bölgələrindəki silahsız azərbaycanlılar yaşayan kəndlərə erməni quldurlarının hücumları zamanı
törədilən vəhşiliklərin təkrarı idi.
Təəssüf ki, dünya ictimaiyyəti Ermənistandakı nə 1918-1920-ci illər, nə də 1988-1989-cu
illər qırğınları haqqında xəbər tutmamışdır. Ermənilər bir əsrdə Vartanlı kəndində iki dəfə
azərbaycanlılara qarşı soyqırım törətmişlər. Onlar “adımı sənə qoyaram, səni də yana-yana”
prinsipi ilə Azərbaycan xalqını vəhşi
kimi qələmə verməklə, ictimai rəy yaratmağa çalışmışlar.
Vartanlı qırğınlarının üstündən sükutla keçib, onu ört-basdır etməklə yanaşı, özlərinin
törətdikləri Sumqayıt qırğınlarına siyasi qiymət verilməsini tələb etmək məhz ermənilərə məxsus
həyasızlıq idi.
İndi isə şahidlərin verdiyi ifadələr və Ermənistan Prokurorluğunun göndərdiyi cavablar
arasında Vartanlı qırğınlarının bəzi səhnələri ilə tanış olaq. Əsrin əvvələrində tamamilə
azərbaycanlılar yaşayan Vartanlı kəndində 1988-ci ilin sonunda ermənilər çoxluq təşkil edirdilər,
Ermənilər noyabrın 25-dən 26-na keçən geçə kəndə silahlı hücum edirdilər.
Həmin gün güclü qar
yağır, boran imiş. Azərbaycanlılar əsasən kəndi tərk edib meşəyə çəkilməyə məcbur olmuşdular.
Qatillər kənddə rastlarına çıxan Mehralı İsgəndərovu ağaca bağlayır, gözləri qarşısında arvadı
Xanım İsgəndərovanın boynuna kəndir keçirib hər cür təhqir edərək, kəndin içində gəzdirirlər.
Onların 14 yaşlı oğlu Alim hadisədən xəbər tutaraq ov tüfəngini götürüb kəndə enir və ata-
anasını xilas etmək üçün atəş açmağa məcbur olur. Güllələr dolu kimi Alimin üzərinə yağdırılır.
Yaralı Alimi ata-anasının gözləri qarşısında yanan tonqalın içinə atırlar. Bu dəhşəti görməmək
üçün anası Xanım özünü çaya atır ki, boğulsun. Onu çaydan çıxarıb işgəncə ilə öldürürlər.
Vəhşicəsinə döyülüb hər cür təhqirlərə məruz qalan Mehralı İsgəndərov gözlərini əbədi yumur.
Ermənistan Respublikası Prokurorluğunun bu cinayət işi ilə bağlı SSRİ Prokurorluğuna
göndərdiyi cavabında deyilir: “İsgəndərov Mehralı Həsən oğlu, 1938-ci ildə anadan olmuş,
Vartanlı kənd sakinidir. 1988-ci ildə millətlərarası toqquşma nəticəsində öldürülmüş, Vartanlı
kənd qəbiristanlığında basdırılmışdır. Onun meyiti 1989-cu ilin sonunda qohumları tərəfindən
çıxarılaraq Azərbaycanda yenidən dəfn edilmişdir. SSRİ Prokurorluğu cinayət işi qaldırmışdır.
Cinayətkarlar tapılmamışdır.”
İsgəndərovların üçünün də haqqında verilən cavabın sonunda deyilir: “Cinayətkarlar
tapılmamışdır.” Görəsən, bütöv kənd camaatının gözü qarşısında baş verən qırğınların
icraçılarını doğurdanmı SSRİ Prokurorluğunun işçiləri əlləşib aşkara çıxara bilməmişdilər?
