Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə27/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

78
16. Müştəri Hesabları (davamı)
Müştəri hesablarının iqtisadi sektorlar üzrə bölgüsü aşağıdakı kimidir:
Min Azərbaycan Manatı ilə
2007
2006
Məbləğ
%
Məbləğ
%
Energetika
725,318
39.2
547,829
42.0
Fiziki şəxslər
389,751
21.1
231,874
17.8
dövlət müəssisələri və ictimai təşkilatlar*
316,694
17.1
147,479
11.3
ticarət və xidmətlər
105,620
5.7
141,085
10.8
İstehsalat
98,257
5.3
77,957
6.0
İnşaat
52,568
2.8
93,271
7.2
nəqliyyat və rabitə
48,711
2.7
25,165
1.9
digər
113,564
6.2
39,516
3.0
Cəmi müştəri hesabları
1,850,483
100.0
1,304,176
100.0
(*) dövlət müəssisələri və ictimai təşkilatlara müxtəlif kateqoriyalara daxil edilmiş kommersiya dövlət müəssisələri və ictimai təşkilatlar istisna olmaqla, Azərbaycan 
respublikasının nazirlikləri, Mərkəzi Xəzinədarlıq və digər dövlət orqanları daxildir.
Müştəri hesablarının hər bir kateqoriyasının balans dəyəri 31 dekabr 2007 və 31 dekabr 2006-cı il tarixlərinə təxminən onların ədalətli dəyərinə bərabərdir. 31 de-
kabr 2007-ci il tarixinə müştəri hesablarının təxmin edilən ədalətli dəyəri 1,850,483 min AZn (2006: 1,304,176 min AZn) təşkil etmişdir. 34 saylı qeydə baxın. 
Müştəri hesablarının faiz dərəcələri üzrə təhlili 31 saylı qeyddə göstərilir. əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat 36 saylı qeyddə açıqlanır.
17. Buraxılmış Borc Qiymətli Kağızları
Min Azərbaycan Manatı ilə
2007
2006
depozit sertifikatları
12,581
13,756
İstiqrazlar 
4,227
27,213
Cəmi buraxılmış borc qiymətli kağızları
16,808
40,969
31 dekabr 2006-cı il tarixinə istiqrazların qalığına əvvəlki dövrlərdə yuxarı bazar dərəcələri ilə emissiya edilmiş 20,000,000 Abş dolları və ya 17,428 min AZn 
məbləğində istiqrazlar daxildir. 2007-ci ildə aparılmış danışıqlara əsasən bank bu istiqrazları geri almış və bu istiqrazlar üzrə ümumi qalıq balansdan silinmişdir. bu 
erkən silinmə nəticəsində istiqrazlardan əldə edilmiş 4,962 min AZn məbləğində gəlir (2006: sıfır) 31 dekabr 2007-ci il tarixində tamamlanan il üzrə konsolidasi-
ya edilmiş mənfəət və zərər hesabatında uçota alınmışdır.
Abş dollarında buraxılmış depozit sertifikatları üzrə illik faiz dərəcəsi 9.0%, tədavül müddəti isə üç ildir. AZn ilə buraxılmış depozit sertifikatları üzrə illik faiz 
dərəcəsi 25.0%, tədavül müddəti isə 10 ildir (2006: Abş dollarında buraxılmış depozit sertifikatları üzrə illik faiz dərəcəsi 9.0%, tədavül müddəti isə üç il olmuş-
dur). bu depozit sertifikatları üzrə illik faizlər yalnız həmin sertifikatlar təqvim ilinin tam dövrü üçün saxlanıldığı təqdirdə ödənilir.
buraxılmış borc qiymətli kağızların faiz dərəcələri üzrə təhlili 31 saylı qeyddə göstərilir.


Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
79
18. Borc Götürülmüş Digər Vəsaitlər
Min Azərbaycan Manatı ilə
2007
2006
dövlət təşkilatlarından alınmış müddətli borc öhdəlikləri:
- sahibkarlığa Kömək Milli Fondu (Azərbaycan respublikası)
7,951
-
sindikatlaşdırılmış kreditlər:
- 10 noyabr 2006-cı il tarixli sindikatlaşdırılmış kredit müqaviləsi
77,768
113,282
- 13 iyun 2007-ci il tarixli sindikatlaşdırılmış kredit müqaviləsi
118,342
-
societe Generale
23,239
821
rabobank
9,459
4,013
qara dəniz ticarət və İnkişaf bankı (qdtİb)
9,099
10,028
Koreyanın İxrac-İdxal bankı
8,330
-
İslam İnkişaf Korporasiyası (İİK)
2,833
3,582
nova ljubljanska banka
2,536
-
dZ bank
995
-
Hesablanmış ödəniləcək faizlər
2,069
2,156
Cəmi borc götürülmüş digər vəsaitlər
262,621
133,882
15 mart 2007-ci il tarixində bank ilə Azərbaycan respublikası İqtisadi İnkişaf nazirliyi yanında “sahibkarlığa Kömək Milli Fondu” arasında kiçik və orta sahibkarlı-
ğın maliyyələşdirilməsi məqsədilə kredit xəttinin açılmasına dair saziş imzalanmışdır. bu proqram çərçivəsində sahibkarlığa Kömək Milli Fondu tərəfindən banka illik 
1.0% faiz dərəcəsilə kredit vəsaitləri təqdim edilmişdir. bank həmin vəsaitləri illik 7.0% faizdən artıq olmamaq şərtilə müvafiq tələblərə cavab verən borcalanlara 
verir. bu borc vəsaitləri üzrə bankın riayət etməli olduğu hər hansı xüsusi şərt mövcud deyil.
31 dekabr 2007-ci il tarixinə sindikatlaşdırılmış kredit vəsaitləri üzrə qalıqlara 10 noyabr 2006-cı il tarixində bir sıra aparıcı xarici bankla imzalanmış sindikatlaşdırıl-
mış kreditin verilməsi barədə müqavilə çərçivəsində bankın ümumi korporativ məqsədləri üçün cəlb edilmiş 130,000,000 Abş dolları məbləğində vəsaitlər daxildir. 
bu kredit üzrə faiz dərəcəsi bazar faiz dərəcələrinə uyğundur və ilkin ödəmə müddəti 10 noyabr 2007-ci il müəyyən edilmişdir. lakin, bu kreditin ödəmə müddəti 
tərəflər arasında imzalanmış 2 noyabr 2007-ci il tarixli əlavəyə uyğun olaraq 31 oktyabr 2008-ci il tarixinə qədər uzadılmışdır. 31 dekabr 2007-ci il tarixinə 
bankın yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə borcu 92,000 min Abş dolları və ya 77,768 min AZn (2006: 130,000 min AZn və ya 113,282 min) olmuş-
dur. bankın yuxarıda qeyd olunan kredit müqaviləsində nəzərdə tutulan müəyyən xüsusi şərtlərə riayət etməsi tələb olunur. 31 dekabr 2007-ci il tarixinə bankın 
rəhbərliyi bank ilə digər üçüncü tərəflər arasında imzalanmış kredit müqavilələrində nəzərdə tutulan xüsusi şərtlərin pozulması ilə bağlı qarşılıqlı defolt maddəsi 
istisna olmaqla, bank tərəfindən həmin tələblərə riayət olunduğunu hesab edir. baş vermiş pozuntu halları 33 saylı qeyddə açıqlanır.
13 iyun 2007-ci il tarixində bank ilə bir sıra aparıcı xarici bank arasında 140,000,000 Abş dolları məbləğində sindikatlaşdırılmış kreditin cəlb edilməsinə dair 
ikinci saziş imzalanmışdır. bu kredit vəsaiti üzrə faiz dərəcəsi bazar faiz dərəcələrinə uyğundur və 13 iyun 2008-ci il tarixində bir tam hissədə geri qaytarılması 
nəzərdə tutulur. bank yuxarıda qeyd edilən saziş əsasında cəlb etdiyi vəsaitləri ümumi korporativ məqsədlər üçün istifadə edəcəkdir. 31 dekabr 2007-ci il tarixinə 
bank həmin saziş əsasında ayrılmış vəsaitləri tam olaraq istifadə etmişdir. bankın yuxarıda qeyd olunan kredit sazişində nəzərdə tutulan müəyyən xüsusi şərtlərə 
riayət etməsi tələb olunur. 31 dekabr 2007-ci il tarixinə bankın rəhbərliyi bank ilə digər üçüncü tərəflər arasında imzalanmış kredit müqavilələrində nəzərdə tutulan 
xüsusi şərtlərin pozulması ilə bağlı qarşılıqlı defolt maddəsi istisna olmaqla, bank tərəfindən həmin tələblərə riayət olunduğunu hesab edir. baş vermiş pozuntu 
halları 33 saylı qeyddə açıqlanır.
22 iyun 2005-ci il tarixində bank ilə societe Generale arasında yerli şirkətlər tərəfindən həyata keçirilən layihələrin maliyyələşdirilməsi məqsədilə bazar faiz 
dərəcələrinə uyğun faiz dərəcəsi ilə 30,000 min Avrodan artıq olmayan məbləğdə kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilə avtomatik olaraq daha bir il 
uzadılmaq imkanı ilə iki il müddətinə qüvvədə olmuşdur. qrup həmin müqavilənin müddətinin 2007-ci ilin iyun ayına qədər daha bir il müddətinə uzadılması imka-
nından istifadə etmişdir. Müqavilə əsasında istifadə edilmiş hər bir hissə müvafiq hissənin istifadə edildiyi tarixdən başlayaraq səkkiz bərabər yarımillik hissələrlə geri 
qaytarılmalıdır. bu kredit xətti Almaniyada istehsal olunan malları və göstərilən xidmətləri alan Azərbaycan şirkətlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. 31 
dekabr 2007-ci il tarixinə bu kredit xəttindən 11,735 min Avro və ya 14,610 min AZn (2006: 715 min Avro və ya 821 min AZn) istifadə edilmişdir.
19 iyul 2007-ci il tarixində bank ilə societe Generale arasında yerli şirkətlər tərəfindən həyata keçirilən layihələrin maliyyələşdirilməsi məqsədilə bazar faiz 
dərəcələrinə uyğun faiz dərəcəsi ilə 50,000 min Abş dollarından artıq olmayan məbləğdə kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilə avtomatik olaraq daha 
bir il uzadılmaq imkanı ilə iki il müddətinə qüvvədə olmuşdur. Müqavilə əsasında istifadə edilmiş hər bir hissə müvafiq hissənin istifadə edildiyi tarixdən başlayaraq 
səkkiz bərabər yarımillik hissələrlə geri qaytarılmalıdır. bu kredit xətti Koreyada istehsal olunan malları və göstərilən xidmətləri alan Azərbaycan şirkətlərinin 
maliyyələşdirilməsi üçün nəzərdə tutulur. 31 dekabr 2007-ci il tarixinə bu kredit xəttindən 10,208 min Abş dolları və ya 8,629 min AZn (2006: sıfır) istifadə 
edilmişdir. societe Generale-dan alınmış borc vəsaitləri üzrə bankın riayət etməli olduğu hər hansı xüsusi şərt mövcud deyil.


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə