Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə28/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

80
18. Borc Götürülmüş Digər Vəsaitlər (davamı)
11 avqust 2006-cı il tarixində bank ilə Hollandiyada qeydiyyatdan keçmiş Cooperative Centrale raiffeisen-boerenleenbank b.A. (“rabobank”) arasında Azərbaycan 
respublikasında süd zavodunun tikintisinin maliyyələşdirilməsi məqsədilə beş il müddətinə bazar faiz dərəcələrinə uyğun faiz dərəcəsi ilə 5,330 min Avro 
məbləğində ilkin kredit xəttinin açılmasına dair müqavilə imzalanmışdır. Kredit xəttinin limiti müqavilənin imzalandığı tarixdən tədricən artmış və 7,597 min Avro 
və ya 9,459 min AZn təşkil etmişdir. 31 dekabr 2007-ci il tarixinə bank bu limiti tam olaraq istifadə etmişdir (2006: 3,498 min Avro və ya 4,013 min AZn). 
bu kredit xəttinin on bərabər yarımillik hissələrlə geri qaytarılması nəzərdə tutulur. rabobank-dan alınmış borc vəsaitləri üzrə bankın riayət etməli olduğu hər hansı 
xüsusi şərt mövcud deyil. 
21 yanvar 2002-ci il tarixində bank ilə qara dəniz ticarət və İnkişaf bankı (saloniki, yunanıstan) arasında ticarətin maliyyələşdirilməsi üzrə revolver kredit xəttinin 
açılması barədə 6,500 min Abş dolları məbləğində müqavilə imzalanmışdır. 31 dekabr 2007-ci il tarixinə bu revolver kredit xətti üzrə ödənişlər çıxılmaqla, istifadə 
edilmiş 4,627 min Abş dolları və ya 3,911 min AZn (2006: 4,925 min Abş dolları və ya 4,292 min AZn) məbləğində vəsait Azərbaycan respublikasında isteh-
salat və nəqliyyat sektorları üzrə müxtəlif layihələrin maliyyələşdirilməsi üçün istifadə edilmişdir. bu kredit xətti üzrə faiz dərəcəsi bazar faiz dərəcələrinə uyğundur.
21 iyun 2005-ci il tarixində bank ilə qara dəniz ticarət və İnkişaf bankı arasında Azərbaycanda şüşə qablar istehsal edən zavodun tikintisini maliyyələşdirmək 
məqsədilə 4,167 min Avro və ya 5,188 min AZn məbləğində kredit sazişi imzalanmışdır. bu borc vəsaiti üzrə faiz dərəcəsi bazar faiz dərəcələrinə uyğundur. qeyd 
olunan kredit xəttinin verildiyi tarixdən 18 ay sonra başlayaraq və 60 ay ərzində tam ödənilmək şərtilə yarım illik ödəmələr vasitəsilə geri qaytarılması nəzərdə 
tutulmuşdur. 
bankın qara dəniz ticarət və İnkişaf bankı ilə imzaladığı kredit müqaviləsində nəzərdə tutulan müəyyən xüsusi şərtlərə riayət etməsi tələb olunur. 31 dekabr 
2007-ci il tarixinə bankın rəhbərliyi 33 saylı qeyddə açıqlanan pozuntu halları istisna olmaqla, bank tərəfindən həmin xüsusi şərtlərə riayət olunduğunu hesab edir. 
38 saylı qeyddə açıqlandığı kimi, hesabat tarixindən sonrakı dövr ərzində bank, qara dəniz ticarət və İnkişaf bankı ilə bağlanmış kredit müqaviləsində nəzərdə 
tutulan müəyyən xüsusi şərtlərə riayət edilməməsinə görə ona qarşı potensial sanksiyaların tətbiq edilməyəcəyi barədə rəsmi razılıq əldə etmişdir.
23 aprel 2007-ci il tarixində bank ilə Koreyanın İxrac-İdxal bankı (baş qərargahı Koreya respublikası, seulda yerləşir) arasında Koreyada istehsal olunan malların 
idxalı prosesinin maliyyələşdirilməsi məqsədilə bazar faiz dərəcələrinə uyğun faiz dərəcəsi ilə səkkiz il müddətinə 10,000 min Abş dolları məbləğində banklararası 
İxracat Kredit Müqaviləsi imzalanmışdır. 31 dekabr 2007-ci il tarixinə bu kredit xəttindən 9,855 min Abş dolları və ya 8,330 min AZn (2006: sıfır) istifadə 
edilmişdir. Koreyanın İxrac-İdxal bankından alınmış borc vəsaitləri üzrə bankın riayət etməli olduğu hər hansı xüsusi şərt mövcud deyil. 
12 aprel 2004-cü il tarixində qrupla İslam İnkişaf Korporasiyası (baş ofisi səudiyyə ərəbistanının Ciddə şəhərində yerləşən beynəlxalq maliyyə qurumu olan İslam 
İnkişaf bankı qrupunun üzvü) arasında Azərbaycan respublikasında müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə bazar faiz dərəcələrinə uyğun 
faiz dərəcəsi ilə yeddi il müddətinə 4,500 min Abş dolları məbləğində kredit xəttinin açılmasına dair Maliyyələşdirmə sazişi imzalanmışdır. 31 dekabr 2007-ci il 
tarixinə bu kredit xətti üzrə ödənişlər çıxılmaqla, 3,351 min Abş dolları və ya 2,833 min AZn (2006: 4,111 min Abş dolları və ya 3,582 min AZn) Azərbaycanda 
istehsal sektoru ilə bağlı layihənin maliyyələşdirilməsi üçün istifadə edilmişdir. bankın yuxarıda qeyd olunan kredit sazişində nəzərdə tutulan müəyyən xüsusi 
şərtlərə riayət etməsi tələb olunur. 31 dekabr 2007-ci il tarixinə bankın rəhbərliyi bank ilə digər üçüncü tərəflər arasında imzalanmış kredit müqavilələrində nəzərdə 
tutulan xüsusi şərtlərin pozulması ilə bağlı qarşılıqlı defolt maddəsi istisna olmaqla, bank tərəfindən həmin tələblərə riayət olunduğunu hesab edir. baş vermiş 
pozuntu halları 33 saylı qeyddə açıqlanır.
29 noyabr 2006-cı il tarixində bank ilə nova ljubljanska banka (sloveniyada qeydiyyatdan keçmişdir) arasında malların və xidmətlərin ixrac edilməsi məqsədilə, 
bazar faiz dərəcələrinə uyğun faiz dərəcəsi ilə 36 ay müddətinə 3,000 min Abş dollarından artıq olmayan məbləğdə kredit müqaviləsi imzalanmışdır. bankın 
yuxarıda qeyd olunan kredit müqaviləsində nəzərdə tutulan müəyyən xüsusi şərtlərə riayət etməsi tələb olunur. 31 dekabr 2007-ci il tarixinə bankın rəhbərliyi bank 
tərəfindən həmin xüsusi şərtlərə riayət olunduğunu hesab edir. 
17 sentyabr 2007-ci il tarixində bank ilə dZ bank AG (baş qərargahı Almaniya, Frankfurt am Main-da yerləşir) arasında bazar faiz dərəcələrinə uyğun faiz dərəcəsi 
ilə iki il müddətinə 10,000 min Avro məbləğində qısamüddətli ticarət maliyyələşdirməsi üzrə baş Kredit Müqaviləsi imzalanmışdır. 31 dekabr 2007-ci il tarixinə bu 
kredit xəttindən 799 min Avro və ya 955 min AZn (2006: sıfır) məbləğində vəsait ticarət maliyyələşdirməsi məqsədləri üçün istifadə edilmişdir. dZ bank AG-dən 
alınmış borc vəsaitləri üzrə bankın riayət etməli olduğu hər hansı xüsusi şərt mövcud deyil. 


Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
81
18. Borc Götürülmüş Digər Vəsaitlər (davamı)
31 dekabr 2007-ci il tarixində tamamlanan il üzrə borc vəsaitləri üzrə illik bazar faiz dərəcələri 5%-10% təşkil etmişdir (31 dekabr 2006-cı il tarixində tamamla-
nan il: illik 5%-10%).
borc götürülmüş digər əsas vəsaitlərin hər bir kateqoriyasının balans dəyəri 31 dekabr 2007 və 31 dekabr 2006-cı il tarixlərinə təxminən onların ədalətli dəyərinə 
bərabərdir. 31 dekabr 2007-ci il tarixinə borc götürülmüş digər əsas vəsaitlərin təxmin edilən ədalətli dəyəri 262,621 min AZn (2006: 133,882 min AZn) təşkil 
etmişdir. 34 saylı qeydə baxın.
borc götürülmüş digər əsas vəsaitlərin faiz dərəcələri üzrə təhlili 31 saylı qeyddə göstərilir. əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat 36 saylı qeyddə 
açıqlanır. 
19. Digər Maliyyə və Sığorta Passivləri
digər maliyyə və sığorta passivləri aşağıdakılardan ibarətdir:
Min Azərbaycan Manatı ilə
Qeyd
2007
2006
Ödənilməkdə olan məbləğlər 
 
