Sürəyyanın həyatını xilas etmək mümkün idi. Lakin onu Kirovakan xəstəxanasında tibb
bacıları döşəkağıları ilə boğub öldürmüşdülər. Sürəyyanın üstündə olan 6
min manat nəğd pulu
və 3 min manat dəyərində olan zinət şeylərini xəstəxanada həkimlər oğurlamışdılar. Rayon
rəhbərləri hər üç meyiti Azərbaycana gətirməyə qoymamış, Quqark rayonunun Vartanlı
kəndində hərbçilərin köməyi ilə dəfn etmişdilər.
Spitak faciəsindən daha bir nümunə. Qursalı kənd sakini Rəhim Daşdəmirov 23 il idi ki,
Kirovakan şəhərində milis işçisi işləyirdi. Əmək veteranı, milis əlaçısı idi. 1989-cu il iyunun 9-
da oğlu Mayılla şəxsi maşınlarında Spitak şəhərinə gəlib bəzi sənədləri götürmək və zəlzələdən
sonra Qursalıda dağılmış evlərinin dəyərinin əvəzini almaq istəyirdilər. Spitak RİK-in qarşısında
onu tanıyan iki erməni hucum edib armaturla onun başını əzir və hadisə yerindən qaçırlar. Özünü
itirən Mayıl atasını maşına qoyub Qazax xəstəxanasına çatdırmaq istəyir. Ermənilər onları
maşınla təqib edirlər. Rəhim kişini xəstəxanaya çatdırmaq olmur. O, yolda keçinir. İyunun 10-da
R. Daşdəmirovu Gəncə şəhərində dəfn edirlər.
Bununla əlaqədar olaraq Ermənistan Prokurorluğunun həqiqətdən uzaq, riyakar
cavabında deyilir: “Daşdəmirov Rəhim Cabbar oğlu, 1932-ci ildə anadan olmuşdur. 1988-ci ilin
iyulunda zəlzələdən çataçaq kompensasiyanı almaq üçün Spitaka gəlmişdilər. Döyülmüşlər.
Xəstəxanaya yerləşdirməkdən imtina etmişdir. Öz maşınında Bakıya getmişdir. 1990-cı ildə
Ermənistan DTK-na Bakıdan
teleqram gəlmişdir ki, Daşdəmirov Spitakda döyüldükdən sonra
Bakıda ölmüşdür. Bunun əsasında cinayətkar məhkəməyə verilmiş, ancaq psixi xəstə olduğu
müəyyən edilmişdir.”
Ermənistan Prokurorluğu göndərdiyi cavab həqiqətə uyğun olmadığı kimi, Daşdəmirovun
qatilinin “psixi xəstə” çıxması da ermənisayaqı saxtakarlıqdır.
Ermənistanda azəri türklərinə qarşı dəhşətli cinayətlər törədilmiş rayonlardan biri də
Stepanavan (keçmiş Cəlaloğlu) rayonudur. Kuybışev kəndinin
sakinləri Təmraz Yusif oğlu
İsgəndərov, Gilas Rüstəm qızı Xəlilova, Şərif Cabbar oğlu Xəlilov vəhşicəsinə döyülmüş və
soyuq silahla qətlə yetirilmişlər. Puşkino kolxozunun sağıcısı (Kərkər kənd sakini) Bəsti İsrafil
qızı Mustafayeva isə Ermənistanda baş vermiş dəhşətli zəlzələdən sonra, yəni bütün dünyanın
Ermənistanın halına ağladığı bir vaxtda, 30 dekabr 1988-ci ildə diri-diri yandırılmış və meyiti
zibillikdə gizlədilmişdi. Xeyli müddətdən sonra onun meyiti hərbçilərin köməyi ilə tapılmışdı.
Qeyd etdiyimiz dörd ölüm hadisəsindən yalnız ikisinin barəsində cinayət işi qaldırılmışdı.
1902-ci ildə anadan olmuş, Kalinino rayon mərkəzindəki 41 nömrəli evdə yaşayan
Məhəmməd Nəbi oğlu Sadıqovun evinə rayon mərkəzində keçirilən mitinqdən ayrılan silahlı
dəstə hücum etmiş, onu soyuq silah və daş-qaya ilə öz həyətindəcə qətlə yetirmişdilər. Bu haqda
“Pravda” qəzetinin 7 yanvar 1989-cu il tarixli və “Социалистическая индустрия» qəzetinin 18
dekabr 1988-ci il tarixli sayında dərc edilmişdir.
1988-ci ilin noyabr-dekabr aylarında bir tərəfdən Ermənistanın azəri türkləri yaşayan
kəndlərinin əhalisi sıxışdırılır,
kəndlərə ərzaq göndərilmir, elektrik xətləri kəsilir və silahlı
basqınlar edilir, digər tərəfdən kəndləri tərk edən ailələrə yollarda divan tutulur, əmlakları qarət
edilir, özləri isə qətlə yetirilirdilər. Ermənistanda milli zəmində baş verən cinayətlərin əksəriyyəti
əsasən azərbaycanlı əhalinin öz yaşayış məntəqələrini tərk etməyə məcbur olduqları vaxt baş
vermişdi. Ermənistandan Azərbaycana gedən bütün yollar üzərində bir neçə yerdə silahlı quldur
dəstələri yerləşdirilmişdi. Quldurların əksəriyyəti milis forması geyərək özbaşına yoxlama -
buraxılış məntəqələri yaratmışdılar. Onlar bütün maşınları saxlayır, sərnişinlərin sənədlərini
yoxlayır və maşında azərbaycanlılar olduğunu müəyyən edən kimi onu maşından düşürür,
əmlaklarını boşaldaraq qarət edir, özlərini isə vəhşicəsinə qətlə yetirirdilər.
Ermənistan Prokurorluqu öz ərazisində törədilən minlərlə cinayəti açmadan aşağıdakı
kimi şablon cavablar vermişdir: “Göstərilən məlumatlara uyğun şəxs pasport qeydiyyatı
stolundan və kənd sovetinin təsərrüfat kitabından keçməmişdir,” “Ünvanından
qeydiyyatdan
çıxıb”, “Ölümü haqqında qeydiyyat rayon VVAQ şöbəsində yoxdur,” “1988-ci ildə ünvanından
çıxıb Azərbaycan SSR-ə getmişdir” və s.
Ermənistan Prokurorluğunun Masis qəsəbəsinin sakini Səfa Novruzəli qızı Cəfərova
haqqında verdiyi məlumatda yazılmışdır: “Göstərilən məlumatlara uyğun şəxs RDİŞ-nin və
VVAQ-ın qeydiyyatından keçməmişdir.” Belə çıxır ki, belə bir adam ümumiyyətlə, Masis
rayonunda yaşamamışdır və onun öldürülməsi də təbii ki, uydurma hesab edilməlidir. Lakin
sənədlər içərisində Cəfərova Səfa Novruzəli qızının Masis qəsəbə Soveti tərəfindən verilmiş
doğum haqqında şəhadətnaməsinin surəti vardır. Şəhadətnamə 1980-cı il aprelin 2-də yazılmış
və qeyd nömrəsi 189-dur (Ş-SL № 262478). Şahidlərin verdiyi izahata əsasən isə Səfa başından
aldığı zərbə nəticəsində Masisdə qətlə yetirilmişdir.
Ermənistan tərəfi azərbaycanlılara qarşı törədilən cinayətləri əsasən təkzib edərək qeyd
edir ki, konkret olaraq bu və ya digər halda zərərçəkənlər Ermənistanın
hüquq-mühafizə
orqanlarına müraciət etməmişlər. Bir halda ki, Ermənistanda azərbaycanlılara qarşı cinayətlər
respublika hökuməti səviyyəsində, onun yerlərdəki partiya, sovet və hüquq-mühafizə orqanları
rəhbərlərinin başçılığı ilə törədilirdi, onda azərbaycanlıların şikayətlərinin nə mənası olacaqdı?
Kim bu şikayətə baxacaq, kimləri cəzalandıracaqdı? Tək-tək şikayətçiləri isə bir daha əzişdirib
elə hala salırdılar ki, şikayət etdiyinə də peşman olurdu. Axırda da sözləri bu olurdu: “sizinkilər
Sumqayıtda erməniləri niyə qırdılar? Şükur edin ki, sağ qalıbsınız.” Buqün bunlara görə də
azərbaycanlılar öz rəsmi şikayətlərini yalnız Azərbaycana çatdıqdan sonra edə bilirdilər.
Amasiya rayonunda azərbaycanlılara qarşı edilən cinayətlərlə əlaqədar
Ermənistan
Prokurorluğunun cavabında deyilir:” Rayonun keçmiş sakinləri azərbaycanlıların və ya onların
qohumlarının ərizələrində nə əmlak iddiası, nə də ermənilər tərəfindən onlara qarşı zor
işlədilməsi haqqında SSRİ DİŞ-in operativ əməliyyat qrupuna şikayət edilməmişdir.”
Amasiya rayonu coğrafi mövqeyinə görə qərbdən Türkiyə ilə, şimaldan Gürcüstanın
ermənilər yaşayan rayonları ilə əhatə olunmuş, 18 min əhali girov kimi qalmışdı. Rayondan
kənara çıxan azərbaycanlıları ölüncəyə qədər döyürdülər. Ümid təkcə vertolyotlara qalmışdı.
Rayon DİŞ-in əməkdaşı Arif İsgəndər oğlu Məmmədov və Əzizbəyov kənd sakini Arzu
İsfəndiyar oğlu Haqverdiyev 1988-ci ilin noyabrında maşınla ev əşyalarını Azərbaycana
apararkən yolda silahdan atəşə tutulmuş, bir neçə yerdən güllə bədənlərini deşik-deşik etmişdi
(sübutlar Azərbaycan Məhkəmə Ekspertizası İnstitutunda saxlanır). Hərbçilərin,
BTR-lərin
müşaiyəti ilə Oxçoğlu kəndindən yola salınan 15 ailənin ev əşyaları Axuryan rayonunun Kaps
(Qanlıca) kəndində maşınlardan boşaldılmış, talan edilmiş, sonra isə od vurub yandırılmışdılar.
Bu cinayət işi ilə SSRİ Prokurorluqunun əməkdaşları məşğul olmalarına baxmayaraq, heç kəs
məsuliyyətə cəlb edilməmişdi.
Əsas çıxış yollarını silahlı erməni quldurları ələ keçirdiklərinə görə, Ermənistanın
Azərbaycanla həmsərhəd rayonlarının azərbaycanlı əhalisi maşınlarla deyil, qışın qarlı-boranlı
günlərində dağlardan piyada aşaraq özlərini Azərbaycana çatdıra bilmişdilər. Krasnoselo,
Vardenis, Sisyan, Qafan, Gorus, Razdan, Əzizbəyov, Amasiya rayonlarından 48 nəfər dağları
aşarkən borana düşüb həlak olmuşdular.
Vardenis (Basarkeçər)
rayonunun Şişqaya kənd sakini, 1971-ci ildə anadan olmuş Şahin
Qabil oğlu Əliyev 1988-ci ilin dekabrında dağları aşarkən Gədəbəy rayonunun ərazisində borana
düşmüş və donub ölmüşdü. Onun meyiti dörd aydan sonra, dağlarda qarın altından tapılmış və
Şəmkir rayonunun Dağ Cəyir kəndində dəfn edilmişdir.
Sisyan rayonunun Şəki kəndinin sakini, 1925-ci ildə anadan olmuş Xalisə Əmrah qızı
Əliyeva 1988-ci ilin dekabrında dağlardan aşarkən borana düşmüş və ölmüşdür. Lakin onun
meyitini tapmamışdılar. Dağların qarı əridikdən sonra, 1989-cu ilin may ayında qohumları
dağdan onun paltarlarının cırıqlarını və ağ saçlarını tapmışdılar.
Ermənistandakı qırğınların ən faciəlisi İrəvan şəhərində Estonakan küçəsi ev 12/1, mənzil
56-da yaşayan Misgərovlar ailəsinin başına gətirilmişdir. 1955-ci
ildə anadan olmuş Elza Cəfər
qızı Misgərova və 1956-cı ildə anadan olmuş qardaşı Vidadi namərd qonşularının və
“dostlarının” şirin dillərinə aldanaraq İrəvanda qalıb mənzillərini Bakıya dəyişdirmək uçün
münasib variant axtarırdılar. Elza və Vidadi “sadiq dostlarının” əli ilə hər cür işgəncələrlə qətlə
yetirilmiş və hər ikisinin meyitini Artaşat rayonunun ərazisindəki Azat su anbarına tullamışdılar.
Müvafiq sənədlər və şahidlərin verdikləri ifadələr əsasında Azərbaycan Qaçqınlar
Cəmiyyətində tərtib edilmiş siyahıya əsasən, 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər
azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərarası münaqişə zəminində baş vermiş