1988-ci ildə isə respublika rəhbərliyi azərbaycanlıların təhlükəsizliyinin qorunmasına
təminat
verməməklə, onlar arasında vahimə və qorxu yaradaraq Ermənistandan deportasiya edilməsinə
başlayır.
Ayrı-ayrı rayon rəhbərləri azərbaycanlılara qarşı iqtisadi təzyiq üsullarından istifadə
edərək kəndlərə çörək, ərzaq və gündəlik təlabat mallarının verilməsini məhdudlaşdırırlar. Ərzaq
üçün şəhərlərə və rayon mərkəzlərinə getməyə məcbur olan azərbaycanlılar təhqir edilir, döyülür
və qarət edilirlər.
İş o yerə çatır ki, mart ayında Gürcüstanın Boqdanovka və Axılkələk rayonlarında
yaşayan ermənilər Amasiya rayonunun kəndlərinə dəfələrlə silahlı basqınlar edirlər.
Moskva azərbaycanlıların kompakt yaşadıqları rayonlara daxili xidmət qoşunlarının
bölmələrini yerləşdirməyə məcbur olur. Hadisələrin sonrakı inkişafı göstərdi ki, bu bölmələrə
yalnız qırğınları müşahidə etmək səlahiyyəti verilibmiş.
Hadisələrin bu cür inkişafının
gözlənilməz, fəlakətli nəticələrə gətirib çıxaracağı hiss
edilirdi. 1988-ci il martın 25-də “Qarabağ” komitəsinin fəaliyyəti Ermənistan SSR
Konstitusiyasına və mövcud qanunvericiyə zidd olduğuna görə respublikanın Ali Soveti həmin
komitəni qeyri-qanuni hesab edərək fəaliyyətinin dayandırılması haqqında qərar çıxarır.
Azərbaycan SSR Ali Soveti də öz növbəsində “Qrunk” təşkilatının fəaliyyətini dayandırılması
haqqında və onun təşkilatçılarının cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qərar qəbul edir.
Lakin hər iki qərar sonralar kağız üzərində qalır.
Ermənistan SSR Ali Sovetinin, Nazirlər Sovetinin və KP MK-nın orqanı olan
“Kommunist” qəzeti “Fəlakət anı, məsuliyyət anı” məqaləsində həmin dövrü bulə
səciyyələndirirdi: “Meydana siyasi avantüristlər çıxmışlar. Onlar öz məqsədlərinə çatmaq üçün
heç nəyin qarşısında dayanmırlar. Bu məqsədlər yaxşı məlumdur: onlar acgözlüklə hakimiyyətə
can atırlar, xalqı milli faciə ilə nəticələnə biləcək son həddə sürükləyirlər”.
1
1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin
Ermənistana
birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq
versin. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra
Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da aqırlaşır.
1
“Kommunist” (rusca), 13 dekabr 1988-ci il.
İyunun 17-20-də İrəvanda teatr meydanında qeyzlənmiş erməni dəstələri avtobuslarla
azərbaycanlılar yaşayan Masis rayonunun mərkəzinə və Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq,
Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlılar Sovet-
Türkiyə sərhədinə toplaşmış, orada geçələməyə məcbur olmuşdular. Həmin günlər 20-dən çox
azərbaycanlı yaralanmışdı. Rayon mərkəzi Masis qəsəbəsindən 3 mindən çox azərbaycanlı
evlərindən çıxarıldı. Bütün bu iğtişaşlar zamanı SSRİ Daxili İşlər Nazirliyinin rayonda olan
qüvvələri yalnız müşahidəçi rolunu oynayırdılar.
1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət heyətinin iclası DQMV-i haqqında
məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsi yolverilməz hesab
edildikdən sonra, erməni millətçiləri azərbaycanlıların Ermənistan ərazisindən çıxarılması üçün
hər yerdə mitinqlər təşkil etməyə başladılar.
Ermənistan EA-nın
müxbir üzvü, “Qarabağ” hərəkatının liderlərindən biri Rafael
Kazaryan 1988-ci il noyabrın 4-də İrəvanda keçirilən mitinqdə demişdi: “Dəstələrin köməyi ilə
emiqrasiyanı təmin etmək lazımdır. Bizə bütün onilliklər ərzində ilk dəfə Ermənistanı
təmizləmək imkanı verilmişdir. Mən bunu bu on aylıq mübarizəmizin ən böyük naliyyəti
hesab edirəm”.
1
İrəvanda rusca çıxan “Kommunist” qəzeti “Fəlakət anı, məsuliyyət anı”
məqaləsində etiraf etməyə məcbur olmuşdu:” Komitənin (“Qarabağ”) yerli özəklərinin təşəbbüsü
ilə rayon və kəndlərdə mitinqlər təşkil edilərək azərbaycanlılardan öz evlərini tərk etmələri
tələbləri irəli sürülürdü. Ən həyəcanlandırıcı hal odur ki, “Qarabağ” komitəsinin hazırladığı
siyasi münaqişələrə hətta uşaqları da cəlb edirdilər. Təsəvvür edin ki,
Amasiya rayonunun
mərkəzində rayon xalq nəzarəti komitəsi sədrinin oğlunun rəhbərliyi ilə 30 məktəbli nümayiş
keçirir və azərbaycanlıların işdən qovulmasını tələb
1
Армения двадцат месяцев боръбы, İrəvan, 1989, səh. 15.
edirdilər”. Amasiyanın beynəlmiləl məktəbinin erməni şagirdlərinin tələbi ilə dərhal məktəbin
azərbaycan bölməsi bağlanmışdı. Bir həftə ərzində, 1988-ci il dekabrın birinədək rəhbər
vəzifələrdə işləyən azərbaycanlıların əksəriyyəti işdən azad edilmişdilər.
Şagirdlərin milli münaqişəyə cəlb edilməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, hər bir
erməni ailəsində deyilirdi ki, türklər onların qatı düşmənləridir və buna
görə də fürsət düşən kimi
onlardan qisas almaq lazımdır.
1988-ci il noyabrın ortalarında Azərbaycana 80 mindən artıq qaçqın pənah gətirmişdi.
Noyabrın 17-də Bakıda “Azadlıq” meydanında keçirilən mitinq zamanı Ermənistanda yaşayan
azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edilmişdi. Ermənistan
televiziyası həmin gün mitinqdən reportajlar göstərərək, qətnamənin tələblərini dəfələrlə efirdə
səsləndirmişdi.
Bu tələblərdən narahat olan Ermənistan rəhbərliyi Ali Sovet sessiyasının noyabrın 22-də
keçirildiyi Opera teatrının binasına mitinq iştirakçılarının hücumundan sonra sessiyasının
gedişini dayandıraraq, onların tələbi ilə deputatları, rayon rəhbərliyini yerlərdə “qayda-qanun
bərpa etməyə” göndərdilər. Əslində isə onlara tapşırıq verilmişdi ki, bir həftə ərzində, yəni
noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını həyata keçirsinlər.
Bu haqda yuxarıda qeyd edilən “Fəlakət anı, məsuliyyət anı” məqaləsində yazılır:
“Qarabağ” komitəsi avantüristlərinin çaqırışına millətçilik azarına tutulmuş bir sıra
partiya-sovet
işçiləri də qoşulmuşlar. Ayrı-ayrı rayonlarda millətlərarası qırğına sürükləyən coşmuş ehtirasları
cilovlamaq, vətəndaşları müdafiə etmək, təxribatçıları ifşa etmək əvəzinə, onlar adamların (yəni
azərbaycınlıların-müəlliflər) kütləvi surətdə çıxarılmasına fitva verdilər. Bu cür “missiya” ilə
bəzi “xadimlər” Kirovakanda, Stepanavanda, Artaşatda evləri bir-bir gəzirdilər.” Əlbəttə,
azərbaycanlılar yaşayan bütün rayonların vəziyyəti belə idi. Deportasiya aksiyasını müəyyən
olunmuş müddətdə başa çatdırmaq üçün Kalinin, Spitak, Quqark, Noyemberyan, Krasnoselo,
Vardenis, Yağeqnadzor, Əzizbəyov, Ararat, Masis, Sisyan və Meğri rayonlarının
rəhbərləri
xüsusilə canfəşanlıq göstərirdilər.
Ermənistanı 1988-ci ildə tərk edərək və Xanlar rayonuna pənah gətirmiş, milliyətcə rus
olan L.V.Tolstyak Azərbaycan Qaçqınlar Cəmiyyətində yazdığı öz izahatında göstərmişdi ki,
noyabrın 27-də Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini (daha sonralar
Ermənistan KP MK-nın birinci I katibi) V.Movsesyan Vardenis rayonunun Zod kəndinə
gəlib əhalinin kəndi tərk etməsi üçün üç gün vaxt veridiyini bəyan etdi və əlavə etdi ki, bu
müddətdə kəndi
tərk etməsələr, onların təhlükəsizliyinə təminat verilməyəcək. Deportasiyanı
sürətləndirmək üçün elektrik xəttini kəsdilər, ərzaq verilməsini dayandırdılar, dağ
yolları ilə rayonu tərk edən azərbaycanlıların köçünü tez-tez atəşə tutdular.
Bu cür izahatlar yüzlərcədir.
Yenə yuxarıda adı çəkilən “Fəlakət anı, məsuliyyət anı” məqaləsinə müraciət edək:
“Noyabrın 26-da “Qarabaq” hərəkatı fəallarının təhrikci çıxışlarından qızışmış 500 nəfər
Kirovakan sakini Şaumyan kəndinə doğru hərəkət etdi. Vuruşma iki gün davam etdi, silahlı
atışma oldu. Ölənlər var. Kuybışev kəndində də qırğınlar törədildi, orada da tələfat var.
Hərəkatın fəallarının köməyi ilə yaradılmış “özünümüdafiə dəstələri” yollarda qoyduqları
postlarda azğınlıqlar törədirdilər. Azərbaycanlı kəndlərinə ərzaq köməyi göstərən ermənilər
döyülürdülər.”
Ermənistan mətbuatı Şaumyan (əvvəlki adı Vartanlı) qırğınları haqqında yalnız “atışma
olmuşdur, tələfat var” sözlərini qeyd etməklə kifayətlənmişdir. Şaumyan (Vartanlı) kəndi
Kirovakan şəhərinə bitişik olmasına baxmayaraq, inzibati-ərazi bölgüsünə görə Quqark rayonuna
daxil idi. Şaumyan (Vartanlı) faciəsi öz ssenarisinə görə 1918-1920-ci
illərdə Gümrü-Qarakilsə