəvan quberniyasının
və Qars
vilayətinin ərazisində istədikləri türk kəndlərinə hücum edir, əhalini qaçqın düşməyə məcbur
edirdilər. Boşalmış türk evlərində isə Türkiyənin içərilərindən gələn erməniləri yerləşdirirdilər.
Erməni mənbələrinin verdiyi məlumatlara görə, 1914-1916-cı illərdə Qafqaza təqribən 350 min
erməni köçmüşdü.
2
Onların böyük əksəriyyəti İrəvan quberniyasının ərazisində yerləşmmşdilər.
İş o yerə çatmışdı ki, etdikləri cinayətlərə görə cəzasız qaldıqlarını görən Tiflis quberniyasının
tərkibində olan Axılkələk erməniləri də həm Axılkələk, həm də qonşu Ağbaba nahiyəsinin türk
kəndlərinə silahlı basqınlar edirlər. Erməni vəhşiliklərini öz gözləri ilə görən 1-ci Axıska dairəsi
müfəttişi doktor Xoroşenov yazmışdır: “Keçən 1917-ci ilin dekabr ayının ortasına doğru 8
ağbabalı müsəlman Boqdanovka kəndində yaşayan duxoborlardan quru ot satın
almaq üçün
buraya gəlmişdilər. Müsəlmanların yanında silah deyilən şey yox idi. Xocabəy kəndinin
erməniləri bunu xəbər alınca, həmən oraya gedərək bu 8 müsəlmandan 4-nü xəncərləyərək
öldürdükdən sonra gözlərini oymuş,
1
Kиракосян Дж., Младотурки перед судом история, İrəvan, 1986, səh. 224.
2
История Армянского народа, İrəvan, 1980, səh. 268.
dilləri və gövdələrinin o biri hissələrini də kəsib, vücudlarını parça-parça edərək cürbəcür
hərəkətlər yapmışlar. Qalan 4-nü də tüfənglə vuraraq öldürmüşdülər. Bundan sonra parçalanmış
cəsədləri yandırdılar, tüfənglə öldürülən 4-nün cəsədlərini sonradan ağbabalılara verdilər.
1918-ci ilin yanvarından başlayaraq ermənilər müsəlmanların yaşadıqları kəndlərə
hücuma başladılar. Öncə: “Silahlarınızı təhvil etsəniz, sizlərə əsla toxunmarıq” deyərək, söz
verdilər. Ermənilər bu sözlərlə qalan islamların əllərindəki silahları aldıqdan sonra,
müsəlman
kəndlərinə hücum etməyə, onları öldürməyə, kəndlərini yandırıb mallarını və əşyalarını qarət
etməyə başladılar. Beləliklə, Xorepya, Kokiya, Vereban, Tok, Okam, Qulalız, Patkana,
Sağamo, Kuvaşa, Alaca və Gümris adlı kəndləri yandırdılar, dağıtdılar, dirliklərini,
heyvanlarını və bütün əşyalarını alıb apardıqdan sonra, sağ qalan kişilərlə qadınları da dustaq
olaraq Axılkələk qəsəbəsindəki kazarmaya topladılar.”
1
Daha sonra Xoroşenov yazır ki, düşərgədəki müsəlmanlar soyuq və aclıqdan hər gün tələf
olurdular. Bu, 1918-ci il mayın 21-nə qədər davam etdi. Türklərin gəldiyini
eşidən ermənilər
qaçmazdan əvvəl kazarmadakı əsir müsəlmanları xəncər və tüfənglə öldürdükdən sonra
onların qaldıqları evləri üstlərinə uçurdular. Bir çoxlarının cəsədlərinin çuxurlara atdıqdan
sonra, üstlərinə qazyaqı tökərək yandırdılar. “İştə 20-ci yüzilliyin Ermənistanında yaşayan
mədəni (!) ermənilərin yapdıqları vəhşət budur”- yazır Xoroşenov. Sənədin rusca əsli Türkiyə
İnqilab Tarixi İnstitutunun arxivindədir (№74/17571).
Zaqafqaziyada Sovet hakimiyyətini qəbul etməyən siyasi qüvvələr birləşib 1917-ci il
noyabrın 15-də Tiflisdə E.Gegeçkorinin sədrliyi ilə keçirilən Zaqafqaziya Komissarlığının
iclasında Qafqaz cəbhəsinin baş komandanı Prjevalskinin təklifi ilə 3-cü türk ordusunun
komandanı Mehmet Vehib Paşanın
1
Ermeniler hakkında derlemeler, Ankara, 1982, səh. 205-206.
barışıq imzalanması təklifi haqqında müraciətini müzakirə etmiş, ertəsi gün bu təklifin
bəyənilməsi haqqında cavab məktubu göndərmiş və komissarlıq bu münasibətlə orduya və
Zaqafqaziya əhalisinə müraciət etmişdi.
1
Dekabrın 18-də Ərzincanda barışıq imzalanır. 1917-ci
ilin dekabrın ortalarından Qafqazdakı rus ordusu cəbhəni özbaşına tərk etməyi başlamışdı.
Dekabrın 18-də Zaqafqaziya Komissarlığı milli korpuslar və hərbi
hissələr təşkil ediləcəyini
elan edir. Bundan istifadə edən ermənilər rus ordusunun hərbi texnikasına yiyələnərək, Cənubi-
Qərbi Qafqazda türklərə qarşı soyqırım həyata keçirirlər. Yanvarın 14-də Vehib paşa Qafqaz
ordusunun komandanı Odişelidzeyə məktub göndərir ki, sülh müqaviləsi imzalamaq üçün
Qafqaz hökuməti ilə danışıqlara başlamaq istəyir.
2
Ərzincanda barışıq imzalandıqdan sonra rus
qoşunları işğal etdiyi ərazilərdən geri çəkilməyə başlayır.
Rus ordusu geri çəkilərkən
müsəlman əhalisini vəhşicəsinə qırıb - çatır, kəndləri yandırır. Həmin dövrdə Tiflisdə nəşr
edilən qəzetlər tərxis edilmiş rus ordusunun “adamyeyənlər bandasına” çevrilərək,
Sarıqamışdan Aleksandropola (Gümrüyə) qədər keçdikləri əraziləri dağıdıb, xarabaya
qoyduqlarını yazırdılar.
3
Buna görə də Vehib paşa barışığın pozulduğunu və erməni quldur dəstələrinin vəhşilikləri
haqqında yanvarın 22-də general-leytenant Odişelidzeyə məktub göndərir. Bundan sonrada
erməni vəhşiliyinin həddinin aşdığını, onların cəzasız qaldığını görən Vehib paşa fevralın 1-də
Baş komandan Prcevalskinin adına məktub, fevralın 11-də isə Odişelidzenin adına teleqram
göndərir. O, məktub və teleqramlarda konkret faktlarla
erməni vəhşilikləri
1
Документы и материалы по внешней политики Закавказъя и Грузии,
Tiflis, 1919, səh. 15-16.
2
Yenə orada, səh. 24.
3
Погосян А., Карская областъ в составте России, İrəvan,1983, səh. 192.
haqqında məlumat verir və onlara qarşı ölçü kötürülməsini tələb edir.
1
Fevralın 12-də türk ordusu erməni qırğınlarına dezə bilməyərək hücuma keçir. Bu arada
ermənilərin özbaşınalıqlarına “son qoymaq üçün” Zaqafqaziya Komissarlığı Andraniki və doktor
Zavriyevi Ərzuruma göndərir. Bundan sonra ermənilər daha azğınlaşır. Karibi 1920-ci ildə
Tiflisdə dərc etdirdiyi “Qırmızı kitab”da yazır: “General Andranik ermənilərin başçısı kimi
1918-ci il fevralın 18-də Ərzuruma gəldi. Burada, bu tərəfdə erməni silahlı qüvvələri o dərəcə
başıpozuq idilər ki, talançılıqla məşğul idilər.”
2
Fevralın 18-də Zaqafqaziya Seymi yaradılır və fevralın 25-də Zaqafqaziya hökuməti
Trabzonda danışıqlar keçirmək üçün türk komandanlığına müraciət edir. Martın 1-də Zatafqaziya
Seymi Türkiyə ilə sülh müqaviləsi bağlamaqda səlahiyyətli olduğunu və qoşunları 1914-cü il
sərhədlərinə geri çəkmək üçün sülh müqaviləsi imzalamaq istədiyini bildirir.
3
Lakin martın 3-də
Türkiyə ilə Sovet Rusiyası Brest-Litovsk müqaviləsini imzalayır. Bu müqavilə 1711-ci
ildən bəri
ilk dəfə Türkiyənin Rusiyaya qarşı bir zəfəri mahiyyətində idi və ruslar nəinki 1914-cü il
sərhədlərinə geri çəkilməyi, hətta 1878-ci il Berlin müqaviləsi ilə Türkiyədən qoparılan Üç
Sancağı (Batum, Ərdahan, Qars vilayətlərini) qaytarmağı qərara almışdılar.
4