48,043
18,343
sığorta ehtiyatları
6,247
3,432
sığorta mükafatları və brokerlərə ödəniləcək komissiyalar
1,784
1,008
Ödəniləcək dividendlər
29
60
4,865
Kreditor borcları
-
58
Plastik kartlar üzrə kreditor borcları
-
1,579
Cəmi digər maliyyə və sığorta passivləri
56,134
29,285
Ödənilməkdə olan məbləğlər ödənilmə mərhələsində olan 43,440 min AZn (2006: 15,204 min AZn) məbləğində vəsait köçürmələrini əks etdirir. Həmin vəsaitlər 
balans tarixindən sonra iki-üç gün ərzində ödənilmişdir.
31 dekabr 2006-cı il tarixinə ödənilməkdə olan məbləğlərə Azərbaycan respublikası Maliyyə nazirliyinin baş dövlət Xəzinədarlığına (“baş Xəzinədarlıq”) 
ödəniləcək 3,139 min AZn məbləğində vəsaitlər daxildir. bu məbləğ, hesabat tarixinə qədər bank tərəfindən baş Xəzinədarlığın adından yığılmış və hesabat 
tarixindən sonra baş Xəzinədarlığın bank hesablarına köçürülmüş vəsaitləri əks etdirir. Həmin vəsaitlər hesabat ilinin son günündə bankın müştəri hesablarından 
silinmiş və hesabat tarixindən sonrakı dövr ərzində baş Xəzinədarlığın ArMb-dəki hesabına köçürülmüşdür.
31 dekabr 2007 və 2006-cı il tarixlərində tamamlanan illər ərzində sığorta ehtiyatlarının hərəkəti aşağıdakı kimi olmuşdur:
 
1 yanvar 2006 İl ərzində artma/azalma 31 dekabr 2006 İl ərzində artma 31 dekabr 2007
Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı
brutto
68
90
158
351
509
təkrar sığortaçının payı
(12)
(22)
(34)
(69)
(103)
Xalis
56
68
124
282
406
Qazanılmamış mükafatlar üzrə ehtiyat
brutto
2,231
1,438
3,669
3,482
7,151
təkrar sığortaçının payı
(873)
191
(682)
(986)
(1,668)
Xalis
1,358
1,629
2,987
2,496
5,483
Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı
brutto
406
(40)
366
85
451
təkrar sığortaçının payı
(37)
(8)
(45)
(48)
(93)
Xalis
369
(48)
321
37
358
Cəmi
1,783
1,649
3,432
2,815
6,247
digər maliyyə aktivləri və sığorta passivlərinin hər bir kateqoriyasının balans dəyəri 31 dekabr 2007 və 31 dekabr 2006-cı il tarixlərinə təxminən onların ədalətli 
dəyərinə bərabərdir. 34 saylı qeydə baxın.


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə