Erməni könüllü dəstələrinin Şərqi
Anadoluya doğru , .hərəkətindən ruhlanan Türkiyə
erməniləri “Qərbi Ermənistan”ı azad edib müstəqil dövlət qurmaq fürsətini əldən verməmək
üçün hər yerdə silahlı basqınlar edərək türkləri qırıb məhv etməyə başlamışdılar. Bu haqda çoxlu
faktlar mövcuddur. İngilis tarixçisi Stenford Ç.Şou tarixi sənədlər əsasında göstərmişdir: “
Erməni könüllülərinin köməyi ilə rus ordusu Van istiqamətində hücuma keçərək mayın 14-də
oranı tutan kimi 2 gün ərzində yerli müsəlman əhalisini kütləvi surətdə qırmağa başladılar...
Rusların himayəsi altında Vanda erməni hökuməti qurulmuşdu (halbuki müharibənin əvvəlində
vilayətdə ermənilər 42,3 %, yəni 33789 nəfər təşkil etmişdir- yenə orada).” İyulun ortalarında
hər tərəfdən 250 min erməni Vanda toplanmışdı.”
2
1
Yenə orada, səh. 304-305.
2
“Aрмянский геносид” миф и реальностъ. Справочник фактов и документов . Bakı, 1992,
səh. 229.
Türkiyə hökuməti məcburiyyət qarşısında qalıb ermənilərin türk ordusuna arxadan zərbəsinin
qarşısını almaq məqsədilə müharibə rayonundan erməniləri ölkənin içərilərinə köçürmək
haqqında qərar qəbul etmişdi. Hər cür hazırlıqdan sonra, mühafizə dəstələrinin
müşayiəti ilə
mayın 28-də köçürmə işlərinə başlanmışdı. Köçürmə şərtləri aşağıdakı kimi idi:
“Boşaldılan erməni evləri möhürlənərək mühafizə altına alınacaqdır; geridə buraxılan hər
cür mal və əşya sahibinə qaytarılacaqdır; daşınmaz mallar, xarab olacaq qida maddələri açıq-
artırma ilə satılacaq, pulları sahibinin adına əmanətə alınacaqdır; bilxassə kilsələrdəki rəsm və
kitablar üçün ayrı inventar tənzim ediləcək, yaşadıqları kənddə kilsəsi olan ermənilərin Şərqi
Anadoluda yenidən yerləşdikləri kənddə yeni kilsələri olacaqdır; bütün bunlara riayət etməyənlər
üçün sərt tədbirləri görüləcəkdir.”
1
Göründüyü kimi, bu qərar ədalətli qərar idi və hərb bölgəsindən kənarda yaşayan
ermənilərə şamil edilməmişdi. Bu o demək idi ki, Osmanlı dövləti ermənilərə qarşı ədalətlə
davranmışdı.
2
Ermənilər hər il aprelin 24-nü “genosid günü” kimi qeyd
edərək iddia edirlər ki, guya
həmin dövrdə türklər 1,5 milyon ermənini qırmışlar. Əslində isə həmin gün sadəcə olaraq
İstanbulda və digər şəhərlərdə türklərə qarşı xəyanət edən erməni təşkilatlarının təcili olaraq
bağlanması, onların rəhbərlərinin həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili
işlər naziri əmr vermişdi. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edilmişdi. Maraqlı
orasıdır ki, bu əmrin veriləcəyindən əvvəlcə xəbər tutan Eçmiədzin katolikosu aprelin 22-də
ABŞ prezidentinə teleqram vurmuşdu ki, ermənilərin “türk fanatizminin özbaşınalığından xilas
etsin.” Həmin teleqram aprelin 24-də, yəni əmr verilən günü artıq ABŞ prezidentinə çatmışdı.”
1
Zeynalabdin Makas, “Şəxsiyyət arayışı” məqaləsi, “Tarix” qəzeti, № 19, 1991.
2
Süleyman Kosabas, göstərilən əsəri. səh.392.
Əslində ermənilər aprelin 24-nü ona görə “genosid günü” kimi qeyd edirlər ki, yuxarıda qeyd
etdiyimiz köç haqqında qərardan sonra onların “Qərbi Ermənistan” yaratmaq istədikləri 6
vilayətdə (Ərzurum, Van, Bidlis, Xarput, Diyarbəkir, Sivas) onsuz da azlıq
təşkil edən
ermənilərin sayı minimuma endirilmişdi. Yəni onların “Böyük Ermənistan” dövləti yaratmaq
iddiaları puça çıxmışdı.
İstər indiki Ermənistan ərazisində, istərsə də Türkiyə ilə sərhədboyu ərazilərdə erməni
quldur dəstələrinin özbaşınalıqları, qətl və qarətləri haqqında Rusiyanın rəsmi dairələrinə
müntəzəm olaraq məlumat göndərilirdi. Xüsusən, Daxili İşlər Nazirliyinin agentləri erməni hərbi
hissələrinin törətdikləri vəhşiliklər haqqında, ermənipərst Vorontsov-Daşkovun onları himayə
etməsi haqqında Petroqrada məlumatlar göndərirdilər.
2
Həmçinin bir çox zabit və generallar
erməni könüllü dəstələrini soyğunçulutda, qarətçiligdə və yerli əhaliyə qarşı (yəni
türklərə
müəllif) özbaşınalıqda təqsirləndirirdilər.
3
Ona görə də baş komandanlıq köhnə drujinalarda
qayda-qanun yaradılmayınca yenilərinin yaradılmasını qadaqan etmək haqqında əmr vermişdi.
4
Yeri gəlmişkən, Vorontsov-Daşkovun ermənipərəst mövqe tutması və “Daşnaksutyun”
partiyasının əməlləri haqqında S.Şaumyan sosial-demokratlar mövqeyindən çıxış edərək 1915-ci
ilin oktyabrında yazmışdı: “Erməni burjuaziyası keçmiş canişin Vorontsov-Daşkovun ona
göstərdiyi xüsusi diqqətə görə minnətdarlıq əlaməti olaraq və himayəsi altında sərbəstcə
varlandığı çar hökumətinə sadiq bəndəlik hissini ifadə etmək üçün müharibə zamanı öz
1
Жорж де Малевил, Армянская трагедия 1915 года, Bakı, 1990, səh.33-35.
2
Aрутюнян A., göstərilən əsəri, səh. 316.
3
Yenə orada, səh. 313.
4
Yenə orada, səh. 313.
yalançı vətənpərvərliyini ən böyük hay-küylə göstərməyə çalışırdı- Bunun üçün o (yəni
“Daşnaksutyun” partiyası-müəllif) öz pulu ilə erməni könüllü dəstələri yaratmışdı. Bu dəstələrə
Türkiyə erməniləri də (türk ordusundan fərarilər və hətta Turkiyə parlamentinin deputatı) cəlb
edilmişdilər... Bədbəxt Türkiyə ermənilərinin öz dövlətinin açıq
xainləri kimi, demək olar ki,
ucdantutma vəhşicəsinə məhv edilməsi erməni burjuaziyasının və onun nökəri “Daşnaksutyun”
partiyasının xudbin sinfi siyasətinin kədərli, lakin təbii nəticəsi oldu...”
1
Deməli, S.Şaumyan da etiraf edirdi ki, ermənilər türklərdən öz xəyanətkar əməllərinin
layiqli cavabını almışdılar. 1917-ci ildə erməni generalları Qafqaz ordusunun tərkibində ayrıca
erməni silahlı birləşmələrinin yaradılması haqqında dəfələrlə Ali Baş Komandanlıq adından
vəsatət qaldırmışdılarsa da Müdafiə Nazirliyi buna razılıq verməmişdi. Bununla belə, Qafqaz
ordusunda ermənilərin xüsusi çəkisi yüksək idi. 1917-ci il yanvarın 1-nə olan
məlumata görə
təkcə Tiflis səfərbərlik məntəqəsində hərbi xidmətə 304164 nəfər cəlb edilmişdi ki, onlardan
121321-i erməni, 121113-ü gürcü, 42712-i rus, 1314-ü tatar, 3221-i yəhudi, 2413-ü alman və
11470-i qeyri millətlərdən ibarət idi.
2
Nəhayət, 1917-ci il oktyabrın 23-də Qars cəbhəsinin baş komandanının sərəncamı ilə iki
erməni atıcı briqadası yaradılır. Sonralar bu briqadalar erməni daşnak hökuməti ordusunun
əsasını təşkil etmişdi.
İstər indiki Ermənistan ərazisində, istər Qars vilayətində,
istərsə də Qarabağ və
Azərbaycanın digər belgələrində yüz minlərlə soydaşlarımıza qarşı soyqırım aksiyası 1918-1920-
ci illərdə məhz bu ordu tərəfindən həyata keçirilmişdi.
1
Şaumyan S., Seçilmiş əsərləri, Bakı, 1978, 2-ci cild, səh. 15-16.
2
Aрутюнян A., göstərilən əsəri, səh. 319.
3. MÜHARİBƏ MÜDDƏTİNDƏ ERMƏNİLƏRİN TÖRƏTDİKLƏRİ
QIRĞINLAR.
İndiki Ermənistan ərazisində ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan
bəhs etməkdən öncə Qars vilayətində rus ordularının və erməni quldur dəstələrinin törətdikləri
vəhşiliklərdən bəhs etmək lazımdır. Qars vilayətinin əhalisi etnik mənsubiyyət baxımdan İrəvan
xanlığının əhalisi ilə demək olar ki, eyniyyət təşkil edirdi. Çünki İrəvan xanlığının əhalisinin
əksər hissəsi 19-cu əsrdə baş vermiş Rusiya-İran müharibələrinin nəticəsində xanlığın
ərazisindən qaçqın düşərək Qars vilayətində məskunlaşmışdılar. 1877-78-ci illər rus-türk
müharibəsindən sonra Qars vilayəti hərbi-inzibati ərazi kimi Rusiyanın tərkibinə qatılmışdı.
Vilayətin yerli türk əhalisi hər cür təzyiq və təqiblərə məruz qalmalarına baxmayaraq yenə də
bölgədə əksəriyyət təşkil edirdi.
Təsadüfi deyil ki, 1919-cu ildə Paris sülh konfransında
Azərbaycan Demokratik Cümhuriyyətinin memorandumunda qeyd edilirdi ki, Qars ətrafının
sakinləri azərbaycanlılarla eyni etnik qrupa daxildirlər, onların dini adət-ənənələri, vərdişləri,
yaşayış tərzləri və məişətləri Azərbaycanın qalan hissələri ilə eyniyyət təşkil edir. Həmin ərazidə
yaşayan müsəlmanlar dəfələrlə Azərbaycan hökumətinə müraciət etmişdilər ki, Azərbaycan