1941-1945-ci illər müharibəsində bir qolunu itirmiş 69 yaşlı Qərib Bayramovun evi
kəndin yuxarı hissəsində olduğundan, İsgəndərovların faciəsindən geç xəbər tutur. Çayın
kənarına enib meyitləri gördükdən sonra evə qayıdıb üstlərini
örtmək üçün bir şey gətirmək
istəyir. Bu dəm arxadan onu balta ilə vurub yanan tonqalın içinə atırlar. Ermənistan
Prokurorluğunun cavabında isə deyilir: ”Bayramov Qərib İsmayıl oğlu, 1919-cu ildə anadan
olmuş, Şaumyan kəndinin keçmiş sakini, 1988-ci ildə Şaumyan kəndinin erməni əhalisi
tərəfindən öldürülmüş, meyit yarı yandırılmışdır.”
Öz qonşusunun başına arxadan endirdiyi zərbədən qanına
qəltan edilən, kəndin ağbirçəyi
Hüseynova Leyli haqqında göndərilən cavabda deyilir: Hüseynova Leyli Həsən qızı, 1925-ci ildə
anadan olmuş, Vartanlı kəndinin sakini, 1988-ci ilin noyabrında millətlərarası toqquşma
nəticəsində öldürülmüş və Vartanlı kənd qəbiristanlığında basdırılmışdır. 1989-cu ilin axırlarında
onun meyiti qohumları tərəfindən Azərbaycana aparılıb yenidən dəfn edilmişdir. SSRİ
Prokurorluğu cinayət işi qaldırmış, cinayətkarlar tapılmamışdır.”
Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında
qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında
mətbuatda çox yazılıb. Lakin Vartanlı erməniləri bu çür insani hisslərdən uzaq idilər. Onlar
azğınlaşmış dəstənin önündə gedir, azərbaycanlıların sığındığı evləri nişan verirmişlər.
Azğınlaşmış dəstəyə isə Şaumyan kənd sovetinin sədri C.Arakelyan bələdçilik etmişdi.
Süleyman Məmmədov qonşusu Mexaqın evində gizlənibmiş. Mexaq isə onu quldurlara
təhvil vermiş, onlar isə maşın təkərlərini yandırıb S.Məmmədovu diri-diri odun içinə atmışdılar.
Namərd qonşu isə tutduğu işdən həzz ala-ala, tükürpədici səhnəyə tamaşa etmişdi. Cinayətkarlar
yenə də “tapılmamışdı”.
Ermənistan Prokurorluğunun cavabı: “Məmmədov
Süleyman Qənbər oğlu, 1938-ci ildə
anadan olmuş, Vartanlı kəndi sakini, 1988-ci ilin noyabrında millətlərarası toqquşma nəticəsində
öldürülmüşdür və Vartanlı kənd qəbiristanlığında basdırılmışdır. 1989-cu ilin axırında qohumları
tərəfindər Azərbaycanda yenidən dəfn edilmişdir. SSRM Prokurorluğu cinayət işi qaldırmış,
cinayətkar tapılmamışdır.”
Ümumiyyətlə, təkcə noyabrın 26-27-də Vartanlı kəndində 14 nəfər azərbaycanlı
vəhşicəsinə öldürülmüş və yandırılmışdır. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə
dağlarla, meşələrlə gündüzlər gizlənib yalnız gecələr yol gedərək 13-14 gün ərzində
Azərbaycana çatmışdılar.
1
Onlarca vartanlılar dağlarda itgin düşmüşlər. Toqquşma zamanı
aldıqları bədən xəsarətindən, yollarda tutulduqları xəstəlikdən sonra Azərbaycana gələn onlarca
vartanlılı vəfat etmiş, çoxları şikəst olmuşdular. Ümumiyyətlə,
Quqark rayonunla ermənilərin
törətdiyi qırğınlar nəticəsində 30-dan artıq azərbaycanlı qətlə yetirilmişdir. Quqark faciəsi
Ermənistan rəhbərliyi tərəfindən ört-basdır edildi. Sonralar, yəni 1989-cu ildə Ermənistan KP
MK bürosu Quqark rayon partiya komitəsinin birinci katibi LBağdasaryanı və RİK-nin sədri
S.Kazaryanı işdən azad etməklə kifayətləndi. Lakin Vartanlı (Şaumyan)
1
Çaxmaqlı Q., “Erməni xəyanətinin qurbanları” məqaləsi, “Vətən səsi” qəzeti,
28 noyabr 1990-cı il.
qırğınlarının əsas təşkilatçıları və icraçıları cinayət məsuliyyətindən kənarda qaldılar.
Qonşu Spitak (keçmiş Namamlı) rayonunun rəhbərliyi azərbaycanlılara qarşı törədikləri
cinayətlərə görə Quqark rayonunun rəhbərlərindən heç də geri qalmamışdı. Noyabrın 28-də
Spitak rayon İK-nin sədri V.Nayçyan, DİŞ-in rəisi Sarkisyan, DTK
rayon şöbəsinin sədr müavini
Mehrabyan rayonun azərbaycanlılar yaşayan Saral və Qusarlı kəndlərinə gəlib bildirmişdilər ki,
onların təhlükəsizliyinə təminat vermirlər. Əgər iki saat ərzində kəndi tərk etməsələr, silahlı
dəstələr kəndə hücum edəcəklər. Camaat onların təklifini rədd edir. Lakin Spitak və Quqark
rayon rəhbərləri yenə gəlib təkidlə tələb edirlər ki, kənd camaatı tezliklə çıxmalıdırlar. Onlar
özləri ilə 34 avtobus və 40 yükünüözüboşaldan maşın gətirmişdilər. Onların göstərişi ilə bir dəstə
erməni sahiblərinin gözü qarşısında ev əşyalarını həyətə çıxarıb, od vururlar.
Avtobuslarla dolu camaatı rayon ərazisindən kənarda - Quqark rayonunun Mrqahovit
(Həmzəçimən) kəndi yaxınlığında axşamdan xeyli keçmiş silahlı dəstələr gözləyirdilər. Spitak
rayonunun rəhbərləri işi elə hazırladılar ki, qan qonşu rayonun ərazisində tökülməli idi,
bununla
da onlar məsuliyyətdən kənarda qalacaqdılar. Gecənin qaranlığında yolun kənarında pusquda
durmuş quldurlar avtobusları atəşə tuqur, 3 nəfər həlak olur, 7 nəfər ağır yaralanır. Bu cinayətlə
bağlı Ermənistan Prokurorluğunun verdiyi cavabdan:
“1. Balacayev Şahin Səyyad oğlu, 1977-ci ildə anadan olmuş, Saral məktəbinin 4-cü sinif
şagirdi. Mrqahovit kəndinin yaxınlığında
Spitakdan gələn ; PAZ-672 markalı 39-52 ADN
nömrəli avtobus naməlum şəxslər tərəfindən atəşə tutulmuşdur, güllə başından dəymiş, yerindəcə
keçinmişdir. 01.12.1988
2. Balacayev Teymur Məsim oğlu, 1959-cu ildə anadan olmuş, Kirovakan dəzgahqayırma
zavodunun fəhləsi, PAZ-696 markalı, 57-94 ADN nömrəli avtobusla (Spitakdan gələn kolonna)
Mrqahovit kəndi yaxınlığında meşədə naməlum şəxslər tərəfindən daşa basılmış, başından
zərbə alaraq yerindəcə keçinmişdir.
3. Balacayeva Sürəyya Nüseyn qızı, 1954-cü ildə anadan olmuş, yuxarıda
qeyd edilmiş
hadisə zamanı bədən xəsarəti almış və 02.12.1988-ci ildə xəstəxanada keçinmişdir.”
Ermənistan Prokurorluqunun verdiyi həmin məlumatın əlavəsində isə Balacayevlərin hər üçünün
güllə yarasından öldürüldüyü qeyd edilmişdir.